Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-5880/2025 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh3, X4, cavabdeh4, cavabdeh5 və cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: müqavilələrin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X oğlunun katibliyi Iddiaçılar iddiaçı2 və iddiaçı1, Cavabdeh cavabdeh3 nümayəndəsi və vəkili nümayəndə6 iştirakları ilə, Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh3, X4, cavabdeh4, cavabdeh5 və cavabdeh1 qarşı (Bakı şəhəri * saylı Notariat Ofisi, Bakı şəhəri ** saylı Notariat Ofisi, Bakı şəhəri ** saylı Notariat Ofisi, Bakı şəhəri ** saylı Notariat Ofisi, Azərbaycan Respublikası Iqtisadiyyat Naziriyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin * saylı Bakı Ərazi Idarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı
1. iddiaçı2 ilə X14 ##.##.1994-cü il tarixdə nikaha daxil olmuşlar, arvada “Rüstəmova” soyadı verilmişdir.
2. ##.##.2008-ci il tarixli, inventar nömrəsi 11/66 olan daşınmaz əmlakın texniki pasportuna əsasən Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ** saylı evin qarşısında yerləşən qarajın hüquq subyekti iddiaçı2dur.
3. iddiaçı2 Bakı şəhəri ** saylı notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş ##.##.2018-ci il tarixli, ****** nömrəli etibarnamə ilə mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ** saylı evin qarşısında yerləşən qarajı idarə etməyi, sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: satmaq, bağışlamaq, hədiyyə qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesabı aparmağı, notariat kontorunda, bank orqanlarından ona çatası pulu, əmanəti, eləcə də sənədləri almağı, onun adından ərizə verməyi, sənədlərdə imza etməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi iddiaçı1 1 il müddətinə (##.##.2019-cu il tarixədək) etibar etmişdir.
4. Bakı şəhəri ** saylı Notariat Ofisində təsdiq edilmiş X10 ##.##.2018-ci il tarixli ərizəsindən görünür ki, iddiaçı2 mülkiyyətində olan ünvan 5 saylı evin qarşısında yerləşən qaraj sahəsinin özgəninkiləşdirilməsinə etiraz etməmişdir (onun adından etibarnamə əsasında iddiaçı2 imza etməklə).
5. Bakı şəhəri ** saylı Notariat Ofisində təsdiq edilmiş ##.##.2018-ci il tarixli, AN-IN ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən, iddiaçı2 etibarnamə üzrə nümayəndəsi iddiaçı1 ünvan 5 saylı evin qarşısı ünvanında yerləşən ümumi sahəsi 18.7 kv/metr olan qeyri-yaşayış binasının (qaraj) tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsini 10.000 manata X1.
6. ##.##.2013-cü il tarixli, inventar nömrəsi 11/780 olan daşınmaz əmlakın texniki pasportundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ** saylı evin qarşısında yerləşən qarajın hüquq subyekti iddiaçı2dur.
7. iddiaçı2 Bakı şəhəri ** saylı notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş ##.##.2018-ci il tarixli, ****** nömrəli etibarnamə ilə mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ** saylı evin qarşısında yerləşən qarajı idarə etməyi, sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: satmaq, bağışlamaq, hədiyyə qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesabı aparmağı, notariat kontorunda, bank orqanlarından ona çatası pulu, əmanəti, eləcə də sənədləri almağı, onun adından ərizə verməyi, sənədlərdə imza etməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi iddiaçı1 1 il müddətinə (##.##.2019-cu il tarixədək) etibar etmişdir.
8. Bakı şəhəri ** saylı Notariat Ofisində təsdiq edilmiş X10 ##.##.2018-ci il tarixli ərizəsindən görünür ki, iddiaçı2 mülkiyyətində olan ünvan 4 saylı evin qarşısında yerləşən qaraj sahəsinin özgəninkiləşdirilməsinə etiraz etməmişdir (onun adından etibarnamə əsasında iddiaçı2 imza etməklə).
9. Bakı şəhəri ** saylı Notariat Ofisində təsdiq edilmiş ##.##.2018-ci il tarixli, AN-IN ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən, iddiaçı2 etibarnamə üzrə nümayəndəsi iddiaçı1 ünvan 4 saylı evin qarşısı ünvanında yerləşən ümumi sahəsi 15.7 kv/metr olan qeyri-yaşayış binasının (qaraj) tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsini 10.000 manata X1.
10. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəs, məhəllə 5057-68, 10 ünvanında yerləşən, ümumi sahəsi 60 kv.m olan qeyri-yaşayış sahəsi ##.##.2014-cü il tarixdə iddiaçı2 adına xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır.
11. iddiaçı2 Bakı şəhəri ** saylı notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş ##.##.2018-ci il tarixli, ****** nömrəli etibarnamə ilə mülkiyyətində olan Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsini idarə etməyi, sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: satmaq, bağışlamaq, hədiyyə qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesabı aparmağı, notariat kontorunda, bank orqanlarından ona çatası pulu, əmanəti, eləcə də sənədləri almağı, onun adından ərizə verməyi, sənədlərdə imza etməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi iddiaçı1 1 il müddətinə (##.##.2019-cu il tarixədək) etibar etmişdir.
12. Bakı şəhəri ** saylı Notariat Ofisində təsdiq edilmiş X10 ## #### 2018-ci il tarixli ərizəsindən görünür ki, iddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəs, məhəllə 5057-68, 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinə etiraz etməmişdir (onun adından etibarnamə əsasında iddiaçı2 imza etməklə).
13. Bakı şəhəri ** saylı Notariat Ofisində təsdiq edilmiş ##.##.2018-ci il tarixli, AN-IN ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, iddiaçı2 etibarnamə üzrə nümayəndəsi iddiaçı1 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəs, məhəllə 5057-68, 10 ünvanında yerləşən, ümumi sahəsi 60 kv.m olan qeyri yaşayış sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsini 40.000 manata cavabdeh3 satmışdır.
14. Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində istifadədə olan 0.0354 ha torpaq sahəsində yerləşən **b nömrəli binanın zirzəmisində 35.2 kv/metr ümumi, 35.2 kv/metr əsas,- kv/metr köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə ##.##.2007-ci il tarixdə iddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli kitabının **** nömrəli vərəqində qeydiyyata alınmışdır.
15. Bakı şəhəri ** saylı Notariat Ofisində təsdiq edilmiş X10 ## #### 2018-ci il tarixli ərizəsindən görünür ki, iddiaçı2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinə etiraz etməmişdir (onun adından etibarnamə əsasında iddiaçı2 imza etməklə).
16. iddiaçı2 Bakı şəhəri ** saylı notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş ##.##.2019-cu il tarixli, ****** nömrəli etibarnamə ilə mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsini idarə etməyi, yüklülüyə dair arayış aldıqdan sonra sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: satmaq, bağışlamaq, hədiyyə qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesabı aparmağı, notariat kontorunda, bank orqanlarından ona çatası pulu, əmanəti, eləcə də sənədləri almağı, onun adından ərizə verməyi, sənədlərdə imza etməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi iddiaçı1 2 ay müddətinə (##.##.2019-cu il tarixədək) etibar etmişdir.
17. Bakı şəhəri * saylı Notariat Ofisində təsdiq edilmiş ##.##.2019-cu il tarixli, AN-IN ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsiə əsasən, iddiaçı2 etibarnamə üzrə nümayəndəsi iddiaçı1 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 35.2 kv/metr olan qeyri yaşayış sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsini 10.000 manata cavabdeh4 satmışdır.
18. Müqavilələrə dair ödənişlər notariusun depozit hesabı vasitəsilə həyata keçirilmişdir.
19. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2020-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi ray onu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, ** saylı ünvanda yerləşən, ümumi sahəsi 60 kv.metr olan qeyri-yaşayış sahəsi, Bakı şəhəri, ** saylı notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2018-ci il tarixli, 4Ə-** reyestr nömrəli daşınmaz əmlakın alqı satqı müqaviləsinə (AN-İ№ *******) əsasən cavabdeh3 adına ##.##.2018-ci il tarixində qeydiyyatdan keçmişdir. Lakin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 tərəfindən təsdiq edilmiş, ##.##.2018-ci il tarixli 4Ə-**** reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə (AN-İ№ *******) əsasən cavabdeh5 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 6 saylı ünvanda yerləşən ümumi sahəsi 35.2 kv.m olan qeyri yaşayış sahəsi Bakı şəhəri * saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, ##.##.2019-cu il tarixli 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə (AN-IN207**457) əsasən cavabdeh4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 5 saylı evin qarşısında yerləşən, ümumi sahəsi 18.7 kv.m olan qeyri-yaşayış binası (qaraj) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 tərəfindən təsdiq edilmiş ##.##.2018-ci il tarixli, 4Ə-** reyestr nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinə (AN-IN20671483) əsasən X1. X1 ünvanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən təsdiq edilmiş, ##.##.2018-ci il tarixli, 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə (AN-IN20695878) əsasən cavabdeh1 satmışdır və hazırda adındadır. ünvan 4 saylı evin qarşısında yerləşən, ümumi sahəsi 15.7 kv.m olan qeyri yaşayış binası (qaraj) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 tərəfindən təsdiq edilmiş ##.##.2018-ci il tarixli 4Ə-** reyestr nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinə (AN-IN°0671484) əsasən X1 və hazırda adındadır.
20. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2020-ci il tarixli hökmü ilə iddiaçılar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutumuş əməlin törədilməsində təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ilə iddiaçı iddiaçı2 cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur.
21. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə iddiaçı iddiaçı2 cavabdehlər cavabdeh3, X1, cavabdeh4, cavabdeh5, cavabdeh1, iddiaçı1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsi, X4 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
22. Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh3, X4, cavabdeh4, cavabdeh5 və cavabdeh1 (Bakı şəhəri * saylı Notariat Ofisi, Bakı şəhəri ** saylı Notariat Ofisi, Bakı şəhəri ** saylı Notariat Ofisi, Bakı şəhəri ** saylı Notariat Ofisi, Azərbaycan Respublikası Iqtisadiyyat Naziriyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin * saylı Bakı Ərazi Idarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı2 ilə cavabdeh3 arasında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, 10 ünvanda, ümumi sahəsi 60 kv/m qeyri yaşayış sahəsinin özgəninkiləşdirilməsinə dair mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 bağlanmış ##.##.2018-ci il tarixli, 40-** reyestr nömrəli, AN- IN******** saylı alqı-satqı müqaviləsinin, cavabdeh3 ilə cavabdeh5 arasında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi məhəllə 5057-68, 10 ünvanda, ümumi sahəsi 60 kv/m qeyri yaşayış sahəsinin özgəninkiləşdirilməsinə dair mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 bağlanmış ##.##.2018-ci il tarixli, 40-**** reyestr nömrəli, AN-IN ******* saylı alqı-satqı müqaviləsinin, iddiaçı2 ilə cavabdeh4 arasında Bakı şəhəri, Ə.Naxçıvani küçəsindəki 39 b saylı binanın zirzəmisində, ümumi sahəsi 35,2 kv/m olan qeyri yaşayış sahəsinin özgəninkiləşdirilməsinə dair mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 bağlanmış ##.##.2019-cu il tarixli, 40-*** reyestr nömrəli AN-IN ******* saylı alqı-satqı müqaviləsinin, iddiaçı2 ilə X2 arasında Bakı şəhəri, Ə.Naxçıvani küçəsindəki ** saylı evin qarşısında, ümumi sahəsi 18,7 kv/m olan qeyri yaşayış sahəsinin (qaraj) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 bağlanmış ##.##.2018-ci il tarixli, 40-** reyestr nömrəli, AN-IN******** saylı alqı-satqı müqaviləsinin cavabdeh1 ilə X2 arasında Bakı şəhəri, Ə.Naxçıvani küçəsindəki ** saylı evin qarşısında, ümumi sahəsi 18,7 kv/m olan qeyri yaşayış sahəsinin (qaraj), mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 bağlanmış ##.##.2018-ci il tarixli, 40-*** reyestr nömrəli, AN-IN******** saylı alqı-satqı müqaviləsinin iddiaçı2 ilə X2 arasında Bakı şəhəri, Ə.Naxçıvani küçəsindəki ** saylı evin qarşısında, ümumi sahəsi 15,7 kv/m olan qeyri yaşayış sahəsinin (qaraj) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 bağlanmış ##.##.2018-ci il tarixli, 40-** reyestr nömrəli, AN-IN°******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında DƏDRX- nin * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilmiş mülkiyyət hüququna dair çıxarışların ləğv edilməsi və əmlakın alqı-satqıdan əvvəlki hüquqi vəziyyətinə qaytarılmasına haqqında qətnamə qəbul edilməsini xahiş etmişlər.
23. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı1 2008-ci ildən BTI-də işləyən şəxs kimi tanımışdır. 2017-ci ilin iyun ayında iddiaçı1 ona müraciət edərək, sonradan tanıdığı cavabdeh Ələvsər Ağayevin direktoru olduğu «Təməl» KM-nin balansında olan, BŞIHB-nin sərəncamı ilə istehsalat sahəsinin tikintisi üçün ayrılmış Biləcəri qəsəbəsində yerləşən torpaq sahəsinin 1,68 ha hissəsini özəlləşdirib çıxarış almaq istədiyini və bu işdə ona kömək etməyi ona bildirmişdir. O da vəziyyəti iddiaçı1 demiş və şəxsiyyət vəsiqəsinin surətini ona vermişdir. Bir-neçə gündən sonra Sədi onun adına verilmiş etibarnaməni və torpaq sahəsinin sənədlərinin surətini ona təqdim etmişdir. O, nümayəndə kimi məsələnin həlli ilə məşğul olacaqdır. Ümumi razılıqla həmin il iyul ayının axırlarında Sədi hissə-hissə olmaqla, ona cəmi 367.000 manat pul vermişdir. Sonuncu dəfə gətirdiyi pulun üstündən 27.000 manat götürüb Ələvsər üçün torpaq sahəsi alan maklerlər cavabdeh3 və Cavad Qasımova vercəyini demişdir. Onlar Ələvsərin adından çıxış edirdilər. Nəhayət ortada olan işbazlar Məmməd və X6 aldığı pulları hədə-qorxu, aldatma yolu ilə əllərindən aldılar. Bu səbəbdən, yəni Ələvsərdən aldığı pulları Məmməd və Cavad vasitəsilə qaytarmağına baxmayaraq Sədinin və onun barəsində AR CM- nin 178.3.2 maddəsi ilə cinayət işi açıldı və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildi. Onların barələrində olan cinayət işindən Ruslan və qeyriləri barəsində cinayət işi ayrıldı. Ələvsərdən aldıqları pulları qaytarmaq məqsədilə Sədi və o, tədbirlər görməyə başlamışlar. O, xüsusi mülkiyyət hüququ üzrə özünə məxsus olan, ümumi dəyəri 250.000 manat ikisi qaraj, ikisi zirzəmi olmaqla dörd obyektini borcunun yerinə Ələvsərə girov qoyulması üçün, Sədinin adına etibarnamə vermişdir. Ona görə Sədinin adına etibarnamə vermiş ki, Ələvsərin adından hərəkət edən Məmməd və Cavad Sədinin borca görə ailəsi ilə təhdid edirdilər, hətta Sədinin həyat yoldaşı gəlib ondan xahiş etdi ki, uşaqları təhlükədədir, yalvardı ki, obyektləri girov qoymaq üçün əri Sədinin adına etibarnamə versin. O da vəziyyətin belə olmasını görüb obyektləri girov qoymaq üçün Sədinin adına etibarnamə vermişdir. Sonradan məlum oldu ki, Sədi onun əmlaklarını girov qoymaq əvəzinə təhdid altında Bakı şəhəri, ** saylı Notariat kontorunda əvvəldən Ələvsərin adından çıxış edən cavabdeh3 va Cavad Qasımovun adına və onların təqdim etdikləri adamların adına alqı-satqı qaydasında özgəninkiləşdirib. Məmməd və Cavad Sədini ailəsi və uşağı ilə təhdid etdiklərindən hədə qorxu ilə onun obyektlərini dəyərindən dəfələrlə ucuz qiymətə rəsmiləşdirib ələ keçiriblər. Ən başlıcası isə sonradan məlum oldu ki, Ələvsərə olan borca görə girov qoyulması üçün verdiyi obyektlər, nə də obyektlərin alqı-satqı pulu Ələvsərə verməyib, obyekləri Məmməd və Cavad ələ keçiriblər. Obyektərinə görə Sədi tərəfindən ona bir manat da pul verilməyib. Nəticədə əmlakları əlindən çıxmış və pulu da ona verilməmişdir. Qeyd edir ki, alqı-satqı müqaviləsi bağlanarkən mülkiyyətçi olaraq onun iradəsi olmamışdır. Müqavilənin etibarlı olmasının dörd şərtlərindən biri iradə və iradənin vahidliyi hesab edilir. Əgər bu şərti pozularsa, müqavilə etibarsız sayılır. Zorakılıq, aldatma, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanan müqavilə iradəsi qüsurlu olan müqavilələrə aiddir. Hazırkı müqavilədə iradə ifadəsi tərəf kimi onun deyil, qarşı tərəflə pis niyyətlə razılaşan nümayəndənin iradəsidir. O, hazırkı müqavilənin doğurmalı olduğu hüquqi nəticənin baş verməsini arzu etməmiş və istəməmişdir. Əslində daha artıq qiymətə olan obyektləri cəmi 70.000 manata alqı-satqı etmişlər. Qeyd etdiyi kimi obyektlərin 250.000 manat qiyməti vardır. Hazırkı müqavilə iradə ifadəsindən məhrumdur. Nəzərə almaq lazımdır ki, alqı-satqı müqaviləsi iki tərəfi əqddir. Mülki hüquqda real əqdlər və konsensual əqdlər fərqləndirilir. Konsensual əqdlərin bağlanması üçün əqddə iştirak edən şəxslərin iradə ifadələri və razılığı kifayət etsə də, real əqdlərin bağlanmış hesab edilməsi üçün əqdin bağlanması barədə tərəflərin müqaviləsi ilə yanaşı həm də əşyanın və ya pulun verilməsi tələb olunur. Bu əqdlərin bağlanmış hesab edilməsi üçün tərəflərin sazişi kifayət etmir, bununla yanaşı pul və ya əşya qarşı tərəfə verilməlidir. Onu da qeyd edir ki, əmlaklarına dair müqavilələrin etibarsızlığına əsas olmuş halları bildiyi və bilməli olduğu vaxtdan iddia müddəti tərəfindən ötürülməmişdir. Çünki o, əmlakları ilə bağlı etibarnamə verdikdə 367.000 manat borcdan əmlakların qiymətinin çıxılacağı niyyəti ilə vermişdir. Lakin barəsində Ələvsər şikayət etdikdən sonra məlum oldu ki, əmlakların pulu Ələvsərə çatdırılmayıb. Istintaq zamanı bu xüsusatı həll ediləcəyinə ümid etdi və ona qarşı ittiham verilərək, iş məhkəməyə göndəriləndən və barəsində ittiham hökmü çıxarıldıqdan sonra başa düşmüş ki, o, aldanmışdır. Həm əmlakları əlindən çıxmış oldu, həm də Ələvsərə olan 367.000 manat ümumi borc yerində qaldı. Buna görə də hesab edir ki, AR MM-nin 354-cü və 373.2 maddəsində nəzərdə tutulmuş müddətlər tərəfindən ötürülməmişdir. Onu da qeyd edir ki, 4 ilə yaxın müddətdə CÇM-də iddiaçı1la məhkum kimi cəza çəkmişlər. Məhkəmələr işə baxdığı müddətdə Ələvsər Ağayevə olan 367.000 manat pulu təkrar ödəməli oldu. Əmlakları isə cavabdehlər tərəfindən ələ keçirildi. Onlar CÇM-də olarkən Ələvsər Ağayev ərizə yazaraq bildirmişdir ki, ondan hər hansı bir tələbi yoxdur. Onun pullarını Mamed və Cavad adlı maklerlər ələ keçirmişlər. Ələvsər həm Binəqədi RPI-nin 6-cı PŞ-nə şikayət ərizəsi vermişdir. Həm də ərizənin surəti CÇM-də olarkən poçt vasitəsilə onlara da, göndərilmişdir. Qeyd olununlara görə və aşağıdakı maddi hüquq normalarına əsasən ərizəni və qarajlardan ibarət dörd obyektinin alqı-satqısına dair müqavilələr etibarsız hesab edilməli və həmin müqavilələr əsasında verilmiş çıxarışlar ləğv edilməlidir.
24. Cavabdeh cavabdeh4 ##.##.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə iddia müddəti tədbiq edilməklə iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
25. Cavabdeh cavabdeh3 nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçılar tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti buraxıldığından hazırki tələb üzrə iddia müddəti tətbiq edilərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
26. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim F.E.Hətəmzadə) iddia təmin edilməmişdir.
27. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddiaçı2 əsas arqumenti ondan ibarətdir ki, alqısatqı müqaviləsi bağlanarkən mülkiyyətçi olaraq onun iradə ifadəsi olmamışdır. Halbuki, iddia tələbində etibarsızlığı tələb edilən alqı-satqı müqavilələri məhz iddiaçının verdiyi etibarnamə əsasında onun adından iddiaçı1 tərəfindən imzalanaraq təsdiq edilmişdir.
28. Məhkəmə hesab etmişdir ki, Bakı şəhəri 19 sayıl Notariat Ofisində iddiaçı2 etibarnaməsi üzrə nümayəndəsi iddiaçı1 ilə cavabdehlər arasında bağlanmış ##.##.2018-ci il tarixli, 40-** reyestr nömrəli, AN IN******** saylı, ##.##.2018-ci il tarixli, 40-**** reyestr nömrəli, AN-IN ******* saylı, ##.##.2019-cu il tarixli, 40-*** reyestr nömrəli AN-IN ******* saylı, ##.##.2018-ci il tarixli, 40-** reyestr nömrəli, AN-IN******** saylı, ##.##.2018-ci il tarixli, 40-*** reyestr nömrəli, AN-IN******** saylı və ##.##.2018-ci il tarixli, 40-** reyestr nömrəli, AN IN°******* saylı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş əsasların mövcudluğuna dair iddiaçı heç bir sübut təqdim edə bilməmiş, iddianı formal mülahizələrlə əsaslandırmışdır.
29. Qeyd olunmalıdır ki, yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, yazılı və notariat qaydasında bağlanılmış əqdin aldatma nəticəsində və ya Məcəllədə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla bağlanıldığı nəticəsinə gələ bilmək üçün iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır.
30. Hazırkı halda alqı-satqı müqavilələri üzrə bütün mühüm şərtlər yerinə yetirilmiş, müqavilə tərəflərin tam sərbəst iradələri əsasında bağlanmışdır.
31. Başqa sözlə mübahisələndirilən əqdlərin məzmunu qanuni olmaqla yanaşı onu bağlayan şəxslər hüquq və fəaliyyət qabiliyyətli olmuş, əqddə iradənin və iradə ifadəsinin bir birinə uyğun gəlməklə əqdin qanunla müəyyən edilmiş formasına əməl olunmuşdur.
32. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia tələbi mübahisələndirilən alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi hissəsində təmin edilməməlidir.
33. Məhkəmə, həmçinin iddia tələbinin alqı-satqı müqavilələri əsasında DƏDRX-nin * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilmiş mülkiyyət hüququna dair çıxarışların ləğv edilməsi və əmlakların alqı-satqıdan əvvəlki hüquqi vəziyyətinə qaytarılması hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbinin həmin hissəsi törəmə hüquq münasibəti olduğundan, iddia tələbinin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi hissəsində iddia tələbi rədd edildiyindən, həmin hissədə də, rədd edilməlidir.
34. Iş üzrə gəldiyi qənaətə uyğun olaraq məhkəmə, cavabdehlərin “iddia müddətinin ötürməsi” ilə bağlı dəlillərinə qiymət verməyə lüzum görməmiş və özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir.
35. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 324.1, 329.1, 331.1, 334.1, 334.2, 337.1-337.5, 389.1, 391.1, 394-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 88, 107, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
36. Iddiaçı iddiaçı2 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
37. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, satıcı kimi bağlanmış müqavilə iradəsi ziddinə bağlanmışdır. Hazırkı iş üzrə mübahisə edilən müqavilədə MM-in 339-cu maddəsində göstərildiyi kimi bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi aşkardır. MM-in 339.2 maddəsinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Məhkəmə əqdlərlə bağlı qanun normalarını sadalamış, lakin iddiaçının tələbinin əsasını təşkil edən bir tərəfin nümayəndəsinin qarşı tərəflə pis niyyətlə razılaşması ilə bağlı xüsusatı araşdırmamışdır. Iddiaçıya məxsus olmuş obyektlərin bazar qiymətindən açıq-aşkar aşağı qiymətə satılması ilə bağlı arqument müvafiq ekspertiza təyin edilməklə araşdırılmamışdır. Alqı-satqı qiymətlərindən görünür ki, əmlakların qiyməti bazar qiymətindən əhəmiyyətli dərəcədə az məbləğdə göstərilmişdir. Digər tərəfdən iddiaçının etibarnamə verməsi əmlakın alqı-satqısı ilə bağlı olmamışdır. Bu səlahiyyət etibarnamənin standart blankında göstərilsə də işin hallarından məlum olur ki, iddiaçı Ələvsər Ağayev olan borclarının qarşılanması üçün iddiaçı1 etibarnamə vermişdir. cavabdeh3 və qeyrisi etibarnamə əsasında məhz Ələvsər Ağayevin nümayəndəsi kimi iştirak etmişlər, hətta iddiaçı2 və iddiaçı1 barəsində Nərimanov rayon Polis Idarəsinə verilmiş şikayət ərizəsini də onlar imzalamışlar. Işə baxan məhkəmə iddiaçının arqumentinin yoxlanması ilə bağlı, yəni obyektlərin real bazar qiymətindən əhəmiyyətli dərəcədə aşağı qiymətə satılmasına dair vəsatətini təmin etməmişdir. Alqı-satqı müqavilələrində göstərilən qiymətlərin bazar qiymətinə uyğun olub-olmamasının və cavabdeh cavabdeh3 və qeyrisinin iddiaçının nümayəndəsi ilə pis niyyətlə razılaşmaşıb əmlaklarını ələ keçirməsinin araşdırılmasını xahiş edir. Işə baxan məhkəmə qətnamədə yalnız alqı-satqı müqavilələrinin DNK-da təsdiq edilməsini, müqavilələrin səlahiyyətli şəxslər tərəfindən imzalanmasını göstərməklə kifayətlənmiş, lakin iddiaçının dəli lərini araşdırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Cavabdeh cavabdeh4 apellyasiya şikayətinə qarşı etiraz verərək onun rədd edilməsini xahiş etmişdir.
39. Etiraz onunla əsaslandırılmışdır ki, mülki qanunvericiliyin imperativ normalarına əsasən, iddia müddəti hüququ pozulmuş şəxsin hüququnun müdafiəsi üçün iddia qaldırmaqla müəyyən edilmiş müddətdir. Azərbaycan Respublikası Mülki Məcələsinin 373.2-ci maddəsinə görə, ümumi iddia müddəti üç ildir və bu müddət şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. Onunla iddiaçı iddiaçı2 rəsmi nümayəndəsi iddiaçı1 arasında mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin (35,2 kv/m sahəsi olan zirzəmi) alqısatqısına dair müqavilə ## #### 2019-cu il tarixdə Bakı şəhəri * saylı Notariat Ofisində qanuni və şəffaf şəkildə bağlanmışdır. Iddiaçılar isə məhkəməyə yalnız 2025-ci ildə – yəni qanunla müəyyən olunmuş 3 ilik iddia müddətini aşkar şəkildə (təxminən 6 il sonra) ötürərək müraciət etmişlər. Iddiaçının "cinayət işinin nəticəsini gözləyirdim" və ya "hüquqlarımın pozulmasından gec məlumat tutdum" kimi subyektiv bəhanələri mülki-hüquqi müddətlərin bərpası üçün qanuni əsas yarada bilməz. Birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsi faktını əsas götürərək tam qanuni və ədalətli qərar qəbul etmişdir. Iddiaçı iddiaçı2 iddia edir ki, onun real niyyəti əmlakı satmaq deyil, girov qoymaq olub. Lakin rəsmi notarial sənədlər bu iddianı kökündən təkzib edir. iddiaçı2 öz azad iradəsi ilə dövlət notariusunda iddiaçı1 əmlak üzərində tam və geniş sərəncam (satmaq, bağışlamaq, məbləği və şərtləri müəyyən etmək, pulu qəbul etmək) hüququ verən rəsmi etibarnamə imzalamışdır. Hüquq sistemində rəsmi notarial sənədin sonradan "bu, standart blank idi" deyilərək rədd edilməsi mülki dövriyyənin sabitliyi, dürüstlüyü və etibarlılığı prinsiplərinə tamamilə ziddir. Əgər nümayəndə (iddiaçı1) öz səlahiyyətlərini aşıbsa və ya əmlakın satışından əldə olunan pulu iddiaçı2 çatdırmayıbsa, bu, iddiaçı ilə onun öz nümayəndəsi arasındakı daxili öhdəlik münasibətlərinin mövzusudur. Bu hal xoşniyyətli üçüncü alıcı olan mənim qanuni mülkiyyət hüquqlarıma heç bir xələl gətirə bilməz. Iddiaçının apelyasiya şikayətindəki ən əsas istinad nöqtəsi obyektlərin "su qiymətinə, bazar dəyərindən dəfələrlə ucuz və qəsb yolu ilə" ələ keçirilməsi iddiası idi. Bakı Apelyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə təyin olunmuş rəsmi Məhkəmə-Qiymətləndirmə Ekspertizasının ##.##.2026-cı il tarixli hesabatı bu iddianın tamamilə əsassız olduğunu rəsmən sübut etmişdir. Ekspert rəyinin nəticə hissəsinin 3-cü bəndinə əsasən, onun satın aldığı 35,2 m² sahəsi olan zirzəminin ##.##.2019-cu il tarixinə rəsmi real bazar dəyəri **.000 manat müəyyən edilmişdir. Onun tərəfindən isə həmin tarixdə müqavilə üzrə rəsmi olaraq 35.000 manat ödənilmişdir. Mülki qanunvericiliyin fundamental prinsipi olan "müqavilə sərbəstliyi" (AR MM-nin 390-cı maddəsi) tərəflərə əmlakın satış qiymətini qarşılıqlı razılıq əsasında sərbəst müəyyən etmək hüququ verir. Müqavilə qiyməti ilə retrospektiv ekspert qiyməti arasındakı bu minimal və tamamilə ağlabatan fərq heç bir halda əqdin "hədə-qorxu", "aldatma" və ya "pis niyyətli razılaşma" ilə bağlanmasına sübut ola bilməz. Bu rəsmi rəy onun xoşniyyətli və qanuni alıcı olduğunu bir daha təsdiq edir. Şikayət müəlifi özü də apelyasiya şikayətində instansiyaya heç bir yeni sübut təqdim etmədiyini rəsmən etiraf edir. Sübutsuz iddialar mülki mühakimə icraatında hüquqi nəticə doğura bilməz. Iddiaçıların həm birinci instansiya məhkəməsindəki izahatları, həm də apellyasiya şikayətində irəli sürdükləri arqumentlər bir-birini əsaslı surətdə rədd edən ciddi daxili ziddiyyətlərlə doludur. Birinci ziddiyyət "Girov niyyəti" ilə "Geniş sərəncam etibarnaməsi" arasındadır. Iddiaçı iddiaçı2 israrla qeyd edir ki, onun real niyyəti əmlakları satmaq deyil, borcun əvəzində Ələvsər Ağayevə rəsmən girov qoymaq olub. Lakin hüquqi baxımdan bir mülkiyyətçi "girov qoymaq" istədiyi halda, nümandəsinə notariusda əmlakı öz mülahizəsinə görə satmaq və qiymətini təyin etmək kimi geniş səlahiyyətli sərəncam etibarnaməsi verməzdi. Tam sərəncam hüququ verib, mülki dövriyyəyə daxil olduqdan sonra "niyyətim fərqli idi" demək hüquq prinsipləri ilə ziddiyyət təşkil edir. Ikinci ziddiyyət "Hədə-qorxu" iddiası ilə X15 arasındadır. Iddiaçılar müqavilələrin təhdidlər və hədə-qorxular altında bağlandığını iddia edirlər. Lakin bütün alqı-satqı müqavilələri dövlətin rəsmi notariat ofislərində, tərəflərin şəxsi iştirakı və iradə ifadələri qanunla yoxlanılaraq təsdiq edilmişdir. Proses zamanı heç bir təzyiq qeydə alınmamışdır. Üstəlik, iddiaçı2 həyat yoldaşı Fatma Rüstəmova da satışı təsdiq edən könülü rəsmi razılıq ərizəsi vermişdir. Təzyiq altında olan şəxslərin hüquqmühafizə orqanlarına müraciət etmək əvəzinə, ardıcıl qaydada notarial müqavilələr rəsmiləşdirməsi məntiqi baxımdan tamamilə ziddiyyətlidir. Üçüncü ziddiyyət "Pul almamışıq" iddiası ilə Bank Depoziti sənədləri arasındadır. Iddiaçılar əmlakların alqı-satqısından satıcıya vəsait ödənilmədiyini iddia edirlər. Lakin iş materia larındakı rəsmi sənədlər sübut edir ki, vəsaitlər rəsmi olaraq notariusun depozit hesabı vasitəsilə satıcının rəsmi nümayəndəsi iddiaçı1 bank hesabına mədaxil edilmişdir. Pulun rəsmən nümayəndənin hesabına oturmasından sonra "mənə pul çatmayıb" iddiası cavabdehlərə aid mülki öhdəlik yarada bilməz. Dördüncü ziddiyyət "Iddia müddətinin buraxılmaması" bəhanəsi ilə faktiki məlumatlılıq arasındadır. Iddiaçılar hüquqlarının pozulduğunu yalnız barələrində olan cinayət işi üzrə hökm çıxandan sonra başa düşdüklərini bildirirlər. Lakin bu əmlakların hələ illər öncə istintaq zamanı araşdırıldığını özləri də etiraf edirlər. Mülkiyyətin 2018-2019-cu illərdə qanuni surətdə əllərindən çıxdığını bildikləri halda, mülki iddia üçün 2025-ci ilə qədər gözləmələri iddia müddətinin qəsdən buraxılmasını rəsmiləşdirir.
40. Cavabdeh cavabdeh3 nümayəndəsi və vəkili apellyasiya şikayətinə qarşı etiraz verərək qeyd etmişdir ki, iddiaçı apelyasiya şikayətində əsas olaraq bildirir ki, guya mübahisəli alqı-satqı müqavilələri onun həqiqi iradəsini ifadə etməmiş, o, yalnız əmlaklarını girov qoymaq məqsədilə iddiaçı1 etibarnamə vermiş, lakin həmin etibarnamədən istifadə edilərək əmlakları alqı-satqı yolu ilə özgəninkiləşdirilmişdir. Lakin iddiaçının bu mövqeyi iş üzrə mövcud olan yazılı və rəsmi sübutlarla təsdiq olunmur. Əksinə, iş materiallarından görünür ki: iddiaçı iddiaçı2 öz iradəsi ilə notariat qaydasında etibarnamə vermiş; həmin etibarnamə ilə nümayəndəyə əmlak barəsində sərəncam vermək, satmaq və pul vəsaitlərini almaq səlahiyyətləri verilmiş; daşınmaz əmlaklara dair alqı-satqı müqavilələri notariat qaydasında bağlanmış; müqavilələr əsasında dövlət qeydiyyatı aparılmış və cavabdehlərin mülkiyyət hüquqları qeydə alınmışdır. Iddiaçının sonradan “mən satmaq istəməmişdim” məzmunlu izahları qanuni qüvvəyə malik notariat sənədlərini və dövlət qeydiyyatı məlumatlarını mötəbərliliyini aradan qaldırmır. Azərbaycan Respublikası Mülki Məcələsinin tələblərinə əsasən tərəflər müqavilə bağlamaqda və onun şərtlərini müəyyən etməkdə sərbəstdirlər. Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli qərarında da qeyd edilmişdir ki, müqavilələr tərəflərin iradə sərbəstliyi əsasında yaranır və müqavilə azadlığı mülki hüququn əsas prinsiplərindən biridir. Həmin qərarda göstərilir ki, daşınmaz əmlaklara dair əqdlərin notariat qaydasında təsdiqi məhz tərəflərin müqavilənin hüquqi nəticələrini dərk etməsinə və sərbəst qərar qəbul etməsinə təminat yaradır. Hazırkı iş üzrə mübahisələndirilən müqavilələrin hamısı notariat qaydasında təsdiq edilmişdir. Belə olan halda iddiaçı yalnız sonrakı subyektiv izahlarla həmin müqavilələrin onun iradəsinə zidd bağlandığını sübut edə bilməz. Iddiaçı müqavilələrin etibarsızlığını əsasən Azərbaycan Respublikası Mülki Məcələsinin 339-cu maddəsi ilə əlaqələndirir və nümayəndə ilə digər tərəfin pis niyyətli razılaşmasının olduğunu iddia edir. Lakin bu iddianı təsdiq edən mötəbər sübut təqdim edilməmişdir. Qanunvericiliyə əsasən əqdin aldatma, hədə-qorxu və ya digər iradə qüsuru ilə bağlandığını iddia edən tərəf bunu sübut etməlidir. Hazırkı işdə: cavabdeh3 iddiaçının nümayəndəsi ilə qabaqcadan razılaşması; iddiaçının iradəsinə zidd hərəkət etməsi; müqavilələrin saxta məqsədlə bağlanması barədə hər hansı sübut yoxdur. Iddiaçı yalnız ehtima lara, fərziyyələrə və sonradan formalaşdırdığı izahlara istinad edir. Məhkəmə isə yalnız ehtimal əsasında müqaviləni etibarsız hesab edə bilməz. Apelyasiya baxışı zamanı təqdim edilmiş qiymətləndirmə rəyi ilə bağlı qeyd edilməlidir ki, həmin sənəd mübahisənin hüquqi mahiyyətinə təsir edən sübut hesab edilə bilməz. Çünki, qiymətləndirmə rəyi yalnız əmlakların ehtimal olunan bazar dəyərini müəyyən etməyə yönəlmişdir. Lakin hazırkı iş üzrə mübahisənin predmeti: əmlakın bazar qiyməti deyil; alqı-satqı qiymətinin aşağı və ya yüksək olması deyil. Mübahisənin predmeti müqavilələrin etibarsız olub-olmamasıdır. Qiymətləndirici isə aşağıdakı məsələləri müəyyən etmək səlahiyyətinə malik deyil: tərəfin həqiqi iradəsini; aldatma faktını; hədə-qorxunu; nümayəndənin pis niyyətli razılaşmasını. Bundan əlavə, qiymətləndirmə retrospektiv xarakter daşıyır və 2026-cı ildə 2018-2019-cu ilərin bazar qiymətlərinin müəyyən edilməsinə yönəlmişdir. Həta həmin qiymətləndirmə tam düzgün hesab edilsə belə, əmlakın müqavilə qiymətindən fərqli olması müqaviləni avtomatik olaraq etibarsız etmir. Ilk növbədə qeyd edilməlidir ki, hazırkı mülki iş üzrə iki iddiaçı çıxış etsə də, onların iddia tələbinin faktiki və hüquqi əsasları arasında ciddi ziddiyyətlər mövcuddur. Belə ki, iddiaçılar birgə iddia vermələrinə baxmayaraq, iddia ərizəsində göstərilən halar onların eyni hüquqi mövqedən və eyni maraqdan çıxış etmədiklərini göstərir. Iddiaçıların öz izahatlarından görünür ki, mübahisəli əmlakların özgəninkiləşdirilməsi, verilmiş etibarnamədən istifadə edilməsi və sonrakı hərəkətlər əsasən onların qarşılıqlı münasibətlərindən irəli gələn halarla əlaqələndirilir. Başqa sözlə, iddiaçıların təqdim etdiyi faktiki halar mahiyyət etibarilə onların öz aralarında yaranmış münasibətlərə, xüsusilə də iddiaçı1 verilmiş səlahiyyətlərdən necə istifadə etməsinə dair mübahisəyə aid olsa da, həmin nəticələrin cavabdehlər, o cümlədən cavabdeh3 tərəfindən törədilmiş qanunsuz hərəkətlər kimi təqdim edilməsi hüquqi baxımdan əsaslandırılmamışdır. Iddiaçılar tərəfindən seçilmiş hüquqi müdafiə üsulu mübahisənin faktiki halarına uyğun müəyyən edilməmişdir. Əgər iddiaçılar arasında verilmiş etibarnamədən istifadə ilə bağlı fikir ayrılığı və ya hüquq pozuntusu olduğunu hesab edirlərsə, həmin məsələ ilk növbədə müvafiq şəxslər arasındakı hüquqi münasibətlər çərçivəsində həl edilməli idi. Hazırkı formada isə cavabdehlərə qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinin irəli sürülməsi hüquqi əsaslardan məhrum olmaqla yanaşı, mülki hüquq münasibətlərində sabitliyin pozulmasına səbəb ola biləcək əsassız tələbdir. Bundan əlavə, mübahisəli alqı-satqı müqavilələri bağlanarkən iddiaçının iradə ifadəsi mövcud olmuşdur. Mülki Məcələnin tələblərinə əsasən əqdin etibarlı olması üçün zəruri şərtlərdən biri tərəflərin sərbəst və həqiqi iradə ifadəsinin mövcud olmasıdır. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən verilmiş notariat qaydasında təsdiq edilmiş etibarnamə, həmin etibarnamə əsasında bağlanmış notariat müqavilələri və digər sənədlər göstərir ki, əmlak üzərində sərəncam verilməsi üçün hüquqi əsas yaradılmışdır. Iddiaçılar tərəfindən müqavilələrin: zorakılıq təsiri altında; hədə-qorxu nəticəsində; aldatma yolu ilə; nümayəndənin digər tərəflə pis niyyətli razılaşması nəticəsində bağlandığını təsdiq edən mötəbər və kifayət qədər sübut təqdim edilməmişdir. Xüsusilə qeyd edilməlidir ki, nümayəndənin digər tərəflə pis niyyətli razılaşması barədə iddianın irəli sürülməsi həmin halın sübut edilməsi zərurətini aradan qaldırmır. Belə razılaşmanın mövcudluğu yalnız ehtimal və fərziyyələrlə deyil, konkret və mötəbər sübutlarla təsdiq edilməlidir. Hazırkı iş üzrə isə cavabdeh3 iddiaçının nümayəndəsi ilə hər hansı pis niyyətli razılaşmaya daxil olması və ya iddiaçının iradəsinin ziddinə hərəkət etməsi barədə hər hansı sübut mövcud deyil. Bu səbəbdən birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, mübahisələndirilən alqı-satqı müqavilələrinin etibarsızlığı üçün qanunla nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Mülki hüquq münasibətlərində tərəflər müqavilənin qiymətini sərbəst müəyyən edə bilərlər. Əmlakın sonradan daha yüksək qiymətləndirilə bilməsi əvvəlki alqı-satqı müqaviləsinin qanunsuz olması anlamına gəlmir. Əks halda mülki dövriyyədə bağlanmış istənilən müqavilə sonradan qiymətləndirmə rəyi əsasında mübahisələndirilə bilərdi ki, bu da hüquqi müəyyənlik prinsipinə zidd olardı. Birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət vermişdir. Birinci instansiya məhkəməsi notariat sənədlərini; etibarnamələri; ödəniş sənədlərini; dövlət qeydiyyatı məlumatlarını; tərəflərin izahatlarını araşdıraraq düzgün nəticəyə gəlmişdir. Məhkəmənin nəticəsi ondan ibarət olmuşdur ki, iddiaçılar müqavilələrin etibarsızlığı üçün qanunda nəzərdə tutulmuş əsasları sübut edə bilməmişlər və bu nəticə iş materialarına tam uyğundur. Bundan əlavə, iddia ərizəsindən və iş materialarından görünür ki, mübahisələndirilən müqavilələr 2018-2019-cu illərdə bağlanmışdır. Iddia isə uzun müddət keçdikdən sonra verilmişdir. Iddiaçı iddia müddətinin başlanma anını sonrakı hadisələrlə əlaqələndirməyə çalışsa da, bu hal onun müqavilələr üzrə hüquqi vəziyyətindən xəbərsiz olduğunu sübut etmir. Lakin birinci instansiya məhkəməsi iddianı əsaslandırılmış hesab etmədiyindən iddia müddəti məsələsinə ayrıca qiymət verməyə zərurət görməmişdir. Yuxarıda göstərilənlərdən aşkar görünür ki, apelyasiya şikayətində göstərilən halar sübutlarla təsdiq edilmir; notariat qaydasında bağlanmış müqavilələrin etibarsızlığı üçün qanuni əsaslar yoxdur; qiymətləndirmə rəyi müqavilələrin etibarsızlığına dair hüquqi nəticə yaratmır; birinci instansiya məhkəməsi sübutları düzgün qiymətləndirərək qanuni qətnamə qəbul etmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
41. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddiaçı2 apellyasiya şikayətini müdafiə edərək iddia ərizəsinin və apellyasiya şikayətinin məmzununa uyğun izahat verdi.
42. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddiaçı1 apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi.
43. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh3 nümayəndəsi və vəkili etirazın məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
44. Işə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlərə və üçüncü şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
45. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə iş üzrə məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmişdir.
46. “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli hesabat rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi məhəllə 5057-68, 10 ünvanda, ümumi sahəsi 60 m2 olan qeyri yaşayış sahəsinin ##.##.2018-ci il tarixə bazar dəyəri 90 000 manat; Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi məhəllə 5057-68, 10 ünvanda, ümumi sahəsi 60 m2 olan qeyri yaşayış sahəsinin ##.##.2018-ci il tarixə bazar dəyəri 92 000 manat; Bakı şəhəri, Ə.Naxçivani küçəsindəki 39 b saylı binanın zirzəmisində, ümumi sahəsi 35,2 m2 olan qeyri yaşayış sahəsinin ##.##.2019-cu il tarixə bazar dəyəri ** 000 manat; Bakı şəhəri, Ə.Naxçivani küçəsindəki ** saylı evin qarşısında, ümumi sahəsi 18,7 m2 olan qeyri yaşayış sahəsinin (qarajın) ##.##.2018-ci il tarixə bazar dəyəri 45 000 manat; Bakı şəhəri, Ə.Naxçivani küçəsindəki ** saylı evin qarşısında, ümumi sahəsi 18,7 m2 olan qeyri yaşayış sahəsinin (qarajın) ##.##.2018-ci il tarixə bazar dəyəri 45 000 manat; Bakı şəhəri, Ə.Naxçivani küçəsindəki ** saylı evin qarşısında, ümumi sahəsi 15,7 m2 olan qeyri yaşayış sahəsinin (qarajın) ##.##.2018-ci il tarixə bazar dəyəri 31.500 manat təşkil etmişdir.
Tətbiq edilən hüquq
47. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4 Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Maddə 3**.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə 3**.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Maddə **7. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il ## ##### tarixli Qərarı: Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
50. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
51. Hazırkı işdə iddia təmin edilmədiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin və ona qarşı verilmiş etirazların dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Işdən görünür ki, iddiaçı iddiaçı2 digər iddiaçı iddiaçı1 adına verdiyi etibarnamələr əsasında mülkiyyətində olan 4 ədəd qeyri-yaşayış sahəsinə dair sərəncam vermə səlahiyyətini sonuncuya etibar etmiş, iddiaçı1 isə həmin əmlaklara münasibətdə onun adından alqı-satqı müqavilələri bağlamışdır.
54. Hazırda iddiaçı iddiaçı2 həmin alqı-satqı müqavilələrini mübahisələndirərək bildirir ki, o, özünə məxsus qeyri-yaşayış sahələrinin Ələvsər Ağayevə olan borcunun yerinə girov qoyulması üçün digər iddiaçıya etibarnamə vermiş, sonradan ona məlum olmuşdur ki, təhdid altında digər cavabdeh əmlakları özgəninkiləşdirmiş, əmlakların alqı-satqısından əldə olunan vəsait ona ödənilməmişdir.
55. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının alqı-satqı müqavilələrinin bağlanmasından məlumatlı olmaması iş materialları ilə təsdiq olunmur. Belə ki, iddiaçı öz arvadının adından ona verilmiş etibarnamə əsasında ərizələr imzalayaraq alqı-satqı müqavilələrinin bağlanmasına razılığını ifadə etmiş və bu ərizələr notariat işlərinə əlavə edilmişdir.
56. Kollegiya qeyd edir ki, alqı-satqı müqavilələrinin aldadılma və ya təhdid altında bağlandığı iddia edildiyi halda ilk növbədə həmin hallar iddiaçı tərəfindən sübut edilməli, habelə əqdlərin mübahisələndirməsi mülki qanunvericilikdə nəzərdə tutulmuş 1 illik kəsici müddət ərzində həyata keçirilməlidir.
57. Hazırki iş üzrə alqı-satqı müqavilələrin iddiaçıların aldadılması və ya təhdid altında bağlanıldığı barədə məhkəməyə hər hansı sübutlar təqdim edilməmişdir.
58. Işdən görünür ki, iddiaçı bu barədə iddia ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə 2021-ci ildə müraciət etsə də, onun iddiası baxılmamış saxlanılmış, daha sonra vəkili və nümayəndəsi ##.##.2022-ci il tarixində məhkəməyə müraciət edərək iddia ərizəsinə əlavə edilmiş sənədlərin əsllərinin ona qaytarılmasını xahiş etmişdir (Iş İ cild, v.78). Hazırki iddia isə ##.##.2025-ci il tarixində birinci instansiya məhkəməsinə təqdim edilmişdir.
59. Işdən o da görünür ki, iddiaçı tərəfindən vəkili Vəkil ##.##.2019-cu il tarixli etibarnamə verilmiş (Iş İ cild, v.71), etibarnaməyə əsasən vəkilə ##.##.2024-cü il tarixinədək mülki işin aparılması üçün nəzərdə tutulan bütün səlahiyyətlər verilmişdir. Həmin vəkil iddiaçının barəsində olan cinayət işi üzrə 2022-2023-cü illərdə iddiaçının hüquqlarını apellyasiya və kassasiya instansiyası məhkəmələrində müdafiə etmişdir.
60. Başqa sözlə, iddiaçının mülki işə baxılmasının davam etdirilməsinə imkanı olmuş, lakin bunu arzu etməmişdir.
61. Iddiaçı hətta Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ilə cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmasına baxmayaraq hazırki iddianı 1 il müddət keçdikdən sonra – ##.##.2025-ci il tarixində birinci instansiya məhkəməsinə təqdim etmişdir.
62. Kollegiya həmçinin qeyd edir ki, alqı-satqı müqavilələri üzrə əmlakların dəyəri alıcılar tərəfindən ödənilmədiyi halda, bu hal müqavilənin etibarsızlığı üçün deyil, müqavilə üzrə alıcı tərəfindən öhdəliklərin yerinə yetirilməsinin tələb edilməsi üçün əsasdır.
63. Bununla belə, iş materiallarında müqavilə tərəflərinin qeyd olunan məbləğlərin notariusun depozit hesabına qəbul olunması və iddiaçı1 “xxxx” ASC-də olan depozit hesabına qəbul olunmasına dair müraciətləri, bankın xəzinə mədaxil qəbzləri mövcuddur.
64. Bu halda təmsil edilən şəxslə onun nümayəndəsi arasında əldə edilmiş vəsaitin sonrakı taleyinə dair münasibətlər alıcıların hüquqlarına təsir göstərmir.
65. Həmçinin qeyd edilməlidir ki, əmlakın bazar qiymətinin müqavilə qiymətindən fərqlənməsi özlüyündə aldatmanı, hədə-qorxunu və ya nümayəndə ilə alıcı arasında pis niyyətli razılaşmanı sübut etmir. Belə ki, müqavilə qiymətinin müəyyən edilməsi mülki qanunvericiliyə uyğun olaraq tərəflərin müqavilə azadlığının tərkib hissəsidir.
66. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Iddiaçı iddiaçı2 apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.