Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5883/2025 30.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı mülki iş üzrə (açar sözlər: müddətin bərpa edilməsi ) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya qarşı “ödənilmiş artıq məbləğin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-60/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh MTK-nın nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh MTK -ya qarşı “ödənilmiş artıq məbləğin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddiaya qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(005)- 60/2024 saylı qərardadı ilə qeyd edilən mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(005)- 60/2024 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh MTK-dan 155 700 (yüz əlli beş min yeddi yüz) manat məbləğində pul vəsaitinin və 337,50 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Cavabdeh MTK xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-60/2024 nömrəli xx.xx.2024-cü il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-60/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı “ödənilmiş artıq məbləğin geri qaytarılması tələbinə dair” Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-60/2024 nömrəli xx.xx.2024-cü il tarixli qiyabi qətnaməsinin ləğv edilməsinə dair Cavabdeh MTKnın ərizəsi təmin edilməmişdir. Daha sonra iş üzrə Cavabdeh MTK-nın nümayəndəsi (vəkili) Vəkil Cabir oğlu xx.xx.2024-cü il tarixdə şikayət ilə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-60/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilərək, qiyabi qətnamənin ləğvi barədə Cavabdeh MTK-nın ərizəsinin təmin edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-60/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-60/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh MTK-nın nümayəndəsi (vəkili) Vəkil Cabir oğlu tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6099/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-60/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh MTK-nın verdiyi şikayət qismən təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-60/2024 saylı xx.xx.2024cü il tarixli qərardadı ləğv edilmiş və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki işin birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-60/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2(005)-60/2024 saylı nömrəli qiyabi qətnaməsindən Cavabdeh MTK-nın nümayəndəsi (qanuni təmsilçisi) Nurlan Vahabov tərəfindən verilmiş qiyabi qətnamənin ləğv edilməsi barədə ərizədən imtina edilmiş, cavabdehə buraxılmış prosessual müddətin bərpası barədə sübutları təqdim etməklə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Daha sonra cavabdehin nümayəndəsi (vəkili) Vəkil Cabir oğlu xx.xx.2024-cü il tarixdə EMİS vasitəsilə məhkəməyə şikayət ünvanlayaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(005)-60/2024 saylı qərardadının ləğv edilməsi və MTK-nın ərizəsinin icraata götürülməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-60/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadından cavabdehin nümayəndəsi (vəkili) Vəkil Cabir oğlunun şikayəti təmin edilməmiş, mülki iş baxılmasından ötrü Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3766/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(005)-60/2024 saylı qərardadından Cavabdeh MTK-nın verdiyi şikayət təmin edilmədən, sözügedən qərardad dəyişdirilmədən salanılmışdır. Bundan sonra cavabdehin nümayəndəsi (vəkili) Vəkil Cabir oğlu EMİS vasitəsilə xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005) 60/2024 saylı nömrəli qiyabi qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş qiyabi qətnamənin ləğv edilməsi barədə ərizə üzrə buraxılmış prosessual müddətin bərpasını xahiş etmişdir. Eyni zamanda e-2(005)-60/2024 №-li iş üzrə qəbul edilmiş 20 aprel 2024-cı il tarixli qiyabi qətnamənin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə yenidən baxılması barədə qərardad qəbul edilməsi ilə bağlı ərizəsini təqdim etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)- 60/2024 saylı qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-60/2024 nömrəli qiyabi qətnaməsinin ləğvi barədə ərizənin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil Cabir oğlu xx.xx.2025-ci il tarixdə EMİS vasitəsilə məhkəməyə şikayət ünvanlayaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)-60/2024 saylı qərardadının ləğv edilməsi və qiyabi qətnamənin ləğvi barədə ərizənin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair MTK-nın ərizəsinin təmin edilməsini xahiş etmişdir. Qeyd edilən şikayət Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-60/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3766/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-60/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh MTK-nın vəkili qismində Vəkil tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilərək, şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-60/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-60/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh MTK-nın vəkili X11 tərəfindən xx.xx.2025ci il tarixdə (saat 17:26-da verilmiş şikayəti) verilmiş şikayəti ona geri qaytarılmışdır. Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e2(005)-60/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Eyni zamanda şikayət təqdim edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-60/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-60/2024 saylı nömrəli qiyabi qətnaməsi ilə Cavabdeh MTK tərəfindən verilmiş qiyabi qətnamənin ləğv edilməsi barədə ərizədən imtina edilmiş və cavabdehə buraxılmış prosessual müddətin bərpası barədə sübutlar təqdim etməklə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin qətnamə cavabdeh "xxxx" MTK-nın hüquqi ünvanı üzrə göndərilmiş, həmin ünvanda “Zəkizadə Nurlan” tərəfindən xx.xx.2024-cü il tarixli poçt qəbzinə imza edilərək, rəsmi qaydada qəbul edilmişdir. 1. Həsən-96 MTK-nın rəsmi fəaliyyətini 2018-ci ildən dayandırmış və həmin vaxtdan hərhansı bir rəsmi işçisi yoxdur və rəsmi şəxsi yalnız sədridir. 2. MTK-nın asan imzası olmadığından o, Vergilər Nazirliyinin rəsmi saytında olan kabinetindən istifadə etmir və elektron məhkəmə portalında belə kabineti yoxdur. 3. Hüquqi ünvan kimi qeyd edilən ünvan əvvələr MTK-nın təsisçilərinə məxsus oturduğu plazanın ünvanıdır, ora hal-hazırda bir çox fiziki və hüquqi şəxslərə icarəyə verilib və MTK təsisçiləri və sədri dəyişdikdən sonra həmin ünvanda fəaliyyətin dayandırdıqdan sonra orada fəaliyyət göstərmir. 4. Araşdırma zamanı məlum olmuşdur ki, həmin ünvana gələn məktubları plazanın icarədarı olan və plazanı idarə edən şirkətlərin birinin mühafizəçiləri qəbul edir və özlərində saxlayaraq binanın girişində olan masada saxlayır və oraya gələn icarədarlar hərəsi özünə məxsus mətktubu baxıb götürür. Bundan sonra MTK rəsmi olaraq qiyabi qətnamədən xəbər tutmuş və ləğvinə dair ərizə vermişdir. Lakin məhkəmə həmin qətnaməni ləğv etməmiş və qərardad qəbul edərək ötürülmüş prosessual müddətin bərpa edilməsini izah etmişdir. Həmin qərardadı məhkəmənin vəkil kimi elektron kabinetə əlavə edildikdən sonra xəbər tutmuş və şikayət etmişdir. O, Zəkəriyev Nurlanla da söhbət etmiş və müəyyən edmişdir ki, o, əvvələr binada icarədə oturan və idarəedici başqa müəssissədə mühafizəçi kimi işləyir, Həsən 96 MTK-dan heç kimi tanımır, heç vaxt oranın əməkdaşı olmayıb və bu ünvana gələn bütün məktubları kimə gəlməsindən asılı olmayaraq qəbul edir və binanın girişində olan qəbul otağında masanın üstünə qoyur və burda işləyən şəxslər özləri həmin məktublara baxıb onlara aid olan məktubları götürür. Lakin MTK-ya məxsus məktubları heç kim götürməmiş və mühafizəçi Nurlan Zəkəriyev onları toplayaraq öz rəhbəri Hikmət İsmayılova vermişdir. Sonuncu dəfə isə təsadüfən MTK-nın sədri həmin ünvanda yerləşən şirkətlərin birinə gələrkən, mühafizə rəisi Hikmət İsmayılov onu tanımış və bütün gələn məktubları ona xx.xx.2024-cü il tarixdə təqdim etmişdir. Yəni, Nurlan Zəkəriyevin MTK-ya məxsus məktubları götürmək səlahiyyəti olmayıb və buna baxmayaraq götürüb. Bundan savayı o, prosessual müddətlərin anlamını bilmədiyindən, gələn sənədlərə sadə məktub kimi baxaraq kənara qoymuşdur. Bu faktı X7 (Fin: 6JBS20T AA 5616453, Ünvan: Quba rayonu, Alpan kəndi) və X5 (Fin: 4U1T34R, AA 3841703) da tam olaraq təsdiq edə bilərlər. Buna əsasən onlar Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(005)-60/2024 saylı nömrəli qiyabi qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş qiyabi qətnamənin ləğv edilməsi barədə ərizə üzrə buraxılmış prosessual müddətin bərpasını xahiş etmişlər. Lakin məhkəmə onların ərizəsini təmin etməmiş və onlar qərardaddan şikayət vermişdirlər. Məhkəmə şikayəti təmin etməyərək Bakı Apellyasiya Məhkəməsinə göndərmiş və orada məlum olmuşdur ki, nümayəndənin etibarnaməsinin müddəti bitmişdir və apellyasiya şikayəti Nərimanov Rayon Məhkəməsinə, oradan isə xx.xx.2025-ci il tarixində yüklənmiş qərardad ilə onlara geri qaytarılmışdır. Qeyd etmək istərdi ki, həm məhkəmə prosesi zamanı, həm də şikayət verilən zaman məhkəmə kimi onların da etibarnamənin müddətinin bitməsi üzrlü səbəbdən diqqətindən yayınmışdır və buna əsasən e-2(005)-60/2024 saylı xx.xx.2025-ci il tarixli qərardaddan şikayət vermə müddəti üzrlü səbəbdən ötürülmüşdür. Yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, prosessual müddət üzrlü səbəbdən ötürülmüşdür. Məhkəmə iclasında iştirak edən Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil ərizə ilə eyni məzmunlu izahat verərək, qiyabi qətnamənin ləğvi ilə bağlı ərizənin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında ərizənin təmin edilməsinə etiraz etdi. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin nümayəndəsi tərəfindən eyni əsaslarla, eyni hallarla və eyni istinadla dəfələrlə verilmiş şikayətlər birinci instansiya və apellyasiya instansiyası tərəfindən bir neçə hakimlər, məhkəmə tərkibləri tərəfindən baxılmış və əsassız olması səbəbindən təmin olunmamışdır. Eyni məzmunlu şikayətlər, ərizələr və vəsatətlər nümayəndə tərəfindən kopyalanaraq növbəti müraciətə əlavə olunur və məhkəmələr də eyni məzmunlu müraciətlərə dəfələrlə baxaraq hüquqi qiymət vermişdir. Artıq dəfələrlə cavabdehin istinad etdiyi hallara məhkəmə tərəfindən hüquqi qiymət verilmiş və artıq həmin hallara verilmiş hüquqi qiymət digər məhkəmələr üçün məcburi xarakter daşıyır. Nümayəndə məhkəmədən buraxılmış prosessual müddətin üzürlü hesab edilməsi xahiş edir, lakin əvvəlki müraciətlərinin mətnini kopyalayaraq ərizəyə əlavə edir və sonda xahiş edir ki, buraxılmış prosessual müddəti bərpa edin. Təkrar olaraq bildirir ki, cavabdehin ərizədə qeyd etdiyi bütün hallara məhkəmələr, müxtəlif tərkibdə olan hakimlər tərəfindən hüquqi qiymət verilmiş, həmin qərardadlar qanuni qüvvəsini almışdır, digər məhkəmələr üçün məcburi xarakter daşıyır. Cavabdeh hüquqdan sui-istifadə edərək, məhkəmələrin iş yükünü artırır, iddiaçının hüquqlarını pozmaqla məşğuldur. Səlahiyyəti olmayan şəxs tərəfindən şikayətin verilməsi iddiaçının və məhkəmənin günahı deyil. Cavabdeh tərəf hüquqi şəxsdir və qanuni nümayəndəsi, digər səlahiyyətli şəxsləri qərardaddan şikayət verə bilərdi. Cavabdehin növbəti oyunu budur ki, bütün prosessual variantlar tükəndikdən sonra işin uzadılması üçün bilərəkdən etibarnamənin müddəti bitdikdən sonra şikayət verərək növbəti prosessual hüquqlardan istifadə edərək işin icraya yönəldilməsini uzatmağa çalışır. Cavabdehin hüquq təhsilli, vəkil olan nümayəndəsinin səhlənkarlığı və ya qəsdi heç bir halda əsas vermir ki, iddiaçının hüquqları tapdalansın və ya pozulsun. Cavabdehin uydurma, əsassız olan bəhanələri buraxılmış prosessual müddətin bərpası üçün əsas ola bilməz, çünki qanunvericilik bir şəxsin mənafeyini üstün tutmaqla digər şəxsin hüquqlarının pozulmasına yol vermir. Cavabdehin əsassız və qanunsuz olan ərizəsi heç bir halda təmin oluna bilməz, çünki hüquqi şəxsin təmsilçisinin və onun vəkilinin vəzifə borcu idi ki, prosesual müddət bitmədən və səlahiyyətli nümayəndə tərəfindən vaxtında məhkəməyə müraciət olunsun. Geniş məzmunlu ərizədə müddətin üzürlü hesab olunacağı heç bir hala istinad olunmamışdır, kopyalanmış mətn əsasında sadəcə qiyabi qətnamənin alınmasından danışılır və həmin hallara da dəfələrlə məhkəmə tərəfindən hüquqi qiymət verilmişdir. Etibarnamənin müddətinin bitməsi halı isə heç bir halda üzrlü hal hesab oluna bilməz çünki, İddiaçının hüquqlarının pozulması ilə nəticələnir. Məhkəmə nəzərə almalıdır ki, cavabdeh işdə vəkillə təmin olunur və onun işə laqeyd yanaşmasına, vəzifəsinin icrasına səhlənkar yanaşmasına yol verilmir, cavabdeh vəkillə hüquqi yardıma görə müqavilə bağlamışdır ki, hazırkı vəziyyətə düşməsin, prosessual pozuntulara yol verməsin. Qətnamədən vaxtında şikayət vermədikləri ki, hazırkı müraciətdə də səhlənkarlıq etmişlər və buna görə də iddiaçı məhkəmə süründürməçiliyinə məruz qalaraq hüquqları pozulur. Bütün yuxarıda qeyd olunanları, işin digər hallarını, cavabdeh tərəfindən məhkəmə süründürməçiliyinə məruz qalmağını, cavabdehin hüquqdan sui-istifadə hallarını nəzərə alaraq cavabdehin buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizəsinin təmin olunmamasını xahiş edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-60/2024 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-60/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə Cavabdeh MTK-nın nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəf bildirir ki, qiyabi qətnamənin çıxarılması barədə məktub MTK tərəfindən alınmamışdır. Sonradan isə qiyabi qətnamə barədə qərardadın ləğvi üçün müraciət olunduqda müddət ötürüldüyü üçün müddətin bərpası barədə ərizələri təmin edilməmişdir. Daha sonra sonuncu Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-60/2024 nömrəli qiyabi qətnaməsinin ləğvi barədə ərizənin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş ərizənin təmin edilməməsi barədə xx.xx.2025-ci il tarixli qərardaddan şikayət verilən zaman isə MTK tərəfindən müvafiq şikayət vermə səlahiyyətini təsdiq edən Vəkil verilmiş etibarnamənin müddəti bitdiyi üçün məhkəmə tərəfindən şikayətləri geri qaytarılmışdır. Hazırda cavabdeh həmin halın üzrlü hesab edilməsini və buraxılmış prosessual müddətin bərpa edilərək şikayətə baxılmasını xahiş edir. Hər bir halda konkret səbəbi üzürlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Göründüyü kimi, hazırda məhkəmədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-60/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verilməsi üçün Cavabdeh MTK tərəfindən ötürülmüş prosessual müddətin üzrlü səbəbləri müəyyən edilmir. Nəticə etibarilə cavabdeh qanunvericiliklə müəyyən edilmiş müddət ərzində şikayəti vermək iqtidarında olmamasını sübut edəcək hər hansı dəlil, sübut təqdim etməmişdir. Belə ki, cavabdeh hüquqi şəxsdir, Vəkil adına verilmiş etibarnamə üzrə sonuncunun səlahiyyət müddətinin bitməsi, o cümlədən onun tərəfindən imzalanmış şikayətə etibarnamənin əlavə edilməməsi kimi hallar məhkəmə tərəfindən üzrlü sayıla bilməz. Çünki sonuncunun hüquqi şəxs olaraq birbaşa vəzifəsi idi ki, qərardaddan şikayət təqdim edərkən, şikayətə orderlə yanaşı etibarnaməni də əlavə etsin. Bununla yanaşı məhkəmədə daha əvvəl müəyyən edilməsə də, sonuncunun bu haldan məlumatlı olmaması inandırıcı deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Şikayətin dəlilləri, şikayətə qarşı etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Cavabdeh MTK-nın vəkili Vəkil elektron məhkəmə informasiya sistemi vasitəsi ilə xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-60/2024 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-60/2024 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə Cavabdeh MTK tərəfindən verilmiş ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh MTK-nın müddətin bərpası barədə ərizəsi əsassız olaraq təmin edilməmişdir. Halbuki iş materiallarından da açıq şəkildə görünür ki, müddətin ötürülməsi cavabdehin iradəsindən kənar, obyektiv və üzrlü səbəblərdən baş vermişdir. Əvvəla, xx.xx.2024-cü il tarixli qiyabi qətnamə poçtla göndərilsə də, həmin sənəd cavabdehin əməkdaşı olmayan, səlahiyyətsiz şəxs – mühafizəçi işləyən Nurlan Zəkəriyev tərəfindən qəbul edilmişdir. Sənədlər cavabdeh MTK-nın sədrinə yalnız xx.xx.2024 tarixində faktiki təqdim olunmuşdur. Bu hal barədə həm Nurlan Zəkəriyev, həm də Hikmət İsmayılov yazılı izahatlar vermişdir. Deməli, cavabdeh məhkəmə proseslərindən vaxtında və lazımi qaydada xəbərdar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 243–244-cü maddələrinə görə, qiyabi qətnamə çıxarıldıqdan sonra 10 gün müddətində tərəflərə rəsmi qaydada verilməlidir. Lakin işdə təqdim edilən sübutlardan görünür ki, qətnamə cavabdehin özünə deyil, əlaqəsi olmayan şəxsə təqdim edildiyindən, bu müddətin real icrası mümkün olmamışdır. MPM-in 250-ci maddəsinə əsasən, cavabdeh lazımi qaydada xəbərdar edilmədikdə və ya üzrlü səbəbdən iclasa gələ bilmədikdə qiyabi qətnamə ləğv olunmalıdır. Digər tərəfdən, qiyabi qətnamənin ləğvi və ötürülmüş müddətin bərpasına dair ərizələrində Nərimanov Rayon Məhkəməsi tərəfindən təxminən 72 gün sonra baxılaraq qərardadla rədd edilmişdir. Lakin bu qərardadda və təyin edilmiş məhkəmə prosesində və nədəki verilmiş şikayətə baxarkən etibarnamənin müddəti barədə məhkəmə hər hansı bir çatışmamazlıqın olması barədə münasibət bildirməmişdir və nümayəndəni səlahiyyətli saymışdır. Bu da cavabdehin müdafiə hüquqlarının reallaşdırılmasına əlavə maneələr yaratmışdır. Bu fakt özü göstərir ki, prosessual gecikmələrdə cavabdehin günahı yoxdur və buraxılmış müddət üzürlü sayılmalıdır. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-3766/2025 saylı qərarında apellyasiya şikayəti yalnız etibarnamənin müddətinin bitməsi formal əsası ilə qeyri-mümkün hesab olunmuşdur. Bu isə işin mahiyyəti üzrə araşdırılmasına imkan verməmiş, cavabdehin müdafiə hüququnu sırf formal səbəbdən məhdudlaşdırmışdır. Halbuki etibarnamə məsələsi aradan qaldırıla bilən sadə prosessual qüsurdur və qiyabi qətnamənin ləğvi üçün əsas maneə hesab oluna bilməz. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-60/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 60/2024 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh MTK-nın nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün 7 (yeddi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşin apellyasiya icraatı zamanı Cavabdeh MTK-nın nümayəndəsi (vəkili) Vəkil xx.xx.2025-ci il tarixdə elektron məhkəmə-informasiya sistemindəki e-kabineti vasitəsi ilə məhkəməyə vəsatət ünvanlayaraq bildirmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi qərardadında qeyd edir ki, “Belə ki, mülki işin materialarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-60/2024 saylı qiyabi qətnaməsi xx.xx.2024-cü il tarixdə tərəflərə rəsmi qaydada göndərilmişdir. Həmin qətnamə cavabdeh "xxxx" MTK-nın qeydiyyatda olduğu ünvan üzrə göndərilmiş, həmin ünvanda “Zəkizadə Nurlan” tərəfindən xx.xx.2024-cü il tarixli poçt qəbzinə imza edilərək, rəsmi qaydada qəbul edilmişdir.” Aşağıda qeyd edilənləri nəzərə çatdırır: 1. Həsən-96 MTK-nın rəsmi fəaliyyətini 2019-cu ildən dayandırmış və həmin vaxtdan hər-hansı bir işçisi yoxdur və rəsmi şəxsi yalnız sədridir. 2. MTK-nın asan imzası olmadığından o, Vergilər Nazirliyinin rəsmi saytında olan kabinetindən istifadə etmir və elektron məhkəmə portalında belə kabineti yoxdur. 3. Hüquqi ünvan kimi qeyd edilən ünvan əvvələr MTK-nın işlədiyi zaman icarədə oturduğu plazanın ünvanıdır və MTK həmin ünvanda fəaliyyətini dayandırdıqdan sonra orada fəaliyyət göstərmir. 4. Onun araşdırması zamanı məlum olmuşdur ki, həmin ünvana gələn məktubları plazanın mühafizəçiləri qəbul edir və özündə saxlayır. Sonuncu dəfə isə təsadüfən MTK-nın sədri həmin ünvanda olarkən mühafizə rəisi Hikmət İsmayılov onu tanımış və bütün gələn məktubları ona təqdim etmişdir. Bundan sonra MTK rəsmi olaraq qiyabi qətnamədən xəbər tutmuş və ləğvinə dair ərizə vermişdir. Lakin məhkəmə həmin qətnaməni ləğv etməmiş və qərardad qəbul etmişdir. Onlar həmin qərardadı məhkəmənin onu vəkil kimi elektron kabinetdə əlavə etdikdən sonra xəbər tutumuşlar və şikayət etmişlər. O, Zəkəriyev Nurlanla da söhbət edib və müəyyən edib ki, o, başqa müəssissədə 2023-cü ildən, Park Evləri MTK-da mühafizəçi kimi işləyir (arayış əlavə edilir), Həsən 96 MTK-dan heç kimi tanımır, heç vaxt oranın əməkdaşı olmayıb və bu ünvana gələn bütün məktubları ərazinin Səbuhi adlı poçtalyonunun təkidi ilə kimə qəlməsindən asılı olmayaraq qəbul edib və binanın girişində olan qəbul otağında masanın üstünə qoyub və həmin binada icarədə oturan hüquqi və fiziki şəxslər özləri həmin məktublara baxıb onlara aid olan məktubları götürüblər, ünvanda fəaliyyət göstərməyən şəxslərin məktubları isə orada yığılıb qalıb. Sonuncu dəfə yığılmış məktubların hamısını Hikmət İsmayılova verdiyini bildirmiş və sonuncunun göstərişinə əsasən ünvanda olmayan və orada fəaliyyət göstərməyən, tanımadığı hüquqi və fiziki şəxslərə və gələn məktubları qəbul etməmişdir. Yuxarıda qeyd edilənlərərə əsasən X4 (Ş/V AA 5616453/FİN 6JBS2OT/ Mobil 070 722 2336) şahid qismində iştirakının təmin edilməsi və dindirilməsi üçün, şikayət üzrə işə şifahi məhkəmə iclasında baxılması üçün qərardad qəbul edilməsini xahiş edir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən xx.xx.2025-ci il tarixdə elektron məhkəmə-informasiya sistemindəki e-kabineti vasitəsi ilə şikayətə və vəsatətə qarşı etiraz onunla əsaslandırılmışdır ki, iş üzrə qəbul olunmuş qiyabi qətnamənin cavabdeh tərəfindən hansı tarixdə alması, qiyabi qətnamənin cavabdehə çatması və qiyabi qətnamənin ləğv olunması ilə bağlı vermiş olduğu şikayət müddətinin cavabdeh tərəfindən buraxılması işin mübahisəsiz halıdır, yəni ki, müddətin buraxılması artıq bir neçə dəfə birinci instansiya məhkəməsində və Bakı Apelliyasiya Məhkəməsində baxılmış işlər üzrə qanuni qüvvəsini almış, qəbul olunmuş qərardadlar üzrə öz təsdiqini tapmışdır. Müddətin buraxılması məsələsinə məhkəmələr hüquqi qiymət vermişdir və hazırkı icraatda müddətin buraxılıb buraxılmaması məsələsinə baxıla bilməz. Çünki əvvəlki icraatlarda müddətin buraxılması məsələsinə baxılmışdır. Cavabdeh tərəfindən müddətin buraxılması halı qəbul olunduğu üçün məhkəməyə müraciət olunaraq buraxılmış müddətin üzürlü hesab olunaraq bərpa olunması barədə ərizə verilmişdir. Hal-hazırda məhkəmədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-60/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadından şikayət verilməsi üçün Cavabdeh MTK tərəfindən ötürülmüş prosessual müddətin üzrlü hesab edilməsi barədə məsələyə baxılır və müddətin üzürlü hesab olunması barədə heç bir əsas və üzürlü səbəb yoxdur. Lakin Cavabdeh MTK Məhkəmənin diqqətini yayındırma üçün şahid məsələsini ortaya atır və bildirir ki, qiyabi qətnaməni aldıqdan sonra vaxtında şikayət vermişdir. Halbuki, qiyabi qətnamənin ləğvi ilə bağlı nəzərdə tutulmuş müddətin buraxılması məsələsində dəfələrlə məhkəmədə baxılmış və cavabdehin qətnaməni aldığı tarix məhkəmə qərardadları ilə təsdiq olunmuşdur. Cavabdehin məhkəməyə şahid gətirərək qiyabi qətnaməni hansı tarixdə almasını məhkəməyə sübut etməyə çalışması bu gün qəbuledilməzdir, çünki o məsələyə artıq baxılmış və bununla bağlı qanuni qüvvəsini almış qərardadlar vardır və cavabdeh də özü müddəti buraxdığını qəbul edərək buraxılmış müddətin üzürlü hesab edilməsi barədə məhkəməyə ərizə vermişdir. Ərizə təmin olunmadığı üçün cavabdeh xx.xx.2025-ci il tarixli qərardaddan şikayət vermişdir və həmin qərardaddan da şikayət verilməsi üçün nəzərdə tutulmuş müddəti buraxmışdır. Bu gün cavabdehin xx.xx.2025-ci il tarixli qərardaddan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılmasının üzürlü hesab edilməsi barədə məsələyə baxılır. Hazırkı işdə şahid məhkəməyə gəlib xx.xx.2025-ci il tarixli qərardaddan şikayət verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilməsini xahiş edəcəkdir? Ya hansı hala şahidlik edəcəkdir ki, nümayəndə xx.xx.2025-ci il tarixli qərardaddan vaxtında şikayət verməmişdir? Bu icraatda qiyabi qətnamənin hansı tarixdə alınması məsələsinə baxılmır ki, şahid gəlsin və münasibətini bildirsin. O məsələyə baxılmışdır. Digər bir məsələ budur ki, cavabdeh tərəfindən bütün ərizələr, şikayətlər eyni məzmunlu eyni əsaslarla verilir və bu əsaslar üzrə dəfələrlə məhkəmələr ərizələrə və şikayətlərə baxmışdır, bu əsaslarla bağlı qanuni qüvvəsini almış qərardadlar vardır. Bütün yuxarıda qeyd olunanları və işin faktiki hallarını nəzərə alaraq cavabdeh tərəfindən verilmiş şikayətin və vəsatətin təmin olunmaması barədə qərardad qəbul edilməsini xahiş edir. Kollegiya hazırkı icraatda şahidin dindirilməsinə, şikayətə şifahi məhkəmə iclasında baxılmasına zərurət olmadığından bu barədə cavabdehin nümayəndəsinin (vəkilinin) vəsatətini təmin etməyərək şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxmışdır. Belə ki, hazırkı şikayətində Cavabdeh MTK nümayəndəsi (vəkili) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-60/2024 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-60/2024 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə Cavabdeh MTK tərəfindən verilmiş ərizənin təmin edilməsini xahiş edir. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 69.1. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Maddə 69.2. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Maddə 69.3. Təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. Maddə 69.4. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyasının səlahiyyətli nümayəndəsi (təsviyəçi, ləğvedici) çıxış edir. Maddə 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Maddə 73.2. Fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.3-cü maddəsində müəyyən edilən hallarda həmin maddədə nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən təsdiq edilir. Maddə 73.4. Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Maddə 74.2. İddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 396.1. Şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin, ona etirazın dəlillərini və mülki işin sənədlərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-60/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e2(005)-60/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh MTK tərəfindən şikayət verilməsi üçün buraxılmış prosessual müddət üzrlü hesab olunaraq bərpa edilməlidir. Mülki işdən müəyyən olunur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)-60/2024 saylı qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-60/2024 nömrəli qiyabi qətnaməsinin ləğvi barədə ərizənin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş ərizə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3766/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-60/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh MTK-nın vəkili qismində Vəkil tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilərək, şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-60/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-60/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh MTK-nın vəkili X11 tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş şikayəti ona geri qaytarılmış, Cavabdeh MTK-nın nümayəndəsi (vəkili) Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-60/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-60/2024 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-60/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə Cavabdeh MTK-nın nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır. Hazırkı şikayətində Cavabdeh MTK-nın nümayəndəsi (vəkili) Vəkil Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-60/2024 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-60/2024 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə Cavabdeh MTK tərəfindən verilmiş ərizənin təmin edilməsini xahiş edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-60/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 60/2024 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh MTK-nın nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş şikayəti təmin etməmiş, şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib qeyd edir ki, mülki işin sənədlərindən müəyyən olunur ki, cavabdeh tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-60/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadından ilk dəfə şikayət verilərkən müddət ötürülməmiş, şikayətə baxan birinci instansiya məhkəməsi şikayətin səlhiyyətli şəxs tərəfindən imzalanmasını yoxlamalı olduğu halda bunu etməmişdir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)- 60/2024 saylı qəradadından verilən şikayət Cavabdeh MTK-nın vəkili Vəkil tərəfindən imzalanmış, şikayətə isə sonuncunun Cavabdeh MTK-nın nümayəndəsi olmasını, adından apellyasiya şikayətini vermək, imzalamaq və s. səlahiyyətli olmasını təsdiq edən və qüvvədə olan müvafiq sənəd (etibarnamə) əlavə edilməmişdir. İş materiallarında mövcud olan Cavabdeh MTK tərəfindən Vəkilu adına verilmiş etibarnamə üzrə sonuncunun səlahiyyət müddəti isə xx.xx.2024-cü il tarixdə bitmişdir. Lakin bu hal, yalnız apellyasiya istansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş və şikayət qeyri-mümkün hesab edilmişdir. İstinad olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən sözügedən qərardaddan ilk dəfə şikayət verilərkən müddət pozulmadığından, birinci intansiya məhkəməsi şikayəti mümkün hesab edərək şikayətə baxarkən yoxlanılmalı olan, lakin yoxnalımayan halı, yəni vəkilə verilən etibarnamənin müddətinin bitməsi ilə bağlı şikayəti imzalamaq səlahiyyətinin olmaması halını əsas götürüb müddətin üzrlü səbəb olmadan buraxılması qənaətinə gəlməsi düzgün deyildir. Belə ki, birinci instansiya məhkəməsinin hakimi öz vəzifə səlahiyyətlərinə əsasən şikayətin qeyri-mümkünlüyünü vaxtında düzgün yoxlamış olsaydı, cavabdeh də, bu nöqsanı vaxtında aradan qaldırmaq hüququndan istifadə edə bilərdi. Ona görə də şikayəti təmin olunmalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-60/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-60/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh MTK tərəfindən şikayət verilməsi üçün buraxılmış prosessual müddət üzrlü hesab olunaraq bərpa edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.3, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Şikayəti təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-60/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-60/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh MTK tərəfindən şikayət verilməsi üçün buraxılmış prosessual müddət üzrlü hesab olunaraq bərpa edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5883/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5883/2025
30.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver