Məhkəmə qərarları › İş №2(103)-5884/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5884/2024

06.12.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5884/2024 06.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5 iştirakı ilə, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh1, Cavabdeh4 və 40 saylı notariat kontoruna qarşı “müqavilənin etibarsız hesab edilməsi, mülkiyyət hüququ haqqında qeydin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-3598/2024 saylı qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh1, Cavabdeh4 və 40 saylı notariat kontoruna qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında “A” tikilisi ilə ünvan 2i 76,6 kv.m, yaşayış sahəsi 33,7 kv.m olan evlə dəyişdirilməsinə onun adından (təmsilçi Cavabdeh1 ilə) Cavabdeh2 arasında bağlanmış və xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 40 saylı notariat ofisi tərəfindən 4Ə-18 reyestr nömrə ilə qeydə alınaraq təsdiq edilmiş dəyişmə (dəyişdirmə) müqaviləsinin etibarsız hesab edilməsi; Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, ev 118 üvanda yerləşən evin “A” tikili hissəsinin Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında Cavabdeh2 adına ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi; ünvan 3əsi 76,6 kv.m, yaşayış sahəsi 33,7 kv.m olan evə və həmin evin yerləşdiyi 0.00932 ha torpaq sahəsinə dair onun adından (təmsilçi Cavabdeh5 ilə) Cavabdeh4 arasında bağlanmış və 06 aprel 2023-cü il tarixdə Salyan şəhəri 2 saylı notariat ofisi tərəfindən 4Ə- 279 reyestr nömrə ilə qeydə alınaraq təsdiq edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh4 adına aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında Cavabdeh4 adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi və ixtisaslı hüquqi yardımın göstərilməsi üçün vəkillik qurumuna ödənilmiş 320 manatın və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X6 ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, onun hazırkı mülki iş üzrə müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində işə cəlb edilməsini, həmçinin ünvan 1 ünvanında “A” tikilisi ilə ünvan 3əsi 76,6 kv.m, yaşayış sahəsi 33,7 kv.m olan evlə dəyişdirilməsinə X7 adından (təmsilçi Cavabdeh1 ilə) Cavabdeh2 arasında bağlanmış və xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 40 saylı notariat ofisi tərəfindən 4Ə-18 reyestr nömrə ilə qeydə alınaraq təsdiq edilmiş dəyişmə (dəyişdirmə) müqaviləsinin etibarsız hesab edilməsi; həmin müqavilə əsasında Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, ev 118 üvanda yerləşən evin “A” tikili hissəsinin Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında Cavabdeh2 adına ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsini və ödənilmiş dövlət rüsumuna görə 100 manatın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-3598/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanında “A” tikilisi ilə ünvan 4si 76,6 kv.m, yaşayış sahəsi 33,7 kv.m olan evlə dəyişdirilməsinə dair bağlanmış və xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 40 saylı notariat ofisi tərəfindən 4Ə-18 reyestr nömrə ilə qeydə alınaraq təsdiq edilmiş dəyişmə (dəyişdirmə) müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, ev 118 üvanında yerləşən evin “A” tikili hissəsinin Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 23.02 2023-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, hüquqi yardımın göstərilməsi üçün vəkil qurumuna ödənilmiş 320 manat pulun cavabdehlər Cavabdeh2, Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, dövlət rüsumu qismində ödənilmiş 100 manat Cavabdeh2, Cavabdeh5, Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh5 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)- 5884/2024 saylı qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. Bundan sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə məktub göndərilərək, məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsindən iş üzrə Cavabdeh2 tərəfindən də apellyasiya şikayətinin verildiyi bildirilmiş və həmin şikayətin mümkünlüyünün yoxlanılması məqsədi ilə mülki işin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən tərəflər məhkəmə iclasına gəlməmişdilər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli, Cavabdeh2 apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3598/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmalı, mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384-cü, 400-cü, 402-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-5884/2024 saylı qərardadı ləğv edilsin. Cavabdeh2 apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3598/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. Mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar