Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5891/2023 16.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “debitor borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki iş üzrə (Açar sözlər: borcun silinməsi, zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “debitor borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-2402/2023 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Tərəflər arasında xx.xx.2017-ci il tarixində Ak-1/19288 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-atqısı müqaviləsi” imzalanmış və həmin müqavilə əsasında Cavabdeh abonentə məxsus mənzili təbii qazla təchiz etmişdir.
2. xx.xx.2023-cü il tarixli, 6970827№-li Akta əsasən istehlakçıya məxsus fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və sayğacın elektron hissəsi ilə mexaniki hissəsi arasında fərq olduğu aşkar edilmişdir.
3. Abonentin saldosuna əsasən İddiaçı xx.xx.2023-cü il tarixli akt üzrə 581,84 manat məbləğində borcu yaranmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdehnə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil ona məxsusdur. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib olunmuşdur. Həmin akta əsasən ona dəymiş zərərə görə 919,96 manat borc hesablanmışdır. Hazırda cavabdeh tərəfindən akt əsasında ona hesablanmış borc ilə razı olmadığına görə həmin borcun silinməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətindədir. Belə ki, yaşadığı mənzilə cavabdeh təşkilat tərəfindən elektron qaz sayğacı quraşdırılmış və qazdan istifadə kart vasitəsilə həyata keçirilmişdir. Bildiyi qədər onun cavabdehə qaz borcu yoxdur. Bu yaxınlarda cavabdeh təşkilatın nümayəndələri tərəfindən yaşadığı ünvanda kütləvi olaraq qaz sayğaclarının dəyişdirilməsi həyata keçirilmişdir. Onun mənzilində olan qaz sayğacını da dəyişdirmişlər. Həmin qaz sayğacının dəyişdirilməsindən sonra onlar bildirmişlər ki, sayğacın mexaniki göstərici ilə elektron göstəricisi arasında uyğunsuzluq var və nəticə etibarı ilə ona 919,96 manat məbləğində borc yazmışlar. Yaşadığı mənzildə quraşdırılmış qaz sayğacına onlar tərəfindən hər hansısa bir müdaxilə edilməmişdir. Bütün problem cavabdeh təşkilatın özündə olmuşdur. Hesab edilir ki, cavabdeh təşkilat tərəfindən hesablanmış borc əsassız və qanunsuz olduğundan silinməlidir. Göstərilənlərə əsasən, cavabdeh “X3” tərəfindən iddiaçıya məxsus **********00210 saylı abonent koduna xx.xx.2023-cü il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında tərtib olunmuş akt əsasında dəymiş zərərə görə hesablanmış 919,96 manat borcun silinməsi və 500 manat məbləğində mənəvi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
6. Cavabdeh İddiaçı qarşı “debitor borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. Qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2017-ci il tarixində Ak-1/19288 nömrəli “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqavilə”si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında Cavabdeh abonentə məxsus mənzili təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana Cavabdeh Bakı X7 Departamenti tərəfindən **********00210 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G4 markalı smart tipli qaz sayğacı quraşdırılmışdır. Yuxarıda bəhs edilən müqavilənin 2.3.1-ci yarımbəndinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış qazın dəyərini tamam ödəmək istehlakçının vəzifəsidir. Belə ki, Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixində istehlakçının iştirakı ilə sayğaca baxış keçirilmiş və sayğac çıxarılan zaman sayğacın mexaniki göstəricisində 10479 m3 təbii qaz sərfiyyatı aşkar edilmiş, lakin onun dəyərini ödəmədiyi müəyyən edilmişdir. Bu fakt qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktla Cavabdeh nümayəndələrinin və istehlakçının imzaları ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi, sayğacın mexaniki göstəricisinə əsasən qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən dəyəri ödənilməyən 581,84 manat məbləğində qaz sərf etməsi müəyyən edilmişdir. Beləliklə, cavabdehin Cavabdehnə ödənilməli borc məbləği, yəni onun debitor borcu hazırda abonentin saldosu üzrə ümumi 581,84 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Cavabdehnə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən, cavabdeh İddiaçı Cavabdehnə olan debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 581,84 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 611,84 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı Cavabdeh Azərbaycan X5 şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Cavabdeh İB, VÖEN**********, İBAN:AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
8. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 2402/2023 nömrəli qətnaməsi ilə (hakim N.T.Tağıyeva) ilkin iddia tələbi qismən təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı məxsus **********00210 saylı abonent koduna xx.xx.2023-cü il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında tərtib olunmuş akt əsasında dəymiş zərərə görə hesablanmış 581,84 manat məbləğində borcun silinməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı “debitor borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2023- cü il tarixli akt əsasında dəymiş ziyan kimi 4347 kub metr üçün hesablanmış əlavə sərfiyyat ağlabatan deyil və real hesab oluna bilməz. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, ilk iddia tələbi borcun silinməsi hissəsində qismən təmin edilməklə, abonent saldosu üzrə istehlakçı İddiaçı məxsus qaz sayğacı üzrə əsassız hesablanmış 581,84 manat məbləğində borc silinməlidir.
10. Məhkəmə ilk iddia tələbinin 500 manat məbləğində mənəvi zərərin tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin hissədə iddia əsaslı hesab oluna bilməz. Belə ki, hazırda iddiaçı əsassız hesablanmış borca görə əsəb-sarsıntı keçirdiyini iddia etsə də, bunu təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.
11. Bundan başqa, məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, hazırda iddiaçı Cavabdeh İddiaçı İB-yə olan debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 581,84 manat pulun tutulmasını tələb edir. Halbuki, məhkəmə tərəfindən ilk iddia tələbinə münasibətdə müəyyən edilmişdir ki, Cavabdeh hazırda tələb etdiyi 581,84 manat məbləğində debitor borc İB tərəfindən əsassız olaraq hesablanmışdır. Odur ki, ilk iddia tələbi qismən təmin edilərək borcun 581,84 manat məbləği istehlakçı İddiaçı xeyrinə silindiyindən qarşılıqlı iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 1.3, 1.4, 6.5-ci bəndlərinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilkin iddianın tam rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı iştirakı ilə sayğaca baxış keçirilən zaman sayğacın mexaniki göstəricisi ilə elektron göstəricisi arasında fərq olduğu, mexaniki göstəricisinin 10479 m3 qaz sərf edildiyini qeyd etdiyi müəyyən edilmişdir. Sayğaca baxış keçirildikdən sonra istehlakçının iştirakı ilə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı, xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş və iddiaçı və cavabdehin əməkdaşları tərəfindən imzalanmışdır. Daha sonra elektron göstərici ilə mexaniki göstərici arasında fərq üzrə sərfiyyat hesablanaraq istehlakçının saldosuna əlavə edilmişdir. Birinci instansiya məhkəməsi isə tərəflər arasında bağlanmış qazın alqı-satqısı müqaviləsinin tələblərini nəzərə almayaraq sübutlarla təsdiq olunan sayğac göstəriciləri üzrə sərfedilən qaza görə ödənilməli olan məbləği silmişdir. Məhkəmə iclasında mexaniki göstərici ilə elektron göstərici arasındakı fərq nəticəsində borcun cavabdehin saldosuna əlavə edildiyi və iddiaçı tərəfindən 581,84 manat dəyərində qaz sərfiyyatı faktını təsdiq edən sübutları məhkəməyə təqdim edilməsinə baxmayaraq məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi borcunsayğacın elektron və mexaniki göstəricisi arasında fərq nəticəsində yarandığını müəyyən etsə də, sayğacın göstəriciləri üzrə istifadə edilən qaz sərfiyyatını dəymiş ziyan kimi qiymətləndirmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
17. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə ilkin iddia üzrə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1 Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
19. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 13.8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: Bənd 1.3 və 1.4. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88-ci Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Hazırki işdə ilkin iddia qismən təmin edildiyindən, qarşılıqlı iddia isə təmin edilmədiyindən və qətnamə qarşılıqlı iddiaçı tərəfindən ilkin iddianın təmin olunan, qarşılıqlı iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslılığı yalnız həmin hissələrdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Belə ki, işdə olan Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 6970827№-li Aktda mexaniki göstərici ilə elektron göstərici arasındakı fərq olduğu qeyd olunmuş və həmin akt əsasında istehlakçıdan 581,84 manat məbləğində hesablanmış borc tələb edilmişdir.
26. Lakin “Qazdan istifadə Qaydaları”na görə fiziki şəxslərin ünvanlarına quraşdırılmış qaz sayğaclarının işlək vəziyyətdə saxlanılması üçün cavabdehliyi Cavabdeh İB özü daşıyır, abonent isə yalnız onun təqsirli hərəkəti nəticəsində sayğacda nasazlıq baş verdiyi hallara görə məsuliyyət daşıyır. Hazırkı işin halları ilə ilkin iddia üzrə iddiaçının ünvanına quraşdırılmış sayğaca müdaxilə etməsi halı öz təsdiqini tapmamışdır.
27. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, sayğacda yaranmış qüsurların abonentin təqsiri nəticəsində baş verməsi müəyyən edilmədiyindən Cavabdeh İB tərəfindən tərtib edilmiş akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz.
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, abonent saldosu üzrə istehlakçının qalıq borc kimi müəyyən edilmiş 581,84 manat məbləğində borcu silinməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, abonentə əsassız olaraq hesablanmış 581,84 manat məbləğində borcu silindiyindən qarşılıqlı iddia tələbi təmin edilməməlidir.
29. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
30. Həmçinin qeyd edilməldir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamə üzrə iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
31. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-2402/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği ilkin iddia üzrə cavabdehə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz. Hakimlər: