Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5897/2024 14.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ərazi aidiyyəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-3918/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 aprel 2024-cü il tarixdə bakı şəhərində İddiaçı anadan olmuş Nilufər adlı azyaşlı uşağa münasibətdə Cavabdeh atalığının müəyyən edilməsi, Cavabdeh məhkəməyə müraciət edilən vaxtdan başlayaraq hər ay 15 aprel 2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 235 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh işin ərazi aidiyyəti üzrə göndərilməsinə dair vəsatət ilə məhkəməyə müraciət edərək, mülki işi aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
3. Vəsatət onunla əsaslandırılmışdır ki, iddia tələbi iddiaçının yaşadığı yer üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə verilmişdir. Lakin burada qanunvericiliyin tələbi pozulmuşdur. Belə ki, cavabdeh Bakı şəhəri, Xətai rayonunda yerləşən “Park Avenue” yaşayış kompleksində yaşayır və həmin ünvanda qeydiyyata düşmək üzrədir. Vəsatətə əlavə edilmiş xx.xx.2024-cü il tarixli arayış da Cavabdeh Bakı şəhəri, Xətai rayonunda yerləşən “Park Avenue” yaşayış kompleksində yaşamasını bir daha təsdiq edir. Ona görə hesab edir ki, mülki işə Xətai Rayon Məhkəməsində baxılmalıdır.
4. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 3918/2024 nömrəli qərardadı ilə iddiaçı vəsatətin təmin edilməməsi qərara alınmışdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
5. Cavabdeh həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və vəsatətin təmin edilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cu il tarixli arayış Cavabdeh Bakı şəhəri, Xətai rayonunda yerləşən "Park Avenue" yaşayış kompleksində yaşamasını təsdiq edir. O, hər dəfə Nəsimi Rayon Məhkəməsinə gəlməkdə əziyyət çəkir.
7. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
10. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarı: Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 36.3. Alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Maddə 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Maddə 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
13. İşdən müəyyən olunur ki, iddiaçının yaşayış yeri Bakı şəhərinin Nəsimi rayonu ərazisində yerləşir.
14. Mülki-prosessual qanunvericiliyin yuxarıda istinad olunan tələblərindən göründüyü kimi, iddiaçı alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddiasını özünün yaşadığı yerə görə də verilə bilər. İddiaçı isə bu hüququndan istifadə edərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir.
15. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
16. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-3918/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: