Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5898/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ HakimŞirinov İkram Sabir oğlunun sədrliyivəməruzəsiilə, HakimlərSəmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarəttərkibdə, Həsənova Ülkər Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2969/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı BOKT MMC Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və lizinq ödənişlərinin həyata keçirilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə müraciət edərək, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 137069/18 nömrəli daxili lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh 763,93 manat faiz borcu, gecikdirilmiş günlər üçün ödənilməli olan 306,14 manat cərimə olmaqla, cəmi 1070,07 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı BOKT MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, İddiaçı BOKT MMC xx.xx.2020-ci il tarixdə iddianı təmin etmə tədbirinin tətbiqinə dair ərizə verərək, gələcəkdə qətnamənin icrasını təmin etmək məqsədi ilə xx.xx.2018-ci il tarixli 137069/18 nömrəli daxili lizinq müqaviləsinə əsasən Cavabdeh verilmiş “Mercedes Benz S500” minik markalı, 2006-cı il buraxılışlı,WDD2211711A081986 ban nömrəli, qara metalik rəngli, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması, həmin avtomobilin İddiaçı BOKT MMC-nin saxlancına yerləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-2969/2020 nömrəli qərardadı ilə idiaçının ərizəsi təmin edilmişdir. Sonradan, Cavabdehlər İddiaçı BOKT MMC-yə və Azərbaycan Respublikası DİN BDYPİ-yə qarşı “İddiaçı BOKT MMC-nin qanunsuz hərəkətləri nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi və avtomobilin ona qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı BOKT MMC-nin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi olaraq 20.000 manat pulun İddiaçı BOKT MMC-dən tutularaq ona ödənilməsi, lizinq obyekti olan “Mercedes Benz S500” minik markalı, 2006-cı il buraxılışlı, WDD2211711A081986 ban nömrəli, qara metalik rəngli, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdeh Azərbaycan Respublikası DİN BDYPİ-dən alınaraq ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, Cavabdeh məhkəməyə iddianın təmin etmə tədbirinə dair ərizə verərək, İddiaçı BOKT MMC-nin mülkiyyətində olan və Cavabdeh lizinqə verilmiş “Mercedes Benz S500” minik markalı, 2006-cı il buraxılışlı, WDD2211711A081986 ban nömrəli, qara metalik rəngli, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-2969/2020 nömrəli qərardadı ilə iddianın təmini tədbiri kimi qoyulmuş həbsin ləğv edilməsini, həmin avtomobilin məhkəmədə mübahisə həll edilənədək onun istifadəsinə geri qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2969/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə Cavabdeh iddianın təmin etmə tədbirinə dair ərizəsi əsasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-2969/2020 nömrəli qərardadı ləğv edilmiş, “Mercedes Benz S500” minik markalı, 2006-cı il buraxılışlı, WDD2211711A081986 ban nömrəli, qara metalik rəngli, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)- 2969/2020 nömrəli qərardadı ilə iddianın təmini tədbiri kimi qoyulmuş həbs ləğv edilmiş, qeyd edilən avtomobil məhkəmədə mübahisə həll edilənədək Cavabdeh istifadəsinə və saxlancına verilmişdir. İddiaçı BOKT MMC-nin həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmiş, məhkəmənin özü tərəfindən şikayət təmin edilməmiş və MPM-nin 269-cu maddəsinə əsasən baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Ü.Mirzəliyeva şikayəti müdafiə edərək göstərdi ki, rayon məhkəməsi iddianın təmini tədbiri barədə cavabdehin ərizəsinə əsasən xx.xx.2020-ci il tarixli, 2(004)- 2969/2020 nömrəli qərardadı ilə tərəfimizdən verilmiş iddianın təmini tədbiri barədə ərizə ilə avtomobilə qoyulmuş həbsi ləğv etmiş, qeyd edilən avtomobil məhkəmədə mübahisə həll edilənədək Cavabdeh istifadəsinə və saxlancına verilmişdir. Məhkəmə qeyd edilən xx.xx.2020-ci il tarixli qərardadını cavabdehin şikayəti əsasında deyil, onun iddianın təmin tədbiri barədə ərizəsinə əsasən ləğv etmiş, mülki prosessual qanunvericiliyin fundamental prinsiplərini pozmuşdur, eləcə də həmin qərardaddan verilmiş şikayətə baxarkən onların iştirakını təmin etməmiş, şikayətçini dinləməmişdir, bu səbəblərdən də şikayətin təmin edilərək rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadının ləğv olunmasını Məhkəmədən xahiş etdi. Şikayətə baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə tərəfin izahatını dinləyib, şikayətin dəlillərini mülki işin materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin olunmalı, rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 158.1.1-ci maddəsinin tələbinə görə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlakın üzərinə həbs qoyula bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, rayon məhkəməsi hazırkı iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək iddianın təmini tədbiri barədə cavabdehin ərizəsi əsasında xx.xx.2020-ci il tarixli qərardadı qəbul etməkdə haqlı olmuşdur. Bununla belə, mülki işin materialları ilə müəyyən olunur ki, rayon məhkəməsi xx.xx.2020-ci il tarixli məhkəmə iclası zamanı iddianın təmini tədbiri barədə xx.xx.2020-ci il tarixli qərardadını cavabdehin iddianın təmin tədbiri barədə ərizəsinə əsasən ləğv edilmişdir (iş vərəq 37-38 ). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 163.1-ci maddəsinə əsasən iddianı təmin etmək məsələləri üzrə bütün qərardadlardan şikayət vermək olar. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin tədbiri barədə xx.xx.2020-ci il tarixli qərardadını cavabdeh tərəfindən həmin qərardaddan şikayət verilmədən ləğv etməklə prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Rayon məhkəməsi həmin qərardadında qanuni əsas kimi MPM-nin 162.1-ci maddəsinə istinad etmişdir. MPM-nin 162-ci maddəsi iddianın təmin etmənin ləğv olunması ilə bağlı məsələləri tənzimləyir. Həmin normada tərəflərin xahişi ilə yanaşı məhkəmənin təşəbbüsü ilə də iddianın təmin edilməsinin ləğvinin mümkünlüyü, həm də dispozitiv şəkildə təsbit olunmuşdur (maddə 162.1.). İddianı təmin etmənin ləğv olunması ilə bağlı məsələləri tənzimləyən normaların- 162.1- 162.3-cü maddələrin sistematik təhlilindən müəyyən olunur ki, məhkəmənin öz təşəbbüsü ilə iddianın təmin etmənin ləğv olunması prosesin istənilən mərhələsində deyil, yalnız qanunda birbaşa nəzərdə tutulan hallarda tətbiq oluna bilər. Belə ki, MPM-nin 162.1-ci maddəsi iddianı təmin etmənin ləğvi ilə bağlı ümumi norma kimi çıxış edir və ümumən iddianın təmin tədbirinin ləğvinin mümkünlüyünü bildirir. Həm də bu vaxt nəzərə almaq lazımdır ki, Məcəllənin 162-ci maddəsində təsbit olunmuş iddianı təmin etməyə dair qərardadların ləğvi, Məcəllənin 163-cü maddəsində təsbit olunmuş şikayətlər əsasında ləğvindən tamamilə fərqlidir, xüsusən də prosesin mərhələsi baxımından. Çünki MPM-nin 163-cü maddəsinə görə şikayət əsasında həmin qərardadların ləğvi prosesin istənilən mərhələsində mümkün olduğu halda, 162-ci maddədə nəzərdə tutulmuş ləğv isə yalnız mülki iş üzrə nəticənin verilməsi halı ilə bağlıdır. Başqa sözlə desək, 162-ci maddəyə istinadən prosesin istənilən mərhələsində deyil, yalnız iş üzrə nəticənin verilməsi halında (bu mərhələdə) iddianın təmin etmənin ləğv olunması mümkündür. MPM-nin 162.3-cü maddəsində təsbit olunmuş – “... məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxardıqdan sonra iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər“ göstəriş də bu qənaəti təsdiq edir. Dərhal da qeyd etmək lazımdır ki, həmin normada yalnız qətnamədən bəhs edilsə də, əslində 162-ci maddəyə istinadən məhkəmə öz təşəbbüsü ilə ərizənin baxılmamış saxlanılması və iş üzrə icraata xitam verildiyi hallarda da iddianı təmin etmə barədə qərardadını ləğv edə bilər. Eyni zamanda, iş materiallarından məlum olur ki, birinci instansiya məhkəməsi xx.xx.2020-ci il tarixli qərardaddan iddiaçının verdiyi şikayətə baxarkən tərəflərin iştirakını da təmin etməmişdir. Məhkəmələrdə işlərə baxılmasının qaydaları isə Məcəllənin «Əsas Qaydalar» adlı İ fəslində nəzərdə tutulmuşdur. Həmin fəsildə yer alan 9.1-ci maddənin tələbinə görə – ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məcəllənin 9.2-ci maddəsinə əsasən … məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağrılıb dindirilmədikdə baxıla bilməz. Məcəllənin 9.3-cü maddəsinə görə isə hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. …. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Belə olan halda aydın olur ki, MPM-in 269.1-ci maddəsində nəzərdə tutulmuş «qərardaddan verilmiş şikayətə məhkəmədə baxılır» göstərişi mütləq qaydada şikayətin məhkəmə iclasında, həm də onun təyin olunma vaxtı və yeri barədə tərəflərə məlumat verilməklə baxılmalı olduğunu tələb edir. Hazırkı halda isə şikayətə baxmış birinci instansiya məhkəməsi qanunun bu imperativ tələblərinə əməl etməmiş, şikayətə baxılmasının yeri və vaxtı barədə tərəflərə məlumat verməmiş, xüsusən də şikayət vermiş iddiaçını dinləmədən, şikayətə onun iştirakı olmadan baxmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən prosessual pozuntulara yol verildiyindən şikayət təmin edilməli, qərardad ləğv edilməli, cavabdeh tərəfindən verilmiş iddianın təmin təbiri barədə ərizəyə qanunvericiliyə müvafiq qaydada baxılıb münasibət bildirilməsi mülki iş Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (xx xxx 2018-ci il tarixdən qüvvəyə minmiş) x xxx 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157- 159, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı BOKT MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2969/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və cavabdeh tərəfindən verilmiş iddianın təmin təbiri barədə ərizəyə qanunvericiliyə müvafiq qaydada baxılıb münasibət bildirilməsi üçün mülki iş Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim İkram Şirinov
Məhkəmə qərarları › İş №2(103)-5898/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5898/2020
19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver