Məhkəmə qərarları › İş №2(103)-590/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-590/2023

01.02.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-590/2023 01.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlun və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2-ya qarşı kooperativ mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi və müqavilənin iddiaçı ilə bağlanılması öhdəliyinin Cavabdeh2-nın üzərinə qoyulması tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-898/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, İşin halları İddiaçı iddia edir ki, ona məxsus Cavabdeh2 tərəfindən inşa edilən ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 1-ci giriş, 7-ci mərtəbə, 47 saylı mənzil Cavabdeh1 oğlu tərəfindən girov qoyulmuş, girov qoyulmasına baxmayaraq cavabdeh tərəfindən mənzilə dair hər hansı məbləğ ödənilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2-ya qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına olan, Cavabdeh2 tərəfindən ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 1-ci giriş, 7-ci mərtəbə, 47 saylı mənzilinə dair bağlanmış 29 sentyabr 2021-ci il tarixli 47 saylı Kooperativ mənzil tikintisi haqqında müqavilə etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona 17 aprel 2021-ci il tarixdə Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən zərərçəkmiş şəxs kimi tanındığından Cavabdeh2 tərəfindən ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 1-ci giriş, 7-ci mərtəbə, 47 saylı mənzili 47 saylı müqavilə əsasında verilmişdir. 2021-ci ilin sentyabr ayında oğlu Rövşən ona bildirdi ki, onun tanışı Cavabdeh1 söz vermişdir ki, Rövşənə pul verəcək və birlikdə işləyəcəklər, lakin verəcəyi pula zəmanət olaraq ondan əmlaklar istəyir. Rövşən də Cavabdeh1 onun adına olan mənzili, şirkətdən pay və Zaqatalada qohumlarının evini zəmanət kimi verə biləcəyini, girov müqaviləsi bağlaya biləcəyini bildirdi, lakin Cavabdeh1 bildirdi ki, girov yox, həmin əmlakları onun adına keçirsə razılıq verəcəkdir, iş qurduqdan sonra həmin əmlakları geri qaytarar. Lakin sonradan Cavabdeh1 onun oğlunu və onu aldadaraq pul vermədi və əmlaklarını da geri qaytarmaq istəmir. Dəfələrlə oğlu Rövşən Kamilə əmlakları qaytarmasını bildirsə də, Kamil bundan yayınır. Oğlunun və onun etibarını qazanaraq mənzilini və digər əmlakları mənimsəmişdir. Cavabdeh1 mənzilin onun adına keçirilməsi ilə bağlı onlara ödəniş etməyib, həmin mənzil onun adına formal olaraq keçirilmişdir, bütün bunlar sonradan onlara məlum olmuşdur. Onu da aldadaraq mənzilini əlindən aldığından o da məcbur qalaraq bununla bağlı müqavilənin etibarsız hesab olunmasından ötrü məhkəməyə müraciət edir. xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Bəhruz Süleymanlı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, bildirmişdir ki, qeyd olunan mənzil İddiaçı 17 aprel 2021-ci il tarixdə Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən zərərçəkmiş şəxs kimi tanındığından Cavabdeh2 tərəfindən ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 1- ci giriş, 7-ci mərtəbə, 47 saylı mənzili 47 saylı müqavilə əsasında verilmişdir. Müqavilənin etibarsızlığı tələbi ilə yanaşı yenidən iddiaçı ilə mənzilə dair müqavilə bağlanmalıdır. Buna görə də, Cavabdeh2 tərəfindən ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 1-ci giriş, 7-ci mərtəbə, 47 saylı mənzilə dair iddiaçının adına müqavilə bağlanılması öhdəliyinin Cavabdeh2-nın üzərinə qoyulması ilə bağlı iddia tələbinin həcmini artırır. Bakı şəhər Səbail rayon məhkəməsinin e-2(009)-898/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianin təmin edilməsi, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 1-ci giriş, 7-ci mərtəbə, 47 saylı mənzilinə dair bağlanmış 29 sentyabr 2021-ci il tarixli 47 saylı Kooperativ Mənzil Tikintisi Haqqında müqavilə etibarsız hesab edilməsi, ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 1-ci giriş, 7-ci mərtəbə, 47 saylı mənzilə dair İddiaçı adına müqavilə bağlanılması öhdəliyi Cavabdeh2-nın üzərinə qoyulması, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırki mübahisə üzrə cavabdehlər arasında kooperativ mənzilin tikintisi ilə əlaqədar müqavilənin bağlanması ilə bağlı formal tələblərə əməl olunsa da, iddiaçının kooperativ mənzilə dair payından imtina ilə bağlı iradə ifadəsi olmamışdır. Belə ki, məhkəmə iclasında izahatlarla və şahid ifadələri müəyyən olunmuşdur ki, iddiaçı oğlu Rövşənin xahişi ilə onunla Cavabdeh1 arasında işbirliyi qurulması və ona görə də, Cavabdeh1 təminat olaraq daşınmaz əmlakın formal olaraq sonuncunun adına keçirilməsinə razılıq vermiş, mənzilin dəyəri nə iddiaçıya, nə də MTK-ya ödənilməmişdir. Eləcə də, məhkəmə iclasında izahatlarla və şahid ifadələri ilə Rövşənlə Cavabdeh1 arasında işbirliyi qurulması adı ilə Rövşənin qohumuna məxsus Zaqataladakı evin və "xxxx" MMC-yə payçı kimi (alğı-satqı yolu ilə) daxil edilməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehlər arsında mübahisəli kooperativ mənzilə dair bağlanmış 29 sentyabr 2021-ci il tarixli 47 saylı müqavilə etibarsız hesab edilməli, həmin mənzilə dair İddiaçı adına müqavilə bağlanılması öhdəliyi Cavabdeh2-nın üzəri qoyulmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 340.2-ci maddəsi və bu maddənin şərhi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenum qərarı ilə əsaslandırmışdır. Bakı şəhər Səbail rayon məhkəməsinin e-2(009)-898/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh1 nümayəndə və vəkilləri Vəkil3 və Vəkil2 ərizələrinin qismən təmin edilməsi, Səbail Rayon Məhkəməsinin 2(009)-898/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin məzmununda yol verilən yanlışlıq “İddiaçı sözləri “İddiaçı” kimi, “Elvin” və “Elnur” sözləri Elmir kimi, qətnamənin 4-cü vərəqində 1-ci abzasda xx.xx.2022-ci il tarixli 47 saylı müqavilə sözlərinin xx.xx.2021-ci il tarixli 47 saylı müqavilə kimi oxunması qərara alınmışdır. Bakı şəhər Səbail rayon məhkəməsinin e-2(009)-898/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Səbail Rayon Məhkəməsinin 2(009)-898/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından Cavabdeh1 nümayəndə və vəkili Vəkil2 tərəfindən verilən şikayətin təmin edilməməsi və şikayətin baxılması üçün 2(009)-898/2022 saylı mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhər Səbail rayon məhkəməsinin e-2(009)-898/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hesab etmişdir ki, “... hazırki mübahisə üzrə cavabdehlər arasında koorperativ mənzilin tikintisi ilə əlaqədar müqavilənin bağlanması ilə bağlı formal tələblərə əməl olunsa da, iddiaçının koorperativ mənzilə dair payından imtina ilə bağlı iradə ifadəsi olmamışdır.” Əqdin bağlanması üçün hər şeydən əvvəl tərəflərin arzusu, istəyi olmalıdır. Mülki hüquqda bu, daxili iradə adlanır. Lakin təkcə daxili iradənin mövcudluğu əqdin bağlanması üçün kifayət deyildir. Bunun üçün həmdə daxili iradənin digər şəxslərə bildirilməsi, elan olunması lazımdır. Buna, iradə ifadəsi deyilir. İddiaçı oğlu Şahid1 pula ehtiyacı olduğu üçün Cavabdeh1 dayısına mənzillərini satışa çıxardıqlarını, lakin alıcı olmadığı üçün (alıcı olmamasının səbəbi həmin mənzilin Xırdalanda problemli bina kimi tanınan 8 ildir tikintisi bitməyən binada yerləşməsi olmuşdur və Cavabdeh1 mənzili aldıqdan bir il keçməsinə baxmayaraq hələ də çox cüzi işlər görülmüş və tikintisi bitəcəyi il MTK-dan verilən cavaba əsasən bəlli deyil) Rövşənə mənzili almaqla kömək etməsini ondan xahiş etmişdir. İddiaçının oğlu Şahid1 bildirmişdir ki, onların həm Bayılda, həm də Abşeron rayonunda evləri var və hər ikisini satışa çıxarmışlar, çünki həm atası həmin ərəfədə xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün külli miqdarda pula ehtiyacları var idi, eyni zamanda dediyinə görə yaxşı tikinti işi təklifi olduğu üçün qısa müddətdə həmin işlə gəlir əldə edəcəyini bildirmişdir. Görüşdən sonra Bayılda yerləşən mənzilin guya satıldığını və Xırdalanda yerləşən mənzili satdıqlarını bildirmişdir. Cavabdeh həmin evi almaqla Şahid1 böyük mənada dəstək olmuşdur. Razılıq əldə olunduqdan sonra iddiaçı və onun hər iki oğlu evdəki paylarından imtina etmiş, ərizələri notarial qaydada təsdiqləndikdən və mənzilin dəyərini nağd pul vəsaiti formasında aldıqdan sonra, notarial imtina ərizələrini MTK-ya təqdim etmişlər (imtina ərizələrində pay sahibi və onun övladları paydan imtinadan əlavə həmçinin öz ərizələrində heç bir iddia tələbinin olmadığını və gələcəkdə də olmayacağına dair öhdəlik götürmüşdürlər) və MTK evi qanuni qaydada Cavabdeh1 adına rəsmiləşdirmişdir. Cavabdeh mənzilin qalan pay dəyərini, yəni 77598 manatı MTK-da İddiaçı vermişdir, 1910 manat isə İddiaçı adına qalıq borcun silinməsinə verilmişdir. İddiaçı məhkəməyə verdiyi izahatında qızına məxsus olan, lakin onun adına qeydiyyata alınan mənzilin Cavabdeh1 satılmadığını, girov qoyulduğunu bəyan edir. Məhkəmə nəzərə almalıdır ki, əmlakın girov qoyulması ilə satılması tam başqa müqavilə formalarıdır. Şəxsin iradə ifadəsi hansı əqdlə ehtiva olunursa o əqd də o cür adlandırılır. Şəxsin əmlakı girov qoyaraq qarşı tərəfdən pul almaq niyyəti olsa idi, o bunu çox asan bir şəkildə notarial ipoteka müqaviləsi şəklində rəsmiləşdirməklə edə bilərdi. Halbuki iş materiallarında olan bütün sübutlar hər hansı girov müqaviləsinin deyil payın alğı-satqı müqaviləsinin könüllülük prinsipi əsasında həyata keçirildiyini göstərir. Qətnamədə göstərilmişdir ki, Şahid1 dəfələrlə Cavabdeh1 əmlakların qaytarılmasını bildirsə də Cavabdeh1 bundan yayınmışdır. Məhkəmənin diqqətinə çatdırmaq istərdi ki, mülki iş materiallarında olan çoxsaylı sübutlardan, əsasən whatsapp mobil tətbiqi üzərində Şahid1 ilə Cavabdeh1 arasında 2021-ci ilin sentyabr ayından 2022-ci ilin mart ayındadək daima müxtəlif motivli yazışmalar və səs qeydləri var. Bu uzun müddətli dialoqların heç birində 1 dəfə belə olsun Şahid1 Cavabdeh1 əmlakların geri qaytarılmasına dair hər hansı bir müraciət etməyib. Həmçinin xx.xx.2022-ci il tarixdə keçirilən baxış iclası əsnasında cavabdehin vəkilinin Cavabdeh2-nın vəkili və nümayəndəsi Nümayəndə iddiaçı tərəfin mənzilin alğı-satqısından sonraki 7 (yeddi) ay müddətində MTK-ya müraciət edib etməməsi barədə sualına cavab olaraq belə bir müraciətin olmadığını bildirmişdir. İş materiallarında olan bütün yazılı sübutlar və faktlar iddiaçı tərəfin iradə ifadəsini tam şəkildə əks etdirir. İddiaçı tərəfin notariat kontorunda paydan imtinaya dair razılıq verməsi, sonradan isə MTK ya gedərək müvafiq ərizələri MTK-ya təqdim etməsi ilə şəxs artıq öz iradə ifadəsini bildirmişdir. Məhkəmə prosesində MTK-nın nümayəndəsi Cavabdeh1 tərəfindən İddiaçı pulun ödənilməsini görmədiklərini bildirsə də qətnamədə bu hal təhrif olunub. MTK nümayəndəsinin fikri qətnamədə dəyişdirilmiş və Cavabdeh1 İddiaçı pul ödəməyib kimi göstərilmişdir. Bundan əlavə, iddiaçı bildirir ki, MTK-ya ödənilən 1910 manat pul İddiaçı pulu ilə ödənilib. Məhkəmə nəzərə almalı idi ki, müqavilənin şərtinə əsasən Həsənova MTK-ya olan borcunu iki aya yaxın müddətdə gecikdirirdi. Məhz xx.xx.2021-ci il tarixdə pul tapır və ödəyir?! O vəsaiti elə Cavabdeh1 İddiaçı ödəyir, eyni masa arxasında pulu MTK-nın məsul şəxsi qəbul edir və İddiaçı adına olan borcu silərək təsdiqedici sənəd verir. Çünki, İddiaçı adından borc silinməli idi ki, payın alğı-satqısına dair MTK tərəfindən razılıq verilsin. Burada yanılmadan, əqdin hər hansı bir şəkildə pərdələnməsindən söhbət belə gedə bilməz. Əgər cavabdehin iddiaçı qarşısında alğı-satqı müqaviləsinə əsasən pul ödəmək öhdəliyi olmuşdursa və həmin öhdəlik icra olunmamışdırsa iddiaçı həmin pulun ödənilməsini tələb etməli idi. Məhkəmə yanlış olaraq iddiaçının mübahisələndirdiyi müqaviləni yalançı əqd kimi qiymətləndirmişdir. Burada yanılmadan, əqdin hər hansı bir şəkildə pərdələnməsindən söhbət belə gedə bilməz. Məhkəmə tərəfindən əsas əqdin (yəni pərdələnən) əqdin nədə ehtiva olunduğunu əsaslandıra bilməyib, çünki belə bir hal ümumiyyətlə mövcud olmayıb. Məhkəmə tərəfindən əqdin pərdələnməsinə istinad olunsa da bu həqiqəti əks etdirmir. İddiaçı tərəfin notariat kontorunda paydan imtinaya dair razılıq verməsi, sonradan isə MTK-ya gedərək müvafiq ərizələri MTK-ya təqdim etməsi ilə şəxs artıq öz iradə ifadəsini bildirmişdir. 7 ay səssiz qalan iddiaçı tərəf nədənsə 2022-ci ilin mart ayında Cavabdeh1 qarşı iddia qaldırmaq qərarına gəlir. Məhkəmə prosesində də araşdırma zamanı məlum oldu ki, Cavabdeh1 daim ailənin üzvləri ilə sıx münasibərdə olub. Onun tərəfə pul verməli olduğu halda ən azından 1 dəfə belə olsa iddiaçı tərəf bir sms və ya bir səsli ismarıc göndərməklə evin girovda olmasını, hər hansı bir tenderin vəd verildiyi bildirərdi. Təəssüflər olsun ki, Səbail rayon Məhkəməsi mülki qanunvericiliyin bütün norma və tələblərini pozaraq şahid ifadələrinə və iddiaçı tərəfin əsassız istinadına söykənərək bu cür qanunsuz qətnamə çıxarmışdır. Bu cür qətnamələr qeyri-sağlam məhkəmə praktikası formalaşdırır və vətəndaşların qanunvericiliyə, dövlətə və onun tabeliyində olan notariat kontorlarının fəaliyyətinə kölgə salır. Bu qətnamənin mahiyyətində belə çıxır ki, əgər onun 5 şahidi varsa demək istənilən notarial əqdin etibarsızlığı üçün zəmin ver. Bildirir ki, mülki hüquqda konsensual və real əqdlər fərqləndirilir. İş materiallarında MTK tərəfindən verilən yeganə ciddi hesabat blankı maliyyə arayışıdır ki, o da mənzilin tam dəyərinin Cavabdeh1 tərəfindən ödənilməsini isbat edir. Ümumiyyətlə, MTK-ların 99,9 faizində payın alğı-satqısı bank vasitəsi ilə deyil, rəsmiləşdirmə prosesi məhz notarial qaydada təsdiq olunmuş imtina ərizəsi əsasında həyata keçirilir. Yəni payını satmaq istəyən şəxs notarial qaydada ərizəsini MTK-ya təqdim edərək pulunu götürür və bundan sonra pay yeni alıcının adına rəsmiləşir. Məhkəməyə təqdim olunan və iş materiallarına əlavə olunması xahiş olunan MTK-nın birinci verilən arayışa ziddiyyətli olan ikinici arayışında Cavabdeh1 İddiaçı pul ödəməsi faktının həqiqətə uyğun olmaması yazılsa da arayışda payın alğı-satqısının qanunsuz şəkildə aparılması və saxta olması bildirilmir, ki bildirilə də bilməz. Nəzəriə çatdırmaq istəyir ki, MTK tərəfindən birinci verilən arayışda vəsaitin Cavabdeh1 tərəfindən İddiaçı verilməsi qeyd olunur. Çünki MTK ilə Kamil arasında payın alğı-satqısına dair müqavilə bağlanmış və paya görə ödənilməli olan pulun tam şəkildə ödənilməsi və Cavabdeh1 MTK ya borcunun olmamasını sübut edən maliyyə arayışı verilmişdir. Baxış mərhələsi başladıqdan və zərurət əsasında təxirə salındığı mərhələdə MTK-dan yeni və 1ci arayışa ziddiyyətli arayışının, həmçinin digər sənədlərin mülki iş materiallarına sübut qismində əlavə olunması prosessual baxımından qəbul edilməzdir. Qətnamənin 7-ci səhifəsinin 3 və 4-cü abzaslarında məhkəmə MTK tərəfindən Cavabdeh1 payın alğısatqısında tam ödəməyə dair maliyyə arayışını sübut qismində qiymətləndirir. Lakin məhkəmə mülki qanunvericiliyin tələbini və ümumiyyətlə payın alğı-satqısına dair mülki dövriyyədə mötəbər sənəd hesab olunan ciddi maliyyə sənədi olan maliyyə arayışına heç bir hüquqi qiymət vermir. Qətnamənin bir neçə hissəsində məhkəmə İddiaçı tərəfindən 1910 manat pul ödənilməsinə təsdiq edici sənəd kimi əsassız sübuta istinad etsə də MTK tərəfindən verilən maliyyə arayışını bir kənara atır. Və nəzərə almır ki, fərz olunsa belə ki, 1910 manat İddiaçı tərəfindən ödənilmiş olsa belə, bu yenə də Cavabdeh1 iddiaçıya mənzilin dəyərini ödəməməsini isbat etmir və İddiaçı MTK-ya borcu bağlandıqdan sonra Cavabdeh1lə Cavabdeh2MTK arasında bağlanılan xx.xx.2021-ci il tarixli 47 saylı müqaviləyə və verilmiş maliyyə arayışına heç bir hüquqi təsiri yoxdu. Məhkəmə qanuni qüvvəyə minməmiş və hazırda Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasında mübahisələndirilən Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-2(009)-896/2022 saylı qətnaməsini əsas götürərək orada olan əsassız və qanunsuz, tam sübuta yetirilməyən və yalnız iddiaçı tərəfə sərf edən halları öz qətnaməsində əks etdirmiş, ona da istinad etmişdir. Lakin xx.xx.2022-ci il tarixdə məhkəmə baxış iclasında dindirilmə zamanı və suallar ünvanlanan əsnada Cavabdeh1 tərəfindən həmin qətnaməyə əsasən iddiaçı tərəfdən dəvət olunan şahidlərin eyni məsələlərə münasibət bildirərkən söylədikləri uyğunsuzluq və yalanları isbat etməsi halları qətnamədə əksini tapmır. Bu hallar videoçəkiliş və səsli yazılarda isbat edilir. xx.xx.2022-ci il tarixdə məhkəmə baxış iclasının açıq olduğunu elan etdikdən sonra iddiaçının vəkili və nümayəndəsi Vəkil1 mülki iş materiallarını sübut qismində əlavə olunması üçün Şahin MTK tərəfindən verilmiş ikinci ziddiyyətli arayışın və İddiaçı Şahin MTK-ya 1910 manat vəsait ödəməsinə dair sənədi hakimə təqdim etmişdir. Müvafiq sübutun iş materiallarına əlavə edilməsi Mülki Prosessual Məcəllənin tələblərinə əsasən ümumiyyətlə məhkəmə tərəfindən rədd edilməli idi. Lakin məhkəmə bu sübutu mülki işə əlavə edib, hətta qətnamədə də olduqca dolğun əsaslandıraraq qətnaməni iddiaçı tərəfin xeyrinə vermişdir. Mülki iş üzrə nə yazılı protokolda, nə də video protokolda xx.xx.2022-ci il tarixli arayışın hansı əsasa görə mülki iş materiallarına sübut qismində əlavə olunmasında dair məhkəmənin heç bir rəsmi münasibəti yoxdur. İş üzrə şahid qismində dindirilmiş Şahid1 mənzilə dair razılaşmaların guya tenderə görə edildiyini bildirir və həmin danışıqların sentyabr ayında Xırdalan dairəsində məhkəməyə cəlb olunan şahidlərin iştirakı ilə olduğunu bildirir. Şahid qismində dindirilən Şahid4 isə həmin görüşün Malakan bağının içində olduğunu bildirir. Lakin elə həmin tenderlə əlaqədar olaraq e-2(009)-896/2022 saylı məhkəmə ilə bağlı xx.xx.2022-ci il tarixli Qərardadın 4-cü səhifəsinə istinadən şahid qismində dindirilərkən Şahid1 bütün razılaşmaların Xırdalan dairəsində görüşdə olduğunu bildirilir, həmin qərardadın 2-3-cü səhifəsinə istinadən Şahid5 görüşün noyabr ayında, 8-ci səhifəsinə istinadən isə yalançı Şahid3 dindirilməsində bildirişlərinə görə isə həmin görüşün oktyabr ayında baş tutduğu qeyd edilir. Mədinə Bağırovanın sədrliyi xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə baxışi iclasında şahid qismində dindirilməsi zamanı Şahid5 həmin görüşdə sentyabr ayında iştirak etdiyini bildirmişdir və bütün söhbətlərin tenderlə əlaqəli deyil ona məxsus texnikanın alınması üzərində qurulduğunu söyləmişdir. Ən acınacaqlı və ziddiyyətli yalan isə Cavabdeh1 sualını cavablandırarkən Şahid5 Cavabdeh1 2021-ci ilin sentyabr ayından tanıdığını və onunla görüşdüyünü təsdiq etməsidir. Belə ki, e-2(009)-896/2022 məhkəmə ilə bağlı xx.xx.2022-ci il tarixli Qərardadın 2-cü səhifəsinə istinadən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 təkidli sualına cavab olaraq xx.xx.2021-ci il tarixədək Cavabdeh1lə ümumiyyətlə görüşmədiyini və tanımadığını bildirmişdir. Cavabdeh1 məhkəmələrdə tam fərqli və ziddiyyətli ifadələrinə görə izahat verməsi barədə suala isə cavab verə bilməmişdir, sualdan yayınmışdır. Ümumiyyətlə Xırdalanda heç bir görüş olmamışdır, olmuş olsa belə necə ola bilər ki, oktyabr və ya noyabr görüşünün razılaşması sentyabr ayında yəni arxa tarixlə həyata keçirilsin. Lap deyək ki bu ayları bunlar hamısı birdən səhv salıblar, hətta fəsilləri belə unudublar, “baxmayaraq ki bütün söhbətlər ancaq yaxşı yadlarındadır”, qış ayları deyil avqustun cırcıramasında görüş olub Xırdalanda, axı yenədə düz gəlmir, necə ola bilər ki, bunların dediyinə görə Cavabdeh1 tenderə söz versin, Şahid1 evini keçirsin adına sonra da iddiaçı tərəf görsün ki Cavabdeh1 vədinə əməl etmir, üstəlik də 2 ay sonra Cavabdeh1 şirkətdə pay etibar etsinlər özü də texnikanı düzəltdirmək üçün pul verəcəyinə söz verməyi müqabilində? Axı bu cəfəngiyyatdır. Bunlar həm deyirlər ki, guya Cavabdeh1 pul əvəzi veriblər mənzili və 15% təsisçi payını, həm də iddia edirlər ki, Cavabdeh1 bunlara pul söz vermişdir. Həm pul tələb edib həm də pul söz vermək ikisi də necə ola bilər? Çünki tender sonradan uydurulmuş bir fitnədir, nə iddia ərizəsində nə də bir dənə belə dəlil yoxdur nəinki tender barəsində hətta o barədə söhbətlər barədə. Bundan əlavə Şahid1 şirkətin guya 500 000 manat dəyərində texnikasının olduğunu məhkəmədə bildirib. Şahid5 isə bildirmişdir ki, texnikanın 200000 manat dəyəri olub. Bu qədər böyük uyğunsuzluq qeyd edilən şəxslərin izahatlarının zidiyyətli olduğunu təsdiq edir. Bundan başqa, Şahid1 bildirib ki, guya Cavabdeh1lə işbirliyi qurmamışdan əvvəl həmin texnikanı düzəldirdi. Bu məlumat da yalandır və Şahid1 Səbail Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə baxılmış e-2(009)-896/2022 saylı iş üzrə verdiyi izahatına ziddir. Həmin izahatda Şahid1 bildirmişdir ki, texnikanın təmirinə Cavabdeh1 alacağı pulun hesabına başlamalı idi. e-2(009)-896/2022 saylı iş üzrə müəyyən edilmişdir ki, xx.xx.2021 tarixə kimi Şahid1 onun istinad etdiyi texnikanın sahibi olan Azor İnşaat MMC-yə heç bir aidiyyəti yox idi, həmin MMC-də nə vəzifə tuturdu, nə də ki, paya malik idi. Birdə ki, Şahid1 pulu olsaydı o özgənin mülkiyyətində olan texnikanı təmir etməkdənsə anasının Şahin MTK-ya olan 1910 manat borcu ödəyərdi. İddiaçı notarial qaydada təsdiqlənmiş müqaviləni aldanma nəticəsində imzaladığını yazılı sübutlarla təsdiq etməli idi. Bu tələb üzrə şahid ifadəsinə əsasən qətnamənin qəbul edilməsi yolverilməzdir. Cavabdeh2 tərəfindən verilən arayışdan çıxarışı məhkəmənin diqqətinə çatdırır. ....“xx.xx.2021-ci il tarixdə İddiaçı, onun övladları Əmirxanlı Rövşən Elşən oğlu və Əmirxanlı Ntiq Elşən oğlu təkrarən MTK-nın ofisinə gəlmişdirlər və notarial qaydada tələb olunan təsdiq etdikləri ərizələri təqdim etmişdirlər. Cavabdeh1 oğluna satılan mənzilin ümumi dəyəri 79.508 manat olmuşdur. Cavabdeh1 oğlu "xxxx"MTK-nın ofisində yəni xx.xx.2022-ci il tarixdə 77 598 manatı İddiaçı vermiş və 1910 manat İddiaçı MTK-ya olan borcunu bağlamaq üçün "xxxx" MTK-ya ödəmişdir. Bundan sonra Cavabdeh1 oğlu ilə"xxxx"MTK arasında xx.xx.2022-ciiltarixli 47 saylı müqavilə imzalanmış və mənzilin pay dəyərinin tam ödənilməs barədə maliyyə arayışı verilmişidir”. Hesab edir ki, məhkəmə mülki işi araşdırarkən şahin ifadələrinə deyil mövcud sübutlara istinad etməli və qanuni qətnamə çıxarmalıdır. Mülki iş üzrə şahid qismində cəlb edilən şəxslərin özləri mənzilin satılmasına notarial qaydada razılıq verdiklərində onların məhkəmədə vermiş olduğu ifadələr əhəmiyyətsizdir. İddiaçıİddiaçı İsmayıl qızı iddia ərizəsində də qeyd etdiyi kimi oğlu Əmirxanlı Rövşən Elşən oğlu ilə Cavabdeh1 oğlu arasında maliyyə bağlantısı var. Belə ki, Əmirxanlı Rövşən Elşən oğlu Cavabdeh1 oğlu ilə "xxxx" MMC-də həmtəsisçidirlər. Aralarında olan çoxsaylı görüşlər, telefon danışıqları və whatsapp mobil tətbiqi üzərinə olan yazışmalardan da aydın olur ki, Əmirxanlı Rövşən Elşən oğlunun cavabdehə külli miqdarda borcu var. Əmirxanlı Rövşən Elşən oğlu qanunsuz olaraq cavabdehən külli miqdarda borcundan əlavə, cavabdehi aldadaraq 174.200 manat vəsaitini qanunsuz mənimsəmişdir. Bu faktın araşdırılması ilə bağlı müvafiq qaydada prokurorluğa müraciət olunmuş, faktın araşdırılması Nizami rayon Baş Polis İdarəsində davam etdirilir. İddiaçı tələbində aldadıldığını desə də 29 sentyabr 2021-ci il tarixli alğı-satqı müqaviləsindən uzun müddət keçdikdən sonra məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bu hadisə heç də təsadüfi deyil. Belə ki, iddiaçının oğlu cavabdehin 174.200 manat pulunu mənimsədiyi və Türkiyə Respublikasının İstanbul şəhərinə qaçdığı gün, yəni xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bu isə ona dəlalət edir ki, böhtan əsaslı qaldırılmış bu iddia ilə əslində iddiaçı tərəf qanunsuz üstünlük əldə etmək qərarına gəlmişdir. Şahid1 isə məhkəmə iclasında iş üzrə şahid qismində dindirilərkən (eynisi ilə e- 2(009)-896/2022 saylı məhkəmə işində) bildirmişdir ki, guya Cavabdeh1 ona tenderdə qalib gəlməyi söz verdiyi üçün mənzili onun adına keçirmişdirlər. İş materiallarında olan e- 2(009)-896/2022 saylı mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2022 tarixli qətnaməsindən görsənir ki, bütün şahidlər və Şahid1 həmin uydurulmuş tenderin noyabr ayında baş tutacağını bildirmişlər. Tenderdə qalib gəlmək əvəzində Şahid1 mənzili cavabdehə vermişdirsə o zaman, noyabr ayında tenderdə guya iştirak edəcək müəssisənin nizamnamə kapitalındakı payın cavabdehin adına keçirilməsinə zərurət qalmırdı. Beləliklə, şahidin gətirdiyi əsaslandırma məntiqsizdir və iddiaçının əsaslandırmasını inkar edir. Bundan başqa, iddia ərizəsində "xxxx" MMC-də payın alğısatqısı haqqında mülki mübahisə hazırki işlə, yəni mənzilin alğı-satqısı ilə əlaqələndirir. Buradan belə qənaətə gəlmək olar ki, guya mücərrəd tenderdə qalib gəlinməsi üçün 270.000 min manat “şapka” müqabilində Şahid1 "xxxx" MMC-də 15% payı və mənzili Cavabdeh1 adına keçirmişdir. Mənzilin alğı-satqısı 29 sentyabr 2022-ci il tarixdə baş tutmuşdur, "xxxx" MMC-də payın alğı-satqısı isə 24 noyabr 2022-cili tarixdə baş tutmuşdur. Görsəndiyi kimi, Cavabdeh1 MMC-də 15% payı Şahid1 almamışdır, əksinə Şahid1 eyni gündə üç dəfə artıq 50% payı həmin MMC-də əldə etmişdir. Beləliklə, Şahid1 2021 ilin sentyabr ayının 29-da hələ payçısı olmadığı bir MMC-nin mücərrəd tenderdə qalid gəlməsi müqabilində anasının mənzilini cavabdehə verməsi yenə də absurddur, məntiqsizdir. Qətnamədə qeyd olunur ki, “Məhkəmə iclasında müəyən edilmişdir ki, Cavabdeh1 iddiaçının oğlu Rövşənlə iş birliyi qurmaq adı ilə təminat kimi Rövşənin də payçı olduğu "xxxx" MMC-yə payçı kimi daxil edilməsi, eləcə də, Rövşənin anası İddiaçı adına olan mənzildən başqa, qohumuna məxsus Zaqataladaki evin Cavabdeh1 adına keçirilməsi Səbail Rayon Məhkəməsinin e-2(009)-896/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində də özəksini tapmışdır.” Bu qeyddə bir deyil bir neçə düzgün olmayan və qanunsuz məqamlar vardır. Birincisi, məhkəmə qanuni qüvvəyə minməmiş məhkəmə qətnaməsinə istinad edir və həmin qətnamə ilə müəyyən edilmiş halları sübut edilmiş hesab edir. Bu əsaslandırma qanunsuzdur. Bundan başqa, məhkəmənin qənaəti işin mübahisəsiz hallarına ziddir. Belə ki:(Faktlar) 1) xx.xx.2021-ciil tarixdə mənzil cavabdeh Şahin MTK tərəfindən Cavabdeh1 satılması barədə müqavilə təsdiqləndikdə Şahid1 "xxxx" MMC-də heç bir paya sahib olmayıb. 2) Cavabdeh1 tərəfindən xx.xx.2021-ci tarixdə Zaqatala şəhərində alınan mənzil Elmir adın da şəxsə məxsus olmayıb, həmin evin sahibi X2 olmuşdur və o Şahid1 qohumu deyildir. X2 tərəfindən həmin mənzilə dair Cavabdeh1 arasında heç bir mübahisə yoxdur. 3) Sabail Rayon Məhkəməsinin e-2(009)-896/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsində Zaqataladaki evin Cavabdeh1 adına keçirilməsi faktı özəksini tapmır və həmin işdə bu əqd mübahisə predmeti olmamışdır. 4) Cavabdeh1lə Şahid1 arasında sentyabr ayında, yəni mənzilinalğı-satqısı ərəfəsində heç bir iş birliyi qurmaq barədə danışıqlar olmamışdır və belə danışıqları təsdiq edən heç bir sübut yoxdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmiş, son məhkəmə iclası barədə xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Əvvəli məhkəmə iclasında digər Cavabdeh2-nın nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmiş, sonrakı məhkəmə iclası barədə xəbərdar edilsə də, məhkəmə iclaslarında iştirak etməmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etməklə, qətnamə yalnız Cavabdeh1 aid hissədə yoxlanılır. Digər cavabdeh apellyasiya şikayəti vermədiyindən qətnamə ona aid hissədə yoxlanılmır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarında izah etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda qeyd edilən qərarında izah etmişdir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İş materiallarında olan və apellyasiya instansiyası məhkəməsinin baxışında tədqiq edilmiş: - Cavabdeh2 ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindfən zərərçəkmiş kimi tanınan İddiaçı arasında bağlanmış 17 aprel 2021-ci il tarixli, 47 nömrəli “Kooperativ mənzil tikintisi haqqında” müqavilədən görünür ki, Cavabdeh2 ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 1-ci giriş, 7-ci mərtəbə, 47 saylı mənzilini tikib İddiaçı verilməsinə dair müqavilə bağlamışdır. Müqavilənin 3.2-ci bəndinə əsasən payçının qalıq borcu 1910 AZN təşkil edir. Müqavilənin 3.3-ci bəndinə əsasən son ödəniş tarixi 17 avqust 2021-ci il tarixdir. - İddiaçı Cavabdeh2-ya ünvanladığı notarial qaydada təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, Cavabdeh2 tərəfindən ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 1-ci giriş, 7-ci mərtəbəsində yerləşən 132,53 kv.m. olan 3 otaqlı 47 saylı mənzildən və mənzilə dair paydan imtina edir. Həmin mənzilə dair Cavabdeh2 ilə bağladığı xx.xx.2021-ci il tarixli 47 nömrəli müqavilənin pozulması ilə əlaqədar qanunvericiliyə və Cavabdeh2 Nizamnaməsinə uyğun tədbir görməyi xahiş edir. Bununla bağlı Cavabdeh2-ya qarşı heç bir iddia və tələbi yoxdur, gələcəkdə də olmayacaq. Həmin mənzilə dair müqavilə pozulduqdan sonra mənzilin Cavabdeh1 adına rəsmiləşməsinə heç bir etirazı yoxdur və bununla bağlı iddia və tələb irəli sürmür. - Şahid1 Cavabdeh2-ya ünvanladığı notarial qaydada təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh2 tərəfindən ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 1-ci giriş, 7-ci mərtəbəsində yerləşən 132,53 kv.m. olan 3 otaqlı 47 saylı mənzildən və mənzilə dair paydan anası İddiaçı imtina etməsinə razıdır. Anası İddiaçı Cavabdeh2 ilə bağladığı xx.xx.2021-ci il tarixli 47 nömrəli müqavilənin pozulması ilə əlaqədar qanunvericiliyə və Cavabdeh2 Nizamnaməsinə uyğun tədbir görməyi xahiş edir. Bununla bağlı Cavabdeh2-ya qarşı heç bir iddia və tələbi yoxdur, gələcəkdə də olmayacaq. Həmin mənzilə dair müqavilə pozulduqdan sonra mənzilin Cavabdeh1 adına rəsmiləşməsinə heç bir etirazı yoxdur və bununla bağlı iddia və tələb irəli sürmür. - Şahid2 Cavabdeh2-ya ünvanladığı notarial qaydada təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh2 tərəfindən ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 1-ci giriş, 7-ci mərtəbəsində yerləşən 132,53 kv.m. olan 3 otaqlı 47 saylı mənzildən və mənzilə dair paydan anası İddiaçı imtina etməsinə razıdır. Anası İddiaçı Cavabdeh2 ilə bağladığı xx.xx.2021-ci il tarixli 47 nömrəli müqavilənin pozulması ilə əlaqədar qanunvericiliyə və Cavabdeh2 Nizamnaməsinə uyğun tədbir görməyi xahiş edir. Bununla bağlı Cavabdeh2-ya qarşı heç bir iddia və tələbi yoxdur, gələcəkdə də olmayacaq. Həmin mənzilə dair müqavilə pozulduqdan sonra mənzilin Cavabdeh1 adına rəsmiləşməsinə heç bir etirazı yoxdur və bununla bağlı iddia və tələb irəli sürmür. - Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 29 sentyabr 2021-ci il tarixli, 47 nömrəli “Kooperativ mənzil tikintisi haqqında” müqavilədən görünür ki, Cavabdeh2 ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 1-ci giriş, 7-ci mərtəbə, 47 saylı mənzilini tikib Cavabdeh1 verilməsinə dair müqavilə bağlamışdır. - Cavabdeh2-nın xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 1 ünvanında inşa edilən kooperativ yaşayış binası Cavabdeh2-ya məxsusdur. Bu binanın 1ci giriş, 7- ci mərtəbəsində tikinti sahəsi 132,53 kv.m, yaşayış sahəsi 68,7 kv.m. olan 3 otaqlı 47 saylı mənzilin pay dəyəri payçı Cavabdeh1 tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. - Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-2(009)-896/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Şahid5 Cavabdeh1 qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilərək, Şahid5 ilə Cavabdeh1 arasında "xxxx" MMC-nin 15% təsis payına dair Bakı şəhəri 11 saylı notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli reyestrdə 3M-1878 nömrə ilə qeyd edilmiş alğı-satqı müqaviləsinin "xxxx" MMC-nin 15% təsis payının Cavabdeh1 satılması hissəsində etibarsız hesab edilməsi, həmin alğı-satqı müqaviləsinin hüquqi nəticələrinin ləğv edilməsi, "xxxx" MMC-nin 15% təsis payına dair Cavabdeh1 adına aparılmış qeydin ləğv edilməsi və iddiaçı Şahid5 "xxxx" MMC-də 15% təsis payı üzərində hüquqlarının bərpa edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5469/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-2(009)-896/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə icraata xitam verilmişdir. İş materiallarına əlavə olunmuş Şahid5 tərəfindən verilmiş kassasiya şikayətindən və buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizənin surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5469/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı mübahisələndirilmişdir. - Cavabdeh2 tərəfindən "KERMUR" İxtisaslaşdırılmiş Vəkil Bürosunun müdiri Vəkil2 sorğusuna xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, 2021-ci ilin sentyabr ayının axırlarında İddiaçı, onun övladları Şahid1 və Şahid2, həmçinin Cavabdeh1 Cavabdeh2-ya müraciət edərək, ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 1 binasının 1-ci giriş, 7-ci mərtəbə, 47 saylı mənzilin Cavabdeh1 satmaq barədə razılığa gəldiklərini və qeyd edilən mənzilin onun adına rəsmiləşdirilməsini xahiş etmişlər. İddiaçı, Şahid1 və Şahid2 təklif olunmuşdur ki, onlar mənzilə dair paydan imtina etmələri, xx.xx.2021-ci il tarixli 47 nömrəli müqavilənin pozulması ilə əlaqədar qanunvericiliyə və Cavabdeh2 nizamnaməsinə uyğun tədbir görülməklə mənzilin Cavabdeh1 adına rəsmiləşdirilməsinə heç bir etirazlarının olmaması və bununla bağlı iddia və tələb irəli sürülməyəcəyi barədə notarial qaydada müvafiq ərizələri təsdiqləsinlər və həmin ərizələr MTK-ya təqdim edildikdən sonra rəsmiləşdirmə aparıla bilər. xx.xx.2021-ci il tarixdə İddiaçı, onun övladları Şahid1 və Şahid2 təkrarən MTK-nın ofisinə gəlmiş və notarial qaydada tələb olunan təsdiq etdikləri ərizələri təqdim etmişlər. Cavabdeh1 satılan mənzilin ümumi dəyəri 79.508 (yetmiş doqquz min beş yüz səkkiz) manat olmuşdur. Cavabdeh1 Cavabdeh2-nın ofisində yəni xx.xx.2021 tarixdə 77.598 (yetmiş yeddi min beş yüz doxsan səkkiz) manatı İddiaçı vermiş və 1.910 (bir min doqquz yüz on) manatı İddiaçı (xx.xx.2021ci il tarixli 47 nömrəli müqaviləyə əsasən) Cavabdeh2-ya olan borcunu bağlamaq üçün Cavabdeh2-ya ödəmişdir. Bundan sonra Cavabdeh1 ilə Cavabdeh2 arasında 47 nömrəli, 29 sentyabr 2021-ci il tarixli müqavilə imzalanmışdır və mənzilin pay dəyərinin tam ödənilməsi barərədə ona maliyyə arayışı verilmişdir. - Cavabdeh2 tərəfindən "KERMUR" İxtisaslaşdırılmiş Vəkil Bürosunun sorğusuna xx.xx.2022-ci il tarixli cavab məkrubundan görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında korperativ mənzil tikintisi haqqında 47 nömrəli, 29 sentyabr 2021-ci il tarixli müqavilənin 3cü bölümü (Ödəniş qaydalan) boş qalmasının səbəbi ondan ibarətdir ki, MTK-nın qaydalarına əsasən bu bölüm ödənişin hissə-hissə icra edildiyi təqdirdə doldurulur. Cavabdeh2 tərəfindən ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 1 binasının 1-ci giriş, 7-ci mərtəbə, 47 saylı mənzilin dəyəri MTK sənədlərinə əsasən 79.508 (yetmiş doqquz min beş yüz səkkiz) manat təşkil edir və nömrəli, 29 sentyabr 2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 79.508 (yetmiş doqquz min beş yüz səkkiz) manata satılmışdır. Cavabdeh1 əldə etdiyi mənzilin və MTK-dakı payın dəyərini müqavilə bağlandığı tarixdə tam şəkildə ödəmişdir. Bu səbəbdən ödəniş qaydalarını yazmağa zərurət qalmamışdır. Cavabdeh1 tərəfindən ödənişin icra olunmasının təsdiqi kimi ona MTK tərəfindən maliyyə arayışı təqdim edilmişdir. - Cavabdeh2 tərəfindən Vəkil1 sorğusuna xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, tərəflərindən Cavabdeh2-nın mühasibatlığında araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə İddiaçı məxsus olan Cavabdeh2 tərəfindən ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 1-ci giriş, 7-ci mərtəbə, 47 saylı mənzilin dəyərinin qalıq borcu 1910 manat Cavabdeh2-nın xəzinədarlığına İddiaçı tərəfindən ödənilmişdir. Araşdırma zamanı o da müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixdə və sonrakı tarixlərdə Cavabdeh2 tərəfindən ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 1-ci giriş, 7-ci mərtəbə, 47 saylı mənzilin alğısatqısı ilə bağlı Cavabdeh1 tərəfindən 77.598 manat Cavabdeh2-nın ofisində İddiaçı ödənilməmişdir. Eyni zamanda bildirir ki, Cavabdeh2 tərəfindən ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 1- ci giriş, 7-ci mərtəbə, 47 saylı mənzilin alınması ilə bağlı Cavabdeh2-ya Cavabdeh1 tərəfindən pul ödənilməmişdir. "KERMUR" İxtisaslaşdırılmiş Vəkil Bürosunun xx.xx.2022-ci il tarixli, KVB44 saylı sorğusuna cavab olaraq vermiş olduqları 02 saylı, 22 iyun 2022-ci il tarixli cavab məktubunda qeyd olunanlardan aşağıdakı hallar Cavabdeh2-ya həmin sorğunu təqdim edən şəxsin sözləri əsasında tərtib olunduğundan, 1910 manat qalıq borcunun Cavabdeh1 tərəfindən Cavabdeh2-ya ödənilməsi və Cavabdeh1 Cavabdeh2-nın ofisində yuxarıda qeyd olunan mənzilin sahibi İddiaçı 77.598 manat pulun ödənilməsi həqiqətə uyğun deyildir. - Cavabdeh2-nın xx.xx.2021-ci il tarixli qəbzindən görünür ki, İddiaçı ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 1-ci giriş, 7-ci mərtəbə, 47 saylı mənzili üçün 1910 manat ödəmişdir. Birinci instansiya məhkəməsinin iclasında dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, iddiaçının oğludur. Onu Cavabdeh1 ilə Kamilin dayısı tanış etmiş, həmin vaxt o, maddi cəhətdən sıxıntılar içərisində olmuşdur. Atası xərçəng xəstəsi idi və onun xəstəliyi ilə bağlı dərman almaq üçün iş axtarırdı. O zaman Kamilin dayısı ona dedi ki, Kamil də texnikalar alıb iş görmək istəyir. İlk əvvəllər o, Kamilə çox inandı və o nə deyirdisə, yerinə yetirirdi. Sonra Kamil ona dedi ki, tender var, o həmin tenderi öz adamları ilə udub, ona verəcək, hər ikisi bundan pul qazanacaqdı. O da Kamilin bu təklifi ilə razılaşmışdır. Onun da təsisçisi olduğu "xxxx" MMC var idi. Kamil tender məsələsini dedikdən sonra o, texnikalar yığmağa başladı. Çünki Kamil ona demişdi ki, 5-10 günə işə başlayacaqlar. O da, Kamilə çox inandı və onu şirkətin ilk başda 5 faizinə, daha sonra 10 faizinə şərik elədi. Kamil ona demişdi ki, tender maliyyəti iki milyon yeddi yüz min manat təşkil edir. Sonra ona dedi ki, tenderə girmək üçün giriş pulu ödənilməlidir. Bu da tenderin 10 faizi, yəni iki yüz yetmiş min manat idi. Onda o qədər pul yox idi. Kamil ona dedi ki, o həmin pulu ödəyə bilər. Lakin verilən pula təminat kimi onun adına daşınmaz əmlak keçirilməlidir, nə zaman pulu ödəyərsə, onda həmin daşınmaz əmlakı ona qaytaracaqdı. O da ailəsi ilə məsləhətləşdi və öz evlərinin texniki pasportu olmadığı üçün bacısının həyat yoldaşına məxsus olan, lakin anasının adına sənədləşdirilmiş ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 1-ci giriş, 7-ci mərtəbə, 47 saylı mənzilini onun adına keçirməyə razı oldu. Sənədləşmə zamanı o, anası, Kamil və MTK-nın bir işçisi olmuşdur. Sənədləşmə zamanı MTK-ya 1910 manat borcları var idi. Həmin borcu anası ödədikdən sonra ev Kamilin adına keçirildi. Lakin sonra Kamil dedi ki, bu ev azdı. O zaman o, qohumu Elmirlə danışdı və qohumuna aid olan Zaqataladakı evini də Kamilin adına keçirdilər. Sonra Kamil ondan şirkətdəki təsisçi payını 10 faizdən 15 faizə qaldırmağı və Kamilin qardaşını şirkətin başına keçirməyini istədi. O da Kamilə çox inandığı üçün razılaşdı. Lakin Kamil onlara evləri rəsmiləşdirən zaman heç nə verməyibdir. Sonra atası rəhmətə getdi. Ondan sonra Kamil yalandan bu gün, sabah deyə-deyə vaxtı uzatdı. Ondan sonra da 7 aydı nə onlara pul verir, nə də evləri geri qaytarmır. Məhkəmə iclasında dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, o, iddiaçının oğludur. O, Cavabdeh1 qardaşı Rövşənin vasitəsi ilə tanımışdır. O zaman qardaşı dedi ki, o, Kamil ilə iş görəcək. Həmin işi də Kamilin tanışları Rövşənə verəcəkdilər. İş tender idi. Tenderin maliyyəti iki milyon yeddi yüz min manat idi. Kamil onlardan giriş pulu üçün iki yüz yetmiş min manat istəyirdi. Qardaşı Rövşəndə həmin pul yox idi. Pulun təminatı kimi Kamil onlardan evi onun adına keçirmələrini istəyirdi. Onlar da sentyabr ayında evi Kamilin adına keçirdilər. Ev analarının adına olsa da, bacısının həyat yoldaşına məxsusdu. Ev ilə bərabər qohumları Elmirin adına məxsus Zaqataladakı evi və şirkətdəki payın 15 faizi Kamilin adına keçirildi. Evlərin əvəzində onlara pul verməliydi, lakin verməyib. Məhkəmə iclasında dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, o, Rövşən ilə Natiqi çoxdan tanıyır. Onlar öz işlərində hər zaman ondan hüquqi məsləhət alıblar. Lakin bu məsələdə ondan məsləhət almadılar. Sadəcə ona məlumat verdilər. Onların verdikləri məlumata əsasən evi girov qoyub, əvəzinə Kamil onlara pul verməli idi. Amma Kamil hələ də onlara pul ödəməyibdir. Kamili sadəcə üzdən tanıyır, onunla Rövşəngilin yanında bir dəfə Xırdalanda, bir dəfə də Malakan bağında görüşmülər. Məhkəmə iclasında dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-nin təsisçilərindən biridir. Rövşəni 10 ilə yaxındır ki, tanıyır. Cavabdeh1 də Rövşənin vasitəsilə tanımışdır. Cavabdeh1 onlara işləmək üçün tender verəcəkdi. Bu söhbət zamanı o, Rövşən, Kamil, Nadir, Ovçu olmuşlar. Bunun üçün də tenderə giriş pulu ödənilməliydi. Tenderin qiyməti 2 milyon 700 min manat idi, giriş pulu isə 270 min manat idi. Onların isə bu vəsaiti ödəməyə imkanları yox idi. Cavabdeh1 həmin giriş pulunu ödəyə biləcəyini, əvəzində isə girov olaraq əmlak qoymalarını istəyirdi. Bu zaman Rövşən anasına məxsus olan evi, Elmirə məxsus Zaqataladakı evi girov qoydu. Həmçinin şirkətdə 15 faiz hissəni Kamilin adına keçirdi. Tenderi udduqdan sonra iş görəcəkdilər və onlarla bərabər Cavabdeh1 də qazanacaqdı. Lakin nə tender keçirildi, nə də ki, layihə onlara verildi. Cavabdeh yalandan vəd versə də, heç bir iş görmədi. Həm də ki, girova qoyulmuş əmlaklar geri qaytarılmamışdır. Məhkəmə iclasında dindirilən Şahid5 ifadəsində göstərmişdir ki, Rövşəni çoxdandır ki, tanıyır. Cavabdeh1 də Rövşənin vasitəsilə tanımışdır. Cavabdeh1 onlara işləmək üçün tender verəcəkdi. Bunun üçün də tenderə giriş pulu ödənilməliydi. Tenderin qiyməti 2 milyon 700 min manat idi, giriş pulu isə 270 min manat idi. Onların həmin vəsaiti ödəməyə imkanları yox idi. Cavabdeh1 isə həmin giriş pulunu ödəyə biləcəyini, əvəzində isə girov olaraq əmlak qoymalarını istəyirdi. Bilir ki, ev söhbətinə görə Rövşən əmlak qoyacaqdı. Lakin ev söhbətlərində o iştirak etməmişdir, məlumatı yoxdur. Məhkəmə iclasında dindirilən Şahid6 ifadəsində göstərmişdir ki, o, Cavabdeh1 çoxdandır ki, tanıyır. Cavabdeh1 ev almaq istəyinin olmasını bilirdi. Kamilin Rövşənə kömək etməsini Kamilin dayısı istəmişdir. Kamil həmin evi almaq üçün 44000 manat pulu ondan götürmüşdür. Sonra evi aldıqdan sonra yavaş-yavaş ona olan borcunu ödədi. Rövşəni də Elmlər metrosu yaxınlığında olanda əyani şəkildə görmüşdür. Həmin görüşdə Rövşən, Rövşənin dostu Elmir, Kamil və o olmuşdur. Onun sadəcə Cavabdeh2-da olan evdən xəbəri var. Digər evlərdən məlumatt yoxdur. Həmçinin digər söhbətlərdə iştirak etməmişdir İş materiallarından görünür ki, iddiaçı Cavabdeh1 adına olan, Cavabdeh2 tərəfindən ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 1-ci giriş, 7-ci mərtəbə, 47 saylı mənzilinə dair bağlanmış 29 sentyabr 2021-ci il tarixli 47 saylı Kooperativ mənzil tikintisi haqqında müqavilə etibarsız hesab edilməsinin əsası kimi cavabdehin onun oğlu Rövşəni iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatlarda göstərilən qaydada aldatmasına istinad etmişdir. Cavabdeh isə iddiaya etiraz edərək mənzil almaq niyyəti olduğunu və dayısının tanış etdiyi və pula ehtiyacı olduğu üçün ona köməklik etməsini xahiş etdiyi iddiaçının oğlu Rövşənin anasının adına olan evi baxıb bəyənib 77598 manatı MTK-da İddiaçı verməsini, bundan sonrakı dövrlərdə iddiaçının oğlu Rövşənlə əlaqələri yaxşı olmalarını, həmçinin iş görmələrini, sonradan isə Rövşənin onun 174200 manat pulunu mənimsəməsini göstərmişdir. Məhkəmə kollegiyası ilk növbədə mənzilin satış qiymətinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi ilə bağlı tərəflərin sübutlarına diqqət yetirməyi önəmli sayır. Belə ki, işin materiallarından görünür ki, Cavabdeh2 tərəfindən "KERMUR" İxtisaslaşdırılmiş Vəkil Bürosunun sorğusuna xx.xx.2022-ci il tarixli cavab məktubunda Cavabdeh1 Cavabdeh2-nın ofisində yəni xx.xx.2021 tarixdə 77.598 (yetmiş yeddi min beş yüz doxsan səkkiz) manatı İddiaçı vermiş və 1.910 (min doqquz yüz on) manatı İddiaçı (xx.xx.2021-ci il tarixli 47 nömrəli müqaviləyə əsasən) Cavabdeh2-ya olan borcunu bağlamaq üçün Cavabdeh2-ya ödəmişdir. Bundan sonra Cavabdeh1 ilə Cavabdeh2 arasında 47 nömrəli, 29 sentyabr 2021-ci il tarixli müqavilənin imzalanması və mənzilin pay dəyərinin tam ödənilməsi barədə ona maliyyə arayışı verilməsi göstərilsə də, Cavabdeh2 tərəfindən Vəkil1 sorğusuna xx.xx.2022-ci il tarixli cavab məktubunda bu faktlar təkzib edilmişdir. Belə ki, sonuncu məktubda MTK göstərmişdir ki, 1910 manat Cavabdeh2-nın xəzinədarlığına İddiaçı tərəfindən ödənilmişdir. Araşdırma zamanı o da müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixdə və sonrakı tarixlərdə Cavabdeh2 tərəfindən ünvan 2 ünvanda inşa edilən yaşayış binasının 1-ci giriş, 7-ci mərtəbə, 47 saylı mənzilin alğı-satqısı ilə bağlı Cavabdeh1 tərəfindən 77.598 manat Cavabdeh2-nın ofisində İddiaçı ödənilməmişdir. Eyni zamanda sözügedən mənzilin alınması ilə bağlı Cavabdeh2ya Cavabdeh1 tərəfindən pul ödənilməmişdir. Həmçinin məktubda göstərilmişdir ki, 02 saylı, 22 iyun 2022-ci il tarixli cavab məktubunda qeyd olunanlardan aşağıdakı hallar Cavabdeh2-ya həmin sorğunu təqdim edən şəxsin sözləri əsasında tərtib olunduğundan, 1910 manat qalıq borcunun Cavabdeh1 tərəfindən Cavabdeh2-ya ödənilməsi və Cavabdeh1 Cavabdeh2-nın ofisində yuxarıda qeyd olunan mənzilin sahibi İddiaçı 77.598 manat pulun ödənilməsi həqiqətə uyğun deyildir. Sonuncu cavab məktubunda göstərilənləri, yəni nə ofisdə, nə də MTK-nın özünə iddiaçıya pulun ödənilməməsi MTK-nın nümayəndəsi Nümayəndə verdiyi izahatında təsdiq etmişdir. Cavabdeh tərəf apellyasiya şikayətində qeyd edilən sonuncu məktubun məzmununda göstərilənlərlə razılaşmasa da, hər bir halda onun adına verilmiş maliyyə arayışının hüquqi sənəd olmasını istinad etməsini və bu sənədin onun tərəfindən evin pulunun MTK-ya ödənilməsi kimi qiymətləndirilməli olmasını göstərsə də, məhkəmə kollegiyası hesab edir ki, istər birinci instansiya məhkəməsinin araşdırması, istərsə də apellyasiya icraatı zamanı qeyd edilən mənzillə bağlı tərtib edilmiş alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş maliyyə arayışının mənzil alınması ilə bağlı tərəflərin iradə ifadəsinin məhsulu olmaması araşdırılan və müəyyən edilən sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh iddiaçının oğlunu mənzil alğı-satqısından əvvəllər tanımadığını və heç bir münasibəti (o cümlədən də işguzar) olmamasını göstərsə də, bu dəlil həm iddiaçı tərəfin, həm də şahid ifadələri ilə tam təkzib edilir. İddiaçının və şahidlərin cavabdeh iddiaçının oğlu ilə 2021-ci ilin sentyabr ayından da əvvəl tanış olaraq münasibətləri olmasını apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Bakı şəhəri, Nizami rayon Polis İdarəsinin İŞ-nin icraatlarında olan ********* saylı cinayət işinin materiallarının surətləri ilə də təsdiq edilir. Həmin sənədlərə əlavə edilmiş cavabdeh 2022-ci ilin iyun ayında Nizami rayon prokurorluğuna yazdığı əlyazma formasında olan şikayət ərizəsinin ilk cümləsində göstərmişdir: «Yazıb Sizə bildirirəm ki, 2021-ci ilin fevral ayında tanışım Rövşən Əmirxanovun vasitəsilə …Sadıqovla tanış oldum» Sonradan bu ərizəsi ilə əlaqədar Polis İdarəsində kompüterdə yazılmış izahatında da X4 ilə 2021-ci ilin yay aylarından tanışlığı olmasını göstərmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasında cavabdeh prokurorluğa yazdığı bu ərizəsində və polisdə verdiyi izahatında göstərilən tarixlərin texniki səhv olmasını bildirsə də, məhkəmə kollegiyası onun bu izahatını inandırıcı saymamaqla yanaşı hesab edir ki, onun iddiaya olan etirazında və apellyasiya şikayətinin dəlillərində sadaladığı bütün hallar heç bir mötəbər sübut növləri ilə təsdiqlənmir. Məhkəmə kollegiyası hesab edir ki, əksinə məhkəmə tədqiqi zamanı iddiaçı tərəfin tələbinin əsası kimi istinad etdiyi hallara dair gətirdiyi dəlillər və şahid ifadələri daha inandırıcı olmaqla bu izahat və ifadələrdə verilən məlumatlar bir-biri ilə uzlaşmaqla, tamamlanır. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Həmçinin məhkəmə kollegiyası apellyasiya şikayətinin şahid ifadələri ilə bağlı dəlillərinə qiymət verərək qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Azərbaycan Respublikasının MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Kollegiya qeyd edir ki, bu tələblərə birinci instansiya məhkəməsi tərəfindən riayət olunmuşdur. Belə ki, hər bir şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri dayanır. Şahidlər tərəflər arasında münasibətlərin nə vaxtdan, hansı formada olmasını aydın və müfəssəl təsvir etmiş, hər birinin verdiyi ifadə bir-biri ilə uzlaşmış və hadisələr məntiqi ardıcıllıqla əks etdirilmişdir. Göstərilən hallar şahid ifadələrinin mötəbər olmasına dəlalət edir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, şahidlərin verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olduğu üçün birinci instansiya məhkəməsi onları haqlı olaraq mötəbər sübut kimi qiymətləndirmiş və gəlinən bu qənaət də iş üzrə qəbul edilmiş qətnaməsində əsaslandırılmışdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin evin pulunun Qərənfilə Həsənovaya MTK-nın ofisində verilməsi, maliyyə arayışının alınması, iddiaçı ilə müqavilədən əvvəl heç bir münasibətinin olmamasına dair geniş dəlillərinə ümumilikdə qiymət verərək hesab edir ki, bu dəllilər şikayət müəllifinin subyektiv mülahizələri olmaqla heç bir mötəbər sübutlarla təsdiqini tapmır, əksinə işin araşdırılmış və diqqətəlayiq mühüm məqamları ilə təkzib olunur. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mübahisəli mənzilin 30000 manat bankdan kredit və 44000 manat digər şəxsdən borc almaq yolu ilə əldə etməsini izahatında göstərsə də, bundan sonra iddiaçıya 22000 manat məbləğində iş görmək adı ilə borc verməsinə dair izahatı inandırıcı və ağlabatan görünmür. Cavabdehin mübahisəli evi borc yolu ilə almağı ilə iddiaçının oğluna bündan sonra da borc verməsi onun evin alınması ilə bağlı həqiqi niyyətiinin olmasını təsdiq etmir. Çünki cavabdeh iddiaçının oğluna verdiyi 22000 manat pulun mənbəyini başqa yerdən əldə etməsi ilə əsaslandırmağa çalışmış, lakin buna dair də hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası cavabdehin bu hissə ilə bağlı izahatında göstərilənlərin inandırıcı və ağlabatan olmaması ilə bağlı həm də onu qeyd edir ki, cavabdeh bu puldan ona 8000 manat qaytarıldığını, qalan məbləğin isə qaytarılmadığı və qaytarılmasına guman olmadığı üçün qaytarılmayan qalıq məbləğinin batmamasına görə əlavə olaraq pul ödəməklə Röşənin qohumu Elmirin təklifi ilə sonuncunun Zaqataladakı evini almasını göstərsə də, sözügedən evin alınmasına sərf edilən vəsaitin hansı mənbədən götürülməsini açıqlaya bilməmişdir. Başqa sözlə, kollegiyanın qənaətinə görə cavabdeh izahatında göstərdiyi kimi borcları olduğu halda yenidən başqa mənzilə görə pul vəsaiti ilə əmlak almaq niyyətinin olması heç də inandırıcı deyildir. Bu hallar isə iddiaçı tərəfin həqiqətən də mübahisəli evin görünüş üçün cavabdehin təklifi ilə onun adına keçirilməsinə dair dəlillərinin işin araşdırılmış və müəyyən edilən halları ilə tam uzlaşmasına dəlalət edir. Cavabdeh1 iddiaçının oğlu Rövşənlə iş birliyi qurmaq adı ilə təminat kimi Rövşənin də payçı olduğu "xxxx" MMC-yə payçı kimi (alğı-satqı yolu ilə) daxil edilməsi, eləcə də, Rövşənin anası İddiaçı adına olan mənzildən başqa, qohumuna məxsus Zaqataladakı evin Cavabdeh1 adına keçirilməsi Səbail rayon Məhkəməsinin e-2(009)-896/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində də öz əksini tapması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin qətnamə qanuni qüvvəsini almasa da, həmin iş üzrə Cavabdeh1 ilə iddiaçı arasında müəyyən anlaşmalar səbəbindən sonuncu iddiasını geri götürdüyündən qətnamə ləğv edilsə də, Şahid5 yenidən Cavabdeh1 tərəfindən aldadığını göstərərək işin icraatına xitam verilməsinə dair apellyasiya instansiyası məhkəməsinin qərardadını kassasiya qaydasında mübahisələndirmişdir. Cavabdeh qeyd edilən qətnamənin qanuni qüvvəsini almadığı halda məhkəmənin həmin qətnamə ilə müəyyən edilmiş hallara istinad edilməsini qanunsuz saysa da, məhkəmə kollegiyası qeyd edir ki, apellyator özü də dəlillərini əsaslandırmaq üçün məhz həmin qətnamənin bəzi məqamlarına istinad etmişdir. Halbuki, apellyatorun bu dəlilləri onunla iddiaçının öğlu arasında işbirliyinin mövcuduğunun təsdiqidir. Həmçinin məhkəmə kollegiyası apellyasiya şikayətinin, iddiaçının oğlu cavabdehin 174 200 manat pulunu mənimsədiyi və Türkiyə Respublikasının İstanbul şəhərinə qaçdığı gün, yəni xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməsi ilə bağlı dəlilinə qiymət verərək qeyd etməyi zəruri sayır ki, işin materiallarından göründüyü kimi, iddiaçının oğlu iddia ərizəsi veriləndən sonra birinci instansiya məhkəməsinin iclasında şahid qismində iştirak etmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfin alğı-satqı müqaviləsi görünüş üçün olduğu halda iddiaçının 7 ay hərəkətsiz qalması, tenderlə bağlı heç bir sübutların olmamasına, whatsapp mobil tətbiqi üzərində Şahid1 ilə Cavabdeh1 arasında 2021-ci ilin sentyabr ayından 2022-ci ilin mart ayındadək daima müxtəlif motivli yazışmalar və səs qeydlərində uzun müddətli dialoqların heç birində 1 dəfə belə olsun Şahid1 Cavabdeh1 əmlakların geri qaytarılmasına dair hər hansı bir müraciət etməməsinə dair şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, əvvəla iddiaçı tərəfin izahat və şahid ifadələrinə əsasən alğı-satqı müqaviləsindən iddia qaldırılan müddət ərzində cavabdeh tenderi udmalı, bundan pul qazanıb onlara pul verməli olduğu bunu etməmiş, alğı-satqı adı ilə faktiki girov qoyulmuş evləri qaytarmamışdır. Buna görə də iddiaçı aldadıldığını və hüquqlarının pozulmasını gördükdə hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Tender barədə iş materiallarında heç bir sübut olmasa da, bu əsasla iş görmək adı ilə mənzilə dair alğı-satqı müqaviləsinin formal bağlanmasına dair kifayət qədər sübutların olmasına birinci instansiya məhkəməsi düzgün qiymət vermişdir. Bununla bağlı kollegiya həmçinin qeyd etməyi zəruri sayır ki, whatsapp mobil tətbiqi üzərində Şahid1 cavabdeh əmlakların geri qaytarılmasına dair hər hansı bir müraciət etməsə də belə, cavabdehin həqiqətən də mənzili qanuni əsaslarla əldə etdiyi halda və bu əmlakına sahib olmaq niyyəti olduğu təqdirdə onun iddiaçının həmin evdən cıxarılmasına dair iddia qaldirmaması və yaxud bununla bağlı iddiaçı tərəfə hər hansı formada xəbərdarlıq etməməsi, hətta iddiaçının oğlu ilə yazışmalarında belə evin boşaldılması, təhvil verilməsi ilə ədaqədar iradlarının göstərilməməsi tərəflər arasında bağlanmış alğısatqı müqaviləsinin həqiqi niyyətlə deyil, görünüş üçün bağlanmasının bariz təzahürüdür. Həmçinin kollegiya iddia ərizəsi verilməmişdən əvvəl bayram münasibəti ilə whatsapp proqramı ilə bir-birinə təbrik mesajlarının göndərilməsinə dair şikayətin dəlillərinə (mesajların surəti təqdim edilmişdir) də qiymət verərək bu faktın mövcudluğun özü-özlüyündə tərəflər arasında səmimi münasibət olmaqla (davam etməklə) iddiaçı tərəfin qaldırdığı iddianın əsassız olmasına qətiyyən əsas yaratmır. İşin faktiki və həqiqi araşdırılmış halları iddiaçının adına olan mənzilə dair alğı-satqı müqaviləsinin görünüş üçün və formal bağlanmasını təsdiq edir. Apellyator şikayətində alğı-satqı müqaviləsinin real olmasını göstərərək bu dəlilini müqavilənin notarial qaydada təsdiqlənən zaman tərəflər iradə ifadələrini və razılıqlarını bildirmələri, paylar satıcıdan alıcıya keçməsi və satıcının payın dəyərini aldığını imzası ilə təsdiqləməsi ilə əsaslandırmağa çalışmış və buna ən mötəbər sübut kimi məhz iddiaçı və onun ailə üzvlərinin paydan Cavabdeh1 xeyrinə imtina etməsinə dair notarial qaydada təsdiq olunmuş ərizələri qeyd etmişdir. Məhkəmə kollegiyası bu dəlillə bağlı qeyd edir ki, cavabdehin bu dəlilləri o halda əsaslı və inandırıcı sayıla bilərdi ki, onun mənzilin dəyərinin şəxsən, əlbəəl və şahidlərin iştirakı eləcə də, buna dair sadə yazılı formada aralarında yazılı sənəd tərtib etməklə pulu Qərənfilə Həsənovaya verilməsini subut edə bilsin. Lakin apellyasiya instansiyası məhkəməsinin iclasında cavabdeh buna dair konkret tutarlı və mötəbər sübut təqdim etməmişdir. O ki qaldı iddiaçı və onun ailə üzvlərinin paydan Cavabdeh1 xeyrinə imtina etməsinə dair notarial qaydada təsdiq olunmuş ərizələrinə kollegiya qeyd edir ki, bu sənədləşmələr notarial qaydada aparılsa da, işin araşdırılmış halları ilə bunun məhz görünüş üçün tərtib ediləcək alğı-satqı müqaviləsinin inandırıcı olması məqsədi ilə alınması öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası şikayətin şəxsin əmlakı girov qoyaraq qarşı tərəfdən pul almaq niyyəti olduğu halda bunu çox asan bir şəkildə notarial ipoteka müqaviləsi şəklində rəsmiləşdirməklə edə bilməsinə dair dəlili ilə bağlı qeyd edir ki,mübahisəli mənzil dövlət reeyestrində qeydə alinmadıgindan bu dəlil hazirki iş üzrə əhəmiyyət kəcb etmir, buna görə kollegiya bu dəlilə qiymət verməyi zəruri saymır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək və işin araşdırılmış hallarına əsasən hesab edir ki, hazırki mübahisə üzrə cavabdehlər arasında kooperativ mənzilin tikintisi ilə əlaqədar müqavilənin bağlanması ilə bağlı formal tələblərə əməl olunsa da, iddiaçının kooperativ mənzilə dair payından imtina ilə bağlı iradə ifadəsi olmamasına dair birinci instansiya məhkəməsinin nəticəsi işin araşdırılmış hallarına tam uyğundur. Belə ki, iş üzrə sübutlar onu təsdiq edir ki, iddiaçı oğlu Rövşənin xahişi ilə onunla Cavabdeh1 arasında işbirliyi qurulduğuna görə Cavabdeh1 təminat olaraq daşınmaz əmlakın formal olaraq sonuncunun adına keçirilməsinə razılıq vermiş, mənzilin dəyəri nə iddiaçıya, nə də MTK-ya ödənilməmiş, Rövşən Əmirxanov ilə Cavabdeh1 arasında iş birliyi qurulması adı ilə Rövşənin qohumuna məxsus Zaqataladakı evin və "xxxx" MMC-yə payçı kimi (alğı-satqı yolu ilə) daxil edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbi əsaslı olduğundan təmin edilməli olması, cavabdehlər arsında mübahisəli kooperativ mənzilə dair bağlanmış 29 sentyabr 2021-ci il tarixli 47 saylı müqavilənin etibarsız hesab edilməli, həmin mənzilə dair İddiaçı adına müqavilə bağlanılması öhdəliyi Cavabdeh2-nın üzərinə qoyulmalı olmasına dair nəticəsini qanuni və əsaslı sayır. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan bütün sübutlar alğı-satqı müqaviləsinin könüllülük prinsipi əsasında həyata keçirilməməsini və tərəflər arasında girov müqaviləsi münasibətlərinin olmasının təsdiq etmişdir. Apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə səbəb ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olmadığı üçün qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-898/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar