Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5905/2020 10.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(010)- 164/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Hövsan qəsəbəsi, Məktəb küçəsindəki 3 saylı fərdi yaşayış evinin 1/3 hissəsinə (20.30 kvadrat metr) görə və X4 miras qalmış Bakı şəhəri, Hövsan qəsəbəsi, Məktəb küçəsindəki 3 saylı fərdi yaşayış evin 1/3 hissəsinə, onun faiz hissədə məcburi pay hüququna görə (5.07 kvadratmetr), ümumilikdə 25.37 kvadrat metr sahəyə görə 38.055 (otuz səkkiz min əlli beş) manat məbləğində kompensasiyanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Mirzəyev Böyükağa Məmmədağa oğluna, Cavabdeh1 və Bakı şəhəri 35 saylı notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi mülkiyyətdə olan 3691 kv.metr torpaq sahəsində cavabdeh Mirzəyev Böyükağa Məmmədağa oğlu tərəfindən özbaşına tikilmiş fərdi yaşayış evlərinin və digər tikililərin sökülməsi, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və digər əmlaka anaları X4 miras qalmış 1/3 hissəyə vərəsəlik hüququnun tanınması və miras payın müəyyən edilməsi, ünvan 1 ünvanında yerləşən birgə mülkiyyətdə olan 3691 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi mülkiyyətdə olan fərdi yaşayış evinin onunla cavabdeh Böyükağa Mirzəyev arasında naturada bölünməsi, X8 tərəfindən ünvan 2 nömrəli evin 1/3 hissəsinin və həmin ünvandakı torpaq sahəsinin Cavabdeh1 vəsiyyət edilməsi barədə vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli 2(010)- 32/2015 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı məxsus evin texniki pasportunda 4 və 5 nömrəli tikililər kimi əksini tapmış 1/3 hissəsi xx.xx.2014-cü il tarixli 8530 saylı ekspert rəyinə əlavə edilmiş bölgü variantı üzrə plan-sxemdə göstərilmiş qaydada naturada ayrılması qət edilmişdir. Qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-757/2016 saylı xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3631 /2016 saylı xx xxxxxx 2016-cı il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-757/2016 saylı xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(103)- 162/2018 saylı qətnaməsi ilə onun apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Suraxanı Rayon Məhkəməsinin 2(010)-32/2015 saylı xx xxxx 2015-ci il tarixli qətnaməsi qismən, hazırkı iş üzrə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-32/2015 saylı, xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilən hissəsində və təmin edilməyən X4 miras qalmış əmlaka vərəsəlik hüququnun tanınması və miras payın müəyyən edilməsi hissəsində ləğv edilməsi, iddia tələbinin Bakı şəhəri, Hövsan qəsəbəsi. Məktəb küçəsindəki 3 nömrəli evin və 3691 kv.metr torpaq sahəsinin iddiaçı X5 ilə Cavabdeh2 (Mirzəyev Böyükağa Məmmədağa oğlunun prosessual hüquqi varisi) arasında naturada bölünməsinə dair hissəsi təmin edilməsi, iddia tələbinin X4 miras qalmış vərəsəlik hüququnun tanınması və miras payın müəyyən edilməsi hissəsi qismən təmin edilməsi, X4 miras qalmış ünvan 2 nömrəli evin 1/3 hissəsinə, iddiaçı X2 % hissədə (evin ümumi sahəsinə 5/12 hissədə) məcburi pay hüququ tanınması qət edilmişdir. Qətnamə, X2 apellyasiya şikayətinə münasibətdə, mübahisələndirdiyi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən də İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(102)-3229/2019 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(103)-162/2018 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, İddiaçı tərəfindən bir neçə il bundan əvvəl qaldırılmış iddiada tələblərdən biri də fərdi yaşayış evinin naturada bölünməsi tələbi olmuşdur. Bakı Apellyasiya Məhkəməsi isə həmin hissədə iddia tələbini rədd etmişdir və müəyyən etmişdir ki, fərdi yaşayış evinin naturada ayrılması qeyrimümkündür. Bu halda isə Mülki Məcəllənin 220.3cü maddəsinin tələbinə müvafiq olaraq İddiaçı digər paylı mülkiyyətçilər olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Bakı şəhəri, Hövsan qəsəbəsi, Məktəb küçəsindəki 3 nömrəli fərdi yaşayış evinin 1/3 hissəsinə görə və X4 miras qalmış Bakı şəhəri, Hövsan qəsəbəsi, Məktəb küçəsindəki 3 nömrəli evin 1/3 hissəsinə, İddiaçı % hissədə (evin ümumi sahəsinə 5/12 hissədə) məcburi pay hüququna görə kompensasiya ödənilməlidir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(010)- 164/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı mülkiyyətin dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsinin təmin olunmaması qət olunmuşdur. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(010)-164/2020 nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki,İddiaçı tərəfindən bir neçə il bundan əvvəl qaldırılmış iddiada tələblərdən biri də fərdi yaşayış evinin naturada bölünməsi tələbi olmuşdur. Bakı Apellyasiya Məhkəməsi isə həmin hissədə iddia tələbini rədd etmişdir və müəyyən etmişdir ki, fərdi yaşayış evinin naturada ayrılması qeyri-mümkündür. Bu halda isə Mülki Məcəllənin 220.3-cü maddəsinin tələbinə müvafiq olaraq İddiaçı digər paylı mülkiyyətçilər olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Bakı şəhəri, Hövsan qəsəbəsi, Məktəb küçəsindəki 3 nömrəli fərdi yaşayış evinin 1/3 hissəsinə görə və X4 miras qalmış Bakı şəhəri, Hövsan qəsəbəsi, Məktəb küçəsindəki 3 nömrəli evin 1/3 hissəsinə, İddiaçı A hissədə (evin ümumi sahəsinə 5/12 hissədə) məcburi pay hüququna görə kompensasiya ödənilməlidir. Hesab edirk ki, kompensasiyanın məbləği aşağıdakı kimi hesablanmalıdır: (a) Evin ümumi sahəsinin İddiaçı məxsus 1/3 hissəsi müəyyən edilir (60.92 kvadrat metr / 3 = 20.30 kvadrat metr); (b) Məcburi pay müəyyən edilir (yəni, X4 miras qalmış 1/3 hissənin A hissəsi (60.92 kvadrat metr / 3 = 20.30 kvadrat metr/4=5.07 kvadratmetr); (c) Fərdi yaşayış evinin İ kvadrat metrinin bazar dəyərinin 1500 (bir min beş yüz) manat olduğunu nəzərə alsaq, 25.37 kvadrat metr sahəyə görə 25.37 X 1500 = 38.055 AZN (otuz səkkiz min əlli beş manat). Hazırki iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair x xxxxx 2014-cü il tarixli Qərarında əks olunmuş hüquqi mövqe mühüm əhəmiyyət kəsb edir. Sözügedən Qərara əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Qərarda qeyd edilmişdir ki, mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən İddiaçıapelyasiya şikayətinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2015ci il tarixli 2(010)-32/2015 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Mirzəyev Böyükağa Məmməda oğluna, Cavabdeh1 və Bakı şəhəri 35 saylı notariat kontoruna qarşı “torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən geri alınması, özbaşına tikililərin sökülməsi, paylı mülkiyyətin, naturada bölünməsi və paylı mülkiyyətdə olan əmlakla bağlı vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbi barədə iddiası qismən edilərək, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin İddiaçı məxsus, evin texniki pasportunda 4 və 5 nömrəli tikililər kimi əksini tapmış 1/3 hissəsi xx.xx.2014-cü il tarixli 8530 saylı ekspert rəyinə əlavə edilmiş bölgü variantı üzrə plan-sxemdə göstərilmiş qaydada naturada ayrılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(103)-757/2016 saylı qətnaməsinin surətindən görünür ki İddiaçı apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 32/2015 saylı xx xxxx 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(102)-3631/2016 saylı qərarının surətindən görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)-162/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X2 apellyasiya şikayəti qismən təmin edilmişdir. Hazırki iş üzrə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-32/2015 saylı, xx xxxx 2015-ci il tarixli qətnaməsi qismən, iddianın təmin edilən hissəsində və təmin edilməyən X4 miras qalmış əmlaka vərəsəlik hüququnun tanınması və miras payın müəyyən edilməsi hissəsində ləğv edilmişdir. İddia tələbinin Bakı şəhəri, Hövsan qəsəbəsi, Məktəb küçəsindəki 3 nömrəli evin və 3691 kv.metr torpaq sahəsinin iddiaçı X5 ilə Cavabdeh2 (Mirzəyev Böyükağa Məmmədağa oğlunun prosessual hüquqi varisi) arasında naturada bölünməsinə dair hissəsi təmin edilməmişdir, iddia tələbinin X4 miras qalmış vərəsəlik hüququnun tanınması və miras payın müəyyən edilməsi hissəsi qismən təmin edilmişdir. X4 miras qalmış ünvan 2 nömrəli evin 1/3 hissəsinə, iddiaçı X2 % hissədə (evin ümumi sahəsinə 5/12 hissədə) məcburi pay hüququ tanınmışdır. Qətnamə, X2 apellyasiya şikayətinə münasibətdə, mübahisələndirdiyi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-3229/2019 saylı qərarının surətindən görünür ki, iddiaçı X1 şikayəti qismən təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx.xx.2018-ci il tarixli 2(103)- 162/2018 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 saylı fərdi yaşayış evinin 1/3 hissəsi İddiaçı, 1/3 hissəsi X6, 1/3 hissəsi Mirzəyev Böyükağa Məmmədağa oğlunun adına qeydiyyata alınmışdır. X3 21.01 2020-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Hövsan qəsəbəsi, Məktəb küçəsində yerləşən, ümumi sahəsi 60.92 m2 olan 3 saylı fərdi yaşayış evinin 1/3 hissəsinin orta bazar qiymətləri ilə dəyəri 14217,0 manat məbləğində müəyyən edilir. X4 miras qalmış Bakı şəhəri, Hövsan qəsəbəsi, Məktəb küçəsində yerləşən 3 saylı fərdi yaşayış evinin 5/12 hissəsinin (İddiaçı 1/4 hissədə məcburi payı nəzərə alınmaqla) orta bazar qiymətləri ilə dəyəri 17766,0 manat məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin maddənin 4-cü hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X11 Azadlıqların müdafiəsi haqqında X7 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla Beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxx 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin “Skollo İtaliyaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, mülkiyyət hüququna istənilən müdaxilə zamanı ədalətli tarazlıq və ağlabatan mütənasiblik təmin edilməli, bu zaman istifadə edilən vasitələr mülkiyyətdən məhrum etmə tədbirinin məqsədinə mütənasib olmalıdır. “Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan ediiən üçüncü qayda təsdiq edilir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir.” Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.111.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Konvensiyasına dair (xx xxxx 1952-ci il tarixli) 1 saylı Protokolun 1-ci maddəsində hər bir fiziki və hüquqi şəxsin mülkiyyət hüququna təminat verilir. Avropa Məhkəməsinin «Marks Belçikaya qarşı» işində şərh verilərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qanunun mənasına görə mülkiyyətçi mülkiyyətində olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir və bu hüququn dövlət tərəfindən tanınmaqla yanaşı qorunmasına da təminat verilir. Mülki Məcəllənin 220.3.-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4.-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarına əsasən Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdir. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Mülkiyyətçilərin razılığı olmadan əmlakın hərracdan satılması barədə məhkəmənin qərar qəbul etməsi mülkiyyət hüququnun məhdudlaşdırılması (mülkiyyət hüququna müdaxilə) baxımından təhlil olunmalıdır. Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsi 3 sayiı fərdi yaşayış evi 1/3 hissəsi İddiaçı, 1/3 hissəsi X6, 1/3 hissəsi Mirzəyev Böyükağa Məmmədağa oğlunun mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(010)-32/2015 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Mirzəyev Böyükağa Məmməda oğluna, Cavabdeh1 və Bakı şəhəri 35 saylı notariat kontoruna qarşı “torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən geri alınması, özbaşına tikililərin sökülməsi, paylı mülkiyyəyin, naturada bölünməsi və paylı mülkiyyətdə olan əmlakla bağlı vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbi barədə iddiası qismən edilərək, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin İddiaçı məxsus, evin texniki pasportunda 4 və 5 nömrəli tikililər kimi əksini tapmış 1/3 hissəsi xx.xx.2014-çü il tarixli 8530 saylı ekspert rəyinə əlavə edilmiş bölgü variantı üzrə plan-sxemdə göstərilmiş qaydada naturada ayrılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(103)-757/2016 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-32/2015 saylı xx xxxx 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(102)- 3631/2016 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2618-ci il tarixli 2(103)-162/2018 saylı qətnaməsi ilə iddiaçı X2 apellyasiya şikayəti qismən təmin edilmişdir. Hazırki iş üzrə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-32/2015 saylı, xx xxxx 2015-ci il tarixli qətnaməsi qismən, iddianın təmin edilən hissəsində və təmin edilməyən X4 miras qalmış əmlaka vərəsəlik hüququnun tanınması və miras payın müəyyən edilməsi hissəsində ləğv edilmişdir.İddia tələbinin Bakı şəhəri, Hövsan qəsəbəsi, Məktəb küçəsindəki 3 nömrəli evin və 3691 kv.metr torpaq sahəsinin iddiaçı X5 ilə Cavabdeh2 (Mirzəyev Böyükağa Məmmədağa oğlunun prosessual hüquqi varisi) arasında naturada bölünməsinə dair hissəsi təmin edilməmişdir. İddia tələbinin X4 miras qalmış vərəsəlik hüququnun tanınması və miras payın müəyyən edilməsi hissəsi qismən təmin edilmişdir. X4 miras qalmış ünvan 2 nömrəli evin 1/3 hissəsinə, iddiaçı X2 % hissədə (evin ümumi sahəsinə 5/12 hissədə) məcburi pay hüququ tanınmışdır. Qətnamə, X2 apellyasiya şikayətinə münasibətdə, mübahisələndirdiyi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-3229/2019 saylı qərarı ilə iddiaçı X1 şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx.xx.2018-ci il tarixli 2(103)-162/2018 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Hövsan qəsəbəsi, Məktəb küçəsindəki 3 saylı fərdi yaşayış evinin 1/3 hissəsinə (20.30 kvadrat metr) görə və X4 miras qalmış Bakı şəhəri, Hövsan qəsəbəsi, Məktəb küçəsindəki 3 saylı fərdi yaşayış evin 1/3 hissəsinə, onun faiz hissədə məcburi pay hüququna görə (5.07 kvadratmetr), ümumilikdə 25.37 kvadrat metr sahəyə görə 38.055 (otuz səkkiz min əlli beş) manat məbləğində kompensasiyanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı paylı mülkiyyətin mülkiyyətçisi olduğu hissəsinə digər cavabdehlərdən kompensasiya ödənilməsini tələb edir. Cavabdeh bununla bağlı olaraq həmin hissənin 38.055 manat dəyərləndirilməsinə etiraz etmiş və bununla bağlı olaraq ekspertiza təyin olunmuşdur. Əmlak üzrə dəyərləndirmə aparılmış və iddiaçıya məxsus hissənin dəyəri 17766,0 manat müəyyən olunmuşdur. Lakin cavabdeh həmin yaşayış sahəsində qanunsuz tikintilərin olduğunu və iddiaçının həmin qanunsuz tikintidə yaşadığını və qalan hissəsinin də dəyərinin ödənilməsini tələb etdiyini bildirmişdir. Cavabdeh iddiaçıya məxsus hissənin dəyərinin ödənilməsinə etiraz edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin tələbinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir və öz payının dəyərini cavabdehlərdən tələb edə bilər. Hazırda isə cavabdeh həmin payı almaqdan imtina edir, yəni iddiaçının payına uyğun olaraq ona kompensasiya ödənilməsindən imtina edir. Məhkəmə kollegiyası hesab edir ki, bir mülkiyyətçinin digər mülkiyyətçiyə payına uyğun kompensasiyanın ödənilməsi onun vəzifəsi deyil, yalnız hüququdur. Kollegiya işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malik olsa da, cavabdeh kompensasiya ödənilməklə bağlı iddia tələbini qəbul etmədiyindən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətin dəyərinin ödənilməsi tələbinə dair iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(010)- 164/2020 nömrəli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-5905/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5905/2020
10.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver