Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5907/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahvediyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh MTK və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC-yə qarşı “mənzilin təhvil verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2538/2021 saylı 20 aprel 2021-ci il tarixli qərardadından “xxxx” MMC tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 oglu Cavabdeh MTK və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə İddiaçı1 arasında 28 yanvar 2019-cu il tarixli bağlanmış A-215/11 saylı alqı-satqı müqaviləsi üzrə ünvan 1 ünvanda inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış binasının A girişinin 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 68,67 kv.m, yaşayış sahəsi 60,80 kv.m izolə olunmuş 2 otaqdan ibarət A04 saylı mənzilin cavabdeh tərəfindən dərhal və qeyd-şərtsiz İddiaçı1; Cavabdeh MTK ilə İddiaçı2 arasında 04 fevral 2019-cu il tarixdə bağlanmış A167/11 saylı alqı-satqı müqaviləsi üzrə ünvan 1 ünvanda inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış binasının A girişinin 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 74,97 kv.m, yaşayış sahəsi 66,40 kv.m izolə olunmuş 2 otaqdan ibarət A04 saylı mənzilin İddiaçı2 naturada təhvil verilmələri, ödənilmiş ümumilikdə 60 manat dövlət rüsumunun cavabdehdən tutularaq hər bir iddiaçıya ayrılıqda 30 və 30 manat pulun ödənilməsi eləcədə etibarnamələrə ödənilmiş ümumilikdə 23 manat rüsumun cavabdehdən tutularaq hər bir iddiaçılara ayrılıqda 11,5 və 11,5 manat pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçılar iddianı təmin etmə tədbiri barədə ərizə ilə müraciət edərək, hazırki mülki iş üzrə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianın təmin edilməsi tədbiri qismində ünvan 1 ünvanda inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış binasının A girişinin 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 68,67 kv.m, yaşayış sahəsi 60,80 kv.m izolə olunmuş 2 otaqdan ibarət A03 saylı mənzilin və ünvan 1 ünvanda inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış binasının A girişinin 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 74,97 kv.m, yaşayış sahəsi 66,40 kv.m izolə olunmuş 2 otaqdan ibarət A04 saylı mənzilin hər hansı şəkildə özgəninkiləşdirilməsinin və istifadəsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2538/2021 saylı 20 aprel 2021-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, hazırki mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, ünvan 1 ünvanda inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış binasının A girişinin 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 68,67 kv.m, yaşayış sahəsi 60,80 kv.m izolə olunmuş 2 otaqdan ibarət A03 saylı mənzilin və ünvan 1 ünvanda inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış binasının A girişinin 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 74,97 kv.m, yaşayış sahəsi 66,40 kv.m izolə olunmuş 2 otaqdan ibarət A04 saylı mənzilin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Qərardaddan üçüncü şəxs MMC tərəfindən verilmiş şikayət məhkəmənin 20.05.2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak İddiaçı2 şikayətin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə kollegiya işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmadan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nın 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Kollegiya qeyd edir ki, iddianı təmin etmə tədbirləri iddianı qabaqcadan həll etməyib, müvəqqəti xarakter daşıyır. Bu, iddianın təmin ediləcəyi təqdirdə iddia tələblərinin realizə edilməsinə təminat verməyə yönəlmiş məhkəmə tərəfindən tətbiq olunan tədbirlər institudur. Bu tədbirlər fiziki və hüquqi şəxslərin hüquqlarının əsas təminatçısı olmaqla, mülki hüquq pozuntusu nəticəsində onların pozulmuş hüquqlarının bərpasına xidmət etməyə yönəlmişdir. Bu institutun əhəmiyyəti ondan ibarətdir ki, onunla cavabdehin vicdansız davranışı halı üçün iddiaçının qanuni maraqları müdafiə olunur və ya iddianı təmin etmə tədbirlərinin görülməməsi gələcəkdə qətnamənin icrasını mümkünsüz edilməsi ilə nəticələnə bilər. Bununla belə, nəzərə almaq lazımdır ki, iddianı təmin etmək üçün görülmüş tədbirlər işdə iştirak edən cavabdehlərin və başqa şəxslərin maraqlarına da xələl gətirməməli, iddianın həcminə adekvat olmalıdır. MPM-nin 158.1.1-ci maddəsinə görə, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq tədbiri görülə bilər. MPM-nin 158.1.2-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək tədbiri görülə bilər. Eyni məcəllənin 158.1.3-cü maddəsinə görə mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək tədbiri görülə bilər. Məhkəmə zəruri hallarda iddianı təmin etmək məqsədi ilə bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulan digər tədbirləri görə bilər. Məhkəmə iddianın təmin edilməsinin bir neçə növünü tətbiq edə bilər (MPM 158.2). Kollegiya qeyd edir ki, şikayətin dəlilləri əsassızdır və qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən mənzillər bilavasitə mübahisə predmeti olduğundan, həmin mənzillər ilə bağlı hər hansı hərəkətin edilməsi, iddianın təmin ediləcəyi halda qətnamənin icrasını çətinləşdirə bilər. Odur ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 401 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2538/2021 saylı 20 aprel 2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5907/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5907/2021
16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver