Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5909/2021 11.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-548/2021 saylı, 01.03.2021-ci il tarixli qətnaməsindən iş üzrə icraata cəlb edilməyən X6 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “evə köçürülməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m² olan fərdi yaşayış evinə köçürülməsinə və Cavabdeh ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m² olan fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 18 dekabr 2013-cü il tarixli 589 saylı Sərəncamı ilə ünvan 2 ünvanda qeydiyyatda olan vətəndaş X2 ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m² olan fərdi yaşayış evinin təqdim olunmuş layihəyə uyğun mövcud istifadə vəziyyətində sənədləşdirilməsinə icazə verilmişdir. Bir müddətdən sonra K.R.Nemətullayevin etibarnamə üzrə nümayəndəsi tərəfindən Bakı şəhəri 54 nömrəli Notariat Kontoru tərəfindən təsdiq edilmiş 08 sentyabr 2015-ci il tarixli “Fərdi yaşayış evinin ilkin alqı-satqısı müqaviləsi” əsasında X1 və sonuncu tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrində hüquqların dövlət qeydiyyatı aparılmamışdır. Əmlakın ilkin sahibi K.R.Nemətullayevin Bakı şəhəri 13 nömrəli Notariat Kontoruna təqdim etdiyi 19 yanvar 2017-ci il tarixli 7E/230 reyestr nömrəli ərizəsi əsasında ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m² olan fərdi yaşayış evi Nərimanov RİH başçısının 31 yanvar 2017-ci il tarixli 59 nömrəli Sərəncamı ilə X4 adına rəsmiləşdirilmişdir. Həmin fərdi yaşayış evinin X8 tərəfindən yüklü olması barədə notarial hərəkətlərdə müvafiq qeydiyyatların aparılmaması səbəbindən Nərimanov RİH-də hər hansı bir məlumat olmamışdır. 18 mart 2017-ci il tarixdə K.R.Nemətullayevin verdiyi etibarnamə əsasında ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m² olan fərdi yaşayış evinin əsl sahibi X8 54 nömrəli Notariat Kontoru tərəfindən təsdiq edilmiş 18 mart 2017-ci il tarixli 3M-92 reyestr nömrəli Fərdi yaşayış evinin ilkin alqı-satqı müqaviləsi ilə həmin evi İddiaçı satmışdır. Daşınmaz əmlakın ilkin sahibi K.R.Nemətullayev tərəfindən verilmiş 29 noyabr 2019-cu il tarixli 1S-6710 reyestr nömrəli və 19 avqust 2020-ci il tarixli 1S-6711 nömrəli etibarnamələrə əsasən sözügedən əmlak üzrə bütün səlahiyyətlər 18 dekabr 2013-cü il tarixli 589 nömrəli sərəncam ilə əlaqədar onu təmsil etməyi, sərəncamdan imtina etməyi və digər səlahiyyətləri İddiaçı vermişdir. Nərimanov RİH-ə təqdim edilmiş sənədlərə və araşdırılan faktlara əsasən Nərimanov RİH başçısının sözügedən daşınmaz əmlakın X5 adına sənədləşdirilməsi barədə 31 yanvar 2017ci il tarixli 59 nömrəli Sərəncamın ləğv edilməsi, həmin əmlakın İddiaçı adına sənədləşdirilməsinə dair yeni Sərəncam verilməsi barədə müsbət Rəy verilmiş və Nərimanov RİH nəzdində fəaliyyət göstərən mənzil-məişət məsələləri üzrə ictimai komissiyanın 01 sentyabr 2020-ci il tarixli Rəyi təsdiq edilmiş, ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m² olan fərdi yaşayış evinin X5 adına sənədləşdirilməsi barədə 31 yanvar 2017-ci il tarixli 59 nömrəli Sərəncam ləğv edilmiş, ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m² olan fərdi yaşayış evinin mövcud istifadə vəziyyətində sənədləşdirilməsi haqqında Nərimanov RİH başçısının 18 dekabr 2013-cü il tarixli 589 nömrəli Sərəncamı dəyişdirilmiş və ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m² olan fərdi yaşayış evinin təqdim edilmiş layihəyə uyğun mövcud istifadə vəziyyətində İddiaçı adına sənədləşdirilməsinə dair 03 sentyabr 2020-ci il tarixdə 164 nömrəli Sərəncam verilmişdir. Lakin həmin mənzil Cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdehə həmin evdən çıxması barədə dəfələrlə müraciət edilsə də, müraciətlərə əhəmiyyət verməmiş və həmin mənzildən anbar kimi istifadə edir. Onunla cavabdeh arasında baş verən mübahisələr Nərimanov RPİ-nin 18-ci Polis Bölməsində və BŞBPİ-də araşdırılmış və cinayət xarakterli olmadığı səbəbindən məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-548/2021 saylı, 01.03.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh ünvan 4 ünvanda yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,5 m² olan fərdi yaşayış sahəsindən çıxarılması, həmin fərdi yaşayış sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir (sədrlik edən: Vüqar Quliyev). Qətnamədən iş üzrə icraata cəlb edilməyən şəxs X9 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-548/2021 saylı, 01.03.2021-ci il tarixli qətnamənin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası daxil olmuş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayarkən müəyyən etmişdir ki, X6 iş üzrə tərəf deyildir. Apellyasiya şikayətini verən X6 apellyasiya şikayəti vermək hüququna malik olan şəxs deyil. Belə ki, X6 Mülki Prosessual Məcəllənin 357-ci maddəsində sadalanan şəxslərdən hər hansı biri deyildir. Həmçinin, tərəflərdən hər hansısa birinin nümayəndəsi və ya vəkili olmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir və iş materiallarında öz əksini tapmamışdır. MPM-nin 357-ci maddəsində apellyasiya şikayəti vermək hüququ aşağıdakı şəxslərə şamil edilmişdir. 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. 357.3. Prokurorun protesti iştirak etdiyi iş üzrə onun tərəfindən apellyasiya instansiyası məhkəməsinə verilən şikayətdir və öz hüquqi mahiyyətinə, hüquqi nəticələrinə görə apellyasiya şikayətinə bərabər tutulur. Həmin Məcəllənin 363.1.1-ci maddəsinə görə, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 361.2-ci maddəsinə görə, apellyasiya şikayəti şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357, 361 və 363-cü maddələrinin tələbləri lazımınca yerinə yetirilməyərək qəbul olunmuş məhkəmə qətnaməsindən verilmiş apellyasiya şikayəti qəbul edilərək baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Kollegiya şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366 və 402-406-cı maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-548/2021 saylı, 01.03.2021-ci il tarixli qətnaməsindən X6 tərəfindən verilmiş apellyasiya şikayəti şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayəti ilə birlikdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-5909/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5909/2021
11.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver