Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5917/2024 06.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli e-2(006)- 1290/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İş materiallarında olan İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ******* nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, satıcı ümumi dəyəri 912 manat olan 1 ədəd “Samsung Galaxy A50” markalı telefonu alıcıya satmağı, alıcı isə müqavilə üzrə razılaşdırılmış məbləğdə pulu hissəhissə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Alıcı malın satış qiymətindən ilkin ödəniş etmədən 912 manat dəyərində pulu 12 ay müddətində ayda 76 manat olmaqla hər ayın 12-dək ödəməlidir. Aylıq ödəniş gecikdirilən hər günə məcmu borcun 1%-i həcmində penya hesablanır.
2. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, ******* nömrəli qaimədən görünür ki, Cavabdeh ümumi dəyəri 912 manat olan 1 ədəd “Samsung Galaxy A50” markalı telefonu almışdır.
3. İş materiallarında olan xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli ödəmə çeklərindən görünür ki, “Cavabdeh, 50 AZN” qeyd edilsə də, həmin çeklərdə imza yoxdur.
4. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 16435636 nömrəli ödəmə çekindən görünür ki, “Cavabdeh, 50 AZN” qeyd edilmiş, ödəyən şəxs qrafasında imza edilmişdir.
5. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023cü il tarixli pretenziyadan görünür ki, ona müqavilə üzrə yaranmış borcun 5 təqvim günü ərzində ödənilməsi, əks təqdirdə pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət olunması ilə bağlı xəbərdarlıq edilmişdir.
6. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 30 (otuz) manat məbləğində rüsum ödənilmişdir.
7. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 13 noyabr 2019-cu il tarixli, ECK5793955 nömrəli müqavilə üzrə həmin tarixə 81 manat əsas, 24 manat dəbbə pulu olmaqla, cəmi 105 manat borcu vardır.
8. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyun 2024-cü il tarixli 4/762 nömrəli ekspert rəyindən görünür ki, 1. Ekspertizaya təqdim edilmiş, mülki işin 83-84-cü vərəqələrində olan xx.xx.2019-cu il tarixli, ECK5793955 nömrəli “Hissə-hissə ödənişlə alqı-satqı” müqaviləsinin 1-ci vərəqinin aşağı sağ hissəsindəki imza, 2-ci vərəqində “7.2 Alıcı” qrafasının aşağısındakı imza, xx.xx.2019-cu il tarixli ödəniş cədvəlində “Borcalan” qrafasındakı imza və xx.xx.2019-cu il tarixli, ******* nömrəli qaimədə “Alıcı” qrafasındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. 2. Ekspertizaya təqdim edilmiş, mülki işin 81-ci vərəqində olan xx.xx.2023-cü il tarixli 16435636 nömrəli ödəmə çekində “X5” qrafasındakı imza - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
9. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekpsertiza təqdiqatının dəyəri 120 (bir yüz iyirmi) manat təşkil edir..
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, Cavabdeh 13 noyabr 2019-cu il tarixli, ECK5793955 nömrəli müqavilə üzrə 81 manat əsas, 24 manat dəbbə pulu, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 135 manat pulun iddiaçının xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13 noyabr 2019-cu il tarixli, ECK5793955 nömrəli hissə-hissə ödənişlə alqısatqı müqaviləsinə əsasən satıcı 912 manat dəyərində olan 1 ədəd “Samsung Galaxy A50” markalı telefonu hissə-hissə ödənişlə alıcıya satmaq, alıcı isə ilkin ödəniş etmədən (912 manat məbləğində pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə, aylıq 76 manat olmaqla, hər ay 12-dək ödəmək) öhdəliyini öz üzərlərinə götürmüşlər. Alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1%-i həcmində satıcının xeyrinə cərimə (dəbbə pulu) ödəyir. Lakin alıcı Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun 81 manat əsas, 24 manat dəbbə pulu olmaqla, cəmi 105 manat borcu yaranmışdır. Cavabdeh tərəfindən 13 noyabr 2019-cu il tarixli, ECK5793955 nömrəli müqavilə üzrə sonuncu dəfə xx.xx.2023cü il tarixdə 50 manat ödəniş edilmişdir. İddiaçı tərəfindən Cavabdeh dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq, cavabdeh borcun ödənilməsini təmin etməmişdir.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli e-2(006)- 1290/2024 nömrəli qətnaməsi ilə (hakim Günay Abidova) iddianın təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı aid aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 120 (bir yüz iyirmi) manat məbləğində pulun İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülməsi qət edilmişdir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 373.2, 375, 377, 378, 380, 385.1, 386.1, 442, 443.1, 445, 448.1, 462.1, 465.2, 600 və 601-ci maddələrinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77.1, 80, 88, 101.7, 103.1, 107, 115.0.1, 119.1 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh ilə aralarında xx.xx.2019-cü il tarixdə hissə-hissə ödənişlə alğı satqı müqaviləsi bağlanmışdır. Müqavilə 12 ay müddətinə bağlanmış və xx.xx.2020-ci il tarixdə müqavilənin müddəti bitmiş, AR Mülki Məcəlləsinin 373.2-ci maddəsinə uyğun olaraq iddia müddətinin axımı xx.xx.2020-ci il tarixdən başlanmışdır. Borclu şəxs tərəfindən borcu etiraf etməsini göstərən hərəkətlər, yəni müxtəlif vaxtlarda ödənişlər edildiyindən iddia müddətinin axını dayandırılmış və beləliklə iddia ərizəsi mülki qanunvericiliyin tələblərinə (AR Mülki Məcəlləsinin 380-ci maddəsi) uyğun şəkildə verilmişdir. Qətnamədə iş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən iştirak etməmişdir. Demək ki, tədqiqat üçün Məhkəmə ekspertizası Mərkəzinə göndərilmiş sənədlərdə olan imzalar mübahisələndirilməmişdir. Belə olan halda sual olunur. İş üzrə öhdəlik müəyyən edən və etməyən sənədlərin Məhkəmə ekspertizası Mərkəzinə tədqiqat üçün göndərilməsi hansı zərurətdən yaranmışdır? Digər tərəfdən qeyd edir ki, məhkəmənin qətnaməsi ödəniş qəbzində olan imzanın cavabdeh tərəfindən icra edilməməsi səbəbindən müddət axının dayandırılmasına səbəb olan mötəbər sənəd kimi qiymətləndirilməməsi ilə əsaslandırılmamışdır. Ödəniş qəbzi öhdəlik yaradan sənəd deyildir. Müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq aylıq ödənişlər həm müqavilə üzrə öhdəlik götürmüş şəxsin özü, həm də digər şəxslər tərəfindən icra edilə bilər. Digər şəxslər müqavilə üzrə öhdəlik götürmüş şəxsin ailə üzvləri və.s ola bilər. Müqavilə üzrə aylıq ödənişin borclunun özündən başqa şəxslər tərəfindən ödənilməsini qadağan edən norma yoxdur. Belə olan halda aylıq ödənişin yalnız borclunun özü tərəfindən ödənilməsini tələb etmək qanunaziddir, ödəniş qəbzində olan imzanın cavabdehə aid olmaması isə həmin qəbzin mötəbər sənəd olması anlamına gəlmir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən də görünür ki, ECK5793955 saylı müqavilə üzrə 50 manat ödəniş edilmişdir. Bundan başqa ECK5793955 saylı müqaviləyə aşağıdakı tarixlərdə xx.xx.2019 tarixində 76 manat, xx.xx.2020 tarixində 76 manat, xx.xx.2020 tarixində 76 manat, xx.xx.2020 tarixində 76 manat, xx.xx.2020 tarixində 76 manat, xx.xx.2020 tarixində 20 manat, xx.xx.2021 tarixində 65 manat, xx.xx.2021 tarixində 65 manat, xx.xx.2021 tarixində 65 manat, xx.xx.2021 tarixində 35 manat, xx.xx.2022 tarixində 30 manat, xx.xx.2023 tarixində 21 manat, xx.xx.2023 tarixində 50 manat, xx.xx.2023 tarixində 50 manat, xx.xx.2023 tarixində 50 manat məbləğində ödənişlər edilmişdir. Ödəniş qəbzlərindən bəziləri saxlanma müddəti bitdiyi üçün məhv edilmiş digərləri isə Emanat, MilliÖn ödəmə terminalları, həmçinin Hesab.az ödəniş sistemi vasitəsi ilə ödənildidiyindən ödəniş qəzlərini tam şəkildə təqdim etmək mümkün olmamışdır. Qeyd etdiklərinin həqiqət olduğunu sübut etmək üçün qeyd etdiyi ödəniş sistemlərinə məhkəmə sorğusu verilə bilər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
17. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmənin iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir..
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
18. Maddə 367. Müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər.
19. Maddə 372.1 başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
20. Maddə 373.2 müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
21. Maddə 375.2 məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
29. Hazırkı halda qətnamə iddiaçı tərəfindən mübahisələndirilmiş və apellyator qətnamənin bütövlükdə ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli e-2(006)-1290/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi özündə üç halı ehtiva edir: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır.
32. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.).
33. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarı).
34. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
35. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
36. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur (Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli qərarı).
37. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarlarını müqayisəli şəkildə işin faktiki halları tətbiq edərək qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən, iddiaçı ümumi dəyəri 912 manat olan 1 ədəd “Samsung Galaxy A50” markalı telefonu cavabdehə satmış, cavabdeh alınmış əşyanın əvəzində həmin müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüş, lakin edilən xəbərdarlığa baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam icra edilməmiş və nəticədə onun iddiaçıya borcu yaranmışdır. İddiaçı qanunvericiliyin müqavilə tələbləri üzrə nəzərdə tutduğu 3 illik iddia müddətində, yəni xx.xx.2023-cü il tarixədək məhkəməyə müraciət edə bilərdi. Lakin iddiaçı müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən yerinə yetirilməməsinə görə hazırkı iddia tələbi ilə 10 yanvar 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Belə ki, müqavilə xx.xx.2019-cu il tarixdə 12 ay müddətinə bağlanılmış, yəni müqavilənin müddəti xx.xx.2020-ci ildə (ödəniş cədvəlinə əsasən) başa çatmış, xx.xx.2020-ci ildən etibarən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə müvafiq olaraq 3 illik iddia müddətinin axımı başlanmış, xx.xx.2023-cü ilədək nə cavabdeh tərəfindən ödəniş edilməsi, nə iddiaçı tərəfindən həmin borcun məhkəmə qaydasında tələb edilməsi, nə də iddia müddətinin axımının dayandırılmasına səbəb olan hər hansı hal müəyyən edilməmişdir. Belə ki, məhkəmə tərəfindən iddia müddətinin tətbiqi barədə ərizədə göstərilən halları təkzib edəcək mötəbər sübutların (ödəniş qəbzlərinin) təqdim edilməsi iddiaçının elektron kabinetinə yerləşdirilmiş xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli bildirişlərdə iddiaçıya təklif olunmuş, iddiaçı tərəfindən isə 2 ədəd imzasız (2023-cü ilin may və iyun ayı tarixli) və 1 ədəd imzalı xx.xx.2023-cü il tarixli ödəmə çeki məhkəməyə təqdim edilmişdir. Lakin iş üzrə təyin edilmiş xətşünaslıq ekspertizasının nəticəsində ekspert tərəfindən verilmiş rəyə əsasən xx.xx.2023-cü il tarixli 16435636 nömrəli ödəmə çekində “Ödəyən Şəxs, İmza” qrafasındakı imzanın cavabdeh tərəfindən icra olunmadığı müəyyən edilmişdir
38. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri).
39. Məhkəmə kollegiyası qeyd edir ki, öhdəliyin yaranma əsaslarından biri də müqavilədir. Müqavilə tərəflərin iradə ifadəsi ilə müəyyən edilən iki tərəfli əqd olmaqla bir tərəfin digər tərəf qarşıqında qarşılıqlı münasibətlərini əks etdirir. Müqavilənin icra edilməsi qaydası, icra edilməməsinə görə məsuliyyət və həmin məsuliyyətə görə kreditor və borclunun öhdəliyinin hədləri müəyyən edilir.
40. Əsas və ya əlavə öhdəliyin pozulması zamanı üç halın olması mümkündür. a) Öhdəlik ümumiyyətlə icra olunnmur və ya pis icra olunur. b) Öhdəlik borclunun təqsirinə görə pis icra olunur və ya icra olunmur. c) Öhdəlik kreditorun təqsirinə görə gec icra olunur və ya icra olunmur.
41. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, müqavilə üzrə tərəflər götürmüş olduqları öhdəliyə görə cavabdehdirlər və müqavilə üzrə hər bir şəxs digər şəxsə zərər vurmamaqla öhdəliyi icra etməlidirlər. Əgər borclu öhdəliyin icra etmirsə və kreditor da öhdəliyin borcun öhdəliyin icra edilmədiyi vaxtdan icrası tələb etmək öhdəliyini üzərinə götürmüşsə, borclu məsuliyyət daşıyır. Əks halda isə, yəni kreditor borclu tərəfindən öhdəliyin icra edilmədiyi təqdirdə borcun ödənilməsi üçün öhdəlik götürmüşdürsə, amma kreditor borcludan borcun vaxtında ödənilməsin tələb etmir, borc üzrə əlavə faizlərin yaranmasına şərait yaradırsa borclu yaranan faizlərə görə məsuliyyət daşımır. Kreditorun öhdəliyini icra etməyərək əlavə özü üçün əlverişli şərait yaradan (borca görə əlavə faizlərin hesablanmasına görə artıq qazanc) hala rəvac verməsi hüquqdan sui-istifadə kimi dəyərləndirilir ki, müqavilə üzrə öhdəliyin vaxtında tələb olunmaması, müqavilə üzrə əlavə faizlərin, cərimələrin yaranmasına rəvac verməklə müqavilə üzrə bir tərəf digər tərəfə münasibətdə əlverişsiz vəziyyətə düşməsinə şərait yaradır. Buna görə də hüquqdan suiistifadə hallarının aradan qaldırılması üçün cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasının aradan qaldırılması, müqavilə üzrə tərəfi hüquq və qanuni maraqlarının vaxtında tələb edilməsi, mülki dövriyyənin sabitliyinin təmin edilməsi üçün iddia müddəti institutu mühüm əhəmiyyət daşıyır.
42. Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 noyabr 2008-ci il tarixli qərarında və başqa qərarlarında göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Həmçinin göstərilmişdir ki, pozulmuş hüquqların məcburi müdafiəsi qeyri-məhdud deyil, qanunvericilikdə konkret müəyyənləşdirilən müddətlər – iddia müddətləri daxilində mümkündür. Bundan əlavə həmin qərarda o da qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir.
43. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli qərarı).
44. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur.
45. Beləliklə məhkəmə kollegiyası göstərilənlərə məcmu şəkildə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırki iddia ərizəsi iddia müddəti ötürülməklə məhkəməyə verildiyindən və cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edildiyindən, müddətin ötürülməsinin üzrlü səbəbi müəyyən edilmədiyindən, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir.
46. Kollegiya vurğulayır ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Fiziki və hüquqi şəxslər öz şəxsi və əmlak hüquqlarının, habelə qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başqa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır.
47. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur.
48. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətinin keçməsi iddianın rədd olunması üçün müstəqil əsasdır və bu, hüquqi müəyyənlik prinsipinə əməl olunması baxımından əhəmiyyətli olmaqla potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur. Eyni fikir Avropa İnsan Hüquqları Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da ifadə olunmuşdur. Məsələn: “Stanyo Belçikaya qarşı” iş üzrə xx.xx.2009-cu il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia müddətini tətbiq etməklə iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır və məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Sübut edilməyən halı isə məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Hazırki halda iddiaçı cavabdeh tərəfindən vaxtaşırı ödənişlər edildiyini və bu əsasla iddia müddətinin ötürülmədiyini qeyd etsə də, bu halı təsdiq edəcək heç bir sübutu məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Əksinə həmin hallar iş materialları və ekspert rəyi ilə təkzib olunur.
50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
52. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
53. Kollegiya hesab edir ki, hazırkı halda apellasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli e-2(006)- 1290/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.