Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5922/2024 09.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı X2 Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-1884/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. ünvan 1 ünvanında quraşdırılmış sayğac üzrə abonent kodu iddiaçının atası - X3 adınadır. X9 xx.xx.1991-ci il tarixdə vəfat etmişdir.
2. Cavabdeh İstehsalat Biriliyinin Bakı X14 Departamenti ilə istehlakçı X6 arasında “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2018-ci il tarixli, T/17311 saylı müqavilə bağlanılmışdır.
3. Abonentin saldosuna əsasən **********00000 saylı abonent koduna (Tofik Süleymanov) 2023-ci ilin oktyabr ayınadək ümumilikdə 17.848,16 manat (12.758,06 manat sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadəyə görə, 5.090,10 istifadə olunmuş qaz sərfiyyatına görə) hesablanmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ona əsassız hesablanmış 17.848,16 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda ailəsi ilə birlikdə yaşayır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən yaşadığı evin qaz sayğaçı ilə bağlı dəfələrələ aktlar tərtib edilmiş, guya sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan qeyri-qanuni istifadə etmişdir. Bildirir ki, sayğac atası X4 adınadır. Atası 1991-ci il tarixdə vəfat etmişdir. Aktlar tətib edilərkən bu barədə ona hər hansı məlumat verilməmiş, həmin məlumatları cavabdeh idarəyə müraciət əsasında almışdır. Tərtib edilmiş aktlara əsasən ona 17.848,16 manat məbləbğində cərimə ödəməli olduğu bildirilmişdir. İstifadə olunan qaz xəttinə quraşdırılmış qaz sayğacı cavabdeh tərəfindən ona məxsus evin daxilində deyil, hasarın çöl tərəfində yerləşdirilmişdir. Bu səbəbdən də, həmin saycağm hər hansı müdaxilədən qorunmasının onun tərəfindən təmin edilməsi heç bir məntiqə sığmır. Buna baxmayaraq, cavabdeh təşkilat tərəfindən qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Həmin akt onun tərəfindən imzalanmamışdır. Qeyd olunan akt əsasında əsassız olaraq borc hesablanmışdır. Əsassız olaraq cavabdeh tərəfindən qaz sayğacına müdaxilə olunması ilə günahlandırılmış və əsassız olaraq borc hesablanmışdır. Qeyd olunan aktın əsassızlığı barədə cavabdehə dəfələrlə bildirsəm də hər hansı bir nəticə olmamışdır. Aktların imza hissəsində guya atası X10 imza etməkdən imtina etmişdir. Halbuki, atası vəfat etmişdir.
6. Məhkəmə tərəfindən həmin ünvana yerli baxış keçirilmiş və iddiaçı sayğacdan kənar qaz xəttindən 4 ay qeyri-qanuni istifadə etdiyini bildirmiş, eyni zamanda qaz xəttində həyətə tərəf istiqamətdə qaynaqla birləşmiş və uc tərəfi tıxaclanmış, sayğacdan kənar qoşulmaya xarakterik olan çıxıntı aşkar edilmişdir.
7. Məhkəmə tərəfndən əldə edilmiş Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyinin mütəxəssis rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində (abonent kodu **********00000) qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsinə dair “Qazdan istifadə Qaydalarının 4-cü bəndində göstərilən tələblərə riayət olunmuşdur. Belə ki, qeyd edilən ünvanda xx.xx.2015-ci il tarixində İtron G-4 markalı 1402AZ**********60 nömrəli smart-kart tipli qaz sayğacı quraşdırılmış, xx.xx.2019-cu il tarixində sayğaca texniki baxış keçirilmiş və xx.xx.2020-ci il tarixində **********1 nömrəli mexaniki tipli sayğacla əvəzlənmişdir. 1402AZ**********60 nömrəli smart-kart tipli qaz sayğacı qaz xəttindən çıxarılarkən sayğacın göstəricisi 00001 m3 olmuşdur.xx.xx.2020-ci il tarixində quraşdırılan **********1 nömrəli mexaniki tipli qaz sayğacı xx.xx.2022-ci il tarixədək qeyd edilən ünvanda istismarda olmuş, qaz buraxmadığı üçün xx.xx.2022-cici il tarixində qaz xəttindən çıxarılaraq əvəzinə **********1 nömrəli sayğac quraşdırılmışdır ki. bu sayğac da halhazırda istismardadır. Borcun hesablanması və həmçinin, dəyərinin ödənilməsinin istehlakçıdan tələb edilməsi "Qazdan istifadə Qaydalarf’nın 4.3. 4.8, 4.9-cu və "qazın alqısatqı" müqaviləsinin müvafiq yarımbəndlərinin tələbləri ilə ziddiyyət təşkil etmir. Belə ki: “Qazdan istifadə Qaydaları"nın 4.3, 4.8, 4.9-cu, eyni zamanda qazın alqı-satqı müqaviləsinin 2.1.10, 2.1.11 -ci yarımbəndləri qaz sayğaclarının quraşdırılması və onun istismarına dair tələbləri ehtiva edir. Lakin, ünvan 3 ünvanın abonent hesabına qaz paylayıcı tərəfindən hesablanaraq daxil edilmiş borc məbləği sayğacdan kənar qazdan istifadəyə görə qaz paylayıcısma vurulmuş zərərin miqdarı və sayğac göstəricisi əsasında istehlak edilən, lakin ödənilməyən qaz həcminin dəyəridir. ünvan 2 ünvanında (abonent kodu **********00000) yerləşən yaşayış evinə evin nümayəndəsi Akif Süleymanovun iştirakı ilə Agentliyin Bakı filialının əməkdaşları lətəfindən baxış zamanı evin qarşısı ilə gedən 76 mm-lik küçə qaz xəttində, qaz sayğacından 5-6 metr aralı məsafədə, həyətə tərəf istiqamətdə qaynaqla birləşmiş və uc hissəsi tıxaclanmış, təxminən 8-10 sm uzunluğunda sayğacdan kənar qoşulmaya xarakterik olan çıxıntı (sasok) olması aşkar olunmuşdur. Bu da vaxtı ilə (evin nümayəndəsinin deməsinə görə təxminən 4 ay istifadə edilib) fərdi evdə sayğacdan kənar qaz xətinə qoşulmanın olması anlamına gəlinir. Toplanmış materiallardan məlum olmuşdur ki, "Azəriqaz" İB tərəfindən 2012-ci ilin dekabr, 2015-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək, 2022- ci ilin noyabr aylarında ümumilikdə 43 aktla qazdan qanunsuz istifadəyə görə 12758,06 manat əlavə borc hesablanaraq abonentin hesabına daxil edilmişdir. Abonent saldosuna əsasən abonentin xx.xx.2024-cü il tarixinə ümumi borcu 18174,91 manat təşkil edir ki, bu məbləğin 12758,06 manat hissəsi sayğacdan kənar qazdan istifadəyə görə dəymiş zərərin miqdarı, 5416,85 manat hissəsi isə sayğac göstəricisi əsasında müəyyən edilən borcdur. Bu baxımdan da, analogiya üzrə həmin Qaydaların 6.5-ci, 6.5-1-ci və 6.5-3 bəndlərinə əsaslanaraq, iddiaçının yaşadığı evdə hal-hazırda istifadə olunan 1 ədəd PQ-3 məişət tipli qaz plitəsinin maksimal saatlıq qaz sərfi 0,6 m3 və 1 ədəd axınlı su qızdırıcısının maksimal saatlıq qaz sərfi 2,2 m3, işləmə rejimi 6 saat, 1 ədəd qızdırıcı sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3, işləmə rejimi 12 saat nəzərə alınaraq qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: Qış ayları üzrə aylıq qaz sərfiyyatı: 1 ədəd PQ-3 məişət tipli qaz plitəsi üçün - 1 x 0,9 m3x 6 saat x 30 gün = 162 m3; 1 ədəd axınlı su qızdırıcı üçün – 1 x 2.2 m3 x 6 saat x 30 gün = 396 m3; 1 ədəd qızdırıcı sobası üçün - 1 x 1,4 m3 x 12 saat x 30 gün= 504 m3. Cəmi 1062 m3 (162+396+504=1062) təşkil edə bilər. Yay aylarında qızdırıcı sobadan İstifadə edilmədiyini nəzərə alsaq aylıq qaz sərfiyyatı 558 m3 (162 +396=558) təşkil edə bilər. Bu qayda ilə hər bir akt üzrə ayrı-ayrılıqda sərf edilə biləcək qazın miqdarı aşağıdakı kimi ola bilər: 2012-ci il üzrə -1 ay x 1062 m3 = 1062 m3; 2015-ci il üzrə - 1 ay x 558 m3 = 558 m3; 2016-cı il üzrə -2 ay x 558 m3 + 1 ay x 1062 m3 = 2178 m3; 2017-ci il üzrə - 4 ay x 558 m3 + 5 ay x 1062 m3 = 7542 m3; 2018-ci il üzrə - 7 ay x 558 m3+ 5 ay x 1062 m3= 9216 m3; 2019-cu il üzrə - 7 ay x 558 m3 + 5 ay x 1062 m3 = 9216 m3; 2020-ci il üzrə - 3 ay x 1062 m3= 3186 m3; 2021-ci il üzrə - 1 ay x 1062 m3 = 1062 m3; 2022-ci il üzrə - 1 ay x 1062 m3 = 1062 m3;. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə" göstərilən iilər üzrə müvafiq Qərarını nəzərə alsaq qaz xəttinə qeyri- qanuni qoşulma halında hesablanan zərərin məbləği aşağıda göstərildiyi kimi hesablana bilər: 2012-ci il üzrə - 1062 m3 x 0,10 manat = 106.20 manat; 2015-ci il üzrə - 558 m3 x 0,10 manat = 55,80 manat; 2016-cı il üzrə - 2178 m3 x 0,10 manat = 217,80 manat; 2017-ci il üzrə - 7542 m3 qaz həcminin 1700 m3-i x 0,10 manat = 170 manat, qalan 5842 m3-i x 0,20 manatla = 1168,40 manat, cəmi 1338.40 manat; 2018-ci il üzrə - 9216 m3 qaz həcminin 1700 m3-i x 0,10 manat = 170 manat, qalan 7516 m3-i x 0,20 manatla = 1503,20 manat, cəmi 1673,20 manat; 2019-cu il üzrə - 9216 m3 qaz həcminin 2200 m3-i x 0,10 manat = 220 manat, qalan 7016 m3-i x 0,20 manat = 1403,20 manat, cəmi 1623,20 manat; 2020-ci il üzrə - 3186 m3 qaz həcminin 2200 m3-i x 0,10 manat = 220 manat, qalan 986 m3-i x 0,20 manat = 197,20 manat, cəmi 417,20 manat; 2021-ci il üzrə - 1062 m3 x 0.20 manat = 212,40 manat; 2022-ci il üzrə - 1062 m3 x 0,25 manat = 265,50 manat. Yuxanda göstərilənlər üzrə qaz xəttinə sayğacdan kənər qoşulma halında hesablanan qaz həcminin cəmi dəyəri 106,20 + 55,80 + 217,80 + 1338,40 + 1673,20 + 1623,20 + 417,20 + 212,40 + 265.50 = 5909,70 manat məbləğində müəyyən edilə bilər.
8. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)- 1884/2024 nömrəli qətnaməsi ilə (hakim E.İ.Məmmədli) iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, ünvan 4 ünvanında yerləşən mənzilə məxsus abonent kodu **********00000 (İddiaçı) olan sayğaca hesablanmış 7.470,11 manat məbləğində borcun silinməsi, Cavabdehndən 97,99 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə qətnamədə yol verilmiş yanlışlıq düzəldilərək “7.470,11” manat borc məbləği “7.798,86” manat məbləğinə düzəldilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının silinməsini xahiş etdiyi 17.848,16 manat borcun 12.758,06 manatı sayğacdan kənar qaz xəttinə görə 43 akt əsasında hesablanmış ziyan, 5.090,01 manatı isə 2023-cü ilin noyabr ayına təbbi qazdan istifadəyə görə hesablanmış debitor borcdur.
11. Məhkəmə 43 aktlar əsasında iddiaçıya hesablanmış 12.758,06 manat ziyanın silinməsi ilə bağlı aşağıdakılar qeyd etmişdir: mənzilə baxış zamanı onun qaz xəttindən sayğacdan kənar istifadə etməsi müəyyən edilmişdir. Bundan başqa barəsində tərtib edilən aktların tarixləri ilə abonent saldosuna müqayisəli şəkildə baxış keçirilən zaman onun həqiqətən aktlar tərtib edilən dövrlərdə təbii qazdan istifadəyə görə hər-hansı sayğac göstəricisinin olmaması müəyyən olunmuşdur. Belə ki, abonent saldosundan müəyyən edilmişdir ki, qeyd olunan evdə 2010- 2014-cü illər və 2020-2022-ci illərdə təbii qazdan istifadə etmiş və buna görə onun təbii qazdan qanuni istifadəyə görə (sayğac göstəricinə görə) debitor borcu yaranmışdır. Həmçinin o, həmin dövrlər üzrə təbii qazdan istifadə etməsini etiraf etmişdir. Göründüyü kimi, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə etməməsinə dair dəlilləri işin faktiki halları ilə uyğunsuzluq təşkil edir. Buna görə də, məhkəməyə cavabdehin təbii qazdan qeyri-qanuni istifadə etməsi qənaətinə gəlməsinə əsas yaratmışdır.
12. Məhkəmə iddiaçının yaşadığı evdə 2012-ci ilin dekabr ayından 2020-ci ilin aprel ayınadək olan dövrdə sayğacdan kənar qaz xəttində istiadə etməsinə görə aktlarla razılaşıraq belə qənaətə gəlmişdir ki, cavabdehin mənzilinə baxış zamanı onun qaz xətdindən sayğacdan kənar istifadə etməsi müəyyən edilmişdir. Bundan başqa barəsində tərtib edilən aktların tarixləri ilə abonent saldosuna müqayisəli şəkildə baxış keçirilən zaman onun həqiqətən aktlar tərtib edilən dövrlərdə təbii qazdan istifadə etməsinə dair heç bir ödəniş etməməsi müəyyən edilmişdir. Halbuki, 2012-ci ilin aprel ayından 2022-ci ilin sentyabr ayınadək cavabdeh tərəfindən təbi qazdan istifadəyə görə sərfiyyat hesablanmışdır. Həmçinin o, həmin dövrlər üzrə təbii qazdan istifadə etməsini etiraf etmişdir.
13. Göründüyü kimi, onun təbii qazdan qeyri-qanuni istifadə etməməsinə dair dəlilləri işin faktiki halları ilə uyğunsuzluq təşkil edir. Buna görə də, məhkəməyə iddiaçının təbii qazdan qeyri-qanuni istifadə etməsi qənaətinə gəlməsinə əsas yaratmışdır. Belə ki, iddiaçı tərəfindən sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə etməsi halı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir.
14. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı 2012-ci ilin dekabr ayından 2020-ci ilin aprel ayınadək olan dövrdə sayğacdan kənar qaz xəttindən qanunsuz istifadə etmişdir. Məhkəmə 2012-ci ilin dekabr ayından 2020-ci ilin aprel ayınadək olan dövr üzrə iddiaçının qaz sayğacından qanunsuz istifadə etməsini müəyyən etsə də, tərtib edilmiş aktlar üzrə hesablanmış ziyanın məbləği ilə razılaşmamış, bu səbəbdən, iş üzrə Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyi Bakı filialının mütəxəssisinin rəyi alınmışdır.
15. Mütəxəssis rəyindən və işin materiallarından da aydın olur ki, 2012-ci il üzrə - 1062 m3 x 0,10 manat = 106.20 manat; 2015-ci il üzrə - 558 m3 x 0,10 manat = 55,80 manat; 2016-cı il üzrə - 2178 m3 x 0,10 manat = 217,80 manat; 2017-ci il üzrə - 7542 m3 qaz həcminin 1700 m3-i x 0,10 manat = 170 manat, qalan 5842 m3-i x 0,20 manatla = 1168,40 manat, cəmi 1338.40 manat; 2018-ci il üzrə - 9216 m3 qaz həcminin 1700 m3-i x 0,10 manat = 170 manat, qalan 7516 m3-i x 0,20 manatla = 1503,20 manat, cəmi 1673,20 manat; 2019-cu il üzrə - 9216 m3 qaz həcminin 2200 m3-i x 0,10 manat = 220 manat, qalan 7016 m3-i x 0,20 manat = 1403,20 manat, cəmi 1623,20 manat; 2020-ci il üzrə - 3186 m3 qaz həcminin 2200 m3-i x 0,10 manat = 220 manat, qalan 986 m3-i x 0,20 manat = 197,20 manat, cəmi 417,20 manat hesablanmışdır.
16. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının təbi qazdan sayğacdan kənar istifadə etməsinə dair hesabatı düzgün aparmamış və iddiaçıya təbii qazdan istifadəyə görə 12.758,06 manat zərər hesablaması işin faktiki hallarına uyğun gəlməmişdir. Belə ki iş materiallarından görünür ki, 2012-ci, 2015-2018-ci, 2019-cu və 2020-ci illərdə abonentə Cavabdeh İB-tərəfindən ümumilikdə 6.597,5 manat ziayan hesablanmışdır.
17. Məhkəmə hesab etmişdir ki, X1 Agentliyinin mütəxəssisinin rəyinə müvafiq olaraq, mütəxəssisin 2012, 2015- 2018, 2020-ci illərə dair hesablamaları ilə razılaşaraq abonentin aylar üzrə sərf etdiyi enerjiyə uyğun 2012-ci il üzrə - 1062 m3 x 0,10 manat = 106.20 manat; 2015-ci il üzrə - 558 m3 x 0,10 manat = 55,80 manat; 2016-cı il üzrə - 2178 m3 x 0,10 manat = 217,80 manat; 2017-ci il üzrə - 7542 m3 qaz həcminin 1700 m3-i x 0,10 manat = 170 manat, qalan 5842 m3-i x 0,20 manatla = 1168,40 manat cəmi, 1338,40 manat, 2018-ci il üzrə - 9216 m3 qaz həcminin 1700 m3-i x 0,10 manat = 170,0 manat, qalan 7516 m3-i x 0,20 manatla = 1503,20 manat, cəmi 1673,20 manat, 2020-ci il üzrə - 3186 m3 qaz həcminin 2200 m3-i x 0,10 manat = 220 manat, qalan 986 m3-i x 0,20 manat = 197,20 manat, cəmi 417,2 manat olmaqla ümumilikdə 3.758,6 manat hesablanmalıdır.
18. Məhkəmə mütəxəssin 2019-cü ilə dair hesablamaları ilə razılaşmır. Belə ki, abonent saldosundan görünür ki Cavabdeh İB-tərəfindən 2019-cu ilə aktlar əsasında ümumilikdə 1.200,60 manat ziyan hesablansa da, mütəxəssis tərəfindən 2019-ci ilə 1.623,2 manat ziyan hesablanmışdır.
19. Yuxarıda göstərilənlərə əsasən məhkəmə 2019-cu il üçün sayğacdan kənar qaz xəttindən qanunsuz istifadəyə görə 1.200,60 manat ziyanın hesablanmasın ağalabatan hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi 2012-ci, 2015- 2018-ci, 2019-cu və 2020-ci illər üzrə aktlar əsasında abonentə hesablanmış ziyan hissəsin də qismən təmin edilməli, ümumilikdə 1.638,3 (6597,5 – 4959,2) manat ziyan abonentin hesabından silinməlidir.
20. Məhkəmə həmçinin Cavabdeh İB-tərəfindən 2021-ci ilin noyabr ayında akt əsasında 1.728,0 manat, 2022-ci ilin noybar ayında 4.406,4 manat və 2023-cü ilin yanvar ayında akt əsasında hesab lanmış 26,16 ümumlikdə borcla razılaşmır. Belə ki, iş materiallarına əlavə olunmuş abonent saldosundan görünür ki, 2021-2022-ci illərdə abonent təbii qazdan istifadə etmiş, təbii qazdan istifadəyə görə sayğac göstəricisinə görə abonentə borc hesablanmışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi 2021-2022-ci illərdə akt əsasında hesablanmış ümumilikdə 6.160,56 manat ziyan abonentin abonet hesabından silinməlidir.
21. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, sayğacdan kənar qaz xəttindən istifadəyə görə abonentə 43 akt əsasında hesablanmış 12.758,06 manat ziyanın 7.798,86 (1638,3 + 6160,56) manat hissəsi abonentin hesabından silinməlidir.
22. Məhkəmə iddia tələbinin 5.090,1 manat qalıq (debitor) borcun silinməsi hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir.
23. Belə ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, abonentin faktiki istifadə edilmiş təbii qaza görə 2023-cü ilin noyabr ayına ümumilikdə 5.090,1 manat qalıq (debitor) borcu yaranmışdır.
24. Məhkəmə hesab etmişdir ki, abonent təbii qazdan faktiki istifadə etdiyindən və həmin halı məhkəmə iclasında etiraf etdiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir.
25. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 442-ci maddələrinə, Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11.6, 13.8, 13.8-1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 1.3, 1.4, 2.5, 2.12, 3.4, 3.4.1, 3.4.4, 5.2, 5.5, 6.5, 6.7-ci bəndlərinə, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.15, 8.35-ci bəndlərinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.5, maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.2-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
26. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İBnin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən İddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyriqanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. Abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında, cəmi17.848,16 məbləğində CavabdehİB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. İddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində Cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir. Bundan başqa, qeyd edilmiş abonent kodu digər şəxs X5 məxsus olmuşdur. İddiaçı Tofiq qızı ilə X3 qohumluq münasibətlərini müəyyən edən heç bir sənəd əlavə edilməmişdir. Yaşayış yeri haqqında arayışdan da görünür ki, arayışda iddiaçının yaşayış yeri tamfərqli ünvandır. Yəni İddiaçı mübahisələndirilən mənzildə yaşadığını sübut edən heç bir sənədi işə əlavə edilməmişdir. Məhkəmə bunu araşdırmadan borcun bir qismini, iddiaçının buna dair subyektiv hüququ olmadığına baxmayaraq qeyri-qanuni qərar qəbul etmişdir. İddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
29. X6 xx.xx.2018-ci il tarixdə vəfat etdiyindən onun mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsi mümkün olmamışdır.
30. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
31. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
32. Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
33. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”: Maddə 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.
35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.
Apellyasiya baxışının hədləri
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Hazırkı işdə iddia qismən təmin olunduğundan və cavabdeh qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi silinməli olan borcun məbləği hissəsində dəyişdirilməli, həmin məbləğ 7.286,60 manat məbləğində müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
39. İşdən görünür ki, ünvan 5 ünvanında yerləşən evə aid, abonent kodu **********00000 olan sayğacdan qeyri-qanuni istifadə aşkar edildiyindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib olunmuş və cavabdehə dəymiş ziyan hesablanaraq abonent saldosuna əsasən qalıq və aktlar üzrə borc tələb edilmişdir.
40. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının yaşadığı ünvanda yerində müayinə həyata keçirilərkən onun təbii qazdan qeyri-qanuni olaraq istifadə etməsi müəyyən edilmiş, bunun nəticəsində cavabdehə vurulmuş maddi ziyanın hesablanması ilə bağlı mütəxəssis rəyi alınmışdır.
41. Həmin rəyə əsasən müəyyən edilir ki, iddiaçının mərhum atasına aid abonentin saldosuna əsasən abonentin xx.xx.2024-cü il tarixinə ümumi borcu 18.174,91 manat təşkil edir ki, bu məbləğin 12.758,06 manat hissəsi sayğacdan kənar qazdan istifadəyə görə dəymiş zərərin miqdarı, 5.416,85 manat hissəsi isə sayğac göstəricisi əsasında müəyyən edilən borcdur. Qaz xəttinə sayğacdan kənər qoşulma halında hesablanan qaz həcminin cəmi dəyəri 5.909,70 manat məbləğində müəyyən edilə bilər.
42. O da nəzərə alınmalıdır ki, mütəxəssis tərəfindən 2019-cü il üzrə 1.623,2 manat məbləğində borc hesablandığı təqdirdə, həmin il üçün cavabdeh tərəfindən tərtib edilmiş aktlar üzrə 1.200,6 manat məbləğində borc hesablanmışdır.
43. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan məbləğlərin fərqini təşkil edən 422,6 manat mütəxəssis rəyində qeyd edilən 5.909,70 manat məbləğdən çıxılmalı, bundan sonra qalan 5.487,1 manat məbləğ cavabdeh tərəfindən qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 12.758,06 manatdan çıxılmalı, qalıq 7.270,96 manat məbləğ abonentin saldosundan silinməlidir.
44. Lakin işə baxan birinci instansiya məhkəməsi qeyd olunan hesablamanı düzgün aparmayaraq abonentin saldosundan silinməli olan məbləği 7.798,86 manat müəyyən etmişdir.
45. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən yerində müayinə həyata keçirilərkən iddiaçının ünvan 6 ünvanında yaşadığı müəyyən edilmiş, iddiaçı tərəfindən həmin ünvanda qazdan qeyriqanuni istifadə edildiyi etiraf edilmişdir.
46. Belə olan halda kollegiya hesab edir ki, sözügedən ünvanda iddiaçı da yaşadığından və istehlakçı kimi həmin ünvanda qazdan istifadə etdiyindən, qeyd olunan ünvana aid abonent koduna tətbiq edilən borc onun da mənafeyinə toxunduğundan o, hazırki iddianı qaldırmaqda haqlı olmuşdur.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-1884/2024 nömrəli qətnaməsi dəyişdirilsin. ünvan 1 ünvanına məxsus abonent koduna (**********00000) hesablanmış 7.270,96 manat məbləğində borc Cavabdeh İB tərəfindən silinsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİMLƏR