Məhkəmə qərarları › İş №2(103)-5927/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5927/2025

21.11.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5927/2025 21.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdehlər Cavabdeh26, Cavabdeh36 və Cavabdeh40 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh10, Cavabdeh13, Cavabdeh6, Cavabdeh11, Cavabdeh2, Cavabdeh18, Cavabdeh22, Cavabdeh12, Cavabdeh21, Cavabdeh7, Cavabdeh8, Cavabdeh3, Cavabdeh14, Cavabdeh4, Cavabdeh9, Cavabdeh16, Cavabdeh24, Cavabdeh38, Cavabdeh41, Cavabdeh31, Cavabdeh32, Cavabdeh34, Cavabdeh33, Cavabdeh25, Cavabdeh26, Cavabdeh27, Cavabdeh30, Cavabdeh28, Cavabdeh35, Cavabdeh29, Cavabdeh5 Feruz oğlu, Cavabdeh36, Cavabdeh37, Cavabdeh40, Cavabdeh39, Cavabdeh20, Cavabdeh1, Cavabdeh15, Cavabdeh17, Cavabdeh19 və Cavabdeh23ana qızına qarşı "qanunsuz tikililərin sökülməsi və mülkiyyətdə olan sahənin boşaldılması barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-16/2025 nömrəli qətnaməsindən Cavabdeh34 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, İddiaçı tələbə şəhərciyi ərazisində, yəni Yasamal rayonu, A.M.Şərifzadə və İ.Zülalov küçələrinin kəsişməsində, 3137-ci məhəllədə, ümumi sahəsi 0,2 ha təşkil edən ərazidə yerləşən, cavabdehlərə aid qanunsuz tikililər sökülsün və iddiaçıya məxsus sahə boşaldılsın. Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin olunsun, həmin ərazidə yerləşən, cavabdehlər Cavabdeh10 məxsus avtoyuma obyekti, Cavabdeh13 məxsus kafe, Cavabdeh6 məxsus kafe, Cavabdeh11 məxsus pinəçi obyekti, Cavabdeh2 məxsus meyvə-tərəvəz satışı obyekti, Cavabdeh18 məxsus mağaza, Cavabdeh22 məxsus məişət avadanlıqlarının təmiri obyekti, Cavabdeh12 məxsus kafe və ət satışı obyektləri, Cavabdeh21 məxsus metal qəbulu obyekti və gül mağazası, Cavabdeh7 məxsus kafe, Cavabdeh8 məxsus avtomobil ehtiyat hissələri obyekti, Cavabdeh3 məxsus avtomobil yağdəyişməsi obyekti, Cavabdeh14 məxsus bərbərxana, Cavabdeh4 məxsus dəmirçi sexi, X1 məxsus avtoyuma və təkər təmiri obyektləri, Cavabdeh16 məxsus metal qəbulu obyekti, Cavabdeh24 məxsus dərzi obyekti, Cavabdeh38 və Cavabdeh41 məxsus zirzəmidə yerləşən çayxana, Cavabdeh31 məxsus metal qəbulu obyekti, Cavabdeh32 məxsus quru meyvə satışı obyekti, Cavabdeh34 və Cavabdeh33 məxsus tikili, Cavabdeh25 məxsus ət mağazası, X2 məxsus meyvə-tərəvəz satışı obyekti, Cavabdeh27 Beyiq qızına məxsus tikili, Cavabdeh30 məxsus tikili, Cavabdeh28 məxsus tikili, Cavabdeh35 məxsus tikili və dəmir köşk, Cavabdeh29 məxsus iki ədəd tikili, Cavabdeh5 Feruz oğluna məxsus dəmir tikili, Cavabdeh36 məxsus meyvə-tərəvəz satışı obyekti, Cavabdeh37 və Cavabdeh40 məxsus dəmir tikili, yaşayış yeri, Cavabdeh39 məxsus təndir, Cavabdeh20 məxsus təkər təmiri sexi, Cavabdeh1 məxsus məişət avadanlıqlarının təmiri sexi, Cavabdeh15 məxsus metal qəbulu obyekti, Cavabdeh17 məxsus bərbərxana, Cavabdeh23ana qızına məxsus metal qəbulu, Cavabdeh19 məxsus maşın təmiri obyekti sökülsün, habelə cavabdehlər Cavabdeh24 İddiaçı 5 saylı yataqxanasının 101 saylı otağından, Cavabdeh41 və Cavabdeh38 isə İddiaçı 5 saylı yataqxanasının zirzəmisindən çıxarılsınlar. Apellyasiya şikayətini cavabdehlərdən biri - Cavabdeh34 verib. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə Cavabdeh34 aid hissədə ləğv edilsin və ona qarşı yönəlmiş tələb rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh26, Cavabdeh36 və Cavabdeh40 qətnamənin əsassız olduğunu bildirərək onun ləğv edilməsini xahiş edilər. İşdə iştirak edən digər şəxslər, o cümlədən apellyasiya şikayəti vermiş Cavabdeh34 məhkəmə iclasına gəlməmişlər. Apellyasiya şikayətində qətnamənin Cavabdeh34 aid hissəsi mübahisələndirildiyinə görə, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2009-cu il tarixli 09/92 nömrəli “İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin Ayrıc Aktı”na görə, Yasamal rayonu, A.M.Şərifzadə və İ.Zülalov küçələrinin kəsişməsində, 3137-ci məhəllədə, cizgidə göstərilən sərhədlər daxilində 2,902 ha torpaq sahəsi İddiaçınə verilib. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/1527 nömrəli ekspert rəyinə görə, Cavabdeh34 məxsus olan tikili Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2009-cu il tarixli 09/92 nömrəli ayrıc aktına əsasən İddiaçı sahibliyində olan, Yasamal rayonu, A.M.Şərifzadə və İ.Zülalov küçələrinin kəsişməsində, 3137-ci məhəllədə, ümumi sahəsi 0,2 ha təşkil edən ərazidə yerləşir. Cavabdeh34 həmin tikiliyə dair hüquqmüəyyənedici sənəd təqdim etmədiyinə görə, o, özbaşına tikinti obyekti sayılır. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh34 aid tikilinin sökülməsini qət etməklə düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-16/2025 nömrəli qətnaməsi Cavabdeh34 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar