Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5934/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 34 saylı Xüsusi notariat ofisinə qarşı qanun üzrə “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, miras əmlakdan payın tam payda müəyyən edilərək, mülkiyyət hüquqlarının tanınması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, miras əmlakdan payın tam payda müəyyən edilərək, mülkiyyət hüquqlarının tanınması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, iştirakları ilə, İddiaçı və onun nümayəndəsi və vəkili X19, Cavabadeh Cavabdeh1 və onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabadeh Cavabdeh2, Bakı şəhəri 34 saylı Xüsusi notariat ofisininin vəkili Vəkil2 iştirakları ilə, Xəzər Rayon Məhkəməsinin 2(003)-1793/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı cavabadehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 34 saylı Xüsusi notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, miras əmlakdan payın tam payda müəyyən edilərək, mülkiyyət hüquqlarının tanınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum qaynatası xx.xx.1972-ci il tarixdə vəfat etmiş X8 miras qalmış ünvan 1 ünvanında yerləşən evdən ½ hissədə Cavabdeh1 ½ hissədə irs almasına dair Bakı şəhəri 34 saylı Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən evin ½ hissədə Cavabdeh1 adına qeydiyyata alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmış çıxarışın ləğv edilməsi, mərhum qaynatası X8 miras qalmış əmlakda tam payda onun payının müəyyən edilməklə, həmin pay üzrə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Xəzər Rayon Məhkəməsinin 2(003)-1793/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Zaur Tağıyev) ilə İddiaçı iddiası təmin edilmiş, xx.xx.1972-ci il tarixdə vəfat etmiş X8 miras qalmış ünvan 1 ünvanında yerləşən evdən Cavabdeh1 ½ hissədə miras əmlak almasına dair Bakı şəhəri 34 saylı Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən evin ½ hissədə Cavabdeh1 adına qeydiyyata alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmış çıxarışın ləğv edilməsi, X8 miras qalmış ünvan 1 ünvanında əmlaka tam payda İddiaçı payı müəyyən edilməklə, həmin pay üzrə mülkiyyət hüququnun tanınması qərara alınmışdır. Apellyasiya şikayəti və onun dəlilləri:
3. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermiş, həmin apellyasiya şikayətində qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini bildirmiş və qeyd etmişdir ki, iddia tələbində İddiaçı bildirmişdir ki, o, 14 iyun 1986-cı ildə X11 ilə nikaha daxil olmuş, qayınatası xx.xx.1973-cü ildə vəfat etmiş, Cavabdeh1 1973-cü ildən hal-hazırkı vaxtadək nə faktiki nə də notarial qaydada mərhum atasından mirası qəbul etməmişdir. Hesab edir ki, iddiaçının iddia tələbində göstərdiyi hallar həqiqəti əks etdirmir. Belə ki, 1.) iddiaçı məhkəmənin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli iclaslarındə verilən suallara cavab olaraq bildirmişdir ki, o, ərə gələrkən mübahisəli evdə hazırkı Cavabdeh1 da ailəsi ilə birlikdə yaşamış və təxminən 2 il sonra köçmüşdür. Bundan başqa iş üzrə şahidlər, iddiaçının bacıları da bildirmişdir ki, onların bacıları gəlin köçərkən Teyyub orada yaşamış, 2 il sonra başqa evə köçmüşdür. Göründüyü kimi iddiaçının və onun tərəfindən dəvət edilən şahidlər də etiraf edir ki, cavabdeh orada atanın ölümündən sonra 15 il ərzində miras evdə yaşamış və beləliklə faktiki olaraq mirası qəbul etmişdir. Belə olan halda iddiaçı iddia ərizəsində qeyd etdirdiyi “Cavabdeh1 1973-cü ildən hal-hazırkı vaxtadək nə faktiki nə də notarial qaydada mərhum atasından mirası qəbul etməmişdir” hissəni öz ifadələri ilə təkzib etmişdir. Cavabdeh tərəfindən iş materiallarına əlavə olunan texniki pasportdan göründüyü kimi o, ailəsi ilə birlikdə yeni evə yalnız 1988-ci ildə köçmüşdür. Bu halda iddiaçının məhkəmə iclasında verdiyi izahatla üst üstə düşür. Bundan başqa cavabdeh 1988-ci ilə kimi mübahisəli evdə daimi olaraq yaşamış, su quyusu qazdırmış, evin 2 otağında ailəsi ilə birlikdə yaşamışdır. Bundan başqa xx.xx.1954-cü il təvəllüdlü Cavabdeh1 atası xx.xx.1973-cü ildə öldüyü zaman 18 yaşı olmuş və yaşda gözdən əlil olan cavabdehin ata evini tərk etməsi heç məntiqli də deyildir. Hazırda ev baxımsız vəziyyətdə olduğundan orada uzun müddətdir ki, heç kəs yaşamır. İddiaçı iddia ərizəsində bildirmişdir ki, o, yaşlı və səhhətində olan problemlərə görə digər Cavabdeh2 etibarnamə vermiş və sonuncu onun iradəsinə uyğun olmayan hərəkətlər etmişdir. Lakin məhkəmənin xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh2 verilən suallara cavab olaraq iddiaçıya bu barədə məlumatın verildiyini, iddiaçının veriləcək etibarnamənin nə olduğunun izah edildiyini hətta gələcəkdə evin satışından əldə olunacaq pulların digər cavabdeh Teyyubla necə və hansı hissədə bölüşdürəcəklərini bildirmişdir. Hesab edir ki, etibarnamənin verilməsi notariat orqanı tərəfindən izah edildiyindən və iddiaçı yaşlı və səhhəti ilə əlaqədar nəyə imza etdiyini və mahiyyəti dərk etmədiyi halını da sübut edə bilməmişdir. Bundan başqa hesab edir ki, miras mübahisəyə 2***-ci ilədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsi (1964-cü ildə qəbul edilmiş) vərəsəliklə bağlı normalarının tətbiq edilməli olsa cavabdehin mirası faktiki qəbul etdiyi şübhəsizdir. Əgər mübahisəyə 2***-ci ildən sonra qüvvədə olan Mülki Məcəllənin vərəsəliklə bağlı normalarının tətbiq edilməli olsa bu zaman cavabdeh rəsmi qaydada müraciət edərək mirası qəbul etmişdir. Hər iki halda da cavabdeh mirası qəbul etmişdir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu 26 dekabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. İşdən də göründüyü kimi hazırkı işdə cavabdehin qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyinə dair ərizəsi yoxdur. Həmçinin mübahisəyə 2***-ci ilədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsi (1964-cü ildə qəbul edilmiş) mübahisəyə baxılmalı olsa da hesab edir ki, Konstitusiya məhkəməsi ümumi olaraq bu cür mübahisələrə baxılmasınına dair hüquqi mövqeyini ortaya qoymuşdur. 11 sentyabr 1964-cü ildə qəbul edilmiş və 01 mart 1965-ci ildən qüvvəyə minmiş Azərbaycan SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən həmin Məcəllə ilə istər vəsiyyət üzrə, istərsə qanun üzrə mirasın qəbulu üçün də 6 aylıq müddət müəyyən olunmuşdur. Göründüyü kimi X10 xx.xx.1973-cü il tarixdə ölməsi ilə mübahisəli ev üzrə miras açılmışdır. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Mirasdan imtina isə yalnız vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə realizə edilir. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi-vəkilinin sualına cavab olaraq iddiaçı bildirmişdir ki, “mən 1986-cı ildə gəlin gələrkən Teyyub orada yaşayırdı. O, 2 il sonra 1988ci ildə indiki evinə köçdü” Beləliklə mübahisəsiz olaraq müəyyən edilir ki, cavabdeh doğulduğu gündən atasının öldüyü 1973-cü ildən sonra da 15 il daimi ailəsi ilə birlikdə həmin evdə cavabdeh yaşamışdır. İddiaçı məhkəmənin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli iclaslarındə verilən suallara cavab olaraq bildirmişdir ki, o, ərə gələrkən mübahisəli evdə hazırkı Cavabdeh1 da ailəsi ilə birlikdə yaşamış və təxminən 2 il sonra köçmüşdür. Bundan başqa iş üzrə şahidlər, iddiaçının bacıları da bildirmişdir ki, onların bacıları gəlin köçərkən Teyyub orada yaşamış, 2 il sonra başqa evə köçmüşdür. Göründüyü kimi iddiaçının və onun tərəfindən dəvət edilən şahidlər də etiraf edir ki, cavabdeh orada atanın ölümündən sonra 15 il ərzində miras evdə yaşamış və beləliklə faktiki olaraq mirası qəbul etmişdir. Belə olan halda iddiaçı iddia ərizəsində qeyd etdirdiyi “Cavabdeh1 1973 cü ildən hal-hazırkı vaxtadək nə faktiki nə də notarial qaydada mərhum atasından mirası qəbul etməmişdir” hissəni öz ifadələri ilə təkzib etmişdir. Həmçinin verilən suallara cavab olaraq iddiaçı etiraf etmişdir ki, son 1 ilə qədər o, başqa ünvanda qeydiyyatda olmuş və mübahisəli evdə daimi yaşamamışdır. 1986-cı ildə mübahisəli evə gəlin kimi gələn iddiaçının qayınatası ölən kimi qaynı olan Cavabdeh1 evdən getməsini də bilməsi sübut olunmadığı ilə yanaşı məntiqli də deyildir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Maraqlısı odur ki, məhkəmə qətnamədə bu halları göstərməyərək iddianın təmin edilməsi üçün baza formalaşdırmış, beləliklə ədalətsiz və qanunsuz qətnamə qəbul etmişdir Odur ki, qətnaməmənin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
4. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək qeyd etdi, o, həmin evdə doğulmuş, atası 1973-cü ildə vəfat etmiş, atasının vəfatından sonra o uzun müddət həmin evdə yaşamış, evin həyətində su quyusu qazmış, həyətdə əlavə tikililər edərək ailəsi ilə orada orada yaşamış, iddiaçı 1986-cı ildə qardaşı ilə ailə quraraq həmin evə gəlin gəlmiş, iddiaçı gəlin gəldikdən sonra bir müddət- 1988-ci ilə kimi həmin evdə birgə yaşamışlar. İddiaçı həyəti satmaq istədiyindən özü onu dəvət edib, əvvəlcə onlar torpağa dair hər birinin ½ payı olması ilə razılaşmış və bu barədə ətraflı müzakirələr aparılmış, məhz bundan sonra sənədləşmə işlərini aparmaq üçün Q.Səfərova etibarnamə vermişlər. Buna qədər isə həyətdəki sənədsiz 0,6 ha. torpağı satıb pulunu iddiaçı ilə yarı böldülər, həmin torpaq 40.*** manata satılmış, 18 min o, 18 min iddiaçı götürmüşdür, qalan 4 min də sənədləşmə işlərinə xərclənmişdir. Sonradan hansısa səbəbdən iddiaçı fikrini dəyişib, bütün torpağın ona qalmasını istəyir. Halbuki mirasın bərabər bölüşdürülməsi barədə yekdil iradələri olub, iddiaçı bütün bu məsələləri çox yaxşı bilir, atasından miras qalan ev və torpaq sahəsinin bir hissəsi birinci növbənin vərəsəsi kimi ona çatmalıdır. Ora onun atasının yurdudu, iddiaçının övladı da yoxdur, deyir torpaq ona qalsın satıb getsin. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
5. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək və məzmununa uyğun izahat verərək bildirdi ki, rayon məhkəməsinin qətnaməsi ziddiyyətlidir, belə ki, iddiaçı öz iddia ərizəsində, həm də məhkəmə iclaslarında dəfələrlə qeyd etmişdir ki, mirasqoyan yəni, onun qayınatası 1973-cü ildə vəfat etmiş, o, həmin evə 1986-cı ildə gəlin köçmüş, Cavabdeh1 isə orada 1988-ci ilə qədər yaşamışdır, həmçinin bunu şahidlər də öz ifadələrində qeyd etmişlər. Rayon məhkəməsi isə qətnamədə Cavabdeh1 1988-ci ilədək miras evdə yaşadığının təsdiq edilmədiyini qeyd etmişdir. Habuki MPM-in 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Hazırkı halda iddiaçı və şahidlər də iddiaçı həmin evə gəlin köçərkən Cavabdeh1 həmin evdə yaşamasını, yalnız 1988-ci ildə ordan köçməsini etiraf etdiklərindən, cavabdehi 1988-ci ilədək həmin evdə yaşadığını sübut etmə vəzifəsindən azad edir, həmçinin atası öldüyü 1973-cü ildən 1988-ci ilədək orda fasiləsiz yaşaması və evi idarə etməsi onun miras əmlakı həmin vaxt qüvvədə olan MM-in tələblərinə uyğun olaraq faktiki qəbul etdiyini də təsdiq edir. Rayon məhkəməsi əvvəlki MM-ə əsasən mirasın nümayəndə vasitəsi ilə qəbulunun yolverilməzliyi barədə də düzgün olmayan qənaətə gəlmişdir, qanunvericilikdə belə bir qadağa nəzərdə tutulmamışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
6. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, həmçinin bildirdi ki, o 1986-cı ildə gəlin köçüb, onda Cavabdeh1 orada yaşayırdı, 1988-ci ildə Cavabdeh1 həmin evdən köçdü. Cavabdehlər onu aldadıblar, orada hasarın içində 5 sot sənədli, 7 sot sənədsiz torpaq var. Cavabdeh2 onun evinə bir alıcı ilə gəldi, sonra o, Cavabdeh1 zəng etdi, onun yaşlı və zəif olmasından istifadə edib, onu aldatdılar. Sənədsiz torpağı 40.*** manata satıb pulu Cavabdeh1lə yarı böldülər. Amma o, çıxarışda təkcə özünün adının yazıldığını zənn edirdi, sonra bildi ki, onu aldadıblar. Sonra o, notariusa gedib öyrəndi ki, çıxarış həm onun, həm də Cavabdeh1 adınadır.
7. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili A.Poladova apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, həmçinin bildirdi ki, iddiaçı hazırkı cavabdehlərə qarşı “torpaq sahəsinin satışından əldə olunan pul tələbi”nə dair iddia qaldırmışdır, bu iddia da Xəzər Rayon Məhkəməsinin icraatındadır, orada icraat hazırkı işə görə dayandırılmışdır. Hesab edir ki, rayon məhkəməsinin qənaəti əsaslı olmuşdur, odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
8. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayəti ilə razılaşaraq onun təmin edilməsini xahiş etdi və izahatında qeyd etdi ki, iddiaçı əvvəldən hər şeydən məlumatlı idi, o, eşitdi ki, belə bir torpaq satılır, maraqlanmağa getmiş, orada iddiaçıdan soruşduqda, iddiaçı ona torpaqda başqa adamın da payı olduğunu, lakin sənədlərin qaydasında olmadığını ona bildirmiş, sonra ona məlum olmuşdur ki, dediyi şəxs qaynı Cavabdeh1dir, onlarla birikdə görüşüb razılaşdılar ki, sənədləşmə işlərini o özü həyata keçirəcək, belə qərara gəldilər ki, çıxarış hərəsinin payı ½ olmaqla iddiaçı və Cavabdeh1 adına olsun. Razılaşmışlar ki, sənədlər düzələndən sonra evi ona satacaqlar, birlikdə notariusa getmişlər və ona etibarnamə vermişlər, o da razılaşdıqları kimi vərəsəlik məsələsini həll etmişdir. Həmin evin hasarının daxilində sənədləşməyən 0,6 ha. torpaq sahəsi də var, həmin torpağı da razılaşaraq 40.*** manata özü almışdır, həmin pulun yarısını iddiaçı özünə götürmüş, yarısını isə Teyyuba vermişdir. Sonradan hansısa səbəbdən iddiaçı bütün mirasın ona çatmalı olmasını bəhanə edərək danışıqları pozmuş, uydurma iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçını guya onu aldatmaları barədə dedikləri tam yalandır, iddiaçı bu məsələləri yaxşı bilir, o, artıq həmin evi (torpaq sahəsini) almaq niyyətində deyil, iddiaçı bu işlərdə yaxşı mütəxəssisdir, indi qadın deyir ki, torpağın hamısı ona qalsın və hazırkı iddianı qaldırdı, onun iddiası əsassızdır.
9. Məhkəmə kollegiyasının iclasında cavabdeh Bakı şəhəri 34 saylı Xüsusi notariat ofisininin vəkili Vəkil2 qeyd etdi ki, vərəsəlik işi tam qanuni aparılmışdır, tərəflər özləri etibarnamə verib, əvvəlcə aralarında razılıq olub, sonra nədənsə münasibətləri pozulubdur, bunu aparılan vərəsəlik işinin düzgünlüyünə heç bir təsiri ola bilməz. İddia tələbi əsassız olmuşdur. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:
10. xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1972-ci il tarixdə vəfat etmiş-X10 vərəsəsi: Bakı, Binə qəs., X24 ünvanında qeydiyyatda olan oğlu-Cavabdeh1dur və o, miras əmlakdan 1/2 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023 tarixdə X12 verilmiş **********96-10301 reyestr nömrəli, ********** müqavilə və digər əsaslar üzrə vəfat etmiş şəxsə məxsus olmuş, üzərində mülkiyyət və digər əşya hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka dair hüquqların rəsmiləşdirilməsinin mümkünlüyü barədə arayış əsasən ünvan 4 (Yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 34.8 kv/m olan fərdi yaşayış evindən və 0.04767 ha torpaq sahəsindən ibarətdir.
11. xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1972-ci il tarixdə vəfat etmiş-X10 vərəsəsi: ünvan 4 ünvanında qeydiyyatda olan oğlunun arvadı İddiaçıdır və o, miras əmlakdan 1/2 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak, vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş X4 xx.xx.1972-ci il tarixdə ölmüş atası — X12 məxsus olmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü tarixdə verilmiş **********96-10301 reyestr nömrəli müqavilə və digər əsaslar üzrə vəfat etmiş şəxsə məxsus olmuş, üzərində mülkiyyət və digər əşya hüquqları daşınmaz əmlakın "dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka dair hüquqların rəsmiləşdirilməsinin mümkünlüyü barədə arayış əsasən ünvan 4 (Yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 34.8 kv/m oları fərdi yaşayış evindən və 0.04767 ha torpaq sahəsindən ibarətdir.
12. Notariat ofisinə ünvanlanmış ərizədən görünür ki, Cavabdeh2 İddiaçı əvəzinə notariat ofisinə ərizə ilə müraciət edərək mirasın tərkibinə daxil olan bütün daşınmaz əmlakdan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir.
13. Notariat ofisinə ünvanlanmış ərizədən görünür ki, Cavabdeh2 İddiaçı əvəzinə notariat ofisinə ərizə ilə müraciət edərək Cavabdeh1 xx.xx.1972-ci ildə vəfat etmiş qaynatası X5 qalmış mras payı qəbul etməsinə və ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə etiraz etməmiş, razı olduğunu bildirmişdir.
14. Azəraycan SSR Kommunal Təsərrüfatı nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirməsinə aid pasportunun surətindən görünür ki, Binə qəsəbəsi, Musabəyov küçəsi, döngə 3, ev 4A ünvanında yerləşən, 1962-ci ildə tərtib edilmiş texniki pasportun sahib kimi X15 qeyd edilmişdir.
15. Bakı şəhəri 34 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, x/o 25/23 saylı məktubdan görünür ki, Bakı şəhəri 34 saylı notariat ofisində qanun üzrə vərəsə İddiaçı Vəmmədağa qızının (ünvan: ünvan 5laqəsini təsdiq edən həmçinin, mirasın açıldığı yer vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.1973-cü ildə vəfat etmiş X10 mirası üzrə vərəsəlik işi açılmışdır. Mirasqoyanın miras əmlakına Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasporta əsasən ünvan 6 ünvanında yerləşən fərdi yaşay evdən və torpaq sahəsindən ibarət daşınmaz əmlak daxildir. Göstərilənlərə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-1-ci və 8-ci,“Daşınmaz əmlakın təsvirinə dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında Təlimat"ın 7-ci bəndinə və “Notariat“ haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin tələblərinə uyğun olaraq X12 məxsu göstərilən əmlaka çıxarış verilməsi xahiş edilmişdir.
16. Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışdan və çıxarışdan görünür ki, ünvan 4 (yeni qaydalarla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 69-cu Binə küçəsi 23) tam pay olaraq X10 xüsusi mülkiyyətindədir.
17. 5422375 saylı arayışdan görünür ki, İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır.
18. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.1973-cü ildə ölmüşdür.
19. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X20 11 avqust 1949-cu ildə nikah bağlamışlar.
20. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.1995-ci ildə ölmüşdür.
21. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1957-ci ildə doğulmuşdur. Atası X17, anası X14r.
22. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2021-ci ildə ölmüşdür.
23. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X3 xx.xx.1986-cı ildə nikah bağlamışlar. Nikah bağladıqdan sonra arvada Əliyeva soyad verilmişdir.
24. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən komunal xərclərlə bağlı 2014-2024cü illəri əhatə edən qəbzlərdən görünür ki, qaz, su və elektrik sərfiyyatına dair ödənişlər İddiaçı və hazırda vəfat etmiş əri X11 tərəfindən ödənilmişdir.
25. “X9” AQİS-dən çıxarışdan görünür ki, X11 və İddiaçı ünvan 4 ünvanında yaşayır.
26. “Elektron notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh1 vərəsəlik işi ilə əlaqədar Cavabdeh2 öz səlahiyyətlərini etibar etmişdir.
27. Dövlət Notariat arxivinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Dövlət Notariat arxivində və “Elektron notariat” X7 X26 hər hansı miras əmlakına dair vərəsəlik işi aşkar edilməmişdir.
28. Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Sizin, hədələrə məruz qalmanız barədə yazmış olduğunuz ərizəyə tərəfimizdən baxılmış və şikayətçi olduğunuz şəxs ilə profilaktiki söhbətlər aparılaraq xəbərdarlıq edilmişdir. Məlumat üçün bildiririk ki, gələcəkdə bu məsələ ilə əlaqədar aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməyiniz məqsədə müvafiqdir.”
29. Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nin İddiaçı ünvanladığı məktublardan müəyyən edilmişdir ki, İddiaçı müxtəlif vaxtlarda şikayət ərizəsi ilə Bakı şəhəri Xəzər RPİnin 3-cü PŞə müraciət etmişdir.
30. 02.11.2023-cü il tarixli çıxarışdan görünür ki, ünvan 4 (yeni qaydalarla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 69-cu Binə küçəsi 23) ½ hissədə olaraq Cavabdeh1, ½ hissədə İddiaçı xüsusi mülkiyyətindədir.
31. xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, ünvan 4 (yeni qaydalarla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 69-cu Binə küçəsi 23) tam pay olaraq X10 xüsusi mülkiyyətindədir.
32. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.1973-cü ildə ölmüşdür.
33. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev X30 xx.xx.1954cü ildə doğulmuşdur. X6, anası X2r.
34. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.1995-ci ildə ölmüşdür.
35. “Elektron notariat” X1 çıxarışdan görünür ki, İddiaçı tərəfindən Cavabdeh2 verilmiş etibarnaməyə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Tətbiq edilən maddi hüquq
36. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.
37. 01.09.2***-ci ilədək qüvvədə olan (mübahisəli hüquq münasibətinin yarandığı zaman) qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin
38. 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
39. 556-ci maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə tərəfindən mirasdan imtina etməyin kimi xeyrinə olduğu göstərilməməklə edilən imtina, mirası qəbul etməmək hallarında baş verən nəticələrə səbəb olur. Vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir.
40. 561-ci maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr, vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər. Miras əmlakı dövlətə keçdikdə də vərəsəlik hüququ haqqında şəhadətnamə həmin qaydada verilir.
41. 563-cü maddəsinə əsasən miras əmlakının bölünməsi qanun üzrə və vəsiyyət üzrə vərəsələrin hər birinə düşən hissəyə müvafiq olaraq, mirası qəbul edən vərəsələrin razılığı ilə verilir. Razılıq olmadıqda bölgü, məhkəmə qaydasında aparılır. Hələ doğulmamış, ana bətnində olan vərəsə olduqda, vərəsələr ancaq onun payına düşən hissəni ayırmaq şərti ilə miras əmlakını bölməyə haqlıdırlar. Doğulmamış vərəsənin mənafeyini müdafiə etmək üçün bölgüdə iştirak etməyə qəyyumluq və himayəçilik orqanının nümayəndəsi dəvət olunmalıdır.
42. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edilir ki, mülkiyyət hüququ fərdin əşya üzərindəki hakimiyyət səlahiyyətini təminat altına almaqla, bir tərəfdən fərd üçün heç kəsin müdaxilə edə bilməyəcəyi xüsusi sahə yaradır, digər tərəfdən fərdin əməyinin qarşılığı olan əşyasını təminat altına almaqla ona həyatını yönləndirmək və gələcəyini istədiyi kimi şəkilləndirmək imkanı verir. Ona görə də fərdin azadlığı ilə mülkiyyət hüququ arasında sıx əlaqə vardır. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. ...Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmin qərarla mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Tətbiq edilən prosessual hüquq normaları:
43. Mülki Prosessual Məcəllə Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
44. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
45. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbləri təmin edilməməlidir.
46. Belə ki, iddia tələbini təmin edən rayon məhkəməsi qeyd etmişdir ki, iddiaçı tələbini miras əmlakın mərhum əri P.Əliyev tərəfindən qəbul edilməsi, evə faktiki sahibliyi özlərinin həyata keçirmələri, bu illər ərzində kommunal xərclərin məhz onlar tərəfindən həyata keçirilmələri, qaynı Cavabdeh1 mirası nə faktiki, nə də notariat qaydasında qəbul etməməsi ilə əsaslandırmış, onun bu barədə bildirdikləri yanaşı yoxlanılmış şahid ifadələri ilə tamamlanmışdır. Cavabdehin yeni evə yalnız 1988-ci ildə köçməsi halı isə onun həmin vaxtdadək miras evdə yaşaması halının təsdiqi olaraq dəyərləndirilə bilməz. Eyni zamanda cavabdehin başqa ünvanda yaşaması işin mübahisəsiz halı olduğundan, gözdən əlil olan cavabdehin ata evini tərk etməsinin məntiqli olmadığına dair bildirilənlər də inandırıcı deyil. Cavabdeh1 eyni zamanda, mirasın mərhum qardaşı X11 tərəfindən qəbul edilməməsi, 1988-ci ilə kimi mübahisəli evdə daimi olaraq yaşaması, su quyusu qazdırması, evin 2 otağında ailəsi ilə birlikdə yaşaması əsası ilə iddiaya etiraz etsə də, etirazının əsası kimi istinad etdiyi halların təsdiqi üçün sübut təqdim etməmişdir.
47. Məhkəmə kollegiyası rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və qeyd edir ki, iddiaçı özü də iddia ərizəsində və izahatında 1986-cı ildə gəlin köçərkən Cavabdeh1 həmin evdə yaşadığını qeyd edir. Cavabdeh1 iddaya etirazında həmin evdə doğulduğunu, atasının 1973-cü ildə vəfat etdiyini, həmin vaxtdan 1988-ci ilə kimi həmin evdə yaşadığını, atasının öümündən sonra həyətdə su quyusu qazdığını, əlavə tikililər etdiyini, iddiaçının 1986-cı ildə mərhum qardaşı ilə ailə quraraq həmin evə gəlin gəldiyini, bir müddət birgə yaşadıqlarını göstərmişdir. İddiaçı tərəf cavabdehin həmin dəlillərini qismən təsdiq etmişdir. Belə olan halda, 1973-cü ildə vəfat etmiş mirasqoyanın oğlu, yəni onun birinci növbə vərəsəsi olan Cavabdeh1 mirası faktiki qəbul etməsi mübahisəsiz qaydada sübut olunur.
48. Həmin vaxt qüvvədə olmuş Mülki Məcəllənin 552-ci maddəsində də təsbit edilmişdir ki, qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
49. MPM-in 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
50. Belə olan halda müəyyən olunur ki, rayon məhkəməsi işin faktiki hallarına düzgün qiymət verməmiş, nəticədə də iş üzrə doğru olmayan qənaətə gəlmişdir.
51. Digər tərəfdən, rayon məhkəməsi qeyd etmişdir ki, vərəsənin vərəsəlik haqqında şəhadətnamənin alınması və ya mirasdan imtina edilməsi barədə ərizəni nümayəndə vasitəsilə verməsi, hazırda qüvvədə olan maddi hüquq normalarında nəzərdə tutulsa da, mirasın açıldığı vaxt (mübahisəli hüquq münasibətinin yarandığı zaman) qüvvədə olan maddi hüquq normalarında vərəsəlik hüququnun nümayəndə vasitəsi ilə həyata keçirilməsi nəzərdə tutulmamışdır. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına görə vərəsə miras əmlakla bağlı iradəsini nümayəndə vasitəsi ilə deyil, şəxsən nümayiş etdirməlidir.
52. Bununla bağlı ilk növbədə Məhkəmə kollegiyası qeyd edir ki, rayon məhkəməsi həmin qənaətə gələrkən konkret olaraq hər hanıs bir normaya istinad etməmişdir. Halbuki, MPM-in 220.4-cü maddəsinin tələbinə əsasən məhkəmə qətnaməsində istinad etdiyi qanunu göstərməlidir.
53. Məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsinin həmin qənaəti də doğru olmamışdır. Belə ki, 1964-cü il Mülki Məcəlləsində mirasın nümayəndə vasitəsi ilə qəbul edilməsi birbaşa nəzərdə tutulmasa da, bunu qadağan edən norma da mövcud deyildir.
54. Belə ki, həmin Məcəllənin 4-cü maddəsində qeyd edilir ki, mülki hüquq və vəzifələrin qanunda nəzərdə tutulan əqdlərdən, habelə qanunda nəzərdə tutulmasa da, qanuna zidd olmayan əqdlərdən də əmələ gəldiyi qeyd edilmişdir.
55. Bu vaxt nəzərdən qaçırmaq olmaz ki, qanunverici bir sıra hallarda şəxsin öz iştirakının zəruri olması baxımından bəzi hüquqi hərəkətlərin məhz onu şəxsin iştirakı ilə həyata keçirilməsini birbaşa nəzərdə tutur. Məsələn, nikaha daxil olma (Ailə Məcəlləsi. Maddə 9.1), övladlığa götürmə (Ailə Məcəlləsi, maddə 118.1, 119.1) və s. Mirasın qəbulu üçün isə belə bir zərurət olmadığından, onun nümayəndə vasitəsi ilə qəbulu 1964-cü il Mülki Məcəlləsinə uyğun olmuşdur.
56. Məhkəmə kollegiyası iddiaçının onun etibarnamə verərkən yaşlı və zəif olmasına görə aldadılması barədə dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının məhkəmə kollegiyasının iclasında verdiyi izahat və davranışlarından, eləcə də prosesdə cərəyan edən hadisələrə çevik müdaxiləsi, onun hazırkı məsələlərlə bağlı məlumatlı olduğu, habelə baş verənləri tam adekvat təhlil etmək iqtidarında olduğu qənaətinə gəlməyə əsas verir. Odur ki, iddiaçının həmin dəlilləri də əsassız hesab olunmalıdır.
57. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”. Nəticə:
58. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə qənatə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbləri təmin edilməməlidir.
59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, işüzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
60. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsümu iddiaçıdan cavabdehin xeyrinə tutulmalıdır.
61. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabadeh Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Xəzər Rayon Məhkəməsinin 2(003)-1793/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu 50 (əlli) manat Cavabdeh1 İddiaçı alınaraq verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.