Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5946/2022 12.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2599/2022 saylı, 03 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı MMC Cavabdeh arasında BL142874 saylı, xx.xx.2018-ci il tarixli, BL186428 saylı xx.xx.2018-ci il tarixli, BL188536 saylı xx.xx.2018-ci il tarixli və BL206457 saylı xx.xx.2018-ci il tarixli nisyə-satış müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən cavabdehə məişət avadanlıqları satılmışdır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı MMC Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh arasında bağlanmış BL142874 saylı xx.xx.2018-ci il tarixli, BL186428 saylı xx.xx.2018-ci il tarixli, BL188536 saylı xx.xx.2018-ci il tarixli, BL206457 saylı xx.xx.2018-ci il tarixli nisyə satış müqavilələri üzrə yaranmış 1109 (bir min yüz doqquz) manat əsas borc, 281 manat 80 qəpik (iki yüz səksən bir manat səksən qəpik) cərimə, ümumilikdə 1390 manat 80 qəpik (min üç yüz doxsan manat, səksən qəpik) borcun və 34 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.
3. İddiada göstərilir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış aşağıda göstərilən 4 (dörd) nisyə-satış müqaviləsi üzrə öhdəliklər cavabdeh tərəfindən pozulmuşdur. BL142874 saylı xx.xx.2018-ci il tarixdə nisyə-satış müqaviləsi bağlanmış və həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 18 ay müddətinə hər ayın 12-dən gec olmamaqla 18 manat ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. BL186428 saylı xx.xx.2018-ci il tarixdə nisyə-satış müqaviləsi bağlanmış və həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 12 ay müddətinə hər ayın 18-dən gec olmamaqla 41 manat ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. BL188536 saylı xx.xx.2018-ci il tarixdə nisyəsatış müqaviləsi bağlanmış və həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 12 ay müddətinə hər ayın 24-dən gec olmamaqla 32 manat ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. BL206457 saylı xx.xx.2018-ci il tarixdə nisyə-satış müqaviləsi bağlanmış və həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 12 ay müddətinə hər ayın 12-dən gec olmamaqla 67 manat ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Cavabdeh qeyd olunan müqavilələrin öhdəliklərini bir müddət yerinə yetirsə də, sonradan müqavilə öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli borca dair arayışlardan görünür ki, BL142874 saylı xx.xx.2018-ci il tarixli nisyə satış müqaviləsi üzrə hissə-hissə 224 manat ödəniş olunmuş və 94 manat əsas borc, 42 manat 85 qəpik cərimə, ümumilikdə 136 manat 85 qəpik borc qalmışdır. BL186428 saylı xx.xx.2018-ci il tarixli nisyə-satış müqaviləsi üzrə hissə-hissə 283 manat ödəniş olunmuş və 205 manat əsas borc, 110 manat 32 qəpik cərimə, ümumilikdə 315 manat 32 qəpik borc qalmışdır. BL188536 saylı xx.xx.2018-ci il tarixli nisyə-satış müqaviləsi üzrə hissə-hissə 160 manat ödəniş olunmuş və 211 manat əsas borc, 128 manat 63 qəpik cərimə, ümumilikdə 339 manat 63 qəpik borc qalmışdır. BL206457 saylı xx.xx.2018-ci il tarixli nisyə-satış müqaviləsi üzrə hissə-hissə 200 manat ödəniş olunmuş və 599 manat əsas borc qalmışdır. Beləliklə, Cavabdeh İddiaçı MMC-yə 4 müqavilə üzrə 1109 (bir min yüz doqquz) manat əsas borc, 281 manat 80 qəpik (iki yüz səksən bir manat səksən qəpik) cərimə, ümumilikdə 1390 manat 80 qəpik (min üç yüz doxsan manat, səksən qəpik) borcu vardır.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2599/2022 saylı, 03 iyun 2022ci il tarixli qətnaməsi (hakim İlham Cəfərov) ilə iddia tələbi qismən təmin edilərək BL142874 saylı xx.xx.2018-ci il tarixli nisyə satış müqaviləsi üzrə 94 manat əsas borc, 9 manat cərimə, BL186428 saylı xx.xx.2018-ci il tarixli nisyə-satış müqaviləsi üzrə 205 manat əsas borc, 20 manat cərimə, BL188536 saylı xx.xx.2018-ci il tarixli nisyə-satış müqaviləsi üzrə 211 manat əsas borc, 21 manat cərimə, BL206457 saylı xx.xx.2018-ci il tarixli nisyə-satış müqaviləsi üzrə 599 manat əsas borc və 34 (otuz dörd) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1193 (bir min bir yüz doxsan üç) manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı MMC-yə verilməsi; iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış BL142874 saylı xx.xx.2018-ci il tarixli, BL186428 saylı xx.xx.2018-ci il tarixli, BL188536 saylı xx.xx.2018-ci il tarixli, BL206457 saylı xx.xx.2018-ci il tarixli nisyə satış müqavilələrinə əsasən İddiaçı MMC Cavabdeh Microwoven Samsung, Toster Bosch, Divar asqı batis, TV LG, Telefon Samsung J400 16GB Black, qızıl qarantiya, TV LG adlı malları satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəlik tam icra edilməmiş və nəticədə onun İddiaçı MMC-yə BL142874 saylı xx.xx.2018-ci il tarixli nisyə satış müqaviləsi üzrə 94 manat əsas borc, 42,85 manat cərimə, BL186428 saylı xx.xx.2018-ci il tarixli nisyə-satış müqaviləsi üzrə 205 manat əsas borc, 110,32 manat cərimə, BL188536 saylı xx.xx.2018-ci il tarixli nisyə-satış müqaviləsi üzrə 211 manat əsas borc, 128,63 manat cərimə, BL206457 saylı xx.xx.2018-ci il tarixli nisyə-satış müqaviləsi üzrə 599 manat əsas borc olmaqla, cəmi 1109 (bir min yüz doqquz) manat məbləğində əsas borc və 281,80 (iki yüz səksən bir manat səksən qəpik) manat məbləğində cərimə borcu yaranmışdır
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
7. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, nəzərdə tutulan mübahisə üzrə iddiaçı "xxxx" M M C bildirir ki, mübahisənin məhkəmədənkənar həll edilməsinə cəhd göstərmişdir. Cavabdeh apellyasiya şikayətində bildirir ki, iddiaçı tərəfindən hər hansı pretenziya və ya xəbərdarlıq məktubu onun tərəfindən əldə olunmamış və iş üzrə xəbərdar edilmədiyindən məsələyə hər hansı münasibət bildirmə imkanı da olmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək d ə b b ə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə qətnaməsində qeyd olunmuş dəbbə pulu ilə razı deyildir. Hesab edir ki, həmin dəbbə pulu həddən artıq çoxdur və məhkəmə tərəfindən daha az və ya ümumiyyətlə cərimə borcu tutulmaya bilərdi.
b) Apellyasiya şikayətinə dair yazılı etiraz
8. İddiaçı MMC elektron kabinet vasitəsilə məhkəməyə təqdim etdiyi apellyasiya şikayətinə qarşı yazılı etirazda apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmin etirazda qeyd edilir ki, cavabdehin xəbərdar edilməməsi barədə apellyasiya şikayəti dəlilinə münasibətdə bildirirlər ki, "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh yaşadığı apellyasiya şikayətində göstərilən ünvana, yəni ünvan 1ress" kuryer xidməti vasitəsi ilə rəsmi qaydada 4 sayda bildiriş göndərilmişdir (Bildirişlər eyni şəxşə və eyni ünvana göndərildiyindən 1 zərfdə göndərilmişdir). Bildirişlərdə 4 müqavilənin məlumatları, həmin müqavilələr üzrə olan cavabdehin borcunun olması, həmin borcu 20 gün müddətində ödəməsi, ödəmədiyi halda isə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Bildirişlər xx.xx.2022-ci il tarixdə qeyd olunan cavabdehin ünvanına çatdırılmış, lakin cavabdeh bildirişləri əldə etməyərək, bildirişlərin qəbulundan imtina etmişdir. Bu barədə kuryer xidmətinin qaiməsində imtina barədə qeyd aparılmışdır. Bundan başqa xidmət xx.xx.2022-ci il tarixdə Akt tərtib edərək, qeyd olunan ünvanda məktubun qəbul edilməsindən imtina edildiyini və həmin səbəbdən məktubun geri qaytarıldığı qeyd edilmişdir. Bildirişlər, kuryer xidmətinin qaiməsi və xidmətin aktı iddia ərizəsinə əlavə edilərək birinci instansiya məhkəməsində iş materiallarına təhvil verilmişdir. Bundan başqa tərəfimizdən cavabdehə qarşı Nəsimi rayon məhkəməsində iddia qaldırıldıqdan sonra cavabdeh "xxxx" MMC-yə yaxmlaşaraq, borcunun nə qədər olduğunu və bu barədə ona arayış verilməsini və ödəməsi üçün vaxt verilməsini xahiş etmişdir. Borcunun nə qədər olması və ödəməsi üçün məhkəməyə təqdim edilmiş 4 ədəd borcda dair arayışın surəti ona verilmişdir. Lakin cavabdeh borcunu ödəməmiş və həmin arayışları apellyasiya şikayətinə əlavə edərək hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinə təqdim etmişdir. Göründüyü kimi cavabdeh ona göndərilmiş məktubdan imtina etmiş, məhkəməyə müraciət etdikdən sonradan "xxxx" MMC-yə borcunu ödəmək üçün yaxınlaşmış, ona borcunun olmasını təsdiq edən arayış təqdim edilmiş, lakin o əsassız olaraq məsələyə hər hansı bir münasibət bildirmək imkanı olmadığını qeyd etmişdir.
9. Cavabdehin dəbbə pulu ilə razı olmaması barədə dəlilinə münasibətdə isə bildirirlər ki, məhkəməyə və cavabdehə təqdim etmiş borca dair arayışda ümumilikdə cavabdehdən 281 manat 80 qəpik dəbbə (cərimə) pulu tələb edilməsi göstərilmişdir. Nəsimi rayon məhkəməsinin qətnaməsi ilə 281 manat 80 qəpik dəbbə pulu təxmini 5 dəfə azaldılaraq 50 manat məbləğində tutulması qət edilmişdir. 3 ilə yaxın gecikdirilmiş 1109 manat əsas borca 50 manat cərimə hesablanmasının məhkəmənin cavabdehə münasibətdə ədalətli olduğunu göstərir. Qətnamənin həmin hissədən "xxxx" MMC tərəfindən apellyasiya şikayəti verilməmiş və cavabdehin xeyrinə razılaşmışdır. Göründüyü kimi məhkəmə tərəfindən dəbbə pulunun kifayət qədər azaldılmasına baxmayaraq, cavabdeh əsassız olaraq dəbbə pulunun olduqca həddən artıq çox olmasmı qeyd etmişdir.
10. Digər, yəni əsas borc məbləği şişirdildiyi üçün məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməli olduğu dəlilinə münasibətdə isə bildirirlər ki, "xxxx" MMC cavabdehə qarşı iddia tələbi ilə 2022-ci ilin aprel ayında məhkəməyə müraciət etmişdir. Cavabdeh isə sonuncu dəfə borclarını müqavilələrə görə 2018-ci ilin noyabr, 2018-ci ilin dekabr, 2019-cu ilin fevral, 2019-cu ilin iyul aylarında ödəniş etmişdir. Həmin vaxtdan iddia tələbi irəli sürülənə qədər maddi vəziyyətin düzəlməməsi həqiqəti əks etdirmir. İddia məbləğində qeyd olunan əsas borc şişirdirillməmişdir. Bundan başqa əsassız varlanmanı formal mülahizədən başqa sübut edəcək hər hansı bir dəlil cavabdeh tərəfindən göstərilməmişdir. Əsas borcun məbləğinin düzgün hesablanıb-hesablanmadığını müəyyən etmək məqsədilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsinin tələb edilməsi borcdan yaymmaq və məhkəmənin vaxtını almaq məqsədi daşıyır. Buna görə də ekspertizanın keçirilməsinə ehtiyac olmadığını hesab edirlər. Bunu onunla əsaslandırır ki, qanunvericiliyin tələbinə görə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Hesab edir ki, hazırki vəziyyətdə cavabdehin sualını izah etmək üçün xüsusi bilik tələb olunmur. Nisyə-satış müqavilələrində faiz hesablanması yoxdur, yalnız əsas məbləğ (malın dəyəri) və cərimə məbləği nəzərdə tutulmuşdur. Cavabeh isə əsas məbləğin hesablanmasmdan narazılığını bildirmişdir. Tərəflərindən cavabdehin sualına obyektiv hesablama ilə cavab verilməsinin mümkün olduğunu və qətnamədə iddia tələbində əsas məbləğin şişirilmədiyini, eyni zamanda qətnamədə əsas məbləğin düzgün hesablandığını cədvəl formasında qeyd edirlər. Bununla bağlı bildirir ki, BL142874 saylı müqavilənin 1 saylı əlavəsində malın dəyəri 338 manat olmuşdur, ilkin olaraq 20 manat ödəniş olmuş və 318 manat ödəniləcək borc qalmışdır. Digər 3 müqavilədə isə ilkin ödəniş olmadığından, malın dəyəri ilə ödəniləcək məbləğdə fərq yoxdur. Göründüyü kimi iddia məbləğində göstərilən əsas borc şişirdilməmiş, həmin borcun hesablanması üçün xüsusi bilik tələb edən mütəxəssisə ehtiyac yaranmamışdır. Cavabdehin qeyd etdiyi bu səbəb də əsassızdır.
11. İddia müddətinin ötürülməsi barədə dəlilə münasibətdə isə bildirirlər ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. O da iddia müddəti ötürüldüyü halda, lakin "xxxx" MMC tərəfındən iddia müddəti ötürülməmişdir. Belə ki, BL142874 saylı xx.xx.2018-ci il tarixli müqavilə 18 ay müddətinə bağlanılmış və müqavilənin müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir. BLl 86428 saylı xx.xx.2018-ci il tarixli müqavilə 12 ay müddətinə bağlanılmış və müqavilənin müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir. BL188536 saylı xx.xx.2018-ci il tarixli müqavilə 12 ay müddətinə bağlanılmış və müqavilənin müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir. BL206457 saylı xx.xx.2018-ci il tarixli müqavilə 12 ay müddətinə bağlanılmış və müqavilənin müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir. BL206457 saylı xx.xx.2018-ci il tarixli müqavilə 12 ay müddətinə bağlanılmış və müqavilənin müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir. İddia tələbi müqavilələrin müddətinin bitməsindən 3 il müddət keçməmiş xx.xx.2022-ci il tarixdə Nəsimi rayon məhkəməyə daxil olmuşdur. Göründüyü kimi cavabdeh şikayətinin bu hissəsində də əsassız fikirlər irəli sürmüşdür. Bütün bunlarla yanaşı qeyd edirlər ki, cavabdeh apellyasiya şikayətində mühasibatlıq ekspertizasının keçirilməsini, cərimə məbləğinin azaldılmasını, iddia müddətinin ötürülməsini tələb etməklə iddia tələbini qəbul etdiyini etiraf etmişdir. Hesab edir ki, iddia tələbini qəbul edərək, apellyasiya şikayətində göstərilən əsassız fikirlər, qanunvericiliyin pozulmasma dair bir dənə də olsun tutarlı səbəb göstərilməməsi borcdan yayınmaq, borcu gec ödəmək və vaxt udmaq üçün yazıldığına uyğun gəlir. Nəsimi rayon məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Cavabdehin formal mülahizələrinə görə ləğv edilə bilməz.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 462.1, 462.3 və 467. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri:
14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
15. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
18. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin iddianın təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiştələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
19. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
20. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
21. Əvvəla, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda cavabdehin iddiaçıya ödəməli olduğu pul məbləğidir(MM.mad.462.1). Cavabdehin müqavilə üzrə öhdəliyini lazımınca icra etmədiyi iş materialları ilə açıq-aşkar təsdiq olunur. Buna görə də cavabdehdən cərimə də tələb edilməsi əsassız olmamışdır. Cərimənin tam silinməsi isə qanunvericilikdə nəzərdə tutulmadığından şikayət təmin edilə bilməz.
22. Cavabdeh iddiaçı ilə müqavilələri könüllü olaraq bağlamışdır. Müqavilədə nəzərdə tutulan şərtlərdən əvvəlcədən məlumatlı idi. Müqavilə müddətində öhdəliyin hissə-hissə icra edilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdeh müqavilələrin müddətinin bitməsinə baxmayaraq bugünə qədər öhdəliyini tam yerinə yetirməmişdir. Ona görə də iddiaçının məhkəməyə müraciət edərək cavabdehdən öhdəliyinin icrasını birdəfəyə yerinə yetirməyi tələb etmək hüququ olmuşdur.
23. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2599/2022 saylı, 03 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
24. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2599/2022 saylı, 03 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.