Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-596/2023 17.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vərəsəlik üzrə payların müəyyən edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 avqust 2022-ci il tarixli qətnamədən Cavabdeh2 verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçıların vəkili (nümayəndəsi) Vəkil1 və Cavabdeh2 vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi və “iddia tələbinin həcminin azaldılması barədə” ərizə ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixdə vəfat etmiş ataları X4 miras qalmış və ünvan 1 ünvanında yerləşən 4 №-li mənzil, ünvan 2 ünvanında yerləşən 40 №-li mənzil, "xxxx" MMC-də (VÖEN: **********) 100% payına, “ZİL 431610” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı yük avtomobil, “ZİL 130” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı yük avtomobil, “QAZ 2417” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobil, “ODAZ 9976” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu, “ODAZ 9976” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu, “ODAZ 9976” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu, “ODAZ 9976” markalı, **-ZE- *** dövlət qeydiyyat nişanlı yarımqoşqu üzərində onların hər birinin 1/4 hissədə vərəsəlik paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
2. İddia ərizəsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı Şəhəri 7 saylı Xüsusi Notariat Ofisinin xüsusi notariusu kimi X3 göstərilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə tərəflərin ataları Aydın Xıdırov xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İddia ərizəsində qeyd edilən əmlaklar atalarından miras qalmışdır. İddiaçılardan və cavabdehlərdən (cəmi 4 nəfər) başqa mərhumun qanun üzrə birinci növbəli vərəsələri yoxdur. İddiaçılar mərhumun ikinci nikahından, iddiaçılar isə birinci nikahından olan övladlarıdır. xx.xx.2022-ci il tarixdə İddiaçı1, xx.xx.2022- ci il tarixdə isə İddiaçı2 mərhum atalarından qalmış mirasın qəbulu üçün 7 saylı Xüsusi Notariat Ofisinə müraciət etmişlər. Lakin atalarının vəfatından altı ay keçdikdən sonra xx.xx.2022-ci il tarixli, 181 nömrəli məktubla həmin notariat ofisi onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. İmtina cavabında bildirmişdir ki, miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyi üçün onlara qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə vermək imkan xaricindədir. Notarius, məsələnin həlli üçün ərazi üzrə məhkəməyə müraciət etməyi iddiaçılara tövsiyyə etmişdir. Ataları ölən vaxtdan İddiaçı1 3 ay 5 gün və İddiaçı2 isə 4 ay 3 gün sonra, miras açıldığı gündən 6 ay keçmədən mirasın qəbulu barədə notariat ofisinə müraciət etmişlər. Bundan başqa, iş üzrə cavabdehlərlə iddiaçılar arasında payların bölünməsi ilə bağlı da mübahisə vardır. İddiaçılar ilə cavbadehlər arasında yaranmış mübahisə - miras qalmış əmlakın bütün vərəsələr tərəfindən qəbul edilib-edilməməsi məsələsi deyil, məhz miras əmlakın bərabər paylara uyğun şəkildə bütün vərəsələr arasında bölünməsi ilə bağlıdır. Odur ki, mərhum atalarından miras qalmış əmlaklara qanun üzrə birinci dərəcəli vərəsələri kimi pay hüququnun müəyyən edilməsi zəruridir. Buna görə də məhkəməyə müraciət edərək payların bölgüsünü tələb etmək məcburiyyətində qalmışlar. b) iddiaya qarşı etiraz barədə məlumat
4. Cavabdeh2 iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçılar mərhumdan qalmış mirasa münasibətdə hazırda vərəsəlik hüququna malik deyillər, iddiaçılar mirasın qəbul edilmə müddətini ötürmüşlər. Buna baxmayaraq iddiaçılar həmin miras əmlaklara dair pay hüququnun tanınması barədə iddia ilə məhkəməyə müraciət etmişlər. Ona görə də hesab edir ki, iddia tələbi təmin edilə bilməz.
5. Cavabdeh1 iddiaya qarşı etiraz verməmiş, o, işin birinci instansiya məhkəməsində baxılmasında ümumiyyətlə iştirak etməmiş və bunun səbəbi barədə Rayon Məhkəməsinə məlumat verməmişdir.
6. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan notarius iddiaya qarşı etiraz verməmiş, o, işin birinci instansiya məhkəməsində baxılmasında iştirak etməmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
7. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
8. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçılar miras əmlaklardan olan və Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 61-də yerləşən 40 saylı mənzildə əvvəldən yaşamaqla, miras qoyanın ölümündən sonra da həmin mənzildən istifadə etməklə ona sahiblənmişlər. Bundan başqa mirasın açıldığı yer üzrə notariat ofisi tərəfindən miras əmlakın siyahıya alınması, vərəsələrin dairəsinin müəyyən edilməklə onların çağırılması barədə hər hansı bir hərəkət aparılmadan iddiaçılar (yəni qanun üzrə vərəsələr) tərəfindən mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətin ötürülməsi müəyyən edilməklə onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, qanunvericiliklə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul və ya mirasdan imtina etməli olması halı, mirasının faktiki qəbul edilib-edilməməsi halı, həmçinin miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilməməsi halı notariat ofisi tərəfindən nəzərə alınmamışdır. Eyni zamanda iş materiallarında olan mirasın açıldığı yer üzrə notariat ofisinin notariusunun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə ünvanlanmış izahatının surətindən görünür ki, notarius izahatında miras qoyanın övladlarına, İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsi tərəflərə izah edilməklə vərəsələr arasında pay bölgüsünə dair mübahisə olduğuna görə onlara Xəzər rayon məhkəməsinə müraciət etmələrini məsləhət görüldüyü bildirmişdir. Odur ki, Rayon Məhkəməsi işin araşdırılmış hallarına əsaslanaraq hesab etmişdir ki, iddiaçılar tərəfindən atalarının mülkiyyətində olan əmlakdan ölümünədək, o cümlədən olümündən sonra da miras əmlakın bir hissəsinə sahiblik etməklə və əmlakı idarə edərək faktiki qəbul etməklə mirası qəbul etmiş sayılırlar. Eyni zamanda, Rayon Məhkəməsi hesab etmişdir ki, mərhum A.Xıdırovdan miras qalmış, iddia ərizəsində qeyd edilən əmlaklar üzərində iddiaçıların hər birinin 1/4 hissədə payı müəyyən edilməlidir. d) apellyasiya şikayəti barədə məlumat
9. Cavabdeh2 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.
10. Əsasları iddiaya qarşı verilmiş etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, iddiaçılar mirasın qəbul edilməsi üçün qanunla nəzərdə tutulan müddəti ötürdüklərindən, notariat orqanı tərəfindən onlara vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İddiaçılar notariat orqanının bu imtinasını mübahisələndirməmişlər və mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişlər. Bununla da iddiaçılar müddəti ötürdüklərini qəbul etmişlər. İddiaçıların nümayəndəsi məhkəmə prosesində müddətin bərpası barədə ərizə də təqdim etmişdir. Lakin notariat orqanı iş üzrə cavabdeh olmadığı və ona qarşı hər hansı tələb irəli sürülmədiyi halda, Rayon Məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, “mirasın açıldığı yer üzrə notariat ofisi tərəfindən miras əmlakın siyahıya alınması, vərəsələrin dairəsinin müəyyən edilməklə onların çağırılması barədə hər hansı bir hərəkət aparılmadan iddiaçılar (yəni iş üzrə vərəsələr) tərəfindən mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətin ötürülməsi müəyyən edilməklə onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, qanunvericiliklə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul və ya mirasdan imtina etməli olması halı, mirasın faktiki qəbul edilib-edilməməsi halı, həmçinin miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilməməsi halı notariat ofisi tərəfindən nəzərə alınmamışdır (qətnamə səh 8, abz 2.)”. Rayon Məhkəməsi iddiaçıların notariat orqanının hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermədiklərinə baxmayaraq, qanunsuz olaraq notariat hərəkətlərinə qiymət vermişdir. Bundan başqa, müddətin ötürülməsi mübahisəsiz olduğundan və iddiaçılar bu halı mübahisələndirmədiklərindən Rayon Məhkəməsi qətnamədə guya iddiaçıların mirası faktiki olaraq qəbul etdikləri barədə mülahizələr irəli sürmüşdür. Rayon Məhkəməsi nəzərə almamışdır ki, İddiaçı2 ümumiyyətlə ölkə xaricində yaşayır və miras açıldıqdan sonrakı dövrdə ümumiyyətlə Azərbaycan ərazisinə gəlməmişdir. Belə vəziyyətdə onun tərəfindən miras əmlakın faktiki qəbul edilməsi mümkün deyildir. Digər tərəfdən, Rayon Məhkəməsi İddiaçı1 da mirası faktiki olaraq qəbul etməsinə dair işdə heç bir sübut olmadığına diqqət yetirməmişdir. Rayon Məhkəməsi onu da nəzərə almamışdır ki, iddiaçılar miras əmlakı faktiki qəbul etsəydilər, belə halda sonuncular bununla bağlı ilk olaraq notariat orqanına müraciət etməli və imtina edildiyi halda, onlar hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi və ya notariat orqanının hərəkətlərinin qanunsuz hesab edilməsinə dair məhkəməyə müraciət edə bilərdilər. Lakin iddiaçılar bu məsələ ilə bağlı notariat orqanına müraciət etməmişlər. Bundan başqa, cavabdehlərlə pay bölgüsünə dair mübahisənin nədən ibarət olduğunu da Rayon Məhkəməsi aydınlaşdırmaq niyyətində olmamışdır. Nəticədə Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2 və 1246-cı maddələrinin tələblərini aşkar pozaraq, payların bölünməsi barədə tamamilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Rayon Məhkəməsi işə birtərəfli yanaşmış, qeyd edilən xüsusatlarla işin hərtərəfli, tam və obyektiv tədqiqini təmin etməmiş, nəticədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbini pozmuşdur. e) apellyasiya şikayətinə qarşı verilmiş etiraz barədə məlumat
11. Dəlilləri iddia ərizəsinin dəlilləri və Rayon Məhkəməsinin qətnaməsinin əsasları ilə eynilik təşkil edən iş üzrə iddiaçıların apellyasiya şikayətinə etirazında əlavə olaraq göstərilmişdir ki, mirasın qəbulu ilə bağlı qanunla müəyyən edilmiş müddət iddiaçılar tərəfindən ötürülməmişdir. Çünki mirasın açıldığı gündən altı ay keçməmiş iddiaçılar mirasın qəbulu üçün notariat ofisinə müraciət etmişlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsi qərara almışdır ki, Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Apellyasiya şikayətində ikinci istinadda iddiaçıların miras əmlakı faktiki qəbul etdiklərinə dair sübut təqdim etmədikləri qeyd olunmuşdur. Bununla bağlı olaraq bildirilir ki, İddiaçı1 ailə üzvləri ilə birlikdə miras əmlaklardan biri olan və ünvan 2 ünvanında yerləşən 40 №-li mənzildə yaşayır. Bu hal həmin mənzilin yerləşdiyi binaya xidmət göstərən Xəzər Rayon 120 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 342 nömrəli arayışla təsdiq edilir. Həmin arayış Rayon Məhkəməsinə təqdim edilmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, həmin mənzilin kommunal xidmətlərinin ödənilməsi də, İddiaçı1 və ailə üzvləri tərəfindən həyata keçirilir. Kommunal xidmətlərin onun tərəfindən ödənilməsini təsdiq edən qəbzlər də, Rayon Məhkəməsinə təqdim edilmişdir. Göründüyü kimi, İddiaçı1 miras əmlak kütləsinə daxil olan həmin mənzili miras əmlak kimi qəbul etmişdir. Bununla da Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasən bütün miras əmlak qəbul edilmiş sayılır. Bundan başqa, 7 saylı Xüsusi Notariat Ofisinin xüsusi notariusu Nadir Vədətov tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə yazdığı izahatında da qeyd etmişdir ki, vərəsə olan iddiaçılar ilə cavabdehlər arasında pay bölgüsünə dair mübahisə olduğuna görə onlara məhkəməyə müraciət etmələri məsləhət görülmüşdür. Göstərilənlərə əsasən hesab edilməlidir ki, apellyasiya şikayəti əsassızdır. f) iş üzrə tərəflərin apellyasiya baxışında iştirakı və vermiş olduqları izahatlar barədə məlumat
12. Cavabdeh2 vəkili (nümayəndəsi) Vəkil2 apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia tələbinə qarşı verdiyi etirazın məzmununa uyğun izahat verdi.
13. Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 7 saylı Xüsusi Notariat Ofisinin xüsusi notariusu kimi Nadir Vədətov işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Onların gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
14. İddiaçıların vəkili (nümayəndəsi) Vəkil1 apellyasiya baxışında iştirak edərək şikayətin dəlillərinə etiraz etdi və iddia ərizəsinin, habelə Rayon Məhkəməsinin qətnaməsinin və apellyasiya şikayətinə qarşı verdiyi etirazın əsaslarına uyğun izahat verdi.
15. İşə apellyasiya qaydasında baxılan zaman (cavabdehlərin anası) Maraqlı şəxs ərizə ilə Məhkəməyə müraciət edərək bildirmişdir ki, o, miras qoyan Aydın Xıdırov ilə nikahda olduqları müddətdə iddia ərizəsində qeyd edilən yarımqoşqular və avtomobilləri əldə etmişlər. Həmin yarımqoşqular və avtomobillər onların birgə əmlakı sayılır. Belə olan halda həmin yarımqoşqular və avtomobillərin üzərində onun 1/2 hissədə mülkiyyət hüququ var və həmin hissə miras əmlaka daxil deyil. Buna baxmayaraq işə baxmış Rayon Məhkəməsi işin baxılmasına onu cəlb etməmiş, işə onun iştirakı olmadan baxmışdır. Buna görə də, o xahiş edir ki, Məhkəmə onu iş üzrə üçüncü şəxs qismində işin baxılmasına cəlb etsin.
16. Məhkəmə, həmin ərizədə göstərilənləri Maraqlı şəxs ilə Aydın Xıdırovun sonuncunun sağlığında ər-arvad olmalarını, sonradan onların nikahlarının pozulmasını, lakin iddia ərizəsində qeyd edilən avtomobillərin Aydın Xıdırov ilə Maraqlı şəxs birgə nikahları dövründə əldə olunmasını nəzərə alaraq Maraqlı şəxs iş üzrə üçüncü şəxs qismində işin baxılmasına cəlb etmişdir.
17. Üçüncü şəxs kimi mülki işin baxılmasına cəlb edilmiş Maraqlı şəxs apellyasiya baxışının əvvəlki iclasında iştirak edərək bildirdi ki, o, cavabdehlərin anası olmaqla, miras qoyan Aydın Xıdırovun keçmiş arvadı olmuşdur. Aydın Xıdırov ilə nikahları təxminən 1985ci ildə bağlanmış və xx.xx.2011-ci il tarixdə pozulmuşdur. Miras əmlak kütləsinə daxil olan yarımqoşqular və avtomobillər mərhumla birgə nikahları dövründə alınmışdır. Odur ki, mübahisənin həlli zamanı onun mülkiyyət hüquqları nəzərə alınmalıdır.
18. İşə apellyasiya qaydasında baxılmanın növbəti iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
19. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi iddia ərizəsində qeyd edilən mübahisəli avtomobillərinə aid hissədə ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
20. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Daşınmaz əmlakın dövlət reyestrindən” veridyi ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli “Çıxatışdan” görünür ki, ünvan 1 ünvanında yerləşən 4 №-li mənzil xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi X6 adına qeydiyyta alınmışdır.
21. Həmin Xidmətinin “Daşınmaz əmlakın dövlət reyestrindən” veridyi ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli “Çıxatışdan” görünür ki, ünvan 2 ünvanında yerləşən 40 №-li mənzil xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi X6 adına qeydiyyta alınmışdır.
22. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İddiaçı1 ünvanlandığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatından keçmiş, nizamnamə kapitalı 50 (əlli) manat olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) 100 faiz payla təsisçi X7 məxsusdur.
23. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsi tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan və həmin məktuba əlavə edilmiş “Kompyüter məlumatlarından çıxarış”dan görünür ki, “ZİL 431610” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı yük avtomobil xx.xx.1999-cu il tarixdən, “ZİL 130” markalı, **-FB- *** dövlət qeydiyyat nişanlı yük avtomobil xx.xx.1998-ci il tarixdən, “QAZ 2417” markalı, **- MC-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2003-cü il tarixdən, “ODAZ 9976” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu xx.xx.2007-ci il tarixdən, “ODAZ 9976” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu xx.xx.2007-ci il tarixdən, “ODAZ 9976” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu xx.xx.2007-ci il tarixdən, “ODAZ 9976” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu xx.xx.2007-ci il tarixdən xüsusi mülkiyyətdə olan daşınar əmlak kimi X6 adına qeydiyyta alınmışlar.
24. Xəzər Rayon Qeydiyyta Şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİ seriyalı, 220472 nörməli “Ölüm haqqında şəhadətnamədən” görünür ki, X11 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür.
25. AZ-İİİ seriyalı, 185150 nömrəli “Doğum haqqında şəhadətnamədən” görünür ki, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində doğulmuş iddiaçı Sevil Xıdırovanın atası X11, anası isə X1.
26. Xİ-JQ seriyalı, 471255 nömrəli “Doğum haqqında şəhadətnamədən” görünür ki, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı2 atası X11, anası isə X1.
27. AZ-T seriyalı, 059196 nömrəli “Doğum haqqında şəhadətnamədən” görünür ki, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş Cavabdeh2 atası X11, anası isə X5r.
28. AZ-İ seriyalı, 246382 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamədən” görünür ki, X11 ilə X8 arasında bağlanmış nikah xx.xx.2011-ci il tarixdə pozulmuşdur.
29. Cavabdeh Gülşən İsmayılovanın ünvan 3 ünvanlanmış xx.xx.2022-ci il tarixli (etibarnamə əsasında vəkil (nümayəndə) Vəkil2 tərəfindən imzalanmış) ərizəsindən görünür ki, o, Notariat Ofisinə müraciət edərək atası Aydın Xıdırovun xx.xx.2021-ci il tarixdə öldüyünü bildirlmiş və atasından miras qalmış bütün daşınar və daşımaz əmlakdan ona çatası hissəyə dair “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” verilməsini xahiş etmişdir.
30. İddiaçı1 7 saylı Xüsusi Notariat Ofisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, Notariat Ofisinə müraciət edərək atası Aydın Xıdırovun xx.xx.2021-ci il tarixdə öldüyünü bildirlmiş və atasından miras qalmış bütün daşınar və daşımaz əmlakdan ona çatası hissəyə dair “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” verilməsini xahiş etmişdir.
31. İddiaçı2 həmin Notariat Ofisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli (etibarnamə əsasında İddiaçı1 tərəfindən imzalanmış) ərizəsindən görünür ki, o, Notariat Ofisinə müraciət edərək atası Aydın Xıdırovun xx.xx.2021-ci il tarixdə öldüyünü bildirmiş və atasından miras qalmış bütün daşınar və daşımaz əmlakdan ona çatası hissəyə dair “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” verilməsini xahiş etmişdir.
32. ünvan ünvanlamış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, onun xx.xx.2022-ci il tarixli və İddiaçı2 xx.xx.2022-ci il tarixli ərizələrinə cavab olaraq bildirilir ki, xx.xx.2021-ci il tarixdə ölmüş Aydın Xıdırovdan miras qalmış bütün daşınar və daşınmaz əmlaklara dair Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyi üçün onlara “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” verilməsindən imtina edilmiş və məsələnin həlli üçün ərazi üzrə məhkəməyə müraciət etmələri xahiş olunmuşdur.
33. Həmin Notariat Ofisinin xüsusi notariusu Nadir Vədətov tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə ünvanlanmış izahatın surətindən görünür ki, o, mərhum Aydın Xıdırovun vərəsəsi (övladı) olan İddiaçı1 Qeydiyyat və Notariat Baş İdarəsinə ünvanladığı ərizə ilə əlaqədar olaraq bildirilmişdir ki, xx.xx.2021-ci ili tarixdə vəfat etmiş Aydın Xıdırovun digər vərəsəsi Cavabdeh2 vəkili (nümayəndəsi) Vəkil2 təmsil etdiyi şəxsin adına “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” verilməsi üçün xx.xx.2022-ci il tarixdə Notariat Ofisinə müraciət etmişdir. Mərhumun digər vərəsələri olan qızı İddiaçı1 xx.xx.2022-ci il tarixdə və oğlu İddiaçı2 etibarnamə üzrə nümayəndəsi İddiaçı1 xx.xx.2022-ci il tarixdə tərəfindən vərəsəlik işinin açılması ilə bağlı Notariat Ofisinə müraciət etmişlər. Onun tərəfindən mərhumun övladlarına – İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinin tələbləri izah edilmişdir. Vərəsələr arasında pay bölgüsünə dair mübahisə olduğuna görə o, həmin şəxslərə Xəzər Rayon Məhkəməsinə müvafiq iddia ilə müraciət etmələrini məsləhət görülmüşdür.
34. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin 120 saylı Mənzil Kommunal İstismar sSahəsi tərəfindən verilmiş 342 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı1 ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən 40 №-li mənzildə yaşayır.
35. Göstərilənlərə əsasən Məhkəmə tərəfindən müəyyən edilir ki, miras qoyan Aydın Xıdırovun öldüyü məqamədək onun adına dövlət qeydiyyatına alınmış, iddia ərizəsində göstərilən mənzillər, avtomobillər, yarımqoşqular və nizamnamə kapitalı 50 manat olan MMC mövcud olmuşdur. İddiaçılar və cavabdehlər miras qoyan X6 övladları olmaqla, mərhumun birinsi növbəli vərəsələridir. Miras əmlakda onlara çatası hissəyə qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə ərizə ilə miras əmlakın bir hissəsinin yerləşdiyi ərazi üzrə 7 saylı Notariat Ofisinə iş üzrə Cavabdeh2 xx.xx.2021-ci il tarixdə, İddiaçı1 xx.xx.2021-ci il tarixdə və İddiaçı2 isə nümayəndə vasitəsilə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Lakin Notariat Ofisi tərəfindən iş üzrə iddiaçılara Mülki Məcəllənin 1246-cı maddəsinə istinad edilərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir.
36. İşin müəyyən edilmiş hallarını nəzərə alan Məhkəmə mövcud mülki mübahiəsnin həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (maddə 1133.). Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər (maddə 1134.1.). Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (maddə 1151.1.). Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar (maddə 1159.1.1.). Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır (maddələr 1145-1147.). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir (maddə 1243.1.). Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (maddə 1243.2.). Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (maddə 1243.3.). Vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər (maddə 1245.). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (maddə 1246.). Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (maddə 1255.). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir (maddə 1256.). Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür (maddə 1318.). Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər (maddə 1321.1.). Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir (maddə 1322.).
37. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 55-ci maddəsinə görə, açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.
38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimat”ın 99-cu bəndinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
39. Qeyd edilən maddi hüquq normalarına əsasən Rayon Məhkəməsi qeyd etmişdir ki, miras fiziki şəxsin ölümü ilə açılır, miras qoyanın öldüyü gün mirasın açıldığı vaxt sayılır və miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır. Mirasın açıldığı yer üzrə notariat ofisi vərəsələrin dairəsi müəyyən etməklə açılmış miras haqqında vərəsələlərə xəbər verməli, mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tətbirlər görməlidir. Vərəsələr isə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdikləri barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verməlidirlər və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqlarını, bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirməlidir, yəni miras əmlakını faktiki qəbul etməlidirlər. Bu hallar da mirasın vərəsə tərəfindən qəbul edilməsi sayılır. Həmçinin vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmiş sayılır. Vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər.
40. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.
41. İşin araşdırılmış hallarından görünür ki, iddiaçılar tərəfindən miras əmlaklardan olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 61-də yerləşən 40 saylı mənzildə əvvəldən yaşamaqla, miras qoyanın ölümündən sonra da həmin mənzildən istifadə etməklə sahiblənmişlər. Bundan başqa mirasın açıldığı yer üzrə notariat ofisi tərəfindən miras əmlakın siyahıya alınması, vərəsələrin dairəsinin müəyyən edilməklə onların çağırılması barədə hər hansı bir hərəkət aparılmadan iddiaçılar (yəni qanun üzrə vərəsələr) tərəfindən mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətin ötürülməsi müəyyən edilməklə onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, qanunvericiliklə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul və ya mirasdan imtina etməli olması halı, mirasının faktiki qəbul edilib-edilməməsi halı, həmçinin miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilməməsi halı notariat ofisi tərəfindən nəzərə alınmamışdır. Eyni zamanda iş materiallarında olan mirasın açıldığı yer üzrə notariat ofisinin notariusunun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə ünvanlanmış izahatının surətindən görünür ki, notarius izahatında miras qoyanın övladlarına, İddiaçı1 və İddiaçı2 Mülki Məcəllənin 1246-cı maddəsi tərəflərə izah edilməklə vərəsələr arasında pay bölgüsünə dair mübahisə olduğuna görə onlara Xəzər Rayon Məhkəməsinə müraciət etmələrini məsləhət görüldüyü bildirmişdir.
42. Məhkəmə, Rayon Məhkəməsinin mövqeyi ilə razılaşaraq belə qənaətə gəlir ki, iddiaçılar tərəfindən atalarının mülkiyyətində olan əmlakdan ölümünədək, o cümlədən olümündən sonra da miras əmlakın bir hissəsinə sahiblik etməklə və əmlakı idarə edərək faktiki qəbul etməklə mirası qəbul etmiş sayılırlar.
43. Məhkəmə, işin müəyyən edilmiş hallarını və iş üzrə sadalanan qanunvericilik normalarının tələblərini, mərhumun qanun üzrə vərəsələrinin dairəsinin dörd övladının olmasını nəzərə alaraq hesab edir ki, mərhum Aydın Xıdırovdan miras qalmış və iddia ərizəsində qeyd edilən 2 mənzil, habelə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis payına iddiaçıların hər birinin 1/4 hissədə payını müəyyən etməklə Rayon Məhkəməsi iş üzrə düzgün qənaətə gəlmişdir.
44. Bununla yanaşı Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi yuxarıda qeyd edilən yarımqoşqular və avtomobillər üzərində iş üzrə tərəflərin hər birinin 1/4 hissədə müəyyən etməklə səhv nəticəyə gəlmişdir.
45. Belə ki, həmin yarımqoşqular və avtomobillər mərhum Aydın Xıdırov ilə apellyasiya baxışı zamanı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Maraqlı şəxs nikahları pozulan tarixədək, yəni xx.xx.2011-ci il tarixədək alınmışdır (bax: Baş X14 İdarəsi tərəfindən verilmiş və yuxarıda qeyd edilmiş “Kompyüter məlumatlarından çıxarışa”).
46. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə görə, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
47. Belə olan halda, sözügedən yarımqoşqu və yük avtomobillərinin 1/2 hissəsi birgə nikah dövründə əldə edildiyi üçün Maraqlı şəxs məxsus hesab edilir. Miras kütləsinə həmin əmlaklar tam hissədə deyil, yalnız Aydın Xıdırova məxsus qalan 1/2 hissədə daxil ola bilər. Odur ki, Rayon Məhkəməsi həmin əmlaklar üzərində vərəsəlik paylarına hər birinə 1/4 hissə müəyyən etməklə səhv nəticəyə gəlmişdir. İş üzrə tərəflərin yarımqoşqu və yük avtomobillərinin üzərindəki payı 1/8 hissədə müəyyən edilməlidir. h) apellyasiya instansiyası məhkəməsinin nəticəsi
48. Beləliklə Məhkəmə, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qətnamə yarımqoşqulara və yük avtomobillərinə aid hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə qismən təmin edilməli, yarımqoşqular və yük avtomobilləri üzərində iddiaçıların və cavabdehlərin hər birinin payı 1/8 hissədə müəyyən edilməlidir.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
QƏT ETDİ:
Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 avqust 2022-ci il tarixli qətnamə, qismən yəni iddianın mübahisəli yarımqoşqulara və avtomobillərinə aid hissəsin həll edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vərəsəlik üzrə payların müəyyən edilməsi tələbi barədə” iddiasının yarımqoşqulara və yük avtomobillərinə aid hissəsi qismən təmin edilsin. xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4 miras qalmış “ZİL 431610” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı yük avtomobil, “ZİL 130” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı yük avtomobil, “QAZ 2417” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobil, “ODAZ 9976” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu, “ODAZ 9976” markalı, **-ZE- *** dövlət qeydiyyat nişanlı yarımqoşqu, “ODAZ 9976” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu, “ODAZ 9976” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu üzərində iddiaçılar İddiaçı1, İddiaçı2 və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birinin payı 1/8 hissədə müəyyən edilsin. Həmin tələbin qalan hissəsi təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 30 avqust 2022-ci il tarixli qətnamənin qalan hissəsi, yəni xx.xx.2021-ci il tarixdə vəfat etmiş ataları X4 miras qalmış və ünvan 1 ünvanında yerləşən 4 №-li mənzil, ünvan 2 ünvanında yerləşən 40 №-li mənzil, "xxxx" MMC-də (VÖEN: **********) 100% pay üzərində iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin payı 1/4 hissədə müəyyən edilməsi hissəsində dəyişdirlmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.