Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5964/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili X3, Cavabdeh iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-362/2021 saylı 12 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı “müqavilə üzrə pul tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə İddiaçı MMC arasında bağlanmış 05 sentyabr 2019-cu il tarixində “ORTA TƏHSİLİN TƏŞKİLİ” və “İBTİDAİ TƏHSİLİN TƏŞKİLİ” Müqavilələri üzrə X11 və X2 təhsil haqqları üzrə (Muradlı Arda üçün 3000 (üç min) AZN, Muradlı Gülgəz üçün 2000 (iki min) AZN olmaqla, iki şagird üçün cəmi 5000 (beş min) AZN və öhdəlikləri vaxtında yerinə yetirmədiyi üçün müqavilənin 3.3.5-ci bəndinə əsasən Muradlı Arda üçün 900 (doqquz yüz), Muradlı Gülgəz üçün 772 (yeddi yüz yetmiş iki) manat dəbbə pulu olmaqla (680 manat güzəşt məbləği çıxılmaqla), ümumilkdə cəmi 5992 (beş min doqquz yüz doxsan iki) manat ödənilməmiş təhsil haqqına görə pulun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 05 sentyabr 2019-cu il tarixində “ORTA TƏHSİLİN TƏŞKİLİ” və “İBTİDAİ TƏHSİLİN TƏŞKİLİ” Müqavilələri imzalanmış və həmin müqavilələr əsasında cavabdehin oğlu X11 İddiaçınin ibtidai təhsil pilləsi üzrə rus dili bölməsinə, qızı X6 isə İddiaçınin ümumi orta təshil pilləsi üzrə rus dili bölməsinə qəbul edilmişlər. Tərəflər arasında bağlanmış “İBTİDAİ TƏHSİLİN TƏŞKİLİ” Müqaviləsinin 3.1.1 -ci bəndinə əsasən İddiaçınin ibtidai təshil pilləsi üzrə rus bölməsi üzrə təhsil haqqı bir şagird üçün 6799 (altı min yeddi yüz doxsan doqqoz) AZN, “ORTA TƏHSİLİN TƏŞKİLİ” Müqaviləsinin 3.1.1-ci bəndinə əsasən İddiaçınin ümumi orta təhsil pilləsi üzrə rus bölməsi üzrə təhsil haqqı bir şagird üçün 4930 (dörd min doqquz yüz otuz) AZN təşkil etmişdir. Müqavilənin bağlandığı gün cavabdeh tərəfindən X5 təhsil haqqı üzrə 3799 (üç min yeddi yüz doxsan doqquz) AZN, X2 təhsil haqqı üzrə isə 2930 (iki min doqquz yüz otuz) AZN olmaqla, iki şagird üçün cəmi 6729 (altı min yeddi yüz iyirmi doqquz) AZN ödəniş edilmişdir. Koronavirus pandemiyası səbəbindən ölkədə mart ayından əyani dərslərin keçirilməsi dayandırılsa da, İddiaçı tərəfindən Microsoft Teams proqramı üzərindən onlayn qaydada şagirdlərə təhsil verilməsi davam etdirilmiş və bu barədə valideyinlərə də xəbərdarlıq olunmuşdur. Dərslərin onlayn keçirilməsi barədə cavabdeh tərəfindən hər hansı narazılıq olmamış, bu barədə İddiaçınə dərslərin onlayn qaydada keçirilməsi və yaxud da müqaviləyə xitam verilməsi barədə hər hansı müraciəti daxil olmamış, cavabdehin övladları onlayn qaydada təhsillərini davam etdirmişlər. Beləliklə, İddiaçı MMC 05 sentyabr 2019-cu il tarixli “ORTA TƏHSİLİN TƏŞKİLİ” və “İBTİDAİ TƏHSİLİN TƏŞKİLİ” Müqavilələri üzrə öhdəliklərini tam şəkildə yerinə yetirmişdir. Buna baxmayaraq, İddiaçı MMC ilə bağlanmış müqaviləyə əsasən 05 sentyabr 2019-cu il tarixli “ORTA TƏHSİLİN TƏŞKİLİ” müqaviləsi üzrə qalan ödənişini 2020-ci ilin 1 yanvar tarixinədək, “İBTİDAİ TƏHSİLİN TƏŞKİLİ” Müqaviləsi üzrə qalan ödənişini isə 2019-cu ilin 20 dekabrınadak ödənilməli olduğu halda, cavabdeh öhdəliyini yerinə yetirməyərək müqavilə müddəalarını kobud şəkildə qərəzli olaraq pozmuşdur. Müqavilə öhdəliklərini yerinə yetirməsi barədə ona dəfələrlə şifahi formada müraciət olunmasına baxmayaraq, təhsil haqqının ödənilməsi istiqamətində hər hansı təşəbbüs göstərməmişdir. Halbuki, qeyd edilən müqavilələrin 2.2.5-ci bəndinə əsasən, bu müqavilə üzrə müəyyən edilmiş təhsil haqqını müqavilədə qeyd olunmuş müddətdən gec olmayaraq tam həcmdə ödəmək valideynin vəzifəsi kimi qeyd olunmuşdur. Eyni zamanda həmin müqavilənin şərtlərinə uyğun vaxtda və həcmdə təhsil haqqı ödənilmədikdə, valideynin ödəmə gününə görə 0,2% məbləğində dəbbə pulu ödəməsi təsbit olunmuşdur. Beləliklə, cavabdehlə İddiaçı MMC arasında bağlanmış 05 sentyabr 2019-cu il tarixində “ORTA TƏHSİLİN TƏŞKİLİ” və “İBTİDAİ TƏHSİLİN TƏŞKİLİ” Müqavilələri üzrə X11 və X2 təhsil haqqları üzrə (Muradlı Arda üçün 3000 (üç min) AZN, Muradlı Gülgəz üçün 2000 (iki min) AZN olmaqla, iki şagird üçün cəmi 5000 (beş min) AZN və öhdəlikləri vaxtında yerinə gətirmədi üçün müqavilənin 3.3.5-ci bəndinə əsasən Muradlı Arda üçün 900 (doqquz yüz), Muradlı Gülgəz üçün 772 (yeddi yüz yetmiş iki) manat dəbbə pulu olmaqla (680 manat güzəşt məbləği çıxılmaqla, həmin güzəşt məbləği koronovirus pandemiyası ilə əlaqədar çıxılmışdır), ümumilkdə cəmi 5992 (beş min doqquz yüz doxsan iki) manat ödənilməmiş təhsil haqqı borcu qalmışdır. İddiaçı sonradan Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1-ci maddələrinə əsasən cavabdehlə İddiaçı MMC arasında bağlanmış 05 sentyabr 2019-cu il tarixində “ORTA TƏHSİLİN TƏŞKİLİ” və “İBTİDAİ TƏHSİLİN TƏŞKİLİ” Müqavilələri üzrə X11 və X2 təhsil haqqları üzrə (Muradlı Arda üçün 3000 (üç min) AZN, Muradlı Gülgəz üçün 2000(iki min) AZN olmaqla, iki şagird üçün cəmi 5000 (beş min) AZN və öhdəlikləri vaxtında yerinə yetirmədiyi üçün müqavilənin 3.3.5-ci bəndinə əsasən Muradlı Arda üçün 900 (doqquz yüz), Muradlı Gülgəz üçün 772 (yeddi yüz yetmiş iki) manat dəbbə pulu olmaqla (680 manat güzəşt məbləği çıxılmaqla), ümumilkdə cəmi 5992 (beş min doqquz yüz doxsan iki) manat ödənilməmiş təhsil haqqına görə pulun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və iddiaçının hüquqlarının müdafiəsi üçün vəkilə ödənilmiş 160 (yüz altmış) manat xidmət haqqının, ümumilikdə 6182 (altı min yüz səksən iki) manat pulun Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı dövründə iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə növbəti ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə İddiaçı MMC arasında bağlanmış “ORTA TƏHSİLİN TƏŞKİLİ” və “İBTİDAİ TƏHSİLİN TƏŞKİLİ” Müqavilələri üzrə X11 və X2 təhsil haqqları üzrə (Muradlı Arda üçün 3000 (üç min) AZN, Muradlı Gülgəz üçün 2000 (iki min) AZN olmaqla, iki şagird üçün cəmi 5000 (beş min) AZN və öhdəlikləri vaxtında yerinə yetirmədiyi üçün müqavilənin 3.3.5-ci bəndinə əsasən Muradlı Arda üçün 900 (doqquz yüz), Muradlı Gülgəz üçün 772 (yeddi yüz yetmiş iki) manat dəbbə pulu olmaqla (680 manat güzəşt məbləği çıxılmaqla), cəmi 5992 (beş min doqquz yüz doxsan iki) manat ödənilməmiş təhsil haqqına görə pulun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və iddiaçının hüquqlarının müdafiəsi üçün vəkilə ödənilmiş 160 (yüz altmış) manat xidmət haqqının, ümumilikdə 6182 (altı min yüz səksən iki) manat pulun Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-362/2021 saylı 12 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edimiş, İddiaçı MMC-nin xeyrinə Cavabdeh 4363,40 (dörd min üç yüz altmış üç manat qırx qəpik) manat borcun, 160 (bir yüz altmış) manat dəbbə pulunun, cəmi isə 4523,40 (dörd min beş yüz iyirmi üç manat qırx qəpik) manatın, hüquqi xidmət xərci olaraq 100 (bir yüz) manatın və dövlət rüsumunun 20 (iyirmi) manat hissəsinin tutulması, iddianın qalan hissələrdə təmin edilməməsi, 60 (altmış) manat hüquqi xidmət xərcinin və 10 (on) manat dövlət rusumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş 05 sentyabr 2019-cu il tarixli GST № 164875 (3799 manat) və GST № 164876 (2930 manat) saylı kassa mədaxil orderi saxtadır. Belə ki, həmin orderlərdə göstərilən məbləği o, qeyd edilən tarixdə ödəməmişdir. Göstərilmiş məbləği o, hissə-hissə başqa-başqa vaxtlarda, ilkin ödənişi 2019-cu ilin noyabr ayında, sonuncu ödənişi 2020-ci ilin fevral ayında onun tərəfindən olmuşdur, ödəmiş və pulu ödəyəndə ona iş materiallarına əlavə edilmiş qəbzi deyil, ciddi hesabat blankı hesab edilməyən kağızda kompyuterdə yığmaqla printer vasitəsilə çap edilən formada təqdim etmişlər. 2020-ci ilin mart ayında isə daha 300 manat başqa bir şəxs tərəfindən ona məlumat vermədən ödənilmişdir. İddiaçının iş materiallarına əlavə etdiyi kassa mədaxil orderləri ciddi hesabat blankları hesab edilmir və qanunvericiliyin tələbini pozmaqla tərtib edilmişdir. Belə ki, qanunvericiliyin tələbinə əsasən müəssisə tərəfindən nağd ödəniş qəbul edilməsinə yol verilmir. Lakin iddiaçı qanunun bu tələbini də pozaraq nağd ödəniş qəbul etmişdir. Müqavilə üzrə iddiaçı keyfiyyətli tədrisi özünün prioriteti hesab etməyinə baxmayaraq keyfiyyətli tədris verməmişdir. Bu səbəbdən 14 mart 2020-ci il tarixdə hər iki övladının həmin məktəbdən çıxarılması və 46 saylı məktəbə köçürülməsi üçün elektronlaşdırılmış e-tehsil portalı vasitəsi ilə müraciət etmişdir. Müraciəti 25 martda qeydiyyatda alınmasına baxmayaraq heç bir səbəb olmadan övladlarının sənədləri iddiaçı tərəfindən ona təqdim edilməmiş və may ayında əsassız olaraq elektron sistem vasitəsi ilə sənədləri təqdim etməkdən imtina etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh şikayəti müdafiə etdiyini bildirərək təmin edilməsini, iddiaçının nümayəndəsi və vəkili X9 isə şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-362/2021 saylı 12 mart 2021-ci il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş tərəflər arasında bağlanmış 05.08.2019-cu il tarixli “İBTİDAİ TƏHSİLİN TƏŞKİLİ” Müqaviləsinin: - 1.1-ci bəndinə əsasən bu müqavilə ilə İddiaçı, ümumi təhsilin dövlət standartları və proqramına, Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçmiş İddiaçı MMC-nin nizamnaməsinə uyğun şəkildə və mütərəqqi dünyanın pedaqogika və STEM tədrisində əldə etdiyi müsbət təcrübəni Hədəf Konseptinə əsasən tətbiq edərək Təhsilalanın ümumi təhsil almasına şərait yaratmağı, Təhsilalanın valideyni isə bunun müqabilində bu müqavilənin qüvvədə olduğu müddət üçün təhsil haqqını ödəməyi öhdələrinə götürürlər. - 1.2-ci bəndinə əsasən İddiaçındə təhsil dünyəvi xarakter daşıyır, milli zəminə, mütərəqqi pedaqoji ənənələrə, eləcə də STEM təhsilində dünya təcrübəsinə əsaslanmaqla fərdin harmonik inkişafına xidmət edir. Müqavilənin 2.2 hissəsi valideynin hüquq və vəzifələrinə aiddir: - 2.5-ci bəndinə əsasən valideyn bu müqavilə ilə müəyyən olunmuş təhsil haqqını müqavilədə qeyd olunmuş müddətdən gec olmayaraq tam həcmdə ödəmək. Müqavilənin təhsil haqqının və qidalanma ödənişlərinin həyata keçirilmə qaydası adlanan 3-cü hissəsinin: - 3.1.1-ci bəndinə əsasən İddiaçı ibtidai təhsil pilləsi Rus bölməsi üzrə bir illik təhsil haqqı (İ-İV siniflər) 6510 (altı min beş yüz on ) AZN təşkil edir. - 3.1.2-ci bəndinə əsasən təhsil haqqı ödənişinə illik təhsil haqqı, klub və dərnək (ödənişli dərnəklər istisna olmaqla) fəaliyyətləri, dövlət tərəfindən təmin edilən dərsliklər, İddiaçı nəşrləri, dərsdən kənar məşğələlər və STEM mərkəzlərində istifadə edilən laboratoriya materialları daxildir. - 3.1.3-cü bəndinə əsasən təhsil haqqının ödənişi əvvəlcədən Tam və ya Əlavə № 1də nəzərdə tutulmuş ödəniş cədvəlinə uyğun olaraq tədris ili dövründə üç hissədə ödənilə bilər. - 3.1.4-cü bəndinə əsasən istənilən təhsil pilləsi üzrə ilkin depozit ödənişi ümumi təhsil haqqının 30%-ni təşkil edir. Depozit Təhsilalan liseyə qəbul edildikdən sonra 3 iş günü ərzində ödənilir və Təhsilalan üçün yer saxlanılır. Depozit məbləği əvvəlcədən təhsilin təşkilinə sərf edildiyi üçün Təhsilalan liseyə qəbul olunduqdan sonra gəlməkdən imtina edərsə, ilkin olaraq ödənilmiş depozit geri qaytarılmır. - 3.1.5-ci bəndinə əsasən ödəniş 3 hissədə həyata keçirilərsə, 30% depozit məbləği Təhsilalan İddiaçınə qəbul edildikdən sonra 3 iş günü ərzində, yerdə qalan məbləğində 40%-i avqustun 31-dək, 30%-i isə 2019-cu il dekabr ayının 20-dək ödəməlidir. - 3.1.6-ci bəndinə əsasən təhsil haqqının ödənişi valideynə təqdim edilmiş hesab fakturaya əsasən həyata keçirilir. Müqavilənin İddiaçınə gec qəbul olunma üzrə şərtlər adlanan 3.3 hissəsinin: - 3.3.5-ci bəndinə əsasən təhsil haqqı bu müqavilənin şərtlərinə uyğun vaxtda və həcmdə ödənilməzsə valideyn ödəmə gününə görə 0,2% məbləğində dəbbə pulu ödəyir. Tərəflər arasında bağlanmış 05.08.2019-cu il tarixli “ORTA TƏHSİLİN TƏŞKİLİ” Müqaviləsinin təhsil haqqının və qidalanma ödənişlərinin həyata keçirilmə qaydası adlanan 3-cü hissəsinin: - 3.1.1-ci bəndinə əsasən İddiaçı ibtidai təhsil pilləsi Rus bölməsi üzrə bir illik təhsil haqqı (V-Xİ siniflər) 7480 (yeddi min dör yuz səksən) AZN təşkil edir. Tərəflər arasında bağlanmış 05.09.2019-cu il tarixli “İBTİDAİ TƏHSİLİN TƏŞKİLİ” Müqavilənin təhsil haqqının və qidalanma ödənişlərinin həyata keçirilmə qaydası adlanan 3-cü hissəsinin: - 3.1.1-ci bəndinə əsasən İddiaçı ibtidai təhsil pilləsi Rus bölməsi üzrə bir illik təhsil haqqı (İ-İV siniflər) 6799 (altı min yeddi yüz doxsan doqquz) AZN təşkil edir. Tərəflər arasında bağlanmış 05.09.2019-cu il tarixli “ORTA TƏHSİLİN TƏŞKİLİ” Müqaviləsinin təhsil haqqının və qidalanma ödənişlərinin həyata keçirilmə qaydası adlanan 3-cü hissəsinin: - 3.1.1-ci bəndinə əsasən İddiaçı ibtidai təhsil pilləsi Rus bölməsi üzrə bir illik təhsil haqqı (V-Xİ siniflər) 4930 (altı min yeddi yüz doxsan doqquz) AZN təşkil edir. Müqavilənin «Müqavilənin ləğv edilmə qaydası» adlanan 5-ci hissəsində əsasən tərəflərdən biri üzərinə düşən öhdəlikləri tam və ya lazımi qaydada yerinə yetirmədikdə digər tərəf Müqaviləni aşağıdakı formada birtərəfli qaydada ləğv edə bilər: - 5.1 Valideyn İddiaçınə yazılı xəbərdarlıq etməklə müqaviləyə xitam verə bilər. - Müqavilənin 5.2-ci bəndində isə İddiaçı Təhsilalanı xaric edə və Müqaviləyə xitam verə bilməsinin əsaslarlı təsbit edilmişdir. - İddiaçı MMC-nin 31.08.2019-cu il tarixli 149 saylı əmrindən görünür ki, MMC ilə valideynlər arasında bağlanmış ibtidai və orta təhsilin təşkili müqavilələrində və həmin müqavilələrə əlavə olaraq verilmiş hesab-fakturalarda təhsil haqqlarından əlavə, təhsilalanların qidalanması üçün 970 manat pulun əvvəlcədən ödənilməsi nəzərdə tutulmuşdur. 31 avqust 2019-cu ildə keçirilmiş növbəti ilin dəyişiklikləri ilə bağlı iclasda Pedaqoji şuranın ümumi razılığı əsasında qərara alınmışdır. Yuxarıda göstərilənləri və valideynlərin müraciətlərini nəzərə alaraq 2019-2020-ci tədris ilindən etibarən liseydə təhsil alan hər bir balabilgə yalnız liseydə hazırlanan yeməkdən qidalanması, liseyə kənardan yemək gətirilməsinə icazə verilməməsi, 2019-2020-ci ilə tədris dövrü üçün İddiaçı MMC ilə valideynlər arasında bağlanmış ibtidai və orta təhsilin təşkili müqavilələrində və həmin müqavilələrə əlavə olaraq verilmiş hesab-fakturalarda düzəlişlər edilərək, qidalanma üçün nəzərdə tutulan 970 manat məbləğ ümumi təhsil haqqı ödənişinə əlavə edilməsi, lakin bu dəyişikliyin valideynlə bağlanmış müqavilələrin məbləğinə təsir etməməsi əmr edilmişdir. - 05 sentyabr 2019-cu il tarixli GST № 164875 kassa mədaxil orderinin surətindən görünür ki, X7 X5 təhsil haqqı üçün 3799 manat məbləği İddiaçı MMC-nin hesabına ödəmişdir. - 05 sentyabr 2019-cu il tarixli GST № 164876 kassa mədaxil orderinin surətindən görünür ki, X7 X2 təhsil haqqı üçün 2930 manat məbləği İddiaçı MMC-nin hesabına ödəmişdir. - 06 noyabr 2019-cu il tarixli 199 saylı kassa mədaxil orderinin surətindən X7 X2 təhsil haqqı üçün 930 manat məbləği İddiaçı MMC-nin hesabına ödəmişdir. - 06 dekabr 2019-cu il tarixli 199 saylı kassa mədaxil orderinin surətindən X7 X2 təhsil haqqı üçün 1000 manat məbləği İddiaçı MMC-nin hesabına ödəmişdir. - 10 yanvar 2020-ci il tarixli 200 saylı kassa mədaxil orderinin surətindən X7 X2 təhsil haqqı üçün 1000 manat məbləği İddiaçı MMC-nin hesabına ödəmişdir. - 06 noyabr 2019-cu il tarixli 200 saylı kassa mədaxil orderinin surətindən X7 X5 təhsil haqqı üçün 1299 manat məbləği İddiaçı MMC-nin hesabına ödəmişdir. - 06 dekabr 2019-cu il tarixli 200 saylı kassa mədaxil orderinin surətindən X7 X5 təhsil haqqı üçün 1500 manat məbləği İddiaçı MMC-nin hesabına ödəmişdir. - 10 yanvar 2020-ci il tarixli 199 saylı kassa mədaxil orderinin surətindən X7 X5 təhsil haqqı üçün 1000 manat məbləği İddiaçı MMC-nin hesabına ödəmişdir. - Cavabdeh adına olan 05 avqust 2019-cu il tarixli 200 №li hesab fakturadan görünür ki, X8 dair 05.08.2019-cu il tarixli ibtidai təhsilin təşkil müqaviləsinə əsasən təhsil ili üçün qiymət 6510 manat, 10% endirimlə 651 manat, qidalanma üçün 940 manat, ümumilikdə isə ödəniləcək məbləğ 6799 manat təşkil edir. Depozit 2235 manat, İ ödəniş (30.10.2019) 2980 manat, İİ ödəniş (25.12.2019) 2235 manat təhkil edir. - Cavabdeh adına olan 05 avqust 2019-cu il tarixli 199 №li hesab fakturadan görünür ki, X4 dair 05.08.2019-cu il tarixli ibtidai təhsilin təşkil müqaviləsinə əsasən təhsil ili üçün qiymət 7480 manat, endirimlə (təhsilin davamı) 3520 manat, qidalanma üçün 970 manat, ümumilikdə isə ödəniləcək məbləğ 4930 manat təşkil edir. Depozit 500 manat, İ ödəniş (30.10.2019) 4430 manat təşkil edir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş, nazir müavini Niyazə Səfərovun imzası olan 03 may 2019-cu il tarixli in/l-123/2019 saylı xüsusi lisenziyadan və xüsusi lisenziyanın əlavəsindən görünür ki, İddiaçı MMC-yə ümumi təhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla) fəaliyyətini həyata keçirməyə icazə verilir. - X1 Sistemi üzrə X11 və X2 adına olan 25.03.2020-ci il tarixli ərizələrdən görünür ki, onların 46 №li tam orta məktəbə yerləşdirilməsinə dair sorğuları qeydə alınmışdır. Ərizələrin sonunda edilən qeyddən görünür ki, sorğu təsdiq olunduğu tarixdən 5 iş günü müddətində şagirdin şəxsi işi oxuduğu məktəbdən alınmalı və sorğa verilmiş məktəbə təqdim edilməlidir. Əks halda sorğu ləğv ediləcəkdir.. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, cavabdeh X2 təhsil haqqı üçün 06 noyabr 2019-cu il tarixdə 930 manat, 06 dekabr 2019-cu il tarixdə və 10 yanvar 2020-ci il tarixdə isə ayrılıqda 1000 manat, ümumilikdə 2930 manat, göstərilən tarixlərdə isə X5 təhsil haqqı üçün müvafiq olaraq 1299 manat, 1500 manat və 1000 manat, ümumilikdə 3799 manat ödənişlər etmişdir. İşin materiallarında olan iddiaçının cavabdehin adına tərtib etdiyi hesab fakturalara əsasən, X8 dair 05.08.2019-cu il tarixli ibtidai təhsilin təşkil müqaviləsinə əsasən təhsil ili üçün qiymət 6510 manat, 10% endirimlə 651 manat, qidalanma üçün 940 manat, ümumilikdə isə ödəniləcək məbləğ 6799 manat, X4 dair 05.08.2019-cu il tarixli ibtidai təhsilin təşkil müqaviləsinə əsasən təhsil ili üçün qiymət 7480 manat, endirimlə (təhsilin davamı) 3520 manat, qidalanma üçün 970 manat, ümumilikdə isə ödəniləcək məbləğ 4930 manat təşkil edir.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində göstərilənlər formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hazırki halda isə, cavabdeh apelyasiya şikayətində qeyd etdiklərini təsdiq edəcək hər sübutu təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-362/2021 saylı 12 mart 2021-ci il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-362/2021 saylı 12 mart 2021-ci il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5964/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5964/2021
23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver