Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5967/2020 28.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, X1, onun vəkili Vəkil və Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1000/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X3cavabdehlər Qazax rayon Notariat Ofisinə, Cavabdeh2, Cavabdeh3 və DƏDRX-in X10rşı əqdin etibarsız hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi, eləcə də iddia tələbinin dəyişdirilməsi və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, yekun olaraq məhkəmədən Cavabdeh3 tərəfindən Qazax rayonu Canallı kəndində yerləşən 0,36 ha torpaq sahəsinin 1/3 hissəsinin Cavabdeh2 bağışlanması barədə Qazax rayon notariat kontorunda xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş Ə-30 saylı reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Qazax rayonunda yerləşən fərdi yaşayış evinin və 36 sot torpaq sahəsinin Cavabdeh2 məxsus olması barədə xx.xx.2018-ci il tarixdə Qazax rayon notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və bağışlama və vərəsəlik şəhadətnaməsi əsasında DƏDRX-in X15 tərəfindən verilmiş RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1000/2020 saylı, xx xxxxxx 2020-ci il qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən X3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, üçüncü şəxslər müqaviləni mübahisələndirmək hüququna malikdir. Hakimin də özünün qeyd etdiyi kimi, müqavilə öhdəlik münasibətlərinin tərəfi olmayan şəxslərin hüquqlarına hər hansı bir şəkildə toxunarsa, həmin şəxslər müqaviləni mübahisələndirə bilərlər. İddiaçı onun hüququna toxunduğu üçün məhkəməyə müraciət etmişdir. Belə ki, Məmmədova Şərabanı Cavabdeh3 ilə 2007-ci il tarixində el adəti ilə ailə həyatı qursalar da, xx xxxxx 2009-cu ildə nikahlarını rəsmiləşdirmişlər. Aralarındakı münasibətlər pozulduğu üçün Cavabdeh3 nikahın pozulması iddiası ilə məhkəməyə müraciət etmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Aralarındakı münasibətlər pozulduğu üçün onu mülkiyyət hüquqlarından məhrum etmək və evdən çıxarmaq üçün keçmiş həyat yoldaşı Cavabdeh3 və bacısı Cavabdeh2 əlbir olaraq Cavabdeh3 ilə 11 il yaşadıqları Qazax rayonu Canallı kəndində yerləşən fərdi yaşayış evinin 0,36 ha həyətyanı torpaq sahəsinin ona məxsus olan 1/3 hissəsini Qazax rayon notariat kontorunda xx.xx.2018-ci il tarixdə Ə-30 nömrəli reyestrlə təsdiq edilmiş bağışlama müqaviləsi ilə bacısı Cavabdeh2 bağışlamışdır. Çıxarışı olmayan fərdi yaşayış evinin bütün həyətyanı torpaq sahəsini özününküləşdirən Cavabdeh2 xx.xx.2018-ci il tarixində qanunsuz şəkildə mübahisəli evi və torpaq sahəsini öz adına keçirib çıxarış almışdır. Cavabdeh2 iddiaçını yaşadığı evdən çıxarmaq üçün öz niyyətlərini gizlətmək üçün Cavabdeh3 da cavabdeh qoyaraq ona qarşı əmlakları ilə birlikdə mülkiyyətində olan Qazax rayonu Canallı kəndində yerləşən fərdi yaşayış evindən çıxarılma tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı da qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qazax rayonunun Canallı kəndində yerləşən fərdi yaşayış sahəsində onun istifadə hüququnun tanınmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(023)- 2/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh3 və X5 qarşı əmlakları ilə birlikdə mülkiyyətində olan Qazax rayonu Canallı kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması tələbinə dair iddiası təmin edilmiş, ilk iddiaya qarşı X4 mənzilə köçürülmə, mənzildən istifadə qaydalarının müəyyən edilməsi və istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia tələbləri rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh X4 apellyasiya şikayəti qismən təmin edilmiş, Qazax Rayon məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi cavabdeh X5 münasibətdə qismən ləğv edilmiş, qətnamə ilk iddianın iddiaçı Cavabdeh2 cavabdeh X5 qarşı əmlakları ilə birlikdə mülkiyyətində olan Qazax rayonu Canallı kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması tələbinin təmin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi rədd edilmişdir. Qətnamə cavabdeh X4 qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsində qismən ləğv edlilmiş, qarşılıqlı iddia tələbi mənzilə köçürülmə və istifadə hüququnun tanınmasına dair hissədə təmin edilərək cavabdeh X4 iddiaçı Cavabdeh2 mülkiyyətində olan Qazax rayonu Canallı kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi və həmin evə onun istifadə hüququnun tanınması qət edilmiş, qətnamə qarşılıqlı iddia tələbinin mənzildən istifadə qaydalarının müəyyən edilməsinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. X2 tərəfindən Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2689/2018 nömrəli iş üzrə xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(102)-398/2019 saylı qərarı ilə iddiaçı Cavabdeh2 kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2689/2018 nömrəli iş üzrə xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi iddiaçı Cavabdeh2 kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin faktiki hallarından görünür ki, cavabdehlər birləşərək iddiaçını istifadə hüququndan məhrum etmək üçün əvvəlcə öz aralarımda bağışlama müqaviləsi bağlamış, sonra isə mülkiyyət hüququ Cavabdeh2 adına dövlət qeydiyyatına alınaraq iddiaçını fərdi yaşayış sahəsindən çıxarmaq üçün məhkəməyə müraciət edilmişdir. Ona görə də, Qazax rayon notariat kontorunda xx.xx.2018-ci il tarixdə Ə-30 nömrəli reyestrlə təsdiq edilmiş bağışlama müqaviləsi və Cavabdeh2 adına olan çıxarış etibarsız hesab edilməlidir. Çünki, Cavabdeh2 bu bağışlama müqaviləsi əsasında Qazax rayonu Canallı kəndində yerləşən 0,36 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş 103.2 kv.m olan fərdi yaşayış evinə dair DƏDRX-in X13 verdiyi RX seriyalı ******* saylı hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Hazırkı iş üzrə Cavabdeh3 bağışlama müqaviləsini bağlamaqda əsas niyyəti mənzili bacısı Cavabdeh2 bağışlamaq yox, iddiaçını hüquqlarından məhrum etmək üçün hüquqi əsasları formalaşdırmaqdan ibarət olmuşdur. Qeyd olunan əqdin etibarsız sayılması üçün bütün əsaslar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019cu il tarixli, 2( 102)-398/2019 saylı qərarında öz əksini tapmışdır. Belə ki, Ali Məhkəmənin qərarının 6-cı səhifəsinin İİ abzasında qeyd olunmuşdur ki, bundan əlavə məhkəmə hesab etmişdir ki, Cavabdeh3 iddianı qəbul etməsi və həmin evdə onun heç bir əşyasının olmamasına dair izahatları ilə də, təsdiq olunur ki, əslində evin və torpaq sahəsinin iddiaçının mülkiyyətinə keçirməkdə məqsəd cavabdeh Şərabanı Məmmədovanı həmin evdən çıxartmaq olmuşdur. Bu fakt iddiaçının apellyasiya baxışı zamanı “Şərəbanı Məmmədovanın əri Cavabdeh3 oğlu ilə dalaşdığına görə cavabdehlərin onun evində yaşamalarına razı olmamasına” dair izahatı ilə, həmçinin Cavabdeh3 “iddianı qəbul etməsi və heç bir əşya tələb etməməsinə” dair izahatı ilə öz təsdiqini tapmışdır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə iclasında X3 bildirdi ki, hazırda mübahisəli evdə İsmixanın birinci nikahından olan oğlu yaşayır. Cavabdehlər onu evdən məhrum etmək üçün belə oyun qurublar. Odur ki, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil bildirdi ki, ev cavabdeh İsmixana atasından qalıb. Hazırda cavabdehlər iddiaçını evlə bağlı hüquqlarından məhrum etmək üçün birləşib evi Çimnazın adına keçirtmək istəyirlər. Tərəfin hüquqi niyyəti əmlakı bağışlamaq deyil. Cavabdeh3 bu hüququndan sui-istifadə etməklə İddiaçı evdən məhrum etmək istəyir. İsmixan evi Çimnaza bağışlayır, Çimnaz isə İsmixanın evdən çıxarılması ilə bağlı iddia qaldırır. Hüquqdan suiistifadə olduğu bundan bilinir. İsmixan həmin qərardan heç bir şikayət vermir. Bu da onu göstərir ki, hazırki iş üzrə cavabdehlər özləri bunu qurublar. İsmixan çıxarış olmadan bağışlama edib. İsmixanın ona qalan vərəsəlik payından imtina etməsi də formal olaraq edilib. Bağışlamadan sonra həm tikiliyə, həm də torpaq sahəsinə çıxarış alınıb. İddiaçı apellyasiya şikayətində hakim Adilə Paşayevanın həbs edilməsini emosianal olaraq yazıb. Lakin işə baxılmasında yol verdiyi prosessual pozuntulara görə hakim Adilə Paşayeva barəsində də xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 bildirdi ki, iddiaçının evə heç bir hüququ yoxdur. Ona heç bir kompensasiya məbləği də ödəməyəcəkdir. Çünki, ev 1970-ci ildən qalmış köhnə tikilidir. İş üzrə digər cavabdehlər məhkəmə iclasında iştirak etmirlər. Cavabdehlər Qazax rayon Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı X15 məhkəməyə ayrıayrılıqda ünvanladıqları ərizələrində işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş iş üzrə digər Cavabdeh3 məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə məhkəmə iclasında iştirak etməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, iddia tələbinin birinci hissəsi üzrə X1 hazırki iddia tələbi ilə bağlı iddia qaldırması üçün subyektiv hüququ olmadığından iddia tələbi bu hissədə əsassızdır... iddia tələbi qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi hissəsində də əsassız olduğundan təmin edilməməlidir.İddiaçı Qazax rayon Notariat Kontoru tərəfindən Cavabdeh2 verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsini tələb etsə də, qeyd olunan miras üzrə o, vərəsələr sırasında olmamış və qeyd olunan mirasdan pay almaq hüququna da malik olmamışdır.Məhkəmə iddia tələbinin qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi hissəsinə dair tələbə qiymət verərək qeyd edir ki, iddiaçının vərəsəlik şəhadətnaməsinin ləğvini tələb etməyə subyektiv hüququ olmamış, belə bir hüququ olsaydı belə, iddiaçı tərəfindən irəli sürülmüş hazırki tələb üzrə iddia müddəti keçdiyi üçün iddia ərizəsi bu hissədə təmin edilə bilməzdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi göstərilmiş, şikayətin dəlillərindən görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə, yəni iddiaçının şikayəti üzrə yoxlanılmalı, digər şəxslərə münasibətdə isə qətnaməyə toxunulmamalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Birinci instansiya məhkəməsinin iddiaçının bağışlama müqaviləsinin etibarsızlığını tələb etmək hüququnun olmaması barədə qənaəti düzgün olmamışdır. O başqa məsələ ki, həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsas olub-olmaması müəyyən olunmalıdır. Əlbətdə ki, işin mübahisəsiz halıdır ki, mübahisəli ünvandakı ev cavabdehlərin mərhum anasından miras qalmış, həmin evin və o ünvana aid 0,36 ha. torpaq sahəsinin miras qoyana aid hissəsindən digər birinci dərəcəli vərəsələr kimi Cavabdeh3 da Cavabdeh2 xeyrinə imtina etmiş, eləcə də 0,36 ha. torpaq sahəsinin onun birgə mülkiyyətdə olan hissəsini də sonuncuya bağışlamışdır. Qeyd olunan torpaq sahəsi iddiaçı ilə Cavabdeh3 birgə nikahı dövründə əldə edilməmiş, onlar nikaha daxil olduğu vaxtdan xeyli əvvəl sonuncunun mülkiyyətinə keçmişdir. Mübahisəli ünvandakı mirasqoyana məxsus evdən və torpaq sahəsindən miras əmlak kimi iddiaçıya birinci dərəcəli vərəsə kimi aidiyyəti olmamışdır. Çünki, iddiaçı miras qoyanın ümumiyyətlə, o cümlədən birinci dərəcə vərəsəsi deyildir. Ona görə də Cavabdeh3 həmin miras əmlak olan evdən və torpaq sahəsindən digər birinci dərəcə vərəsənin xeyrinə imtina etməsi, eləcədə həmin ünvandakı birgə mülkiyyətdə olan torpaq sahəsinin ona aid hissəsini bağışlaması qanuna zidd olmadığından bağışlama müqaviləsinin və vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi üçün də əsas ola bilməz. İddiaçı tərəf Cavabdeh3 bu hərəkətlərinin hüquqdan sui-istifadə edərək iddiaçıya zərər vurmaq məqsədilə etdiyini bildirsə də, bu hərəkətlərin sonuncuya qadağan edilməsinin də hüquqi əsası olmalıdır. Yəni, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla heç kəs mülkiyyətində olan əmlak üzərində sərəncam vermək hüququndan məhrum edilə bilməz. Cavabdeh3 da bu hüququndan istifadə etmişdir. Bununla yanaşı, hal-hazırki vəziyyət də iddiaçının mənafeyinə uyğundur. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə iddiaçının mübahisəli evə köçürülməsi və istifadə hüququnun tanınması artıq təmin edilib. Həmin məhkəmə aktlarına əsasən iddiaçının qeyd olunan evə köçməsinə və istifadə hüququnun həyata keçirilməsinə maneələr aradan qaldırılacaqdır. Bunlardan başqa, iddiaçı hazırki iddiasının təmin olunacağı təqdirdə mübahisəli evə və torpaq sahəsinə daha artıq hüququnun, məsələn mülkiyyət hüququnun və.s yarana bilmə imkanlarına dair nə iddia tələbində, nədə apellyasiya şikayətində heç bir dəlil göstərməmişdir. Başqa sözlə, bağışlama müqaviləsi və vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilsə belə, yenə də iddiaçının qanuni mənafeyinə təsir edəcək hal baş verməyəcəkdir. Çünki, miras ev yenə də vərəsələrə aid olacaq, torpaq sahəsi isə yenə də Cavabdeh3 mülkiyyətinə qayıdacaq. Cavabdeh3la iddiaçı arasında isə artıq nikah pozulmuş və ailə münasibətləri davam etmir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, hazırki iş üzrə X3 tərəfindən verilmiş apellyasiya şikayətində göstərilmiş dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: X1 apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1000/2020 saylı, xx xxxxxx 2020-ci il qətnaməsi, X1 apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Elşən Kazımov Hakimlər: Akif İsgəndərov İlham Kərimli
Məhkəmə qərarları › İş №2(103)-5967/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5967/2020
28.07.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver