Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5974/2023 25.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Xanlar oğlunun sədrliyi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-1467/2023 nömrəli qərardadından müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi Cavabdeh qarşı (Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu, Azərbaycan Beynəlxalq Bankı ASC, Bakı şəhəri 12 saylı Notariat Ofisi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi və daşınmaz əmlakın mülkiyyətə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ilə Azərbaycan Respublikasının Mənzil X1 tabeliyində olan "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 00134İK-YAS/2022 saylı “Güzəştli mənzilin alğısatqı və ipoteka müqaviləsi”nin etibarsız hesab edilməsi və Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak obyektinin "xxxx" MMC-nin mülkiyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(004)- 1467/2023 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC həmin qətnamədən apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(103)-4184/2023 nömrəli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(004)- 1467/2023 saylı qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməsi, mülki işin apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC yenidən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(004)-1467/2023 saylı qətnaməsindən apellyasiya vermiş, həmçinin ərizə ilə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(004)-1467/2023 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini və mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1467/2023 nömrəli qərardadı ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(004)-1467/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC məhkəməyə şikayət verərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-1467/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardad qəbul edərkən müddətin bərpasına dair ərizədə göstərilən əsasları tam olaraq görməzdən gəlmişdir. Belə ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1467/2023 saylı qətnaməsi xx.xx.2023-cü il tarixdə elektron kabinetə yerləşdirilmiş və qanunvericiliyə əsasən Bankın xx.xx.2023-cü il tarixədək qətnamədən şikayət verə bilmə müddəti müəyyən olunmuşdur. Bank tərəfindən ilk dəfə apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə verilmiş (bununla bağlı sistemdən çıxarış şikayətə əlavə olunur) və müddətlə bağlı heç bir pozuntuya yol vermədən, vaxtında öz şikayətini təqdim etmişdir. Bundan sonra iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Artıq hələ işin apellyasiya instansiyasına daxil olduğu zaman, təbii olaraq, qətnamədən şikayət verilməsi üçün nəzərdə tutulan ümumilikdə 1 aylıq müddət artıq keçmişdi. Çünki, əksi həm də qanunvericiliyin tələblərinə də uyğun deyildir. Bank ona verilən 1 aylıq müddətdən düzgün istifadə etmiş və həmin müddət daxilində öz şikayətini göndərmişdir. Hətta bank şikayəti qətnamənin ona təqdim olunmasından 1 gün sonra belə vermiş olsa idi, yenə də birinci instansiya məhkəməsi yalnız bütün tərəflərin şikayət vermə müddətinin bitməsindən sonra işi apelyasiya instansiyasına göndərəcəkdi. Çünki MPM-in 364.1- ci maddəsinə əsasən həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Bu da o deməkdir ki, istənilən halda Bank tərəfindən verilən apellyasiya şikayəti apellyasiya instansiyasının icraatına daxil olduqda artıq 1 aylıq müddət avtomatik olaraq keçmiş olacaqdı. Bundan sonra Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli, 2(103)-4184/2023 saylı qərardad qəbuledilmiş və qərardadla forma tələbinə əməl edilmədiyi üçün şikayətin geri qaytarılması qərara alınmışdır. Sözügedən qərardad elə həmin gün elektron kabinetə yerləşdirilmiş və bank tərəfindən apellyasiya şikayəti ilə bağlı qeyd edilən nöqsan aradan qaldırılaraq elə həmin gün yenidən apellyasiya şikayəti verilmişdir. Daha öncə şikayət vermə müddətinin bitməsinə 1 gün qaldığından şikayəti həmin gün ərzində dərhal təqdim etmiş və məhkəmənin ümumilikdə 1 aylıq müddətin keçməsinin onlardan asılı olmayan səbəblərdən baş verdiyini və ilk şikayəti verərkən müddətlə bağlı heç bir pozuntu törətmədiklərini nəzərə alacağını güman etmişlər. İş Bakı Apellyasiya Məhkəməsindən birinci instansiya məhkəməsinə yalnız xx.xx.2023-cü il tarixdə qayıtmışdır. Göründüyü kimi müddətin keçən hissəsinin böyük hissəsi, 2 aya yaxın hissəsi məhz apellyasiya instansiyasında baş vermişdir. Təbii olaraq, bu müddətin keçməsi Bankdan asılı olmayan səbəblərdən olmuşdur. Lakin, sonradan Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1467/2023 saylı qərardadı ilə müddətin ötürülməsi səbəbindən apellyasiya şikayətimiz geri qaytarılmışdır. Bundan sonra yenə də qanunvericiliyin normalarına uyğun olaraq buraxılmış müddətin üzrlü hesab edilməsi barədə ərizə təqdim edərək yuxarıda göstərilən məqamları öz ərizələrində qeyd etmiş və apelyasiya şikayəti birinci instansiya məhkəməsinə ünvanlamışlar. Lakin birinci instansiya məhkəməsi həm ərizə göstərilənləri, həm də işin faktiki hallarını düzgün araşdırmadan, heç bir üzrlü səbəb göstərmədiklərini bildirərək müddətin bərpasına dair ərizəni rədd etmiş, üstəlik öz qərardadında Bankın hüquqi şəxs olduğunu və hüquqşünaslarının mövcudluğunu əsas gətirərək onların müddətin ötürülməməli olmasını qeyd etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-1467/2023 nömrəli qərardadı ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin şikayəti təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s); 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(004)- 1467/2023 saylı qətnaməsi hakimin elektron imzası ilə təsdiq edilməklə xx.xx.2023-cü il tarixdə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin və nümayəndəsi Nümayəndə2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(004)-1467/2023 saylı qətnaməsindən xx.xx.2023-cü il tarixdə verdiyi apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddətdə versə də, şikayət “MPM-ə əlavə 2”-də göstərilən formada və məzmunda tərtib edilməmişdir. Bu səbəbdən, Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 2(103)- 4184/2023 nömrəli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(004)-1467/2023 saylı qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş, mülki işin apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-1467/2023 nömrəli qərardadı ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətini MPM-ə 2 saylı Əlavəyə uyğun qaydada tərtib etməklə xx.xx.2023-cü il tarixdə yenidən məhkəməyə təqdim etmişdir. Lakin, bu dəfə də müstəqil tələb irəli sürməyən üçüncü şəxs qətnamədən apellyasiya şikayətini qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürməklə vermişdir. Lakin, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC prosessual müddətin üzrlü səbəbdən ötürülməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, qanunvericilikdə işdə iştirak edən şəxslərə qətnamədən apellyasiyya şikayəti verilməsi kifayət qədər müddət müəyyən edilmişdir. Üçüncü şəxsin də, bu müddət ərzində qanunvericiliyə uyğun tərtib edilmiş apellyasiya şikayəti vermək imkanı olmuşdur. Lakin, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətini vaxtında versə də, MPM-ə 2 saylı Əlavəyə uyğun qaydada tərtib etməmiş, onun tərəfindən verilmiş apellyasiya şikayəti məhkəmə tərəfindən qeyri-mümkün hesab edilmişdir. Bu səbəbdən, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC məhkəmənin qeyd edilən qətnaməsində təkrar apellyasiya şikayətini verərkən müddəti üzürlü səbəb olmadan ötürmüşdür. Qeyd edilənlər öz növbəsində buraxılmış müddətin bərpa edilməsini qeyri-mümkün edir. Həmin qaydaya riayət edilmədən verilən apellyasiya şikayəti geri qaytarıldıqdan sonra nöqsanın aradan qaldırılaraq yenidən şikayətin verilməsi müddətin ötürülməsinin üzürlü hal kimi qəbul edilməsinə əsas deyildir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(004)-1467/2023 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab etməyərək, bərpa etməmişdir. Bu səbəbdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 1467/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-398-ci, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1467/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5974/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5974/2023
25.09.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver