Məhkəmə qərarları › İş №2(103)-5977/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5977/2023

19.09.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5977/2023 19.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, 2(001)-6976/2015 saylı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 avqust 2023-cü il tarixli qərardaddan İddiaçı verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İş üzrə cavabdehlərdən biri olan Cavabdeh2 ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)-6976/2015 saylı qərardadına əsasən müvəqqəti təminat tədbiri olaraq Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsində yerləşən 145 saylı evin 109 saylı mənzilinin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla ərizənin təmin edilməsini, mənzilinin üzərinə qoyulmuş həbsin götürülməsini qərara almışdır. Rayon Məhkəməsi bu mövqeyini onunla əsaslandırmışdır ki, müvəqqəti təminat tədbiri İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş 2(001)-6976/2015 saylı mülki iş üzrə qəbul edilə biləcək qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə görülmüşdür. Həmin mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilsə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qətnaməsi ilə (İş № 2(103)- 1043/2016) Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qətnaməsi qanuni qüvvəyə minmişdir. Belə olan halda müvəqqəti təminat tədbirinin davam etdirilməsi üçün əsas qalmamışdır. İddiaçı xx.xx.2023-cü il tarixli qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və Cavabdeh2 ərizəsinin rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ərizəsinə baxılması ilə əlaqədar keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı məlumat verilməmiş, ərizəyə onun iştirakı olmadan baxılmışdır. Bundan başqa, 2(001)-6976/2015 saylı iş üzrə qəbul edilmiş yekun məhkəmə aktı ilə iddianın rədd edilməsi qət edilsə də, Binəqədi Rayon Məhkəməsinin başqa bir mülki iş üzrə qəbul etdiyi xx.xx.2014-cü il tarixli qətnaməsi ilə (İş № 2(001)-1772/2018) Könül X1 qarşı “əmlak üzərində payların müəyyən edilməsi tələbi barədə” iddiası təmin edilmiş, qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Müvəqqəti təminat tədbiri ləğv ediləcəyi təqdirdə 2(001)-1772/2018 saylı iş üzrə Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin icrası daha da çətinləşəcək. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün, şikayətin, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı tərəfindən qərardaddan verilmiş şikayətin dəlillərindən biri ondan ibarətdir ki, Cavabdeh2 ərizəsinə baxılması ilə əlaqədar keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı məlumat verilməmişdir. Şikayətin dəlili ilə bağlı Məhkəmə iş materiallarına əsasən bildirir ki, məhkəmə iclasının xx.xx.2023-cü il tarixə təyin edilməsi barədə xx.xx.2023-cü il tarixdə İddiaçı yaşayış ünvanı olan ünvan 1sitəsilə Rayon Məhkəməsi tərəfindən rəsmi qaydada məhkəmə bildirişi göndərilmişdir (iş v. 290). Bu baxımdan qəbul edilməlidir ki, şikayəti müzakirə edilən bu dəlili əsassızıdır. Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinin tələblərinə əsaslanaraq Cavabdeh2 ərizəsinə iddiaçının iştirakı olmadan baxmaqda haqlı olmuşdur. İddiaçı digər dəlili isə ondan ibarətdir ki, hazırki iş üzrə görülmüş müvəqqəti təminat tədbiri ləğv ediləcəyi halda, eyni tərəflər arasında başqa iş üzrə başqa predmet barəsində qəbul edilmiş və icraya yönəldilmiş məhkəmə qətnaməsinin icrası çətinləşəcək. Məhkəmə qeyd edir ki, müvəqqəti təminat tədbiri 2(001)-6976/2015 saylı iş üzrə görülmüşdür. Həmin iş üzrə iddianın rədd edilməsi barədə qəbul edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Belə olan halda müvəqqəti təminat tədbiri barədə qərardad qəbul etmiş məhkəmə, maraqlı şəxsin ərizəsi və ya öz təşəbbüsü əsasında qərardadı ləğv etməkdə haqlıdır. 2(001)-6976/2015 saylı iş üzrə irəli sürülmüş iddianın təmin edilməsi məqsədilə qəbul edilmiş müvəqqəti təminat tədbirinin 2(001)-1772/2018 saylı iş üzrə qəbul edilmiş qətnamənin icrasının təmini məqsədilə ləğv edilmədən qüvvədə saxlanmasının hüquqi əsası yoxdur. Ərizəçi digər iş üzrə müvəqqəti təminat tədbirinin görülməsi üçün ayrıca ərizə ilə məhkəməyə müraciət edə bilərdi. Əgər qətnamə icra edilməsi mərhələsindədirsə əmlakın üzərinə həbs qoyulması məsələsi qətnamənin icrası həvalə edilmiş icra məmurunun səlahiyyətindədir. Göründüyü kimi, tətbiq edilmiş müvəqqəti təminat tədbirinin hazırki halda davam etdirilməsinin hüquqi əsası yoxdur. Azərbaycan Respublikası MPM-in 162.1-ci maddəsinə görə, müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Belə olan halda hesab edilməlidir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyin nəticə qanuni və əsaslıdır; şikayətin dəlilləri əsassızdır; qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur; şikayət təmin edilməməlidir; barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 avqust 2023-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar