Məhkəmə qərarları › İş №2(103)-5990/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5990/2023

06.11.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5990/2023 06.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçının nümayəndə-vəkili Vəkil1, cavabdehin nümayəndəsi Nümayəndə2, həmçinin nümayəndə-vəkili Nümayəndə3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi, evdən çıxarılma, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-45/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi, evdən çıxarılma, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-45/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Həmin qətnamədən iddiaçının və cavabdehin verdiyi apellyasiya şikayətləri baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, şikayətlər mümkün hesab edilərək icraata qəbul edilmişdir. Hazırda isə Yasamal Rayon Məhkəməsindən sorğu daxil olmuş və cavabdeh tərəfindən verilmiş protokola dair qeydlərə baxılması üçün mülki işin birinci instansiya məhkəməsinə qaytarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndə-vəkili mülki işin baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmasına etiraz etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf mülki işin baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış 3-cü şəxslər məhkəmə iclasına gəlməmişlər.Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sorğuda qeyd edilənlərə əsasən mülki iş baxışdan çıxarılaraq həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin sorğusuna əsasən 2(103)-5990/2023 saylı mülki iş baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar