Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5993/2021 10.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdeh2 nümayəndısi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 2(003)-1539/2021 №-li qərardadından İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “Cavabdeh1 MMC”, Cavabdeh2 və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı müqavilənin və nəticələrinin etibarsız hesab edilməsinə dair ilkin iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh2 cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, X4 massivi Ə.Talıblı küçəsi ünvanında inşa edilən “Cavabdeh1 MMC”-nin 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mübahisəli qeyri-yaşayış sahəsinin giriş qapısının açar gözlüklərinin cavabdehlər və üçüncü şəxslər tərəfindən dəyişdirilməsi, qapının sındırılması, qeyri-yaşayış sahəsinə özbaşına daxil olması hərəkətlərinə qadağan qoyulmasına dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 2(003)-1539/2021 №-li qərardadına əsasən, Bakı şəhəri, X4 massivi Ə.Talıblı küçəsi ünvanında 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində 300 kv.m. qeyri-yaşayış sahəsinin giriş qapısının açar gözlüklərinin dəyişdirilməsi, qapının sındırılmasının cavabdehlərə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 2(003)- 1539/2021 №-li qərardadından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən verilmiş iddia ərizəsində iddia tələbi 47 kv.m-ə münasibətdə verilmişdir, buna görə də iddia təmin tədbiri barədə qərardad əsassızdır, digər tərəfdən isə tərəfimdən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət edilərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 109.3069 nömrəli çıxarış əldə edilmiş və onun Bakı şəhəri, Yasamal rayonu, X4 massivi, İ saylı binada yerləşən qeyri-yaşayış sahəsi üzrə xüsusi mülkiyyət hüququ rəsmiləşdirilmişdir. Həmin çıxarışa əsasən daşınmaz əmlaka tam mülkiyyət hüququ tanınmış və həmin əmlakla bağlı sahiblik istifadə və sərəncam vermək hüququ mövcud olmuşdur. Məhkəmə tərəfindən iddiaçı tərəf üçün ən yaxşı halda qeyri-yaşayış sahəsinin özgənin kiləşdirilməsini qadağan edə bilərdi. Lakin məhkəmə tərfindən mülkiyyətində olan və mübahisə predmeti olmayan 300 kv.m-lik qeyri-yaşayış sahədən istifadə hüququna əsassız olaraq maneə yaratmışdır. Bundan əlavə, İddiaçı tərəfindən verilmiş iddia ərizəsinə əlavə olunan sənədlərin arasında ona məxsus olduğunu iddia eldiyi 47 kv.m-lik qeyri-yaşayış sahəsinin Cavabdeh2 məxaus olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşməsi barədə heç bir ilkin sübut təqdim edilməmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 08 may 2021- ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər şəxslır məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (maddə 157). İddianı təmin etmək məsələləri üzrə bütün qərardadlardan şikayət vermək olar (maddə 163.1). İddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər (162.1). İddianı təmin etmənin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi iddianı təmin etmənin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur (maddə 162.2). Kollegiya qeyd edir ki, 1-ci instansiya məhkəməsinin 29 mart 2021-ci il tarixli 2(003)- 1539/2021 №-li qərardadına əsasən, Bakı şəhəri, X4 massivi Ə.Talıblı küçəsi ünvanında 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində 300 kv.m. qeyri-yaşayış sahəsinin giriş qapısının açar gözlüklərinin dəyişdirilməsi, qapının sındırılmasının cavabdehlərə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Lakin ilk iddia ərizıəsi üzrə iddiaçının iddia tələbindən görünür ki, ona məxsus sahə 47 kv.m. təşkil etdiyi halda, Xəzər Rayon Məhkəməsi hansı hallara istinad edərək Bakı şəhəri, X4 Massivi Ə.Talıblı küçəsi ünvanında 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində 300 kv.m. qeyri-yaşayış sahəsinin giriş qapısının açar gözlüklərinin dəyişdirilməsi, qapının sındırılmasının cavabdehlərə və digər şəxslərə qadağan edildiyini əsaslandırmamışdır. Odur ki, həmin hallar yenidən araşdırılaraq ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 231, 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1539/2021 saylı iş üzrə 29 mart 2021-ci il tarixli qərardadı ləğv edilsin. Bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardad dərhal qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-5993/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5993/2021
10.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver