Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5993/2024 17.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə X7 Cavabdeh ASC-nə qarşı “cərimənin ləğvi və ödənilmiş pulun geri qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli qərardadından Kuhi Perviz tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: X7 Cavabdeh ASC-nə qarşı “cərimənin ləğvi və ödənilmiş pulun geri qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (məhkəmə və ya birinci instansiya məhkəməsi) 06 sentyabr 2024-cü il tarixli qərardadı ilə geri qaytarılmış, həmin qərardaddan adı çəkilən şəxsin verdiyi şikayət də təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmənin icraatında Cavabdeh ASC-nin İddiaçı qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” barədə mülki iş olsa da, qarşılıqlı iddia ərizəsi həmin mülki iş üzrə deyil, ayrıca iddia kimi verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, mübahisələndirilən qərardad ləğv olunaraq iş, iddia ərizəsinin mümkünlüyü məsələsinin həlli üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, işin hallarından, məhkəmənin icraatında Cavabdeh İB-nin X10 qarşı “maddi zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsinin olduğu, adı çəkilən şəxsin də məhz həmin iddiaya qarşı qarşılıqlı iddia ərizəsini məhkəməyə ünvanladığı aydın olur; məhkəmə isə həmin qarşılıqlı iddia ərizəsini, onun “qarşılıqlı iddia ərizəsi” kimi deyil, ayrıca iddia kimi verildiyini əsas göstərməklə geri qaytarmışdır. Kollegiya qeyd edir ki, “Elektron Məhkəmə” İnformasiya Sisteminin başlıca məqsədi, həm də şəxslər üçün məhkəməyə əlçatanlığın artırılmasını təmin etmək olduğundan, həmin sistemdə baş verə bilən və mövcud olan hər hansı çatışmazlıq, yaxud texniki məsələlərlə bağlı qüsur və ya uyğunsuzluq heç bir halda, məhkəməyə müraciət edən şəxsin ziyanına şərh (tətbiq) oluna bilməz. Hazırkı halda birinci instansiya məhkəməsi adında “iddia ərizəsi” yazıldığı üçün əslində “qarşılıqlı iddia” məzmununda olan müvafiq ərizə üzrə göstərilən çatışımazlığı aradan qaldıraraq, İddiaçı qarşılıqlı iddia ərizəsinin icraata götürülməsinin mümkünlüyünü yoxlamalı olduğu halda bunu etməmiş, qeyd edilən texniki məsələni aradan qaldırmaq yerinə, məhz formal əsaslara istinad edərək, ərizənin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Bu isə Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı madəsində bəyan olunan "Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı”na, həmçinin "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 6-cı maddəsində nəzərdə tutulan "Ədalətli məhkəmə araşdırması hüququ”na uyğun olmamışdır. “Beles və digərləri Çexiya Respublikasına qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir: " Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən ədalətli məhkəmə araşdırması hüququ qanunun aliliyi baxımından şərh olunmalıdır, bu tərəflərə öz hüquqlarını müdafiə etməyə imkan verən səmərəli hüquqi müdafiə vasitələrinə malik olmalarını tələb edir. Məhkəməyə çatım hüququ "praktiki və effektiv” olmalıdır (Bellet Fransaya qarşı iş). Çatım hüququnun effektiv olmaslı üçün fərd “hüquqlarına müdaxilə təşkil edən bir hərəkətə etiraz etmək üçün aydın və praktiki imkana“ malik olmalıdır (Bellet Fransaya qarşı, X6rşı işlər). “X2rşı”, "Zvolsky və Zvolska Çexiya Respublikasına qarşı” işlərdə Avropa Məhkəməsi vurğulamışdır ki, "apellyasiya şikayəti və ya məhkəmə qərarına yenidən baxılması üçün milli qanunvericiliklə müəyyən edilmiş qaydalar və bu qaydaların tətbiq olunması mübahisə tərəflərini mövcud hüquqi müdafiə vasitələrindən istifadəsinə mane olmamalıdır”. "X1rşı”, “Philis Yunanıstana qarşı” və digər işlərdə Avropa Məhkəməsi qeyd etmişdir ki: "müəyyən hüquq subyektlərinin məhkəmə icraatını başlamasına maneə təşkil edən prosessual qaydalar "məhkəmə hüququ və məhkəməyə çatım hüququ”nun pozulmasına gətirib çıxara bilər. Bundan əlavə, Avropa Məhkəməsinin qəti bərqərar olmuş mövqeyinə görə məhkəməyə olan hüquq yalnız məhkəmə icraatı başlatmaq hüququnu deyil, həmçinin mübahisənin məhkəmə tərəfindən həll edilməsinə nail olmaq hüququnu da ehtiva edir (Beneficio X4rşı iş). Ali Məhkəmənin apellyasiya şikayətlərinin qeyri-mümkünlüyü ilə bağlı qərardadlardan verilmiş şikayətlərə əsasən qəbul etdiyi qərarların təhlilindən də müəyyən olunur ki, kassasiya instansiyası məhkəməsi məhkəməyə çatım hüququnun "praktiki və effektiv” olması ilə bağlı Avropa Məhkəməsinin qəti bərqərar olmuş mövqeyinə əsasən apellyasiya instansiyası məhkəmələrinin eyni-formal əsaslarla apellyasiya şikayətlərinin qeyri-mümkün hesab edilməsinə dair qərardadlarını əsassız hesab edərək, onları ləğv etmişdir. Nəzərdən qaçırmaq olmaz ki, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı da dövlətin pozitiv öhdəlikləri mövcuddur. Bu öhdəliklər məhkəməyə müraciət edən şəxslərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqi yardımın göstərilməsi və sairlə yanaşı, həm də qeyd-şərtsiz və davamlı olaraq hüquqların izah edilməsini nəzərdə tutur. Hazırkı işdə şikayətçinin iddia ərizəsinin məzmunundan da müəyyən etmək olur ki, o, məhz Cavabdeh İB-nin ona qarşı ilkin iddia tələbi ilə bağlı qarşılıqlı iddia ərizəsi vermək istəmişdir; belə olan halda həmin ərizənin texniki yanlışlıq və ya məhkəmənin daxili prosedurlarına əsasən fərqli nömrə ilə (ayrıca iş nömrəsi ilə) qeydə alınmasından asılı olmayaraq ortaya çıxmış istənilən uyğunsuzluğun "yükünü” ərizəçinin üzərinə qoymaq əsassız olaraq şəxsin məhkəməyə müraciət hüqüqunu pozmaqla yanaşı, həm də ədalət mühakiməsinin özünün maraqlarına uyğun olmazdı. Kollegiya onu da qeyd edir ki, əgər Cavabdeh İB-nin X10 qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbi üzrə icraat artıq yekunlaşmışsa, bu halda məhkəmə onun iddia ərizəsi üzrə müstəqil icraata başlanılıb-başlanılmamasının mümkünlüyü məsələsini müzakirə etməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 395, 397, 398.0.2 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Şikayət təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5783/2024 saylı iş üzrə 06 sentyabr 2024-cü il tarixli qərardadı ləğv edilsin və iş, iddia ərizəsi üzrə məhkəmə icraatının başlanılmasının mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-5993/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5993/2024
17.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver