Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5997/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, Cavabdeh5 vəkili və nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(008)- 673/2020 nömrəli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2nə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X6, Cavabdeh4 MMC-nə və Cavabdeh5 qarşı “hərracın yekunlarına dair protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, şəhadətnamənin ləğvi edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, hərracın yekunları barədə 99 saylı xx xxxx 2019-cu il tarixli protokolun ləğv edilməsi, Cavabdeh5 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X5 verdiyi şəhadətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx xxxxxx 2007-ci il tarixli Baş kredit müqaviləsinə əsasən illik 24 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 265 000 manat, xx xxxxxxx 2007-ci il tarixli Baş kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 22 faiz olmaqla 36 ay müddətinə 230 000 manat, xx xxxx 2008-ci il tarixli Baş kerdit müqaviləsinə əsasən illik faiz dərəcəsi 26 faiz olmaqla 6 ay müddətinə 54 900 ABŞ dolları məbləğlərində kredit verilmişdir. Həmin kredit müqavilələrinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2007ci il tarixli 041/07 saylı ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi, ev 180, 28 saylı mənzil, xx.xx.2007-ci il tarixli 052/07 saylı ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədov küçəsi, 74 saylı binanın 1-ci mərtəbəsinə 146,7 kv.m. ümumi, 146,7 əsas sahədən ibarət qeyri-yaşayış sahəsi (33 saylı təsərrüfat hesablı mağaza) ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 sözü gedən müqavilələr üzrə yaranmış öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etmədiyi üçün məhkəməyə müraciət edilmişdir. Sabunçu rayon məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli qətnaməsinə əsasən iddia tələbi tam təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsin xx.xx.2010-cu il tarixli 2(103)-2/10 saylı qətnaməsinə əsasən Sabunçu rayon məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli 2(008)-533/2009 saylı qətnaməsi qismən hüquqi xidmət haqqı hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, Cavabdeh1 hüquqi xidmət haqqı olaraq 22 000 manat və 2600 ABŞ dolları tutulması hissəsində iddia tələbinin təmin edilməməsi, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılması, Cavabdeh1un apellyasiya şikayətinin qismən təmin edilməsi qət edilmişdir. Tutma yönəldiən Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi, 180, 28 saylı mənzil, Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədov küçəsi, 74 saylı bina 1ci mərtəbəsinə 146,7 kv.m. ümumi, 146,7 əsas sahədən ibarət qeyri-yaşayış sahəsi 33 saylı təsərrüfat hesablı mağaza hərracın yekunlarına dair protokoluna əsasən hərrac yolu ilə satılmış və ödənilən pul qətnamə üzrə borcdan çıxılmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə İcra və Probasiya şöbəsi tərəfindən müxtəlif instansiyalara sorğu olunmuşdur. AR DİN BDYPİ-nin məktubuna əsasən Cavabdeh1 adına “Mercedes Benz” minik markalı, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tar 2(008)-4194/2012 saylı qərardadı ilə borclu Cavabdeh1 adına “Mercedes Benz” minik markalı, ** DT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin üzərinə həbs qoyulmuşdur. Sabunçu rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(008)- 4194/2012 saylı icra vərəqəsi üzrə Cavabdeh4 MMC tərəfindən xx.xx.2019-cu il tarixində hərracın başlanılması elan edilmişdir. Daha sonra Cavabdeh4 MMC-nin xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli hərracın keçirilməsinə dair bildirişləri banka göndərilmişdir. Nəticədə hərracın keçirilməsi barədə 99 saylı xx xxxx 2019-cu il tarixli protokoluna əsasən borclu Cavabdeh1 adına “Mercedes Benz” minik markalı, ** DT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil 7000 manat məbləğində alıcı Cavabdeh5 tərəfindən hərrac yolu ilə alınmışdır. Belə ki, həmin əmlakın ilkin satış qiyməti 10 000 manat müəyyən edilməklə hərraca çıxarılmışdır. Lakin əvvəlki hərraclar keçirilən zamanı alıcı olmadığı üçün sonuncu hərrac zamanı əmlak qeyri 3-cü şəxs tərəfindən alınmışdır. Sonuncu hərracın nəticəsi etibarsız hesab edilməlidir. Belə ki, hərracın keçirilməsi əsasını təşkil edən icra vərəqəsi üzrə əmlakın üzərinə həbs qoyulmuş qəradaddır. Bundan əlavə həmin hərrac yolu ilə satılan əmlak ipoteka saxlayana deyil 3-cü şəxsə satılmışdır.Göründüyü kimi, istər hərrac keçirilməsi, istər hərracın keçirilməsinin nəticələri barədə protokol, alqı-satqı müqaviləsi, istər qeydiyyat şəhadətnaməsinin verilməsi qanunsuz şəkildə baş vermişdir. Belə ki, əmlakın dəyəri qanuna zidd formada 25 faiz aşağı endirilməklə əldə edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(008)- 673/2020 nömrəli qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2nə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X6, Cavabdeh4 MMC-nə və Cavabdeh5 qarşı “hərracın yekunlarına dair protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, şəhadətnamənin ləğvi edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı ASC apelyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(008)-673/2020 nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəlillərinə istinad etməklə, apelyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmənin bu iş üzrə qəbul etdiyi qətnamə qanunsuzdur. Qətnamə Azərbaycan Respublikasının qanunvericiliyinin maddi və prosessual hüquq normaları pozulmaqla çıxarılmış, işin halları tam, obyektiv və hərtərəfli araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, yalnız subyektiv fikirlərə əsaslanaraq qəbul edilmişdir. Nəticədə, Bankın hüquqları və qanunla qorunan mənafeləri mühüm dərəcədə pozulmuşdur. Məhkəmə kolegiyasının iclasında iştirak edən Cavabdeh5 vəkili və nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini və qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini və cavabdehin nümayəndəsinin izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2009-cu tarixli, 2 (008)-533/2009 nömrəli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qtənaməsinin surətindən görünür ki, iddia ərizəsi təmin edilmiş, Cavabdeh1 cəmi 440173 manat pul, 52406 ABŞ dolları ödəniş günü manat məzənnə ilə, 22 000 AZN və 2600 ABŞ dolları hüquqi xidmət haqqı və 19,80 manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyirinə tutulmuşdur. xx.xx.2010-cu tarixli, 2(103)-2/10 nömrəli Bakı Apellyasiya Məhkəməsinin qtənaməsinin surətindən görünür ki, xx.xx.2009-cu tarixli, 2 (008)-533/2009 nömrəli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qtənaməsi 22 000 AZN və 2600 ABŞ dolları hüquqi xidmət haqqı hissəsində ləğv edilmiş, qətnamə qalan hissədə dəyişdirilməmişdir. xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx xxx 2019-cu il, xx.xx.2019-cu il tarixli açıq hərracın keçirilməsinə dair Cavabdeh4 tərəfindən Cavabdeh2nə, Cavabdeh1, X3 və İddiaçı ASC-nə ünvanlamış bildirişlərdən görünür ki, “Mercedes Benz” markalı ** DT *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2019-cu ildə saat 11:00-da, xx.xx.2019-cu ildə saat 11:00-da, xx.xx.2019-cu ildə saat 11:00-da, xx.xx.2019-cu ildə saat 11:00-da açıq hərracda satılması barədə məlumat verilmişdir. xx.xx.2019-cu il tarixli, 11-xx xxx 2019-cu il tarixli, xx xxxx 2019-cu il tarixli Kaspi qəzetinin surətlərindən görünür ki, “Mercedes Benz” markalı ** DT *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılması barədə elanlar verilmişdir. Cavabdeh4 MMC tərəfindən verilmiş 99 nömrəli, xx.xx.2019-cu il tarixli protokolun surətindən görünür ki, “Mercedes Benz” markalı ** DT *** dövlət qeydiyyat nişanlı avtomobil 7000 manata qalib alıcı Cavabdeh5 satılmışdır. Məhkəmə kollegiyası ilk öncə iddia tələbinin hüquqi əsası kimi iddia ərizəsində istinad edilən normaların tələbləri baxımından iddianın özü-özlüyündə əsaslı olubolmaması məsələsinə qiymət verərək, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı ASC iddia tələbini “Mercedes Benz” markalı ** DT *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin 10 000 manat müəyyən edilməklə hərraca çıxarıldıqdan sonra, əvvəlki hərraclar keçirilən zamanı alıcı olmadığı üçün sonuncu hərrac zamanı əmlak qeyri 3-cü şəxs tərəfindən alınması, hərracın keçirilməsi əsasını təşkil edən icra vərəqəsi üzrə əmlakın üzərinə həbs yolu qoyulmuş qəradadın olması, həmin hərrac yolu ilə satılan əmlakın ipoteka saxlayana deyil 3-cü şəxsə satılması ilə əsaslandırmış iddia tələbinin hüquqi əsası kimi isə “İpoteka haqqında” Qanunun 42 və 43-cü maddələrinə istinad etmişdir. “İpoteka haqqında” Qanununa əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır (maddə 42.1). Adı çəkilən Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. (maddə 43.7-43.8). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Yuxarıda sadalanan normalardan və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunundan görünür ki, sözügedən qanun mülki hüquqi müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsaslarını, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydalarını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir, habelə bu sahədə digər münasibətləri tənzimləyir. Hal-hazırki mübahisə predmetində isə “Mercedes Benz markalı ** DT *** dövlət qeydiyyat nişanlı avtomobil isə ipoteka predmeti olmayıb, borclu Cavabdeh1 icra sənədi üzrə tələbkar İddiaçı ASC-nin tələblərinin təmin edilməsi üçün ona məxsus olan digər əmlaka yönəldilməsi ilə bağlı keçirilmiş hərracla bağlıdır. Deməli, İddiaçı ASC-nin iddia tələbinin qanuni əsası kimi qeyd etdiyi İpoteka haqqında” Qanunun 42 və 43-cü maddələrinin tələblərinə istinad edilməsi hazırki mübahisə üzrə yolverilməzdir. Məhkəmə kollegiyası iddiaçının hazırki tələbi irəli sürməklə məhkəmədə müdafiə hüququndan istifadə etməsində hüquqi marağının eləcə də, iddiaçıya münasibətdə onun hüquqi vəziyyətində dəyişiklik yaradacaq hər hansı müdaxiləyə yol verilməsinin müəyyən olunub-olunmaması məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Belə ki, iddiaçının hazırki iddiaya hüquqi marağının mövcudluğunu müəyyən etmək üçün mübahisələndirilən hərracın yekunları barədə protokolun onun hüquqi vəziyyətinə təsir edib-etmədiyi halı, eləcə də qaldırılmış iddianın onun nail olmaq istədiyi yekun məqsədinə çatmasına nə dərəcədə xidmət edib-etmədiyi aydınlaşdırılmalıdır (işin hallarından görünür ki, iddiaçının nail olmaq istədiyi məqsəd mübahisələndirilən avtomobilin ipoteka saxlayan deyil üçüncü şəxsə satılmasının qarşısını almaqdır). “İcra Haqqında” Qanuna görə, icra məmuru tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir(45.6). Bunun üçündə icra məmuru, hərracın keçirilməsinə dair ixtisaslaşmış müəssisəyə sifariş verməli və bu zaman həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiymətini göstərməlidir. Hərracı keçirən təşkilat isə bununla bağlı bildirişində digər məlumatlarla yanaşı habelə hərracın başlanğıc qiyməti barədə məlumat verməlidir. İcra məmurunun sifarişi əsasında keçirilən hərraclardakı belə başlanğıc qiyməti kimi isə onun hərracın keçirilməsi ilə bağlı ixtisaslaşmış müəssisəyə verdiyi sifarişdə göstərdiyi ilkin qiymət çıxış edir. Hərrac baş tutduqda isə müqavilə qüvvəsinə malik olan hərracın nəticələri haqqında protokol imzalanır. Mülki qanunvericilik həmçinin həmin Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərracın maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla biləcəyini təsbit edir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, icra məmuru məhkəmə qərarının icrasını təmin edərkən tələbkarın və borclunun əsaslı mənafelərini də gözləmək vəzifəsini daşıyır. Beləliklə, müəyyən edilir ki, mübahisə predmeti olan avtomobil ipoteka predmeti olmayıb, yalnız tələbkar İddiaçı ASC-nin tələblərinin təmin edilməsi üçün borclu Cavabdeh1 məxsus olan digər əmlaka yönəldilməsi ilə bağlı keçirilmiş hərracla satılmış, həmin hərracın keçirilməsi ilə bağlı iddiaçıya mütəmadi məlumatlar verilmiş, iddiaçı özü də ərizəsində hərracın keçirilmə yeri və vaxtı barədə məlumatlı olmasını etiraf etmişdir. Lakin, iddiaçı xx.xx.2019-cu ildə saat 11:00-da, xx.xx.2019-cu ildə saat 11:00-da, xx.xx.2019-cu ildə saat 11:00-da, xx.xx.2019-cu ildə saat 11:00-da keçirilmiş açıq hərraclarda məlumatı ola-ola iştirak etməmişdir. Burdan belə nəticəyə gəlinir ki, iddiaçı mübahisə predmeti olan avtomobili almaq niyyətində olmamış nəticədə avtomobil hərracın yekunları barədə 99 saylı xx xxxx 2019-cu il tarixli protokolla qalib alıcı Cavabdeh5 satılmışdır. Belə olan halda isə iddiaçının həmin protokolu mübahisələndirilməsinə dair hüquqi marağı yaranmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir (415.2). Həmin Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər (416.1.). Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur (416.2.). İş materiallarında olan Cavabdeh4 MMC tərəfindən məhkəməyə təqdim edilmiş sübutlardan görünür ki, cavabdeh təşkilat hərracın keçirilməsi ilə bağlı tərəflərə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatları özündə əks etdirən bildirişlər göndərmiş, qəzetdə elanlar vermiş, nəticədə xx.xx.2019-cu ildə saat 11:00-da keçirilmiş açıq hərracda mübahisə predmeti olan avtomobil Cavabdeh5 qanuni əsaslarla satılmışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddia tələbini hərracın yekunları barədə 99 saylı xx xxxx 2019-cu il tarixli protokolun ləğv edilməsi, Cavabdeh5 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Bundan başqa məhkəmə kollegiyası iddia tələbinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X5 verdiyi şəhadətnamənin ləğv edilməsi hissəsi, hərracın yekunları barədə 99 saylı xx xxxx 2019-cu il tarixli protokolun ləğv edilməsi, Cavabdeh5 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı olduğundan və həmin hissələrdə iddia tələbi sübuta yetirilmədiyindən, iddia şəhadətnamənin ləğv edilməsi hissəsində də özü-özlüyündə əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası nəticədə bu qənaətə gəlir ki, iddia tələbi qanunsuz və əsassızdır, məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2nə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X6, Cavabdeh4 MMC-nə və Cavabdeh5 qarşı “hərracın yekunlarına dair protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, şəhadətnamənin ləğvi edilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə 1-ci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(008)- 673/2020 nömrəli qətnaməsi İddiaçı ASC-yə münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-5997/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5997/2020
04.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver