Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6009/2023 31.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1768/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam veriliməsi ilə bağlı 4/1232 nömrəli xx.xx.2018-ci il tarixli əmrin qanunsuz hesab edərək ləğv edilməsi, əvvəlki iş yeri olan mühafizəçi vəzifəsinə bərpa edilməsi, qanunsuz olaraq işləməkdən məhrum edilmiş bütün vaxt üçün, xx.xx.2018-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günədək orta əmək haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(007)- 1768/2023 saylı qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddia rədd olunmuşdur. İddiaçı qeyd olunan qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı tərəflər razılığa gəlmiş və məhkəməyə 28 avqust 2023cü il tarixli barışıq sazişi təqdim etmiş, həmçinin ayrı-ayrılıqda barışıq sazişinin nəticələrinin onlara aydın olduğunu bildirmiş və məhkəmə kollegiyasından sazişin təsdiq olunmasını, qətnamənin ləğv olunaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Tərəflərin nümayəndələri bildirmişlər ki, barışıq sazişinə əsasən, cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2018-ci il tarixli, 4/1232 nömrəli əmri dəyişərək, həmin əmək müqaviləsinə iddiaçının təşəbbüsü ilə xitam verilməsi barədə əmr çıxaracağını və bu barədə əmək bildirişində və əmək kitabçasına müvafiq düzəlişlər ediləcəyini öhdəsinə götürür, bu səbəbdən də iddiaçı hazırki iddia tələblərindən imtina edir. Məhkəmə kollegiyası 28 avqust 2023-cü il tarixli barışıq sazişini, habelə sazişin təsdiq olunması barədə tərəflərin müraciətlərini nəzərədən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq olunmalı, qətnamə ləğv olunaraq, mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Təqdim olunmuş 31 oktyabr 2023-ci il tarixli barışıq sazişinin şərtlərinə görə; 1.Cavabdeh QSC saziş imzaladıqdan sonra İddiaçı Cavabdeh QSC ilə bağladığı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 4/1232 nömrəli xx.xx.2018-ci il tarixli əmri dəyişərək, həmin əmək müqaviləsinə iddiaçının təşəbbüsü ilə xitam verilməsi barədə əmr çıxaracağını və bu barədə əmək bildirişində və əmək kitabçasına müvafiq düzəlişlər ediləcəyini öhdəsinə götürür. Cavabdeh barışıq sazişinin imzalandığı və məhkəmə tərəfindən təsdiq edildiyi vaxtdan barışıq sazişində yazılanları icra etməyi öhdəsinə götürür.
2. İddiaçı, bu müqavilənin 2.1-ci bəndində qeyd olunan tələblər istisna olmaqla iddia üzrə tələblərdən, yəni işə bərpa olunmasını və işləməkdən məhrum edilmiş bütün vaxt üçün orta əmək haqqını cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsini tələb etməyəcəyini, cavabdeh tərəfindən 4/1232 nömrəli əmr dəyişdirilərək iddiaçının öz təşəbbüsü ilə əmək kitabşasında müvafiq qeydlər aparıldıqdan sonra həmin tələblərlə məhkəməyə, hüquq mühafizə orqanlarına və hər hansı dövlət və qeyri dövlət orqanlarına cavabdehə qarşı hər hansı iddia, şikayət və tələbin olmayacağını öz öhdəsinə götürür. Barışıq sazişi imzalandığı və məhkəmə tərəfindən təsdiq edildiyi vaxtdan barışıq sazişində göstərilənləri icra etməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin (bundan sonra, MPM) 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. MPM-in 52.4-cü maddəsinə görə, məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. MPM-in 191.1-ci maddəsinin tələbinə görə, tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə kollegiyası, belə nəticəyə gəlir ki, tərəflər barışıq sazişinin şərtlərini və nəticələrini aydın surətdə göstərmişlər, barışıq sazişi qanuna zidd olmamaqla, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. MPM-in 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. MPM-in 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, barışıq sazişi təsdiq edilməli, qətnamə ləğv edilərək, mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ:
İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə İddiaçı ilə Cavabdeh QSC arasında bağlanmış 31 oktyabr 2023-cü il tarixli barışıq sazişi aşağıda göstərilən şərtlər nəzərə alınmaqla təsdiq olunsun: 1.Cavabdeh QSC saziş imzaladıqdan sonra İddiaçı Cavabdeh QSC ilə bağladığı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 4/1232 nömrəli xx.xx.2018-ci il tarixli əmri dəyişərək, həmin əmək müqaviləsinə iddiaçının təşəbbüsü ilə xitam verilməsi barədə əmr çıxaracağını və bu barədə əmək bildirişində və əmək kitabçasına müvafiq düzəlişlər ediləcəyini öhdəsinə götürür. Cavabdeh barışıq sazişi imzalandığı və işə baxan məhkəmə tərəfindən təsdiq edildiyi vaxtdan barışıq sazişində yazılanları icra etməyi öhdəsinə götürür.
2. İddiaçı, bu müqavilənin 2.1-ci bəndində qeyd olunan tələblər istisna olmaqla iddia üzrə tələblərdən, yəni işə bərpa olunmasını və işləməkdən məhrum edilmiş bütün vaxt üçün orta əmək haqqını cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsini tələb etməyəcəyini, cavabdeh tərəfindən 4/1232 nömrəli əmr dəyişdirilərək iddiaçının öz təşəbbüsü ilə əmək kitabşasında müvafiq qeydlər aparıldıqdan sonra həmin tələblərlə məhkəməyə, hüquq mühafizə orqanlarına və hər hansı dövlət və qeyri dövlət orqanlarına cavabdehə qarşı hər hansı iddia, şikayət və tələbin olmayacağını öz öhdəsinə götürür. Barışıq sazişi imzalandığı və işə baxan məhkəmə tərəfindən təsdiq edildiyi vaxtdan barışıq sazişində göstərilənləri icra etməyi öhdəsinə götürür. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1768/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin, mülki iş üzrə icraata xitam verilsin. İzah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.