Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6014/2025 08.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (İsmayıllı Rayon Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş (Açar sözlər: «alqı-satqı müqaviləsinin etibarsızlığından sui-istifadə edilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4125/2025 saylı, 12 sentyabr 2025-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: 1.Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin halları ilə müəyyən edilir ki: İsmayıllı rayonu Dövlət notariat ofisi təsdiq edilmiş xx.xx.2004-cü il tarixdə torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən İsmayıllı rayonu Tircan kəndində yaşayan İddiaçı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı JN: 343, KOD: 40726018 saylı İsmayıllı rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 05 iyun tarixli 49 nömrəli qərarı ilə verilmiş 0.1064 ha torpaq sahəsini 2 000 000 AYM X8 arasında satıb. 2.İsmayıllı rayonu Tircan kəndində yerləşən, ümumi sahəsi 0.9912 ha olan torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır.
3. İsmayıllı Rayon Məhkəməsinin e-2(037)-191/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Cavabdehlər X12, X10 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X16 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin və həmin müqavilədən doğan nəticələrin etibarsız hesab edilməsi tələbinə dair ilkin iddiası, X5 Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə ilkin iddia tələbi təmin edilmiş, İsmayıllı rayonu,Tircan kəndi ərazisində yerləşən 0.2131 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X10 ilə X12 arasında bağlanmış, Bakı 6 saylı “Asan xidmət” mərkəzi Notariat Ofisində təsdiq olunmuş reyestrdə 4Ə-2199 nömrə ilə qeydə alınmış 17 oktyabr 2023-cü il tarixli bağışlanma müqaviləsinin və həmin müqavilədən əmələ gələn hüquqi nəticələrin etibarsız hesab edilməsi qət edilmiş, qarşılıqlı iddia tələbi isə təmin edilməmişdir.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı Cavabdeh qarşı İsmayıllı Rayon Notariat Ofisinin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin də üçüncü şəxs qismində cəlb olunduqları alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib İsmayıllı rayonu Tircan kəndi ərazisində mülkiyyətində olan 1.10 ha torpaq sahəsindən 0.1064 ha sahəsinin X3 2 milyon manata satılmasına dair xx.xx.2004-cü il tarixdə İsmayıllı rayon notariat kontorunda 4Ə-1- 192 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin etibarsız sayılması, onun hüquqi nəticələrinin ləğv edilməsi və qeyd olunan torpaq sahəsinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edib.
5. İddiada göstərilib ki, 17 iyun 1999-cu il tarixli JN 343 KOD 40726018 saylı Torpağa Mülkiyyət hüququna dair “Dövlət Aktı”na əsasən İsmayıllı rayonu, Aqrar İslahat Komissiyasının 1998-ci il 05 iyun tarixli 49 №li qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində İsmayıllı rayonu Tircan kəndi ərazisində 1.10 ha torpaq sahəsi kənd təsərrüfatı istehsalı məqsədi ilə onun mülkiyyətinə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»dan görünür ki, İsmayıllı rayonu Tircan kəndi ərazisində 0.9912 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi hüquqi qeydiyyata alınmışdır. Həmin çıxarışın məlumatları ilə Torpağa mülkiyyət hüququna dair “Dövlət Aktı”nın məlumatlarının eynilik təşkil etməməsinin səbəbləri ilə maraqlandıqda müəyyən etmişdir ki, guya o, xx.xx.2004-cü il tarixdə İsmayıllı rayon notariat kontorunda 4Ə-1-192 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilə əsasında mülkiyyətində olan 1.10 ha torpaq sahəsindən 0.1064 ha sahəsini X3 2 milyon manata satmışdır. Əsl həqiqətdə isə o, torpağını heç kimə satmamış, X8 adlı şəxsi tanımır və belə bir müqavilə də imzalamamışdır. Hüququnun pozulmasını xx.xx.2024-cü il tarixdə verilmiş «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarış alarkən bilmiş və bununla bağlı tərəfindən hüquq mühafizə orqanlarına müraciət etmişdir. Araşdırma zamanı sözügedən müqavilədəki imzanın onun tərəfindən icra edilib-edilməməsini yoxlamaq məqsədi ilə müvafiq ekspertiza təyin edilmişdir. Ekspertizanın 09 aprel 2025-ci il tarixli rəyi ilə sözügedən müqavilədə adının qarşısında olan imza və yazıların onun tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması öz təsdiqini tapmışdır. Bu saxta müqavilənin kim tərəfindən hazırlanması və kimin təşəbbüsü ilə bu müqavilənin tərtib edilməsində onun öz təxminləri vardır ki, bunları məhkəmə iclasında araşdırma zamanı bildirmək niyyətindədir və bu istiqamətdə sübutların toplanması prosesi davam edir. Belə ki, saxta müqavilədə adı X8 vəfat etmiş və onun həyat yoldaşı olan hazırki iş üzrə cavabdehin iddiası üzrə məhkəmə çəkişmələri olmuş və aldığı məlumata görə hələ də davam etməkdədir. Lakin hər bir halda hesab edir ki, İsmayıllı rayon notariat kontorunda 4Ə-1-192 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2004-cü il tarixli müqavilə saxta olmaqla, onun 0.1064 ha sahəsi üzərində mülkiyyət hüquqlarını pozulduğu üçün həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpası ilə bağlı məhkəmə müdafiə hüququndan istifadə etməyə məcburdur.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4125/2025 saylı, 12 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim Pərviz Məmmədov) iddia tələbinin təmin edilməməsi və iş üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, iddiaçı notarial qaydada bağlanmış müqavilədəki imzanın ona məxsus olmadığına, onun xəbəri olmadan sözügedən torpaq sahəsinin satılmasına və alqı-satqı müqaviləsinin bağlanmasına istinad edərək, müqavilənin etibarsızlığını tələb etsə də, iddiaçının tələbinin faktiki əsası kimi istinad etdiyi hallar müqavilənin əhəmiyyətsizliyi ilə bağlıdır. İrəli sürülən tələb fərdi müəyyən əşya hesab edilən daşınmaz əmlaka dair bağlanmış əqdin əhəmiyyətsizliyi ilə bağlıdır. İddiaçı müqavilədəki imzanın ona məxsus olmadığına istinad edərək müqavilənin etibarsızlığını tələb etsə də, həmçinin 17 iyun 1999-cu il tarixli JN 343 KOD 40726018 saylı Torpağa Mülkiyyət hüququna dair «Dövlət Akt»ında göstərilən 1.1 ha torpaq sahəsinin 0,1064 ha hissəsinin X1, yəni alqı-satqıdan sonra özünə qalan torpaq sahəsinin 0.9912 ha olmasından dövlət reyestrindən xx.xx.2024-cü il tarixdə verilmiş çıxarışı əldə etdikdən sonra məlumatlı olduğunu bildirsə də, mülki işdə olan sübutlarla, o cümlədən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş 05 avqust 2025-ci il tarixli məktubla təsdiq edilir ki, iddiaçı 2020-ci ildə subsidiyanın alınması üçün müraciət edən zaman 18 mart 2005-ci il tarixdə verilmiş Dövlət aktını (JN-518, KOD ********) təqdim etmiş, həmin Dövlət aktında isə onun torpaq sahəsi 0.99 ha (torpaq sahəsinin qaiməsində (sertifikatında isə daha dəqiq 0.9912 ha) göstərilmişdir. Bununla da, bir daha təsdiq edilir ki, iddiaçı hələ 2005-ci ildə JN-518, KOD 40726018 saylı Dövlət Aktı aldığı vaxtdan, daha sonra isə subsidiya alınması üçün 2020-ci ildə müraciət edən zaman torpaq sahəsinin 1.1 ha deyil, 0.9912 ha olduğunu bilirdi. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən, 13 dekabr 2004-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən, iddia əsassız olduğundan təmin edilməməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə iş üzrə yalnız xx.xx.2004-cü il tarixli 4Ə-1-192 nömrəli alqı-satqı müqaviləsinin İddiaçı tərəfindən nə vaxt məlumatlı olubolmamasını araşdırmış, lakin iş üzrə ümumiyyətlə müqavilə tərəfləri arasında hər hansı tanışlıq olub-olmaması və müqavilənin bağlanmasına qədər hər hansı danışıqlar aparılıbaparılmamasını araşdırmamışdır. Belə ki, iddiaçının mübahisə üzrə ilk dəlili ondan ibarət olmuşdur ki, ümumiyyətlə X4 tanımır və qeyd olunan fakt cavabdeh tərəfindən təsdiq edilmişdir. Belə ki, cavabdeh öz etirazında bir dəfə də olsun Həsənov Həsən ilə İddiaçı arasında hər hansı münasibətlərin olması və ya hansı formada torpağın almalarına dair razılıq əldə edilməsinə dair fikir bildirməmişlər, etirazlarını yalnız iddia müddətinin keçməsi və guya İddiaçı həmin alqı-satqı barədə məlumatlı olduğuna istinad etmişlər. Bu növ iddia tələbləri üzrə iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Hətta məhkəmə iclaslarında həm iddiaçı və cavabdehin nümayəndəsi bu saxta alqı-satqı müqavilələrin Rəşid İslamov tərəfindən həyata keçirildiyi barədə fikir irəli sürülmüşdür. Bununla bağlı, iddiaçı tərəfindən müvafiq səs yazıları məhkəməyə təqdim edilmiş, lakin məhkəmə öz qətnaməsində qeyd olunan sübutlara qiymət verməmişdir. Bundan başqa, hazırkı tələb üzrə qeyd olunan şərtlərdən biri- əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərt mübahisələndirilir və mübahisənin də əsasını o, təşkil edir ki, xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi iddiaçı tərəfindən imzalanmamışdır, yəni, əqdin bağlanmasında onun iradə ifadəsi mövcud deyildir (iş materiallarında olan ekspert rəyi qeyd olunan faktı təsdiq edir). Bundan başqa, məhkəmə 2020-ci ildə subsidiyanın alınması üçün müraciət edən zaman 0,99 ha torpaq sahəsinə aid sənədlərin təqdim edilməsini iddiaçının müqavilə bağlamaq iradəsini təsdiq etdiyi, əqdin etibarlığını faktiki etiraf etdiyi, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi kimi qəbuı etmişdir. Halbuki, iddiaçı heç vaxt subsidiya alınması üçün müraciət etmədiyini, ümumiyyətlə torpaq sahəsinə aid olan sənədələri 2024-cü ilin may ayında əldə etdiyini, həmin torpaq sahəsinin onun faktiki istifadəsində olmadığını və subsidiyalarla bağlı müraciətləri qohumu olan Rəşid İslamov tərəfindən edildiyi, bununla bağlı hansı sənədləri təqdim etdiyi barədə məlumatı olmadığını və aylıq ona 50 manat pul vəsaiti hansı sahəyə görə pul vəsaitinin göndərildiyini bilmədiyni bildirmişdir. Məhkəmə subsidiya ilə bağlı müraciətin faktiki olaraq kim tərəfindən edildiyini müəyyən etməmiş və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktuba əsaslanmışdır. Halbuki, müqavilədə imzanın saxtalaşdırılması faktı mövcud olduğu kimi, həmin müraciətin saxtalaşdırılması faktı mövcuddur.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.
9. Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə yazılı etiraz təqdim edib təmin edilməməsini xahiş edərək göstərib ki, 17 iyun 1999-cu il tarixli JN 343 KOD 40726018 saylı Torpağa Mülkiyyət hüququna dair «Dövlət Aktı»na əsasən iddiaçının torpaq sahəsi 1.1 ha olmuş, sonradan həmin torpaq sahəsinin 0.1064 ha hissəsi xx.xx.2024-cü il tarixdə X2. Bundan sonra, İddiaçı adına 18 mart 2005-ci il tarixli, JN 518 KOD 40726018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı, Torpaq sahəsini Qaiməsi, Planı və ölçüsü verilmişdir. İddiaçının "dəlillərindən" belə çıxır ki, guya, onun 18 mart 2005-ci il tarixli dövlət aktından xəbəri olmamışdır; guya, subsidiya almaq üçün 2020ci ildə müraciət etməmişdir; xx.xx.2024-cü il tarixli Çıxarışı da xx.xx.1999-cu il tarixli, JN 343 KOD 40726018 saylı torpağa miilkiyyət hüququna dair dövlət aktı əsasında almışdır və yeni çıxarış alan zaman torpaq sahəsinin azalmasını da guya, məhz onda bilmişdir. Başqa sözlə desə, guya, "17 iyun 1999-cu il tarixli Dövlət aktını aldıqdan sonra, həmin torpaqla bağlı bütün hərəkətlər onun əvəzindən naməlum şəxslər tərəfındən həyata keçirilmişdir. Halbuki, birinci instansiya məhkəməsində də tədqiq olunmuş sübutlarla, iddiaçının həmin dəlillərinin əsassız olması sübuta yetirilmişdir. Bundan əlavə, daha bir sübut da iddiaçının apellyasiya şikayətinin "dəlillərini" təkzib edir. Belə ki, tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X16 9 saylı Qəbələ Ərazi İdarəsinə sorğu verilərək, - 18 mart 2005-ci il tarixli, JN 518 KOD 40726018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının verilməsi üçün hansı alqı-satqı müqaviləsinin və ya başqa hüquqi sənədin təqdim edildiyi, bu sənədi kim tərəfindən təqdim etdiyi barədə məlumat; və - qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024 olan çıxarışın hansı sənədlər əsasında verildiyini və həmin sənədlərin də kim tərəfındən təqdim edilməsi barədə məlumat verilməsi xahiş edilmişdi. Qeyd edilən sorğuya cavab olaraq həmin İdarənin xx.xx.2025-ci il tarixli, 3-21-3-42/2- 5055/2025 saylı məktubu ilə bildirilmişdir ki: "..Daşınmaz Əmlakın Dövbt Kadastrı və Reyestri X16 9 saylı Qəbələ Ərazi İdarəsində olan məlumat bazasına əsasən qeyd olunan 0.9912 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İsmayıllı rayon Dövlət Notariat Kontorunun xx.xx.2004-cü il tarixli 4Ə-1-192 saylı alqı-satqı müqaviləsi əsasında İddiaçı adına ləğv edilmiş DT və XK-nin İsmayıllı rayon şöbəsi tərəfındən xx.xx.2005-ci il tarixli, JN-518 kod 40726018 saylı "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" tərtib edilmişdir. Qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2024 olan çıxarış JN-518 kod 40726018 saylı "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" əsasında qeydiyyata alınmışdır." Göründüyü kimi, iddiaçı "saxta" hesab etdiyi xx.xx.2004-cü il tarixli 4Ə-1-192 saylı alqısatqı müqaviləsini təqdim etməklə sahənin azaldığı görünən (1.10 ha deyil, 0.9912 ha olan) xx.xx.2005-ci il tarixli, JN-518 kod 40726018 saylı dövlət aktını almış, daha sonra isə həmin aktı- xx.xx.2005-ci il tarixli Dövlət Aktını təqdim etməklə subsidiyalar almaq üçün müraciət etmiş və almış, daha sonra isə həmin dövlət aktını təqdim etməklə xx.xx.2024 tarixli çıxarış almışdır. Belə olan halda, xx.xx.2004-cü il tarixli 4Ə-1-192 saylı alqı-satqı müqaviləsindən guya, məlumatının olmadığı və həmin alqı-satqının nəticəsi (torpağın 0.09912 ha) görünən xx.xx.2005-ci il tarixli Dövlət aktından xəbərinin olmadığı kimi absurd dəlillərin tamamilə əsassız olduğu aşkardır. Həmçinin, analoji mübahisə üzrə iddiaçı Cavabdehınn cavabdehlər X9, X6 və qeyrisinə qarşı "bağışlama müqaviləsinin və həmin müqavilədən doğan nəticələrin etibarsız hesab edilməsi" tələbinə dair ilk və iddiaçı X5 Cavabdeh qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə qarşılıqlı iddiası üzrə Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(102)-2327/2025 saylı qanuni qüvvəyə minmiş qərarı da vardır. Həmin Qərarda da Ali Məhkəmə Konstitusiya Məhkəməsinin F.Nəcəfovanın şikayəti üzrə 18 noyabr 2021-ci il tarixli qərarındakı aşağıdakı hüquqi mövqeyinə istinad etmişdir ki: "Əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolvetilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasma səbəb olar.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
10. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.
11. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
12. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq 3-cü şəxslər İsmayıllı Rayon Notariat Ofisinin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə 3-cü şəxslərin nümayəndələri iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Maddə 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. Maddə 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. Maddə 355.1.Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Maddə 355.2.Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;
14. F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin 03 mart 2023-cü il tarixli Qərarı: ..... Müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Halbuki Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu mənada mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da formalaşdırdığı hüquqi mövqeyə əsasən, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayətinə dair 2021-ci il 12 aprel tarixli Qərarı).
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.
17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
19. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
21. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
22. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.
23. Əlbətdə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
24. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
25. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddianın və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.
26. Əvvəla, əqdin etibarlı olması üçün, 1) subyekt tərkibi; 2) məzmunu; 3) forması; 4) iradə və iradə ifadəsi qüsurlu olmamalıdr. Bu elementlərdən birinin qüsurlu olması, əqdin etibarsızlığına səbəb olur.
27. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.
28. F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03 mart 2023-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə... Təsadüfi deyil ki, Mülki Məcəllənin 351.2-ci maddəsinə əsasən, əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. ...Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.
29. Göründüyü kimi, yuxarıda qeyd olunan Mülki Məcəllənin normaları və Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında formalaşdırılan hüquqi mövqelərə görə etibarsızlığın irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Çünki bu vəziyyət mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Belə ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Bu mənada iddiaçının hazırkı tələb üzrə mülki dövriyyə subyekti kimi vicdanlı hərəkət etməsi və hüquqdan sui-istifadəyə yol verməməsi tələb olunurdu.
30. Əvvəla, iddiaçı ilə xx.xx.2004-cü il tarixli müqavilənin tərəfi olmuş mərhum Həsən Həsənovun arasında tanışlığın olmaması, müqavilənin bağlanmasınadək hər hansı bir danışıqlar aparmaması həqiqi olsa belə bu hallar şikayətin əsaslı olduğuna dəlalət etmir. Çünki müqavilə bağlanadək tərəflərin bir-birini tanımaması yaxud bilavasitə özlərinin danışıqlar aparmaması, bağlanmasını istisna etmir. Başqa sözlə, tərəflər bu cür danışıqları üçüncü şəxslər, o cümlədən alqı-satqı fəaliyyəti ilə məşğul olan şəxslərin vasitəsi ilə də apara bilər. İddiaçı özü də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl cinayət mühakimə icraatı qaydasında İsmayıllı Rayon Polis Şöbəsinə əvvəllər İsmayıllı rayon Tircan bələdiyyəsinin sədri işləmiş, qohumu X7 mübahisəli 11 sot torpaq sahəsini xəbəri olmadan adından saxta imza etməklə satması ilə əlaqədar şikayət edib, cinayət təqibi qaydasında aparılan araşdırma zamanı izahatında Rəşid İslamovun torpaq sahəsini ondan xəbərsiz satdığını və adından saxta imza etdiyini etiraf etdiyini, şikayət etməməsi üçün başqa yerdə torpaq sahəsi verəcəyinə söz verib, ancaq başqa torpaq sahəsi vermədiyi və onu aldatdığı üçün bu barədə polis şöbəsinə ərizə ilə müraciət etmək qərarına gəldiyini göstərmişdir. Rəşid İslamov da izahatında torpağı iddiaçının özünün satdığını və alqı-satqı müqaviləsi bağlandığını təsdiq edib(i.v.182-194). Cinayət təqibi üzrə keçirilən ekspertiza zamanı müqavilədəki imzanın iddiaçı tərəfindən icra olunduğu müəyyən edilməsə də, Rəşid İslamov tərəfindən imza edilməsi də müəyyən edilməmişdir. Bütün bu hallar ona dəlalət edir ki, mərhum Həsən Həsənov qeyd olunan torpaq sahəsini əvəzi ödənilməklə əldə edib. Demək müqavilədəki satıcı qrafasındakı imzanın ekspertiza vasitəsi ilə kimə məxsusluğunun dəqiq müəyyən edilməməsi alıcı mərhum Həsən Həsənovun vicdanlı olduğunu istisna etmir.
31. Bundan əlavə, işdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X16 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-42/2- 5055/2025 saylı məktubunda da göstərilib ki,.. Daşınmaz Əmlakın Dövbt Kadastrı və Reyestri X16 9 saylı Qəbələ Ərazi İdarəsində olan məlumat bazasına əsasən qeyd olunan 0.9912 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İsmayıllı rayon Dövlət Notariat Kontorunun xx.xx.2004-cü il tarixli 4Ə-1-192 saylı alqı-satqı müqaviləsi əsasında İddiaçı adına ləğv edilmiş DT və XKnin İsmayıllı rayon şöbəsi tərəfındən xx.xx.2005-ci il tarixli, JN-518 kod 40726018 saylı "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" tərtib edilmişdir. Qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2024 olan çıxarış JN-518 kod 40726018 saylı "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" əsasında qeydiyyata alınmışdır." Göründüyü kimi, iddiaçı xx.xx.2004-cü il tarixli 4Ə-1-192 saylı alqı-satqı müqaviləsini təqdim etməklə sahənin azaldığı görünən (1.10 ha deyil, 0.9912 ha olan) xx.xx.2005-ci il tarixli, JN-518 kod 40726018 saylı dövlət aktını alıb, daha sonra isə həmin aktı- xx.xx.2005-ci il tarixli Dövlət Aktını təqdim etməklə subsidiyalar alınması üçün müraciət edilmiş və alınmış, həmin dövlət aktını təqdim etməklə xx.xx.2024 tarixli çıxarış alınmışdır. Belə olan halda, xx.xx.2004-cü il tarixli 4Ə-1-192 saylı alqı-satqı müqaviləsindən və həmin alqı-satqının nəticəsi (torpağın 0.09912 ha) görünən xx.xx.2005-ci il tarixli Dövlət aktından məlumatsız olduğu barədə dəlillər əsaslı ola bilməz. Çünki 20 il ərzində iddiaçının xx.xx.2005-ci il tarixli Dövlət aktında torpağın sahəsinin azalmasını görməməsi inandırıcı və ağlabatan deyildir.
32. Göstərilənlərlə yanaşı, Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli 02/2022 nömrəli qərardadında qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Mübahisələndirilən müqavilə əhəmiyyətsiz əqd kimi etibarsız olan əqdlər növünə aid olsa belə yenə də əsaslı ola bilməzdi. Çünki hətta qəbul edilsə belə ki, xx.xx.2004-cü il tarixli müqavilədəki imza iddiaçı tərəfindən icra edilməmiş, 20 il ərzində onun mübahisələndirməməsi, üstəlik bələdiyyə sədri işləmiş qohumu Rəşid İslamovun ona başqa yerdə torpaq sahəsi verəcəyinə söz verdiyinə görə mübahisələndirmək istəməməsi həmin müqaviləni bəyənməsinə dəlalət edir. Çünki razılıq və bəyənmə üçün müəyyənləşdirilmiş əqd formasına(forma şərtinə) riayət edilməsi tələb olunmur. Ona görə də, göstərilən hallar da iddianın rədd edilməsi üçün müstəqil əsas sayılır. 33 Tələbin digər hissəsi bilavasitə əsas hissədən asılı və törəmə tələb olduğundan onların da avtomatik təmin edilməməsini labüd edir.Çünki təmin edilib-edilməmələri sırf əsas hissədən asılı idi. Ona görə bu hissələr üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına məhkəmə tərkibi lüzum görmür.
34. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda hüquqdan başqalarına zərər vurmaq üçün pis niyyətlə sui-istifadə etmə institutunun yaranmasına da zərurət və əsas olmazdı.
35. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4125/2025 saylı, 12 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4125/2025 saylı, 12 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.