Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6024/2020 07.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, Cavabdeh vəkili X5 və üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin baş əmək müfəttişi X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-365/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, əmək haqqına görə yaranmış borc olaraq 1600 (min altı yüz) manatın, verdiyi qab-qacağa görə 1200 (min iki yüz) manatın, ona dəymiş mənəvi ziyana görə 10.000 (on min) manatın tutularaq ona ödənilməsi, həmçinin işlədiyi xx xxxxxxx 2018-ci il tarixdən, xx xxxxxx 2019- cu il tarixə qədər, qeyd olunan əmək haqqına hesablanmış sosial ödənişlərin Dövlət X8 ödənilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-365/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə, iddia qismən təmin edilərək, Cavabdeh əmək haqqına görə 1600 manatın alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən "Rübai” restoranı icarəyə götürməklə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərmiş VÖEN **********). xx xxxxx 2019-cu il tarixindən fəaliyyətini dayandırmışdır. Restoranı işlətdiyi müddətdə 9 nəfər əmək müqaviləsi əsasında işçisi olub. İddiaçıda həmin işçilərdən biri olmuş, inzibatçı vəzifəsində işləmişdir. Onunla əmək müqaviləsi xx.xx.2019-cu il tarixdə bağlanmış, Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi ilə onun əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. İddiaçı ilə Əmək müqaviləsinin bağlanması və müqaviləyə xitam verilməsi Azərbaycan Respublikası Əmək və X6 nazirliyinin elektron qeydiyyat sistemində qeydiyyata alınıbdır. Müqaviləyə xitam verildiyi müddətdən İddiaçı restorana işə gəlməmiş, restoranla bağlı digər işlər görməmişdir. İddiaçı işdən çıxarılmasına səbəb, onun əsəbi olması, müştərilər və işçilərlə münaqişə etməsi, restoranda dava salması olmuşdur. İddiaçı barəsində 2019-cu ilin fevral ayında Nərimanov RPİ-də araşdırma getmiş, o, 06 gün müddətinə həbs olunmuşdur. İddiaçı bu hərəkətləri nəticəsində onun işinə böyük ziyan dəymiş, daimi müştərilər ora gəlməmişlər. Bunun nəticəsində də onun restoran biznesi tamamilə iflas oldu, obyekt sahibi tərəfindən də icarə müqaviləsi ləğv olunmadan, restoranın təmirinə və yeni avadanlıqların alınmasına xərclədiyi 32 000 manat pulu vermədən onu restorandan qovması nəticəsində fəaliyyətini dayandırmalı oldu. Restoran cəmi 3 ay fəaliyyət göstərib. İşdən çıxarılandan 3 ay sonra 2019-cu ilin may ayında İddiaçı Dövlət Əmək Müfəttişliyinə şikayət edərək bildirmişdir ki, guya onu əmək müqaviləsi bağlanmadan işlətmiş və əmək haqqı verməmişdir. İyul ayının əvvəllərində o, əmək müfəttişliyinə çağırıldı, ondan İddiaçılə bağlanmış əmək müqaviləsinin surəti tələb olundu və mühasibindən izahat alındı. O, əmək müfəttişliyinə İddiaçı yalan danışdığını, əmək müqaviləsi ilə onun işlədiyi və işlədiyi dövrdə ona əmək haqqının verildiyini, aprel ayında restoranı təhvil verərkən bir çox sənədləri naməlum şəraitdə itdiyini bildirdi, bunun sübutu kimi sənədlərin itməsi barədə qəzetdə verilmiş elanı təqdim etdi. Bununla belə, o, “Əmək müqavilələrin elektron informasiya sistemindən xx.xx.2019-cu il tarixdə xxxxxxx0001X0 ilə qevdə alınmış İddiaçılə əmək müqaviləsinə xitam verilməsi barədə çıxarışı əmək müfəttişliyinə təqdim etdi. Lakin əmək müfəttişiliyi ona bildirdi ki, elektron çıxarış İddiaçılə əmək müqaviləsinin olmasını sübut etmir və o, guya əmək qanunvericiliyini kobud şəkildə pozmuşdur. Əmək müfəttişliyi qərəzli münasibət bəsləyərək qəbul etmək istəmirdi ki, əmək müqaviləsi bağlanarkən onun kağız daşıyıcısı üzərində deyil elektron informasiya sisteminə daxil edilməsidir. Dövlət Əmək Müfəttişliyi Xidmətinin ******* nömrəli, xx.xx.2019-cu il tarixli qərarına görə o, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə 3000 manat məbləğində cərimə olundu. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verərək, qərarın ləğv edilməsi, onun barəsində başlanmış inzibati xəta bərədə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2017/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ******* nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, barəsində başlanmış inzibati xəta iizrə işin icraatına xitam verilmişdir. Qərardan qarşı tərəf apellyasiya şikayəti vermişdir. Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019- cu il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Hazırkı işə baxmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanov xx xxxxxx 2020-ci il tarixlə keçirilmiş iclasdan sonra şikayətinin təmin olunmamasını, ******* nömrəli, xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını elan etdi. Həmin qərardan vəkili tərəfindən apellyasiya şikayəti verildi. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(103)-421/2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alındı. Əmək haqqına gəlincə restoran təzə fəaliyyətə başladığına görə tərəflərin arasında olan razılaşmaya əsasən ona minimal əmək haqqı məbləğində, 185 manat maaş yazılmışdır. İddiaçı məhkəmədə bildirmişdi- ki, o, işlədiyi dövrdə məvacib alıb, lakin həmin maaşı guya o, axırıncı dəfə işlədiyi “Rübai" restoranından əvvəl obyektdə almış və həmin məbləğ 1000 manat civarında olmuşdur. Onun başqa bir obyekt işlətdiyi və iddiaçıya 800 manat maaş verəcəyi heç bir sübutla əsalandırılmamış, onun əsassız mülahizədən başqa bir şey deyildir. Hazırda heç bir restoranda inzibatçının 800 manat məbləğində maaşı olmur. Belə hal varsa məhkəməyə sübut kimi sənəd təqdim edilsin, onun restoranı isə cəmi 2 ay tam olaraq fəaliyyət göstərib. Restoran qazanc gətirmədiyi halda işçiyə 800 manat maaş verilməsi tamamilə məntiqsiz və heç bir halla sübut olunmamış mülahizədir. Məhkəmə iclasında cavabdehin vəkili X9 bildirdi ki, iddiaçının işləməsini qəbul edir. Bir ay beş gün işləyib və minimal məbləğ 185 manat əmək haqqına razılaşmışdır. Aylıq 1000 manat əmək haqqı olması absurddur. Ola bilər ki, sonradan qaldırılması barədə razılaşdırıla bilər. Lakin əmək müqaviləsi bildirişindən 185 manat olduğu görünür. İddiaçının davranışına görə restoranın fəaliyyəti hazırda demək olar ki, yoxdur. İnzibati xəta haqqında iş üzrə cərimə olunması ilə bağlı müddət keçdiyinə görə cavabdeh barəsində Nərimanov Rayon Məhkəməsinin son qərarı ilə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında İddiaçı bildirdi ki, onun maaşı “Şərq” restoranında yığılıb. Artıq “Rübai”yə gələndə Leyla xanımın ona 1200 manat borcu var idi. Hətta orada da yenə borc yığılmağa davam etdi. 29 dekabrda “Rübai”yə gəlmişdir. Hər iki restoranda adminstratorluq edirdi. Sonra icarə puluna görə “Şərqi”dən onları çıxartdılar. Şəxsiyyət vəsiqəsini götürmüşdülər ki, əmək müqaviləsini elektron qaydada keçirəcəklər. Məhkəmənin barışıq təklifini nəzərə alaraq qət olunmuş məbləğin 1000 manatadək azaldılmasına etiraz etmir. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi X2 bildirdi ki, cavabdehin inzibati xəta haqqında iş üzrə cərimə olunması düzgün olmuşdur. Belə ki, sistemə salınan bildirişdə adminstrator vəzifəsi üçün maaşın 185 manat göstərilməsi absurddur. Bu məbləğ vergidən yayınmaq üçün yazılıb, əslində real məbləğ ***-**** manat olmalıdır. Çünki, minimum əmək haqqı məbləğinin başlanğıcı necə olur ki, adminstratorda başlayır. İllərdi onlara təqdim olunan əmək haqqı cədvəlində adminstratorun əmək haqqının ***-**** manatdan başladığı müəyyən olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən qeyd etmişdir ki, iddiaçı həqiqətən qeyd edilən restoranlarda inzibatçı vəzifəsində çalışmış və “işəgötürən” Cavabdeh ilə “işçi” İddiaçı arasında əmək münasibətləri yaranmışdır. Qeyd edilən hal iş materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2017/2019 saylı qərarı ilə də sübuta yetirilir. Belə ki, həmin qərardan müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı işə götürdüyünü, onunla rəsmi qaydada əmək müqaviləsi bağladığını öz izahatında bildirmişdir. Bu səbəbdən, iddiaçının tələbi aylıq əmək haqqı məvacibinin ödənilməsi hissəsində təmin edilməli, cavabdehdən onun xeyrinə 1600 manat məbləğində pul tutulmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin qismən ləğv edilməsi üçün deyil, dəyişdirilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə, yəni cavabdehin şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalı, təmin edilməyən hissədə və digər şəxslərə münasibətdə isə qətnaməyə toxunulmamalıdır. Hazırki iş üzrə, iddia tələbinin əmək haqqı tələbi ilə bağlı hissəsinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından, birinci instansiya məhkəməsinin bu hissə üzrə iş üzrə gəldiyi nəticə qət olunan məbləğin miqdarı istisna olmaqla düzgün olmuşdur. Əvvvəla, işdən tərəflər arasında əmək münasibətlərinin mövcud olması təsdiq olunur və bu işin mübahisəsiz halıdır. İkincisi, iddiaçının yerinə yetirəcəyi işə görə cavabdehin ona 185 manat əmək haqqı müəyyən etməsi inandırıcı və ağlabatan deyildir. Bu məbləğ üçüncü şəxsin nümayəndəsinin izahatı ilə də təkzib olunur. Cavabdeh iddia tələbinə etirazının əsası kimi istinad etdiyi bu hala dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Buna baxmayaraq, iddiaçı apellyasiya baxışı zamanı ərizə ilə müraciət edərək qət olunan məbləğin 1000 manatadək azaldılmasına etiraz etmədiyini bildirdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının bu ərizəsi qanuna zidd deyil, hər hansı bir şəxsin hüquqlarına və qanunla qorunan mənafeyinə zərər vurmur. Ona görə də həmin ərizə nəzərə alınaraq qət olunan məbləğin miqdarı azaldılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-365/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qət olunan məbləğin miqdarı hissəsində dəyişdirilərək azaldılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-365/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilsin və Cavabdeh alınmalı olan məbləğ azaldılaraq 1000 ( min) manat müəyyən edilsin. Qətnamə, Cavabdeh apellyasiya şikayətinə münasibətdə, mübahisələndirdiyi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6024/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6024/2020
07.09.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver