Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6028/2022 24.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdehna qarşı “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası təmin edilmişdir. Cavabdeh qətnamədən xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti vermiş, Qaradağ Rayon Məhkəməsinin 2(002)-539/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti elektron kabinet vasitəsi ilə verilmədiyindən geri qaytarılmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasını xahiş etmişdir. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin olunaraq buraxılmış müddət bərpa edilmişdir. İddiaçı qərardaddan şikayət verərək onun ləğv edilməsini, ərizənin rədd olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh qətnaməni xx.xx.2022-ci il tarixdə almış, ilkin apellyasiya şikayətini xx.xx.2022-ci ildə poçta təqdim etmiş, şikayət 13 gün sonra yəni xx.xx.2022-ci ildə kağız daşıyıcıda məhkəməyə daxil olmuşdur. Lakin hazırda belə bir poçt xidmətinin fəaliyyət göstərdiyi müəyyən olunmur. Apellyasiya şikayəti geri qaytarıldıqdan sonra yeni apellyasiya şikayəti verilmiş və bu zaman müddət ötürülmüşdür. Qaradağ Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, hazırkı mülki iş üzrə müvafiq məhkəmə qətnaməsi cavabdehə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada verilmiş, cavabdeh tərəfindən həmin məhkəmə qətnaməsindən apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə məhkəməyə göndərilmiş, xx.xx.2022-ci il tarixdə isə məhkəməyə daxil olmuşdur. Apellyasiya şikayəti elektron kabinet vasitəsilə verilmədiyindən məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdehə geri qaytarılmış və qərardad cavabdehin elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmişdir. Cavabdeh tərəfindən yenidən elektron kabinet vasitəsilə xx.xx.2022-ci il tarixdə apleyasiya şikayəti verilsə də, qeyd olunan səbəbdən mülki prosessual qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti buraxmışdır. Göründüyü kimi, ilkin apellyasiya şikayəti verilərkən müddət ötürülməmiş, şikayət müddətin ötürülməsi əsası ilə deyil, digər əsasla geri qaytarılmış, nəticə etibari ilə iddiaçı tərəfindən qərardadda göstərilən nöqsanlar aradan qaldırılmış və yeni şikayət məhkəməyə təqdim edilmişdir. MPM-ə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Məhkəmə kollegiyası iş materiallarına əsasən qeyd edir ki, birinci instansiya məhkəməsi müddəti bərpa etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri əsassızdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli qərardadı həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6028/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6028/2022
24.08.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver