Məhkəmə qərarları › İş №2(103)-6029/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6029/2024

30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6029/2024 30.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1862/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş şikayətin apellyasiya baxışından çıxarılması barədə Yasamal Rayon Məhkəməsinin müraciətinə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 8 saylı notariat kontorunda İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 09 dekabr 2015-ci il tarixli alqı-satqı müqaviləsinin, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 01 dekabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Babayeva Naidǝ Misgər qızının adına verilmiş ********** saylı xx.xx.2020-ci il tarixli çıxarışın ləğv olunması, cavabdehin iddiaçıya məxsus torpaq sahəsindən və onun üzərində tikilmiş evdən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1862/24 saylı iş üzrə 16 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim F.Hüseynov) iddia təmin edilmişdir. Cavabdeh2 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Həmin qətnamədən X3 da apellyasiya şikayəti vermiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bundan sonra Cavabdeh2 apellyasiya şikayəti isə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə işə həmin apellyasiya şikayəti əsasında baxılması mümkün hesab edilmişdir. İş apellyasiya icraatında olan zaman Qaradağ Rayon Məhkəməsi müraciət edərək X1 Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından şikayət verməsi ilə əlaqədar işin həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş apellyasiya baxışından çıxarılmalı və şikayət üzrə müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının apellyasiyanın mümkünlüyü barədə 04 oktyabr 2024-cü il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1862/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş şikayət üzrə mülki iş apellyasiya baxışından çıxarılsın və iş Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından X3 tərəfindən verilmiş şikayətin mümkünlüyünün yoxlanılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar