Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6031/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı – Cavabdehnə qarşı “istehlakçı hüququnun müdafiəsi” tələbinə ilkin iddia üzrə, iddiaçı Cavabdeh – cavabdeh İddiaçı qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə (Açar sözlər: dəymiş maddi zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Könül Seyidələkbər qızı Əhmədovanın katibliyi ilə, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi X2, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi X6 iştrakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(009)-664/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İstehlakçı İddiaçı məxsus ünvan 1 ünvanında 14** AZ ***114155184 nömrəli qeydiyyatı (lipa) olmayan sayğac aşkar edilməsi əsası ilə Cavabdeh İB tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Akt tərtib olunmuş və nəticədə abonent İddiaçı 2023-cü il üçün qazdan istifadəyə görə itirilmiş qaz sərfiyyatının əvəzi olaraq 3654,28 manat borc hesablanmış,buna görə də İddiaçı məhkləməyə müraciət edərək cavabdeh tərəfindən tərtib edilmiş aktın tamamilə qanunsuz və əsassız olduğunu iddia edərək ona hesablanmış borcun silinməsini xahiş etmişdir. 2.Cavabdeh İB isə qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, Azəriqaz” İstehsalat Birliyi ilə abonent İddiaçı arasında xx.xx.2022-ci il tarixində AKX-04355xx/xx-2022 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı Müqavilə”si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında Cavabdeh İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz edilməsinə, qeyd olunan ünvana Cavabdeh İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********02060 nömrəli abonent kodu verilməsinə və xx.xx.2017-ci il tarixli, ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istasmara qəbulu haqqında” akta əsasən fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Smart G-4 İtron Diafraqma markalı 1602AZ**********95 (plomb ********) nömrəli qaz sayğacı quraşdırılmasına, Səbail rayonu ərazisində Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən Səbail rayonu, Y.Mürsalov küç. x/ev 206 qeydiyyatda olan İddiaçı tərəfindən fərdi evdə “Qazdan istifadə qaydalarının tələblərinə zidd olaraq pozaraq qeydiyyatı olmayan yəni Smart G-4 İtron markalı 1402AZ**********84 nömrəli qaz sayğacı istifadə olunduğunun aşkar edilməsinə və bu halı iddiaçının təqsirli hərəkətləri nəticəsində baş verməsinə istinad edərək itirilmiş qaza görə dəymiş zərərin iddiaçıdan tutulmasını xahiş etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı – Cavabdehnə qarşı “istehlakçı hüququnun müdafiəsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 31 yanvar 2023-cü il tarixli, ******* nömrəli Aktın etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, **********02060 nömrəli abonent koduna hesablanmış 3889 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yaşayır. Həmin yaşayış sahəsində quraşdırımış qaz sayğacı düzgün işləmədiyi üçün sayğacın dəyişdirilib yenisi ilə əvəz olunması üçün Cavabdehnə müraciət etmişdi. 2022-ci ilin oktyabr ayında Cavabdeh nümayəndələri tərəfindən həmin qaz sayğacı sökülmüş və əvəzində digər qaz sayğacı quraşdırılmışdır. Sayğac dəyişdirilən zaman heç bir zədə olmadan plombu üzərində olmuş, sayğacın plombu zədəsiz olmuşdur.”Azəriqaz” İB-nin əməkdaşları tərəfindən onun köhnə qaz sayğacı aparıldıqdan bir müddət sonra məlumat verdilər ki, onların yeni sayğacda problem olub, ona buna görə Akt tərtib olunub. Belə ki onun barəsində tərtib olunmuş 31 yanvar 2023-cü il tarixli, ******* nömrəli Akta əsasən mənzildə qeydiyyatda olmayan sayğacaşkar olunması göstərilmiş, itirilmiş qazın bərpası dəymiş ziyan kimi hesablanaraq borc yazılmışdır. Hesab edir ki, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunan yuxarıda qeyd etdiyi Akt tamamilə qanunsuz və əsassızdır. Göründüyü kimi onun evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda, o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçı olaraq onun təqsirini sübuta yetirmədən, ona qarşı əsassız və qanunsuz tələblər irəli sürmüşdür. Göründüyü kimi, qeyd olunan müqavilə şərtlərində qaz paylayıcısının heç bir halda istehlakçıya münasibətdə güc və ya məcburetmə tədbirinin tətbiq etməsi hüququ. eləcə də. İstehlakçının məcbur etmə tələbləri ilə müəyyən hərəkətlərin edilməsi vəzifəsi nəzərdə tutulmamışdır. Göründüyü kimi, hazırkı iddia ərizəsi üzrə cavabdeh qismində cəlb edilmiş Cavabdeh tərəfindən birtərəfli qaydada istehlakçı olaraq onun barəsində hər hansı məsuliyyət tədbirinin tətbiq edilməsi, qanunvericiliklə nəzərdə tutulmamış müxtəlif məbləğlərdə maliyyə-pul sanksiyasının tətbiq edilməsi və həmin məbləğin birbaşa və məcburi qaydada istehlakçı olaraq ondan ödənilməsinin tələb edilməsi “Qazdan istifadə qaydaları”-nın tələblərinə, cavabdehlə onun arasında bağlanılmış qazın alqı-satqı müqaviləsinin şərtlərinə və digər normativ hüquqi aktların tələblərinə ziddir. Nəzərə alınmalıdır ki, güc və ya məcburetmə tətbiq olunması yalnız dövlətin inhisarındadır və dövlət bu məqsədlə mülki-prosessual qanunla və icra haqqında qanunvericiliklə tənzimlənən metodlar tətbiq edir. Ona görə də hesab edir ki, məhkəmə hazırkı iddia ərizəsi əsaslı hesab edib təmin etməlidir. 5.Cavabdeh İddiaçı qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı tərəfindən iddiaçı Cavabdeh İByə 3654,28 (üç min altı yüz əlli dörd manat 28 qəpik) manat məbləğində zərərin və 56,55 (əlli altı manat 55 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 3710,83 (üç min yeddi yüz on manat 83 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı Cavabdeh İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.Qarşılıqlı iddia onunla əsaslandırılmışdir ki, Səbail rayonu ərazisində "Azəriqaz” İB-nin əməkdaşları tərəfindan Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən Səbail rayonu, Y.Mürsalov küç. x/ev 206 qeydiyyatda olan İddiaçı (bundan sonra-Cavabdeh) tərəfindən qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etməsi, yəni ki qeyriqanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsindən irəli qələn hal Birliyin əməkdaşları tərəfındən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 3939,84 manat məbləğində "Azəriqaz” İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur (sözügedən akt iddia ərizəsinə əlavə edilir). Həmin zərədən cavabdeh 285,56 manat ödəniş etmişdir. Beləliklə, cavabdehin "Azəriqaz” İB-yə ödənilməli borc məbləği hazırda Abonentin saldosu üzrə ümumi 3654,28 (üç min altı yüz əlli dörd manat 28 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində "Azəriqaz” İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. 7.Cavabdeh qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı tərəfindən iddiaçı Cavabdeh İB-yə 3654,28 (üç min altı yüz əlli dörd manat 28 qəpik) manat məbləğində zərərin və 56,55 (əlli altı manat 55 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 3710,83 (üç min yeddi yüz on manat 83 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı Cavabdeh İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 8.Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə abonent İddiaçı arasında xx.xx.2022-ci il tarixində AKX-04355xx/xx-2022 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında Cavabdeh İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana Cavabdeh İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********02060 nömrəli abonent kodu verilmiş və xx.xx.2017-ci il tarixli, ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istasmara qəbulu haqqında” akta əsasən fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Smart G-4 İtron Diafraqma markalı 1602AZ**********95 (plomb ********) nömrəli qaz sayğacı quraşdırılmışdır (akt əlavə olunur). Səbail rayonu ərazisində Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən Səbail rayonu, Y.Mürsalov küç. x/ev 206 qeydiyyatda olan İddiaçı (bundan sonra-Cavabdeh) tərəfindən fərdi evdə “Qazdan istifadə qaydalarının tələblərinə zidd olaraq pozaraq qeydiyyatı olmayan yəni Smart G- 4 İtron markalı 1402AZ**********84 nömrəli qaz sayğacı istifadə olunduğu aşkar edilmişdir. Araşdırılan zaman məlum olmuşdur ki, həmin İtron G-4 markalı 1402AZ**********84 nömrəli qaz sayğacı **********40100 saylı abonent X4 evinə quraşdırılmış və xx.xx.2017-ci il tarixli, ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istasmara qəbulu haqqında" akta əsasən həmin sayğac çıxarılaraq yoxlanılması üçün Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasına göndərilmişdir (akt əlavə olunur). Belə ki, cavabdehin təqsirli hərəkəti nəticəsindən irəli qələn hal Birliyin əməkdaşları tərəfindən foto və video çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Odur ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 3939,84 manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən akt iddia ərizəsinə əlavə edilir). Həmin zərədən cavabdeh 285,56 manat ödəniş etmişdir. Beləliklə, cavabdehin “Azəriqaz" İB-yə ödənilməli borc məbləği hazırda Abonentin saldosu üzrə ümumi 3654,28 (üç min altı yüz əlli dörd manat 28 qəpik) manat təşkil etməkdədir. 9.Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 04 iyul 2023-cü il tarixli, 2(009)-664/2023 saylı qətnaməsi ilə (hakim-Rəna Qafarova) ilkin iddia tələbi qismən təmin edilərək, ünvan 4 ünvanı üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 3654,28 (üç min altı yüz əlli dörd manat iyirmi səkkiz qəpik) manatın ilkin iddia üzrə İddiaçı-abonent kodu **********02060 saylı abunə hesabından silinməsi və dövlət rüsumunun 50 (əlli) manat hissəsinin Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsiqət edilmişdir. 10.İş materiallarında olan xx.xx.2022-ci il tarixli, AKX-04355xx/xx-2022 nömrəli müqavilədən görünür ki, Cavabdeh İB ilə İddiaçı arasında “qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilə bağlanmış, abonentə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi təbii qazla təchiz edilmiş, qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. 11.İş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2023- cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdan görünür ki, ünvan 4 ünvanı mənzilində 14** AZ ***114155184 nömrəli qeydiyyatı (lipa) olmayan sayğac aşkarlanmışdır. Aktda tələb olaraq dəymiş ziyanın hesablanması və ödənilməsi qeyd olunmuşdur. 12.İş materiallarında olan Cavabdeh İB tərəfindən verilmiş 04 iyul 2023-cü il tarixli **********02060 nömrəli abonentin saldosunun surətindən aydın olur ki, abonent İddiaçı 2023-cü il üçün qazdan istifadəyə görə itirilmiş qaz sərfiyyatının əvəzi olaraq 3654,28 manat borc hesablanmışdır. 13.İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanıldı və heç bir sızma aşkar edilməmiş, quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir. Qaz sayğacı abonentə təhvil verilmişdir. 14.İş materiallarında olan daxili qaz avadanlığına texniki baxış və profilaktik xidmət işlərinin keçirilməsi haqqında xx.xx.2014-cü il tarilxli aktından görünür ki, ünvan 4 ünvanında baxış keçirilmiş qaz xətti yoxlanılmış, nöqsan aşkar edilməmişdir. 15.İş materiallarında dəymiş ziyanın ödənilməsinə dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, istehlakçı İddiaçı məxsus ünvan 4 ünvanda “Qazdan istifadə Qaydaları”nıntələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş və 32832 kubmetr itirilmiş qazın bərpası üçün hesabat aparılmalı və hesablanmış məbləğ ödənilməlidir. 16.Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, cavabdeh Səbail rayonu ərazisində Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən Səbail rayonu, Y.Mürsalov küç. x/ev 206 saylı qeydiyyatda olan İddiaçı tərəfindən fərdi evdə “Qazdan istifadə qaydalarının tələblərinə zidd olaraq pozaraq qeydiyyatı olmayan, yəni Smart G-4 İtron markalı 1402AZ**********84 nömrəli qaz sayğacı istifadə olunduğunun aşkar edilməsini iddiaçının təqsirli hərəkətləri nəticəsində baş verməsini iddia etsə də, bununla bağlı hər hansı tutarlı bir sübut növü məhkəməyə təqdim etməmişdir.Bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun sübut müvafiq Akt və video görüntülərdir ki, həmin Akt iddiaçının əməkdaşları tərəfindən tərtib edilmiş, cavabdeh tərəfindən imzalanmamışdır, video görüntüdə də qeydiyyata alınmayan sayğacın quraşdırılmasında məhz istehlakçının təqsirinin olması sübuta yetirilmir.Odur ki, nə akt, nə də ki, video görüntülər iddiaçının istinad etdiyi halları sübut etmək üçün mötəbər sübut kimi qiymətləndirilmir. 17.Buna görə də məhkəmə hesab etmişdir ki, Cavabdeh – İddiaçı qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. 18.Məhkəmə ilkin iddia tələbi ilə bağlı qeyd etmişdir ki, istehlakçı İddiaçı təqsirli hərəkətləri nəticəsində ona məxsus ünvan 4 ünvanda təbii qazdan istifadə qaydalarının pozulması halı və nəticədə Cavabdeh İB-yə maddi zərər vurulması öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, istehlakçıya itirilmiş qazın bərpasının dəymiş ziyan kimi hesablanması əsassızdır. 19.Məhkəmə həmçinin qeyd etmişdir ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək **********02060 nömrəli abonent koduna hesablanmış 3889 (üç min səkkiz yüz səksən doqquz) manat borcun silinməsini tələb etsə də, araşdırma zamanı Cavabdeh İB tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli **********02060 nömrəli abonentin saldosuna əsasən itirilmiş qaz sərfiyyatının əvəzi olaraq 3654,28 (üç min altı yüz əlli dörd manat iyirmi səkkiz qəpik) borcun qaldığı müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə qismən təmin olunmalıdır. 20.Məhkəmə iddianın qismən təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlmişdir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun 50 (əlli) manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB tərəfindən ödənilmiş 56,55 (əlli beş manat əlli beş qəpik) dövlət rüsumu Cavabdeh İB-yə aid edilməlidir. 21.Məhkəmə öz mövqeyiniAzərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 6.5-ci bəndi;“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə;“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3,26-ci maddəsinə;Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə;“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə; Mülki Prosessual Məcəlləsinin14.2, 77.1, 88, 217.4, 119.1, 119.2, 217.4, 216-220 və 360-cımaddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 22.Qətnamədən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ilkin iddia tələbinin rədd edilməsi, qarşılqılı iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 23.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin əsasını istehlakçının istehlak etdiyi qaz sərfinə görə ödənişdən yayınmaq üçün istehlakçılara qanunvericiliklə qadağan edilmiş qeydiyyatı olmayan qaz qurğusunun özü tərəfindən quraşdırılması və həmin sayğacdan istifadə nəticəsində dəymiş ziyanın ödənilməsi təşkil edir. Lakin məhkəmə tərəflər arasında bağlanmış qazın alqı-satqısı müqaviləsi üzrə cavabdehin öhdəliklərini pozaraq qanunvericiliklə qadağan olunmuş özbaşına qeydiyyatda olmayan sayğac quraşdıraraq maddi zərər vurduğunu nəzərə almamışdır. Cavabdeh tərəfindən istehlak edilən təbii qazın sərfiyyatının istifadə edildiyindən az göstərilməsinə nail olmaq üçün sayğacın özbaşına qeydiyyatda olmayan sayğacla əvəzlənməsini və qeydə alınmadan istehlak edilən təbii qazın dəyərinin ödənilməsi üçün iddiaçının məsuliyyət daşıdığını məhkəmə nəzərəalmamışdır. Məhkəmə istehlakçının qaz xəttinə özbaşına qeydiyyatı olmayan Smart G4 İtron markalı 1402AZ**********84 nömrəli qaz sayğacı vasitəsi ilə qoşularaq qazdan istifadə etdiyini təsdiqləyən akta əsasən dəymiş ziyan kimi hesablanıb saldosuna əlavə edilmiş borcunu heç bir normaya əsaslanmadan silmişdir. İş materiallarına əlavə edilmiş videogörüntü və fotoşəkillərdən istehlakçının qaz xəttinin üzərində qeydiyyatı olmayan Smart G4 İtron markalı 1402AZ**********84 nömrəli qaz sayğacını quraşdırdığı aydın şəkildə görünür. Eyni zamanda istehlakçının qeyd edilən qeyri-qanuni əməllərinin qarşısının alınması üçün Cavabdeh tərəfindən Bakı Şəhər Prokurorluğuna müraciət edilsə də, Səbail Rayon Prokurorluğu tərəfindən edilmiş müraciət mülki işə əlavə edilib məhkəmədə araşdırılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Lakin məhkəmə işin hallarını düzgün araşdırmadan qətnamə qəbul etmişdir. Hazırki halda özbaşına quraşdırılmış qeydiyyatda omayan sayğacın istehlakçının təqsiri olmadan quraşdırılması barədə məhkəmənin gəldiyi nəticə əsassız və qanunsuzdur. Cavabdeh tərəfindən qanunsuz olaraq qaz qurğusunu dəyişdirmə faktını təsdiq edən sübutları-tərtib edilmiş aktı, videogörüntünü, fotoşəkilləri, istehlakçının saldolarını məhkəməyə təqdim etməsinə baxmayaraq məhkəmə heç bir fakta əsaslanmadan ilkin iddianı təmin, qarşılıqlı iddianı rədd etmişdir. İş materiallarına əlavə edilmiş sübutlarla istehlakçının qaz xəttinin üzərində xx.xx.2017-ci il tarixdə quraşdırılmış Smart G-4 İtron Diafraqma markalı 1602AZ**********95 (plomb ********) qaz sayğacını özbaşına çıxararaq qeydiyyatda olmayan Smart G4 İtron markalı 1402AZ**********84 nömrəli qaz sayğacını quraşdırdığı təsdiq edilsə də, birinci instansiya məhkəməsi qanunsuz və əsassız qətnamə qəbul etməklə iş üzrə gəlinən nəticə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmamışdır.1-ci instansiya məhkəməsi iş materiallarında olan həqiqi halları: 1.istehlakçının saldosunda yer almış məlumatları araşdırmamış, 2.təqdim edilən fotoşəkilləri və videogörüntüləri araşdırmamış, həmin faktları sübut kimi qiymətləndirməyərək sayğacın istehlakçı tərəfindən özbaşına quraşdırılmasınınistehlakçının təqsirindən qaynaqlanmadığı qənaətinə gəlmişdir. Halbuki qaz qurğularının istehlakçı tərəfindən quraşdırılması, dəyişdirilməsi qanunvericiliklə birbaşa qadağandır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 24.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. a)Məhkəmə icraatı iştirakçılarının izahatları 25.Məhkəmə kollegiyasının iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. 26.Məhkəmə kollegiyasının iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi X5 apellyasiya şikayətini qəbul etmədi iddia ərizəsinin məzmunua uyğun izahat verərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 27.Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. 28.“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. 29.Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. 30.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 31.“Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 32.“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 33.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 34.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 35.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 36.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 37.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 38.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(009)-664/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 39.Belə ki, işin faktiki halları ondan ibarətdir ki, istehlakçı İddiaçı məxsus ünvan 1 ünvanında 14** AZ ***114155184 nömrəli qeydiyyatı (lipa) olmayan sayğac aşkar edilməsi əsası ilə Cavabdeh İB tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Akt tərtib olunmuş və nəticədə abonent İddiaçı 2023-cü il üçün qazdan istifadəyə görə itirilmiş qaz sərfiyyatının əvəzi olaraq 3654,28 manat borc hesablanmışdır. 40.İddiaçı məhkəməyə müraciət edərək cavabdeh tərəfindən tərtib edilmiş aktın tamamilə qanunsuz və əsassız olduğunu iddia edərək ona hesablanmış borcun silinməsini xahiş etmişdir. 41.Cavabdeh İB isə qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, Azəriqaz” İstehsalat Birliyi ilə abonent İddiaçı arasında xx.xx.2022-ci il tarixində AKX04355xx/xx-2022 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında Cavabdeh İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz edilməsinə, qeyd olunan ünvana Cavabdeh İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********02060 nömrəli abonent kodu verilməsinə və xx.xx.2017-ci il tarixli, ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istasmara qəbulu haqqında” akta əsasən fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Smart G-4 İtron Diafraqma markalı 1602AZ**********95 (plomb ********) nömrəli qaz sayğacı quraşdırılmasına, Səbail rayonu ərazisində Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən Səbail rayonu, Y.Mürsalov küç. x/ev 206 qeydiyyatda olan İddiaçı tərəfindən fərdi evdə “Qazdan istifadə qaydalarının tələblərinə zidd olaraq pozaraq qeydiyyatı olmayan yəni Smart G-4 İtron markalı 1402AZ**********84 nömrəli qaz sayğacı istifadə olunduğunun aşkar edilməsinə və bu halı iddiaçının təqsirli hərəkətləri nəticəsində baş verməsinə istinad edərək itirilmiş qaza görə dəymiş zərərin iddiaçıdan tutulmasını xahişetmişdir. 42.Məhkəmə kollegiyası qeyd edir ki, ilkin və qarşılıqlı iddia tələbləri eyni faktiki əsasa söykənməklə işin müəyyən edilmiş halları ilkin iddia tələbini əsaslı etməklə, qarşılıqlı iddia tələbinin əsassızlığına səbəb olur. 43.Məhkəmə kollegiyası ilk öncə qarşılıqlı iddia tələbinə münasibət bildirərək qeyd edir ki, cavabdeh Səbail rayonu ərazisində Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən Səbail rayonu, Y.Mürsalov küç. x/ev 206 saylı qeydiyyatda olan İddiaçı tərəfindən fərdi evdə “Qazdan istifadə qaydalarının tələblərinə zidd olaraq pozaraq qeydiyyatı olmayan, yəni Smart G-4 İtron markalı 1402AZ**********84 nömrəli qaz sayğacı istifadə olunduğunun aşkar edilməsini iddiaçının təqsirli hərəkətləri nəticəsində baş verməsini iddia etsə də, bununla bağlı hər hansı tutarlı bir sübut növü məhkəməyə təqdim etməmişdir. 44.Belə ki, qarşılıqlı iddia tələbinin əsasınını təşkil edən borc məbləği ilə bağlı tərtib edilmiş aktlar iddiaçının (istehlakçının) iştirakı ilə tərtib edilməmiş və həmçinin həmin aktlar ona təqdim edilməmişdir. Buna görə də kollegiya qeyd edir ki,borcun qanunsuz hesablanması ilə bağlı məhkəmənin mövqeyi əsaslı hesab edilməlidir. 45.Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacı evdən kənarda yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün cavabdeh tərəfindən müvafiq örtüklə örtülməlidir. 46.Kollegiya qeyd edir ki, qarşılıqlı iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). 47.Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. 48.Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). 49.Kollegiya hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının istinad etdiyi hallar iş materiallarının araşdırılması ilə öz təsdiqini tapmadığından, istinad olunan aktlar qanunvericiliyin tələblərinə cavab verməməklə mötəbər sübut hesab edilmədiyindən, məhkəmə qarşılıqlı iddia tələbinin təmin edilməməsi ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. 50.Məhkəmə kollegiyası ilkin iddia tələbinə münasibətdə qeyd edir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda göstərilən halların sübut edilməsi vəzifəsi cavabdehə (Cavabdeh İB-yə) aid olduğu qanunvericiliklə müəyyən olunsa da, həmin halların doğruluğunu təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmişdir. 51.Cavabdehin (Cavabdeh İB-nin) istinad etdiyi onun özü tərəfindən təritb edilmiş aktlar isə qanunvericiliyin tələblərinə cavab verməyərək iddiaçı olan istehlakcı tərəfidən imzalanmadığından mötəbər sübut kimi qəbul edilə bilməz. 52.Qeyd olunanlara əsasən Kollegiya qeyd edir ki, ilkin iddia üzrə İddiaçı məxsus ünvan 4 ünvanda təbii qazdan istifadə qaydalarının pozulmasında istehlakçının təqsiri sübut olunmadığından qaz itkisinə görə hesablanmış pulun ilkin iddia üzrə iddiaçıdan tələb edilməsi əsassız və qanunsuz hesab edildiyindən hesablanmış borcun silinməsi ilə bağlı ilkin iddia tələbinin əsaslı hesab edilir. 53.Buna görə də məhkəmə kollegiyası cavabdeh (Cavabdeh İB) tərəfindən tərtib olunmuş aktların qanunsuzluğu və həmin aktlar əsasında hesablanmış borcun əsassız olması səbəbindən məhkəmənin ilkin iddianın qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. 54.Belə ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək **********02060 nömrəli abonent koduna hesablanmış 3889 (üç min səkkiz yüz səksən doqquz) manat borcun silinməsini tələb etsə də, araşdırma zamanı Cavabdeh İB tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli **********02060 nömrəli abonentin saldosuna əsasən itirilmiş qaz sərfiyyatının əvəzi olaraq 3654,28 (üç min altı yüz əlli dörd manat iyirmi səkkiz qəpik) borcun qaldığı müəyyən edilmişdir. Buna görə də Kollegiya hesab edir ki, iddia düzgün olaraq 3654,28 manat həcmində qismən təmin edilmişdir. 55.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 56.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 57.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 58.Kollegiya qeyd edir ki, birinci instansiya tərəfindən məhkəmə xərclərinin tərkib hissəsi olan dövlət rüsumu AR MPM-nin 119.1-ci maddəsinə əsasən düzgün olaraq həll edilmişdir. 59.Apellyasiya şikayətinin dəlilini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 60.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İlkin iddia üzrə Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(009)-664/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-6031/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6031/2023
25.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver