Məhkəmə qərarları › İş №2(103)-6031/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6031/2024

21.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6031/2024 21.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Bakı şəhəri Səbail Bələdiyyəsinə və Cavabdeh2 qarşı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Bakı şəhəri Səbail Bələdiyyəsinə və Cavabdeh2 qarşı “qərarın və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)- 2676/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəmələrində icraat

1. İddiaçı cavabdehlər Bakı şəhəri Səbail Bələdiyyəsinə və Cavabdeh2 qarşı “qərarın və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Cavabdeh2 xx.xx.2024-cü il tarixdə İddiaçı qarşı “iş vaxtını itirməyə görə məbləğin tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əsassız iddia vermiş İddiaçı 3.000 manatın tutularaq ona ödənilməsini xahiş etmişdir.

3. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)- 2676/2024 nömrəli qərardadı ilə Cavabdeh2 tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır.

4. Qərardad onunla əsaslandırılmışdır ki, qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlməmişdir; qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırmır; qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə yoxdur və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnmir.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

5. Həmin qərardaddan Cavabdeh2 şikayət verərək, qərardadın ləğv edilməsini və qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarına riayət etməmiş, əsassız olaraq qarşılıqlı iddia ərizəsini geri qaytarmışdır. Belə ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2008-ci il tarixli 18/03-8/5689 saylı məktubuna əsasən ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən, Bakı şəhəri Səbail rayonu 12 ünvanda yerləşən 0.0400 ha torpaq sahəsi Səbail Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 313 saylı qərarına, torpaqların alğı-satqısına dair xx.xx.2009-cu il tarixli akta və keçmiş DTXK tərəfindən verilmiş AN seriyalı 480133 saylı, xx.xx.2013-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyata alınaraq Çıxarış verilmişdir. İddiaçı X3 məhkəməyə təqdim etdiyi idda ərizəsində ona məxsus torpaq sahəsinin 0,03 ha, Cavabdeh2 torpaq sahəsinin isə 0,04 ha olduğunu bildirmişdir. İddiaçı X5 cavabdeh Bakı şəhəri Cavabdeh1nə qarşı (Cavabdeh2 3-cü şəxs qismində göstərilməklə) “qərarın və alğı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmənin 2-1(112)-1337/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı X5 xx.xx.2022-ci il tarixdə rəhmətə getdiyinə görə onun həyat yoldaşı İddiaçının hüquqi varisi qismində işə cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7646/2023 saylı, 15 sentyabr 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı Bakı İnzibati məhkəməsinin 2-1(112)- 7646/2023 saylı 15 sentyabr 2023-cü il tarixli qərardadından narazı qaldığı üçün Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İK-nın (hakim məruzəçi Şərafət Məmmədova) 2-1(103)-594/2024 saylı 16 yanvar 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7646/2023 saylı, 15 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-594/2024 saylı, 16 yanvar 2024-cü il tarixli qərardadından narazı qalan İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1250/2024 saylı, 15 may 2024-cü il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-594/2024 saylı, 16 yanvar 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanmışdır. İddiaçı tərəfindən Qaradağ rayon Məhkəməsinə verdiyi iddia ərizəsini vicdansızcasına əsassız iddia vermiş kimi qiymətləndirir, qanuni qüvvəsini almış Ali Məhkəmənin qərarından sonra verilmiş əsassız iddia ilə əlaqədar aşağıdakıları bildirir. Azərbaycan Respublikası MPM-in 120-ci maddəsində deyilir: məhkəmə, vicdansızcasına əsassız iddia vermiş yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. O, Səbail rayon Səbail Bələdiyyəsinə ərizə ilə müraciət edərək fərdi yaşayış evi tikmək üçün 0,0400 ha torpaq sahəsinin verilməsini xahiş etmiş, Səbail Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 313 saylı qərarına və Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2008-ci il tarixli 18/03-8/5689 saylı məktubuna əsasən məktubda göstərilən 3 nəfər şəxsə eyni ərazidə, yəni Səbail rayon Salyan şössesi 12 unvanda qayalıq ərazidə yerləşən sahədə hər birinə eyni vaxtda 0.0400 ha torpaq sahəsi verilmişdir. Ona ayrılan torpaq sahəsi ortada, qalan iki nəfər şəxsə isə sağ və sol tərəfdə verilmişdır. Həmin torpaq sahələri mişar daşı ilə hasara alınmış, dəmir darvaza qoyulmuşdur, ona aid olan hissə isə hər iki yan hissələri və arxa tərəfi daş hasarla hörülmüş qabaq hissədə isə imkanı olmadığından darvaza yeri qoyularaq yan tərəfi mişar daşı ilə beş kubik hörülmüşdür. Səbail Bələdiyyəsi, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2008-ci il tarixli 18/03- 8/5689 saylı məktubunu nəzərə alaraq ona torpaq sahəsi ayırmış, həmin torpaq sahəsini Bələdiyyənin xx.xx.2009-cu il tarixli “torpaqların alğı-satqısı”na dair üç tərəfli aktla və keçmiş DTXK tərəfindən verilmiş AN seriyalı 480133 saylı, xx.xx.2013-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən rəsmiləşdirmişdir. Həmin sənədlərə əsasən onun adına ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Səbail rayonu Salyan şössesi 12 unvanda yerləşən 0.0400 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi olan çıxarış adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyata alınaraq verilmişdir. İddiaçı X3 məhkəməyə təqdim etdiyi idda ərizəsində ona məxsus torpaq sahəsinin 0,0300 ha, onun torpaq sahəsi isə 0,0400 ha təşkil edir. Bu da bir daha subut edir ki, iddiaçının iddiası tam əsassızdır və Səbail Bələdiyyəsi tərəfindən Səbail rayonu Salyan şossesi 12 ünvanda təqribən 300-400 nəfərə fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmışdır (həmin torpaq sahələri Səbail rayonu Salyan şössesi 12 kimi qeyd edilmişdir). Məhkəmənin nəzərinə bir daha çatdırır ki, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2008-ci il tarixli 18/03-8/5689 saylı məktubuna əsasən məktubda qeyd olunan üç nəfər şəxsə Səbail Bələdiyyəsi tərəfindən hər birinə fərdi yaşayış evi tikmək üçün 0.0400 ha torpaq sahəsi ayırması qeyd edilmiş və həmin məktuba əsasən üç nəfərə eyni gündə hər birinə 0.400 ha torpaq sahəsi ayrılmışdır və hər üç qonşu həmin torpaqdan istifadə edir (Səbail Bələdiyyəsinin ərazi üzrə X2 tərəfindən plan-cizgi tərtib edilmişdir. Həmin plan və çizgidə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin məktubunun tarixi və nömrəsi cizgidə qeyd edilmişdir). İddiaçı X3 iddia etdiyi 0.0300 ha torpaq sahəsi onların torpaq sahələri ilə üst-üstə düşə bilməz. İddiaçı əvvəllər də müxtəlif yerlərdə müxtəlif bəhanələrlə torpaq iddiası aparmış, bu barədə Səbail rayon Polis idarəsinə ərizə ilə müracit etmiş, ərizəsi əsasında polis tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçı X3 atası hörmətli akademik mərhum X4 Səbail rayon Bələdiyyəsi tərəfindən 0.0300 ha torpaq sahəsi verilməsi barədə 27 dekabr 2005-ci il tarixli 421 nömrəli qərar alğı-satqı müqaviləsi verilmişdir (qayalıqda hörmətli akedimikə fərdi yaşayış evi tikmək üçün Səbail Bələdiyyəsi tərəfindən torpaq sahəsinin verilməsi mümkün deyildir. Həmin sənədlərin həqiqi olması şübhə doğurur. Və iddiaçı Elçin Əliyev saxta yolla əldə etməsi, 0.0300 ha torpaq sahəsinin Salyan şossesi 12 unvanda hansı tərəfdə olmasını bilməməsi, müxtəlif ərazilərdən 0.0300 ha torpaq sahəsinin onun olmasını iddia etməsi, torpağın onun adına olmasını təsdiq edən plan-cizginin olmaması, onun şərböhtan atmaqla özgənin qanuni torpaq sahəsini öz adına keçirmək kimi uğursuz cəhdlər edir). Eyni zamanda müəyyən olunmuşdur ki, iddiaçının həyat yoldaşının atasının adına Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Vəli Əliyevə (iddiaçının atası) Səbail Bələdiyyəsi tərəfindən fərdi yaşayış evinin tikintisi üçün 0.300 ha torpaq sahəsin verilməsi barədə məktubu olmamış, Səbail rayonu Salyan şossesi 12 unvanın hansı ərazisində torpaq sahəsinin verilməsi müəyyənləşdirilməmiş, bu barədə torpağın həqiqətən iddiaçının atasının adına aid olmasını təsdiq edən plan-cizgi ilə təsdiq edilməmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin razılıq məktubunun olmaması, 0.300 ha torpaq sahəsinin ona məxsus olmasını təsdiq edən plancizginin və 3 tərəfli aktın olmaması bir daha subut edir ki, iddiaçı X3 varisi İddiaçı qaldırdığı iddia tam əsassızdır. 2000-ci ildən başlayaraq şər-böhtan atmaqla başqasının torpağını ələ keçirməyə çalışan iddiaçı X3 varisi İddiaçı Qaradağ rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhər Səbail rayon Bələdiyyəsi tərəfindən Cavabdeh2 adına Bakı şəhəri Səbail rayonu Salyan şossesi 12 ünvanda yerləşən 400 m2 torpaq sahəsinin ayrılmasına dair 29 dekabr 2006-cı il tarixli 313 saylı qərarın və 29 iyun 2009-cu il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin sənədlər əsasında və eləcə də ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən verilmiş və Dövlət Kadastrı kitabında AN 480133 saylı 11 dekabr 2013-cü il tarixdə qeydiyyata alınmış AN-520795 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü”nün əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı ərazi idarəsi tərəfindən verilmiş 950 nömrəli reyestr kitabının 90288 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmış 29 iyul 2020-ci il tarixli çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etməsi Azərbaycan Respublikası MPM-nin 120-ci maddəsinə əsasan iş vaxtını itirməyə görə məbləğin tutulması tələbi haqqında qarşılıqlı iddia ərizəsi verilməsi zərurəti yaratmışdır.

7. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

8. Şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları

10. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsi (MPM): Maddə 35.3. Qarşılıqlı iddia, ərazi aidiyyətindən asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilir. Maddə 120. Məhkəmə, vicdansızcasına əsassız iddia vermiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Maddə 156.1. Hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; 156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. Maddə 220.5. Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e 2(002)-2676/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

12. İşdən görünür ki, iddiaçı mübahisəli torpaq sahəsinin Cavabdeh2 adına ayrılmasına dair Səbail Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 313 saylı qərarının, xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsinin hesab edilməsini və daşınmaz əmlakın dövlət reyestrində qeydiyata alınmış xx.xx.2020-ci il tarixli çıxarışın ləğv edilməsini tələb edir.

13. Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin məzmunundan görünür ki, o, MPM-in 120-ci maddəsinə istinad edərək, əsassız iddia vermiş iddiaçıdan 3.000 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

14. Göründüyü kimi, qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlməmişdir, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırmır, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə yoxdur və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnmir.

15. Bundan başqa o da qeyd edilməlidir ki, iddiaçının tələb etdiyi məhkəmə xərci (MPM-in 8-ci Fəsli) məhkəmə tərəfindən tələbin olub-olmamasından asılı olmayaraq həll edilir və bunun üçün cavabdeh tərəfindən qarşılıqlı iddianın verilməsinə zərurət yoxdur. Bununla belə, cavabdeh tələb etdiyi məbləğin iddiaçıdan onun xeyrinə tutulması barədə xahişini şifahi və ya yazılı formada işə baxan məhkəmənin diqqətinə çatdıra bilər.

16. Beləliklə, Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəliyi nəticə ilə razılaşır.

17. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 398-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)- 2676/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar