Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6039/2021 10.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul” barədə ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul” barədə qarşılıqlı iddia tələblərinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-637/2021 saylı, 18 mart 2021-ci il tarixli qərardadından Cavabdeh nümayəndəsi və vəkilinin şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 31.1 kv/m olan qeyri yaşayış binasınına dair 3 dekabr 2016-cı ildən sonrakı müddət ərzində bağlanmış bütün müqavilələrin etibarsız hesab olunması, həmin qeyri yaşayış sahəsinin təhvil verilməsi, keçən 4 il müddət ərzində aylıq minimum 1500 (mir beş yüz) manat olmaqla 72 000 manat əldən çıxmış faydanın iddiaçıya ödənilməsi, həmin qeyri yaşayış sahəsinin təhvil verilməsi mümkün olmadığı təqdirdə obyektin alqı-satqı dəyəri olan 36600 (otuz altı min altı yüz) manatın Cavabdeh tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh 36600 (otuz altı min altı yüz) manat tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03.12.2016-cı ildə 14 Saylı Notariat Kontorunda Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 31 kv.m olan qeyri yaşayış sahəsinin 36 600 manata İddiaçı satılmasına dair Cavabdeh ilə İddiaçı arasında bağlanmış uydurma (formal) alqı satqı müqaviləsinin etibarsız hesab edilməsi, vəkilə ödənilən 400 manat hüquqi xidmət haqqı və 20 manat dövlət rüsumu, cəmi 420 manat pulun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi birinci instansiya məhkəməsinin icraatına qəbul edildikdən sonra Cavabdeh nümayəndəsi və vəkili ərizə təqdim edərək mübahisəyə Yasamal rayonunda yerləşən yaşayış sahəsinə yəni, tikiliyə mülkiyyət hüququnun tanınmasınının səbəb olduğunu bildirmiş, buna görə də işin aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-637/2021 saylı, 18 mart 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, məhkəmə bu zaman ona əsaslanmışdır ki, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır və Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsində təsbit olunmuş aidiyyət qaydalarına uyğun olaraq işə Nizami Rayon Məhkəməsində baxılmalıdır. Həmin qərardaddan Cavabdeh nümayəndəsi və vəkilinin verdiyi şikayət Nizami Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəməyə gəlmədiklərindən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-637/2021 saylı, 18 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə görə isə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. İş materiallarından görünür ki, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır; iddianın predmetini isə MPM-nin 39.1-ci maddəsində göstərilən tələblər deyil, pulun ödənilməsi tələbi təşkil edir; belə ki, iddiaçı sonradan iddia tələbinin dəqiqləşdirərək yalnız pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Başqa sözlə, ümumi aidiyyat qaydalarına uyğun olaraq işə Nizami Rayon Məhkəməsində baxılmalıdır və həmin məhkəmə cavabdehin ərizəsini əsaslı olaraq təmin etməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-637/2021 saylı, 18 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №2(103)-6039/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6039/2021
10.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver