Məhkəmə qərarları › İş №2(103)-604/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-604/2022

10.08.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-604/2022 10.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı “neft kəmərlərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-114/2021 saylı, 17 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən birgə verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Socarın İddiaçı istismarında olan Bibiheybət-ünvan 4al Dş-300 mm-lik magistral neft kəmərinin 0.961-ci km-də, kəmərdən 48.2 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən elə həmin ünvanda olan bütün qanunsuz tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Bibiheybət-ünvan 4al Dş-300 mm-lik magistral neft kəmərinin 0.961-ci kmdə, kəmərdən 48.2 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, ünvan 2 ünvanında yaşayan Cavabdeh tərəfindən elə həmin ünvanda qanunsuz tikinti işlərinin aparılması aşkar edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Bundan başqa, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111 -ci maddəsində aşağıdakılar göstərilmişdir: 1) “Azərbaycan Respublikasında torpaqlarin özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 2) Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 3) Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir”. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən “tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.” Bundan əlavə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222-2-ci maddəsi ilə müvafiq icazə alınmadan magistral boru kəmərlərinin mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparılmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-114/2021 saylı, 17 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara qiymət verərək hesab etmişdir ki, iddiaçı iddia tələbində SOCAR-ın İddiaçı istismarında olan Bibiheybət-ünvan 4al Dş-300 mm-lik magistral neft kəmərinin 0.961-ci km-də, kəmərdən 48.2 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, ünvan 2 ünvanında yaşayan Cavabdeh tərəfindən elə həmin ünvanda qanunsuz tikinti işlərinin aparılmasını” qeyd etsə də, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sonuncu ekspert rəyi ilə ünvan 3 ünvanında yerləşən Cavabdeh məxsus fərdi yaşayış evinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı balansında olan Bibiheybet-ünvan 4al Dş-300 mm-lik magistral neft kəmərinin 0.961-ci km-də keçən magistral neft kəmərindən 52 metr aralıda yerləşdiyi, həmin tikilinin neft kəmərinin mühafizə zolağına düşmədiyi müəyyən edilmişdir. Odur ki, məhkəmə iddiaçının bununla bağlı dəlillərinin əsassız olması və iddianın rədd edilməsi qənaətinə gəlir. Lakin iş materiallarından da göründüyü kimi bir-birinə zidd olan iki ekspert rəyi mövcuddur. Lakin məhkəmə ikinci ekspertizanın rəyinə istinad etmişdir. Məhkəmə subutlara düzgün hüquqi qiymət verməməklə prosesual hüquq normasını pozmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bötövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən iddiaçı şikayət verərək iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi mübahisəli evin neft kəmərlərinin mühafizə zonasına düşmədiyi əsası ilə iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan SOCAR-ın İddiaçı X3 NBKXS-nin rəisi R.Məhərrəmov, NBKXS-nin böyük mühəndisi Z.Quliyev tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, xx.xx.2020-ci il tarixdə SOCAR-in Təhlükəsizlik İdarəsinin 3 saylı komandanın rəisi B.İsmayılbəylinin təqdim etdiyi Bildiriş № 5 əsasında əraziyə baxış keçirilmişdir. Baxış zamanı məlum oldu ki, X3 istismarında olan Bibiheybətünvan 4al Dş-300 neft kəmərinin 0,9-cu km-də kəmərdən 48,2 metr aralı məsafədə ünvan 1 ünvanda X6 məxsus olduğu iddia edilən torpaq sahəsində tikinti işləri aparılmışdır. İşlərin dayandırılması və sökülməsi barədə Təhlükəsizlik İdarəsinin 3 saylı komandanın atıcıları tərəfindən yazılı xəbərdarlıq olundu. Xəbərdarlığa baxmayaraq vətəndaş, heçbir tədbir görülməmişdir. SOCAR-ın İddiaçı X3 NBKXS-nin rəisi R.Məhərrəmov tərəfindən tərtib olunmuş sxemdən görünür ki, ünvan 1 ünvanında hasar tikintisi Bibiheybət-ünvan 4al Dş-300 neft kəmərinin 0,9-cu km-də kəmərdən 48,2 metr aralı məsafədə tikilmişdir. SOCAR-ın İddiaçı tərəfindən X6 ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, X1-ünvan 4al Dş-300 neft kəmərinin 0,9-cu km-də kəmərdən 48,2 metr məsafədə tikinti işlərinin aparılmasının yolverilməzliyi ilə bağlı xəbərdar olunmuşdur. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında X2 Təşkili Üzrə Dövlət Agentliyi tərəfindən SOCAR-ın İddiaçınə ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********40 nömrəli cavab məktubundan görünür ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) İddiaçı istismarında olan Bibiheybətünvan 4al Dş-300 mm-lik magistral neft kəmərinin 0,961-ci km-də kəmərdən 48,2 m aralı məsafədə, kəmərin mühafizə zonasına aid ərazidə, ünvan 5 ünvanında vətəndaş Cavabdeh tərəfindən aparılan qanunsuz tikilinin sökülməsinə və ərazinin boşaldılmasına köməklik göstərilməsi barədə 19 iyun 2020-ci il tarixli, **********30490075X00676 saylı müraciətinizə X2 Təşkili üzrə Dövlət Agentliyində baxılmışdır. Müraciətinizdə qeyd olunan məsələ Bakı ərazi şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılmış və müraciətdə adı çəkilən vətəndaş Cavabdeh tərəfindən sözügedən ərazidə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan tikinti işlərinin aparılması faktı təsdiqini tapmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 27 noyabr 2020-ci il tarixli, 10/3255 nömrəli rəyindən görünür ki, mülki iş materiallarında olan xx.xx.2020-ci il tarixli akta əsasən ünvan 3 ünvanında yerləşən Cavabdeh yaşadığı (istifadəsində olan) evin Bibiheybət-ünvan 4al Dş-300 neft kəmərindən 48.2 metr məsafədə yerləşdiyi müəyyən edilir. ünvan 3 ünvanında yerləşən Cavabdeh yaşadığı (istifadəsində olan) evin mülki iş materiallarında olan xx.xx.2020-ci il tarixli akta əsasən neft kəmərindən 48.2 metr məsafədə yerləşdiyini nəzərə aldıqda, həmin tikilinin “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.3 bəndinə əsasən Dş-300 mm-lik magistral neft kəmərinin mühafizə zonasına düşdüyü müəyyən edilir. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın tələblərinə əsasən texniki qurğuların dayanması yaxud nasazlığı, texnoloji rejim proseslərindən kənara çıxma, eləcə də istehsal obyektlərində işlərin görülməsi qaydalarının aparılmasını müəyyənləşdirən normativ-texniki sənədlərin tələblərinin pozulması nəticəsində yarana biləcək hadisələr magistral neft kəmərinin mühafizə zonasında bədbəxt hadisələrin baş verməsinə gətirib çıxara bilər. Məhkəmə Ekspertiza Mərkəzinin 07 iyul 2021-ci il tarixli, 10/1107 nömrəli rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən Cavabdeh məxsus fərdi yaşayış evinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı balansında olan Bibiheybət-ünvan 4al Dş-300 mm-lik magistral neft kəmərinin 0.961-ci km-də keçən magistral neft kəmərindən 52 metr aralıda yerləşməsini nəzərə alaraq, həmin tikilinin neft kəmərinin mühafizə zolağına düşmədiyi müəyyən edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi mübahisənin həll olunması məqsədilə iki dəfə ekspertiza təyin etmişdir. Lakin sonuncu ekspert rəyinə istinad edərək iddianın rədd edilməsi barədə nəticəyə gəlmişdir. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Apellyasiya instansiya məhkəməsində ekspert rəyləri arasında olan ziddiyyətlərin aradan qaldırılması üçün təkrar tikinti-tekniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi xx.xx.2022-ci il tarixli 10/3091 nömrəli ekspert rəyində göstərilmişdir ki, ünvan 3 ünvanında yerləşən Cavabdeh yaşadığı (istifadəsində olan) evin arxa sol və sağ küncləri Bibiheybət-ünvan 4al Dş-300 mm-lik magistral neft kəmərindən uyğun olaraq 48.2 və 50 metr məsafələrdə yerləşir. ünvan 3 ünvanında yerləşən Cavabdeh yaşadığı (istifadəsində olan) evin arxa sol küncü X9 İdarəsinə məxsus magistral neft kəmərinin mühafizə zonasında (48.2m) yerləşir. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın tələblərinə əsasən texniki qurğuların dayanması yaxud nasazlığı, texnoloji rejim proseslərindən kənara çıxma, eləcə də istehsal obyektlərində işlərin görülməsi qaydalarının aparılmasını müəyyənləşdirən normativ-texniki sənədlərin tələblərinin pozulması nəticəsində yarana biləcək hadisələr magistral neft kəmərinin mühafizə zonasında bədbəxt hadisələrin baş verməsinə gətirib çıxara bilər. Bundan başqa Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2022-ci il tarixli **********56 nömrəli məktubunda göstəriulmişdir ki, ünvan 3 ünvanında yerləşən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi kadast baza məlumatlarına əsasən neft kəmərinin mühafizə zolağında yerləşir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə və Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət obyektlərinin dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlətin müstəsna mülkiyyətindədir. Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Repsublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1108-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Kollegiya, həmçinin, qeyd edir ki, ekspert rəyi də sübutun bir növüdür və prosessual qanunverciliyə görə heç bir sübutun, o cümlədən ekspert rəyinin məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ekspert rəyini məhkəmə işdəki digər sübutlarla məcmu halında araşdırmaqla qiymətləndirməlidir. Müəyyən olunur ki, neft kəmərlərini istismar edən Dövlət Neft Şirkəti və ya onun yerli orqanları ilə cavabdeh arasında torpaq sahəsinin ayrılması ilə bağlı hər hansı razılaşma mövcud olmamışdır. Cavabdeh həmin özbaşına tikintiyə mülkiyyət hüququ əldə etməmişdir. Özbaşına tikilinin inşa edildiyi torpaq sahəsi hazırda cavabdehin qanunsuz istifadəsindədir. Həmçinin, Kollegiya, işdə olan rəyləri müqayisəli şəkildə təhlil edərək və iş materialları ilə əlaqəli şəkildə qiymətləndirərək belə qənaətə gəlir ki, mübahisəli tikili birbaşa neft kəmərin mühafizə zonasında yerləşməsi öz təsdiqini tapır və həmin kəmərdə baş verə biləcək kiçik bir hadisə insanların həyatına və sağlamlığına təhlükə yaradan partlayışa, yanğına və digər növ qəzalara, habelə kütləvi insan tələfatına səbəb ola bilər. Kollegiya, həmçinin, qeyd etməyi zəruri hesab edir ki, cavabdehin neft kəmərinin mühafizə zonasında inşa etdiyi tikili həm özünün, həm ailə üzvlərinin, həm də ətrafdakılar üçün ona məlum olan səbəblərdən yüksək təhlükə mənbəyi hesab olunmaqla, həm özü tərəfindən, həm də digərləri tərəfindən ala bilinən zərərlərə görə məsuliyyət təqsirli şəxs kimi onun üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsiqətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Səbail Rayon Məhkəməsinin 2(009)-114/2021 saylı, 17 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-114/2021 saylı, 17 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. Socarın İddiaçı istismarında olan Bibiheybət-ünvan 4al Dş-300 mm-lik magistral neft kəmərinin 0.961-ci km-də, kəmərdən 48.2 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, ünvan 1 ünvanında yerləşən Cavabdeh yaşadığı (istifadəsində olan) ev cavabdehin hesabına sökülərək ərazidən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar