Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6042/2020 07.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İlkin iddia üzrə iddiaçı/qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 nümayəndəsi X9, İlkin iddia üzrə cavabdeh/qarşılıqlı iddia üzrə iddiaçı X3 vəkili və nümayəndəsi X8, ilkin iddia üzrə cavabdeh Bakı şəhəri 52 saylı notariat ofisinin vəkili X23 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X5 və Bakı şəhəri 52 saylı Notariat Kontoruna qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə “vərəsəlik hüququ üzrə mübahisələr” barədə ilkin, iddiaçı X3 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “mülkiyyət hüququndan istifadə edilməsi üçün maneələrin aradan qaldırılması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-715/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçıların nümayəndəsi və vəkili Tahir Əlirzayev tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X5 və Bakı şəhəri 52 saylı Notariat Kontoruna qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 52 saylı notariat ofisi tərəfindən ünvan 3, mənzil 3 üzərində paylı mülkiyyət hüququ üzrə mərhum nənələri X16 mülkiyyət hüququ olan iki otağına dair cavabdeh X5 verilmiş xx xxxxxx 2013-cü il tarixli Vəsiyyətnamə üzrə verilmiş xx xxxxxx 2019-cu il tarixli vərəsəlik hüququ haqqında Şəhadətnamənin ləğv edilməsi, həmin şəhadətnamə əsasında cavabdeh X5 AR İqtisadiyyat Nazirliyi yanında ƏMDKY DƏDRX-nin 1 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışın ləğv edilməsi, onların mərhum nənələri X14 miras qalmış ünvan 3, mənzil 3-də paylı mülkiyyət hüququ üzrə 2 otağına hər birinin 1/3 hissədə vərəsəlik hüququnun tanınması və ödənilmiş barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu Rüstəmov küçəsi ev 39, mənzil 3 üzərində mülkiyyət hüququ 1 otağı (17.0 kv.m) anaları X1 qalan hissə (iki otağı) mərhum nənələri X16 xüsusi mülkiyyətindədir. Onlar hər ikisi hazırkı ünvanda doğulmuşlar və hal hazıradək həmin mənzildə yaşayırlar. Mərhum nənələri X27 vəfat etdiyi xx.xx.2019-cu il tarixədək onlarla birgə yaşamış və onlar nənələrinə baxmışlar və onun bütün ehtiyaclarını bir nəvə kimi qarşılamışlar. Nənələri vəfat etdikdən əvvəl də, vəfat etdikdən sonra da, hazırkı miras əmlakda yaşamaqla mirası faktiki qəbul elmişlər. Lakin, buna baxmayaraq mərhum nənələri X27 xx xxxxxx 2013-cü ildə onların xəbəri olmadan, qeyri müəyyən şəraitdə Vəsiyyətnamə verərək ölən günədək ona məxsus olan , harada və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını Bakı şəhəri Bakıxanov qəsəbəsi, A.Mustafayev küçəsi ev 6, mənzil 1-də qeydiyatda olan X5 vəsiyyət etmişdir. Onların bundan yalnız cavabdeh Bakı şəhəri 52 saylı Notariat Ofisinə vərəsəlik işinin açılması üçün müraciət etdikdən sonra onlara ünvanlanmış xx xxxxxx 2019- cu il tarixli, 1719/2019 saylı məktubu aldıqdan sonra məlumatları olmuşdur. Nənələri vəfat etdikdən sonra miras əmlakı faktiki qəbul etməklə onu şəksiz idarə edirlər. Və mənzildən təyinatına uyğun olaraq istifadə edirlər. Bu məqsədlə bütün kommunal xidmət haqlarını onlar ödəyirlər. Cavabdeh X10 yalnız vəsiyyətnamə almaqla kifayətlənmiş və miras əmlakda yaşamamaqla özünün faktiki qeydiyatda olduğu Bakı şəhəri, Bakıxanov qəsəbəsi, A.Mustafayev küçəsi ev 6, mənzil 1-də yaşayır. Bibiləri xx xxxx 2019-cu ildə notariat ofisinə təqdim etdiyi ərizəsində guya nənələrinin ölümündən 3 il əvvəldən ölən günədək, onun qulluğunda duraraq baxdığını, xəstəliyini müalicə etdirərək dəfn və hüzür mərasimlərinin icrasını öz üzərinə götürərək yerinə yetirdiyini qeyd etsədə, mərhum anasına baxmamışdır. Onun qulluğunda durmamışdır. Ölən günə yaxın qısa fasilələrlə qonşuluqda yaşasan bir tanışı ilə gəlib- getmişdir. Dəfni həyata keçirsə də hüzür mərasimi keçirilməmişdir. Çünki, həm bibiləri, həm onun həyat yoldaşı və həm də ətrafı bütövlükdə “vəhabi” təriqətinə əməl edirlər və onlar yas mərasimi keçirmirlər. Atası mərhum X17 xx xxx 2016-cı ildə xidmətdə olarkən Əfqanıstan Respublikası ərazisində qəzaya düşərək vəfat etmişdir. Nənələri isə xx.xx.2019-cu ildə vəfat etmişdir. Qanunla nəzərdə tutulmuş qaydada mirası faktiki qəbul etməklə yanaşı vaxtında cavabdeh Bakı şəhəri 52 saylı Notariat Ofisinə vərəsəlik işinin açılması üçün müraciət elmişlər və onlara xx xxxxxx 2019cu il tarixli imtina məktubu ilə cavabdeh X5 vəsiyyətnamə verildiyindən onlara vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. İddiaçı X10 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması, qarşılıqlı iddiaçı X4 mülkiyyətində olan ünvan 1 ünvanının 2 y/otağına ilkin iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavadehlər tərəfindən yaradılmış maneələrin özləri tərəfindən aradan qaldırılması və mənzilə aid açarın qarşılıqlı iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılqılı iddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ünvan 1 ünvanının 2 y/otağına xüsusi mülkiyyət kimi xx.xx.2019-cu il tarixdə **********73-05101-093047 nömrəli qeydiyyat nömrəsi ilə qeydə alınaraq, çıxarış verilmişdir. xx.xx.2019-cu il tarixdən ünvan 1 ünvanının 2 y/otağı qarşılıqlı iddiaçının xüsusi mülkiyyətinə keçməsinə baxmayaraq qarşılıqlı iddiaçı xüsusi mülkiyyətindən istifadə edə bilmir. Çünki, ilkin iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavadehlər ünvan 1 ünvanının açarını dəyişərək və qarşılıqlı iddiaçıya verməyərək, qarşılıqlı iddiaçının mənzilə girməyinə qanunsuz olaraq mane olurlar. İlkin iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavadehlərlərin təqsiri üzündən qarşılıqlı iddia üzrə iddiaçı xüsusi mülkiyyətindən istifadə hüquqlarını həyata keçirə bilmir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-715/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi isə təmin edilərək, İddiaçı1 və İddiaçı2 qanunsuz hərəkətlərinə son qoyulması, X4 mülkiyyətində olan ünvan 2 ünvanının 2 y/otağına İddiaçı1 və İddiaçı2 tərəfindən yaradılmış maneələrin özləri tərəfindən aradan qaldırılması və mübahisəli mənzilə aid açarın X6 verilməsi, ilkin iddia üzrə ödənilmiş 40,0 manat məbləğində dövlət rüsumunun İddiaçı1 aid edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 10,0 manat məbləğində dövlət rüsumunun X5 aid edilməsi qət edilmişdir. Qətnamədən iddiaçıların nümayəndəsi və vəkili Tahir Əlirzayev apellyasiya şikayəti verərək onun ləğv olunmasını və ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini ilkin iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili Tahir Əlirzayev apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin təmin qarşılıqlı iddia tələbinin isə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh X3 vəkili və nümayəndəsi Ziya Qənbərov apellyasiya şikayətinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçılar mübahisəli mənzildə yaşamamışlar və nənələrərinə baxmamışdırlar. Belə ki, nənələri öz pensiyası hesabına özünə baxıcı tutmaq məcburiyyətində qalmışdır. Buna görə də apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında xx xxxxxx 2019-cu il tarixli şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 52 saylı notariat ofisində xx.xx.2013-cü ildə təsdiq edilən və reyestrdə 2V/01-22 nömrə ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2019 tarixdə ölmüş X16 vərəsəsi Bakı şəhəri Bakıxanov qəsəbəsi, A.Mustafayev küçəsi ev 6, mənzil 1-də qeydiyatda olan X10dır və o miras əmlakdan 1/1 (tam) hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak AR Bakı şənəri icra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən xx/xx/1998-ci il tarixdə X21 verilmiş 30/10064 qeydəalma nömrəsi ilə 130 inv nömrəli kitabın 21297-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən üzrə ünvan 3 ünvanında yerləşən 3 nömrəli mənzilin paylı mülkiyyət üzrə 2 y/otağından ibarətdir. İş materiallarında olan AZ-İ 818213 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X17 xx xxx 2016- cı il tarixdə ölmüşdür; - AZ-İİ 037116 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X27 xx xxx 2019-cu il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İİ 191853 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı1 xx xxx 1997-ci il tarixdə doğulmuşdur. Atası X17, anası X2r. İş materiallarında olan XİX-JQ 322690 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X18 xx xxxx 1995-ci il tarixdə doğulmuşdur. Atası X17, anası X2r. - AZ-İ 483475 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X17 ilə X7 xx xxxxxxx 1994-cü il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Abdullayev, arvada Abdullayeva soyadı verilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 3, mənzil 3 ünvanının 1 otaq (17.0 kv.m) hissəsinə X1 payı kimi xx xxxxxxx 2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 3, mənzil 3 ünvanının 2 y/otağı Cavabdeh1 adına xx xxxxxx 2019-cu il tarixdə qeydə alınmışdır. İş materiallarında olan xx xxxxxx 2013-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X29 ölən günədək ona məxsus olan, harada və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını Bakı şəhəri Bakıxanov qəsəbəsi, A.Mustafayev küçəsi ev 6, mənzil 1-də qeydiyatda olan X5 vəsiyyət etmişdir. İş materiallarında olan AZ-T 090922 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx xxxxxxx 1961-ci il tarixdə doğulmuşdur. Atası X12, anası X22r. - İİİ-JQ 420049 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X11 xx xxxxxx 1984-cü il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Zülfüqarov, arvada Zülfüqarova soyadı verilmişdir. İş materiallarında olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarili arayışdan görünür ki, X17 xx xxx 2016-cı il tarixdə ölmüşdür. - Bakı şəhəri icra hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş seriya MH, 135389 nömrəli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, ünvan 3, mənzil 3 xüsusi mülkiyyət hüququ üzrə X16 adına xx xxxxx 1998-ci il tarixdə qeydə alınmışdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə görə isə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Qanunvericiliyin mənasına görə vərəsə miras açıldıqdan sonra öldüyü halda onun mirasdan pay almaq hüququ vərəsələrinə keçir. Hazırki işin müəyyən olunmuş hallarından görünür ki, X16 oğlu X17 mirasın açılmasından əvvəl, yəni xx xxx 2016-cı il tarixdə ölmüşdür. Miras isə X16 öldüyü tarixdə, yəni xx xxx 2019-cu il tarixdə açılmışdır. Göründüyü kimi, Altay Abdullayev mirasın açılmasından əvvəl öldüyü üçün o, X16 vərəsəsi olmamış bununlada mirasdan pay əldə etmək hüququ iddiaçılara keçməmiş, beləliklə də iddiaçılar İddiaçı1 və İddiaçı2 münasibətdə irsi transmissiya baş verməmişdir. Kollegiya həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsi 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Bundan başqa, ilkin iddia üzrə iddiaçılar onların nənələri X16 əmlakından məcburi pay hüququ olduğunu bildirsə də, kollegiya həmin dəlilləri əsassız sayaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Göründüyü kimi mirasdan məcburi pay almaq hüququ olan şəxslərin dairəsi konkret müəyyən olunmuşdur. Hazırki iddiaçılar isə həmin dairəyə aid deyildir. İddia tələbi xx xxxxxx 2019-cu il tarixli vərəsəlik hüququ haqqında Şəhadətnamənin ləğv edilməsi hissəsində təmin olunmadığından, iddia tələbini həmin şəhadətnamə əsasında cavabdeh X5 AR İqtisadiyyat Nazirliyi yanında ƏMDKY DƏDRX-nin 1 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışın ləğv edilməsi, onların mərhum nənələri X14 miras qalmış ünvan 3, mənzil 3-də paylı mülkiyyət hüququ üzrə 2 otağına hər birinin 1/3 hissədə vərəsəlik hüququnun tanınması hissəsində də təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Kollegiya birinci instansiya məhkəməsinin qarşılıqlı iddia tələbi ilə bağlı gəldiyi nəticəni də əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci hissəsinə əsasən, Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məhkəmə qeyd edir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, ünvan 3, mənzil 3 ünvanının 2 y/otağı Cavabdeh1 adına xx xxxxxx 2019-cu il tarixdə qeydə alınmışdır. Belə olan halda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 həmin paydan sahiblik və istifadə hüquqlarına maneələrin yaradılması yolverilməzdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-715/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6042/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6042/2020
07.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver