Məhkəmə qərarları › İş №2(103)-6056/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6056/2021

04.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6056/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və İqtisadiyya Nazirliyim yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “müqavilənin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(008)- 795/2021 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə müraciət edərək, X4 ilə Cavabdeh1 arasında bağlanılmış 02.06.2018-ci il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsinin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* nömrəli çıxarışın etibarız hesab olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, "xxxx" ASC X3 qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 "xxxx" ASC-nin istifadəsində olan torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində cavabdeh tərəfindən özbaşına tikilmiş tikilinin sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, X2 cavabdeh olmayan şəxs olduğunu nəzərə alaraq, əsl cavabdehin Cavabdeh1 Nəsrulla oğlu ilə əvəz edilməsini xahiş etmişdir. Cavabdeh1 Nəsrulla oğlu "xxxx" ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müracət edərək, onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən torpaq sahəsindən istifadəsinə "xxxx" ASC tərəfindən yaradılan maneənin aradan qaldırılması və cavabdeh tərəfindən torpaq sahəsinə qanunsuz açılmış qapının cavabdehin hesabına bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-241/2020 saylı, 07 oktyabr 2020- ci il tarixli qətnaməsi ilə “Bakı Toxuculuq Qalantereya" ASC-nin Cavabdeh1 Nəsrulla oğluna qarşı özbaşına tikilmiş tikilinin sökülməsinə və zəbt olunmuş torpaq sahəsindən çıxarılmasına dair ilkin iddia ərizəsinin təmin edilməməsi, ilkin iddia üzrə ödənilmiş 10 manat dövlət rüsumunun ilkin iddia tələbi üzrə iddiaçıya aid edilməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, Cavabdeh1 Nəsrulla oğlunun mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən torpaq sahəsindən istifadə edilməsinə qarşılıqlı iddia tələbi üzrə cavabdeh “Bakı Toxuculuq Qalantereya" ASC tərəfindən yaradılan maneələr aradan qaldırılması və torpaq sahəsinə qanunsuz açılmış qapının “Bakı Toxuculuq Qalantereya" ASC-nin hesabına bağlanması, qarşılıqlı iddia üzrə ödənilmiş 10 manat dövlət rüsumunun "xxxx" ASC-dən alınaraq Cavabdeh1 Nəsrulla oğluna ödənilməsi, ekspertiza xərci olan 100 manat pulun "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməsi, mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc 130.05 manat pulun "xxxx" ASC-dən tutulub, dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Həmin qətnamədən ilk iddia üzrə iddiaçı "xxxx" ASCapellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini, ilk iddia tələbinin təmin olunması və qarşılıqlı iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 aprel 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-795/2021 saylı işi üzrə 23.02.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini alanadək, ilk iddia üzrə iddiaçı "xxxx" ASC-nin Cavabdeh1 Nəsrulla oğluna qarşı “özbaşına tikilmiş tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair ilk iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Nəsrulla oğlunun qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-yə qarşı “sökülmüş hasarın cavabdehin hesabına bərpa edilməsi, mülkiyyətdən istifadə edilməsinə cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının icraatında olan 2(103)-3685/2021 saylı mülki iş üzrə icraat dayandırılmışdır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, hazırki mülki iş, hakim Fuad Talışinskinin icraatında olan 2(103)-3685/2021 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Belə ki, iş materiallarından görünür ki, hakim Fuad Talışinskinin icraatında olan ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" ASC-nin ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 Nəsrulla oğluna qarşı “özbaşına tikilmiş tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair ilk iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Nəsrulla oğlunun qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-yə qarşı “sökülmüş hasarın cavabdehin hesabına bərpa edilməsi, mülkiyyətdən istifadə edilməsinə cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması” tələbinə dair mülki iş, hazırki 2(103)- 6056/2021 saylı mülki işdən əvvəl icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər bir-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər (maddə 43). Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməyə haqlıdır (maddə 169.3). İşin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra, işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya məhkəmənin təşəbbüsü ilə iş üzrə icraat təzələnir (maddə 257) Kollegiya hesab edir ki, Bakı Apellyasiya Məhkəməsində olan 2(103)-3685/2021 və 2(103)- 6056/2021 saylı mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43, 169.3, 257, 263-264, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və İqtisadiyya Nazirliyim yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “müqavilənin və çıxarışın etibarsız hesab edilməsitələbinə dair 2(103)- 6056/2021 saylı mülki iş, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" ASC-nin ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 Nəsrulla oğluna qarşı “özbaşına tikilmiş tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsindən çıxarılma” ilkin iddia, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Nəsrulla oğlunun qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-yə qarşı “sökülmüş hasarın cavabdehin hesabına bərpa edilməsi, mülkiyyətdən istifadə edilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması” qarşılıqlı iddia tələbinə dair 2(103)-3685/2021 saylı mülki işlə bir icraatda birləşdirilsin, hər iki mülki işə 2(103)-3685/2021 saylı nömrə verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasia şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar