Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6057/2024 16.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X8 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: ("dəymiş zərərin əvəzinin ödənilməsi ”) hakimlər X12 (sədrliyi və məruzəsi ilə), Məmmədov Məmməd Allahverdi oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçı X9 nümayəndəsi Vəkil1 iştirakı ilə, iddiaçı X8 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1540/2024 saylı işi üzrə xx.xx.2024-ü il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 16200 manat, Cavabdeh2 39000 manat, Cavabdeh1 4300 manat məbləğində dəymiş zərərin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, miras qoyan X34 xx.xx.2020-ci il tarixdə ürəyin kəskin işemik xəstəliyindən vəfat etmişdir. Miras qoyanın birinci növbəli 5 vərəsəsi qalmışdır: anası,yəni o, İddiaçı, arvadı Cavabdeh3, birgə nikahdan uşaqları xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh2. O, oğlunun ölümündən sonra faktiki olaraq mirası qəbul etmişdir. X18 qalan əmlaklara vərəsəlik şəhadətnaməsinin alınması məqsədilə Bakı şəhəri 19 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə 8V-22/2021 nömrəli vərəsəlik işi açılmışdır. xx.xx.2023-cü il cü il tarixdə, həmin notariat kontoruna "Vərəsələr siyahısına daxil edilmə barədə ərizə” ilə müraciət etmiş, lakin həmin müraciət Notariat ofisi tərəfindən cavabsız qalmışdır. Nəticədə, xx.xx.2021-ci il tarixdə X18 qalan bütün əmlakın Cavabdeh3 adına rəsmiləşdirilməsi üçün "Vərəsəlik şəhadətnaməsi” verilmişdir. Cavabdeh3 vərəsəlik işinin açılması zamanı göstərmişdir ki, ondan və uşaqlarından başqa vərəsə yoxdur. Halbuki, mərhum X21 anası sağdır və onun oğlunun mirasından payı vardır. Həmin mirasa daxil olan əmlaka faktiki sahiblik etməklə mirası qəbul etmişdir. Cavabdeh3 aşağıdakı əmlaklara vərəsəlik şəhadətnamələri almışdır: 1) Abşeron ərazi idarəsi tərəfindən xx.xx.2018ci il tarixdə X24 verilmiş **********43 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlet reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,0237 ha olan torpaq sahəsi; 2) Bakı şəhəri ərazi idarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə X24 verilmiş **********31-05301-093115 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 160,7 kv.m, yaşayış sahəsi 98,2 kv.m, yardımçı sahəsi 62,5 kv.m, 3 otaqlı olan mənzil; 3) Bakı şəhəri ərazi idarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə X24 verilmiş **********92-05301- 093085 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 17,19, mənzil 95 yeni qaydalarla: AZ 1007, Bakı şəhəri, Nərimanov Rayonu,Möhsün Sənani kücəsi, 125, M6, m5 ünvanında yerləşən ümumi sahəsi 125,6 kv.m olan mənzil; 4)Abşeron ərazi idarəsi tərəfindən xx.xx.2021ci il tarixdə X24 verilmiş **********17 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,105923 ha olan torpaq sahəsi; 5) Bakı şəhəri ərazi idarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə X24 verilmiş 11/5004 inventar nömrəli texniki pasporta əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 14,6 kv.m olan qeyri-yaşayış binası (qaraj); 6) Abşeron ərazi idarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə X24 verilmiş **********01 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,02 ha olan torpaq sahəsi. Sonradan həmin əmlaklarla bağlı aşağıdakı hərəkətlər həyata keçirilmişdir. 1) Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 50, 21 saylı mənzil **********31-05301-093115 reyestr nömrəsi ilə xx.xx.2011 -ci il tarixdə X21 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 19 saylı DNK-nın 2V-159 reyestr nömrəli xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Cavabdeh3 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 19 saylı DNK-nın 40-352 reyestr nömrəli xx.xx.2021- ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 19 saylı DNK-nın 4Ə-1109 reyestr nömrəli xx.xx.2021-ci il tarixli ci il tarixli alqı-satqı müqaviləsinə əsasən "Faktor Lizing” MMCnin adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı DNK-nın 4Ə-165 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X28 adına qeydiyatdan keçmişdir. Bakı şəhəri 52 saylı DNK-nın 4Ə-386 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alqı- satqı müqaviləsinə əsasən X10 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 51 saylı DNK-nın 4Ə-1961 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X13 adına qeydiyyatdan keçmişdir. 2) Bakı şəhəri, ünvan 8 Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 125, 160 reyestr nömrəli xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Cavabdeh3 adına qeydiyyatdan kecmisdir. Bakı şəhəri 53 saylı DNK-nin 4Ə-1647 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən X5 adına qeydiyyatdan keçmişdir. 3) ünvan 6 ünvanında yerləşən qaraja dair xx.xx.2017-ci il tarixdə X21 adına texniki pasport tərtib edilmişdir. Bakı şəhəri 19 saylı DNK-nın 2V-174 reyestr nömrəli xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Cavabdeh3 adına xx.xx.2021-ci il tarixdə texniki pasport tərtib edilmişdir. Bakı şəhəri 19 saylı DNK-nın 4Ə-415 reyestr nömrəli xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 adına xx.xx.2021-ci il tarixdə texniki pasport tərtib edilmişdir. Bakı şəhəri 32 saylı DNK-nın 4Ə-664 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsinə əsasən X11 adına texniki pasport tərtib edilmisdir. 4) Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,0237 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi üzərində X21 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə **********43 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Bakı şəhəri 19 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 2V-158 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin torpaq sahəsi Cavabdeh3 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Gəncə şəhəri 3 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 40-302 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən Cavabdeh2 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 32 saylı notariat müqaviləsinə əsasən X29 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 23 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 4Ə-151 reyestr nömrəli alqı-satqı mnüqaviləsinə əsasən X6 özgəninkiləşdirilmisdir. X14 həmin müqavilə əsasında M6,m5) **********92-05301-093085 reyestr nömrəsi ilə xx.xx.2020-ci il tarixdə X21 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 19 saylı DNK-nın 2V- xx.xx.2023-cü il tarixdə cü il tarixdə ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmiş, lakin sözügedən torpaq sahəsinə dair təqdim edilmiş alqı-satqı müqaviləsində torpaq sahəsinin ölçüsünə münasibətdə uyğunsuzluq olduğu üçün hüquqların dövlət qeydiyyatından imtina olunmuşdur. 5) Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,1059 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X21 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə **********17 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Bakı şəhəri 19 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 2V-220 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. 7 saylı Bakı "ASAN xidmət” mərkəzinin notariat ofisinin xx.xx.2023-cü il tarixli 4Ə-404 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən Cavabdeh1 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdir. 6) Abşeron rayonu, Mehdiabad qəsəbəsi, ərazisində yerləşən 0,02 ha ehtiyat fondu torpaqları təyinatlı torpaq sahəsi üzərində X21 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə **********01 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Bakı şəhəri 19 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 2V-157 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin torpaq sahəsi üzərində Cavabdeh3 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Gəncə şəhəri 3 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 40-301 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən Cavabdeh2 adına mülkiyyət ilə qeydiyyata alınmışdır. Bakı şəhəri 32 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2022- ci il tarixli, 4Ə-485 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən X29 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Bakı şəhəri 23 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 4Ə-150 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən X7 özgəninkiləşdirilmişdir. X15 həmin müqavilə əsasında xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmiş, lakin sözügedən torpaq sahəsinə dair təqdim edilmiş alqı-satqı müqaviləsində torpaq sahəsinin ölçüsünə münasibətdə uyğunsuzluq olduğu üçün hüquqların dövlət qeydiyyatından imtina olunmuşdur. Onun cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, X45, X46, X22, X25, X19, X20, X14, Bakı şəhəri 19 saylı Notariat kontoru, "Faktor Lizinq” MMC və "Premuim Bank” ASC-yə qarşı (7 saylı Bakı "ASAN xidmət” mərkəzinin notariat ofisi, Bakı şəhəri 9 saylı Dövlət Notariat Kontoru,Bakı şəhəri 52 saylı Dövlət Notariat Kontoru, Bakı şəhəri 51 saylı Dövlət Notariat Kontoru, Bakı şəhəri 53 saylı Dövlət Notariat Kontoru, Bakı şəhəri 32 saylı Dövlət Notariat Kontoru, Bakı şəhəri 23 saylı Dövlət Notariat Kontoru, Gəncə şəhəri 3 saylı notariat kontoru, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi mübahisəpredmeti barədə müstəqil tələb irəi sürməyən üçüncü şəxslər qismində göstərilməklə) "vərəsəlik hüquqununun müəyyən edilməsi, vərəsəlik şəhadətnamələrinin ləğv olunması, bağışlama, alqı-satqı müqavilələrinin, eləcə də ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüquqlarına dair dövlət reyestrində aparılmış qeydiyyatın (evlərə, qaraja və torpaq sahələrinə dair çıxarışların) və vərəsələrin payının müəyyən edilməsi” tələbi ilə məhkəmə ərizə ilə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, qətnamənin nəticə hissəsi aşağıdakı kimi göstərilmişdir: "Cavabdeh3 adına ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 160,7 şəhəri, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 125,6 kv.m olan mənzil; Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,105923 ha olan torpaq sahəsi; ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 14,6 kv.m olan qeyri-yaşayış binası (qaraj); Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,02 ha olan torpaq sahəsinə dair verilmiş Bakı şəhəri 19 sayll DNK-nin 2V-159 reyestr nömrəli xx.xx.2021ci il tarixli, 2V-160 reyestr nömrəli xx.xx.2021-ci il tarixli, 2V-174 reyestr nömrəli, xx.xx.2021- ci il tarixli, 2V158 reyestr nömrəli xx.xx.2021-ci il tarixli, 2V-220 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli i il tarixli və DNK-nin 2V-157 reyestr nömrəli xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri ləğv edilsin. Cavabdeh3 adına Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,0237 ha olan torpaq sahəsi; ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 160,7 kv.m, yaşayış sahəsi 98,2 kv.m, yardımçı sahəsi 62,5 kv.m, 3 otaqlı olan mənzil; Bakı şəhəri, ünvan 8 ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 125,6 kv.m olan mənzil; Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,105923 ha olan torpaq sahəsi; Abşeron rayonu, Mehdiabad qəsəbəsi, ünvanında yerləşən ümumi sahəsi 0,02 ha olan torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı və 4 saylı Abşeron Ərazi idarələri tərəfindən dövlət reyestrində aparılmış qeydiyyatlar və ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 14,6 kv.m olan qeyri-yaşayış binasına (qaraj) dair texniki pasport ləğv edilsinlər. Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 50, 21 saylı mənzilə dair bağlanmış Cavabdeh3 ilə Cavabdeh2 arasında 4Ə-352 reyestr nömrəli xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi, ünvan 6 ünvanında yerləşən qaraja dair bağlanmış Cavabdeh3 ilə Cavabdeh1 arasında 4Ə-415 reyestr nömrəli xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,0237 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair bağlanmış Cavabdeh3 ilə Cavabdeh2 arasında 4Ə-302 reyestr nömrəli xx.xx.2021-ci il tarixli bağışlanma müqaviləsi, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,1059 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair bağlanmış Cavabdeh3 ilə Cavabdeh1 arasında 4Ə-404 reyestr nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsi, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,02 ha ehtiyat fondu torpaqları təyinatlı torpaq sahəsinə dair bağlanmış Cavabdeh3 ilə Cavabdeh2 arasında 4Ə- 301 reyestr nömrəli xx.xx.2021-ci il tarixli bağışlanma müqaviləsi etibarsız sayılsınlar. Cavabdeh2 və Cavabdeh1 adlarına Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 50, 21 saylı mənzilə, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 19, 95 (yeni qaydalarla: AZ1007, Baki şəhəri, X43 küçəsi, 125 M6, m5) saylı mənzilə, ünvan 6 ünvanında yerləşən qaraja, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,0237 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,1059 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,02 ha ehtiyat fondu torpaqları təyinatlı torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı və 4 saylı Abşeron Ərazi idarələri tərəfindən dövlət reyestrində aparılmış qeydiyyatları, Cavabdeh1 adına rəsmləşdirilmiş xx.xx.2021-ci tarixli texniki pasport ləğv edilsinlər. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********17 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən X21 mülkiyyəti kimi qeydiyyata alınmış, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,1059 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 10/6 hissəsinə Cavabdeh3, 10/1 hissəsinə İddiaçı Niftali qızının, 10/1 hissəsinə Cavabdeh2 vərəsəlik payları tanınsın. İddiaçı Niftali qızına Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,1059 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi istisna olmaqla, digər miras kütləsinə daxil olmuş əmlaklardan onun vərəsə kimi payına düşən hissə həddində dəyərini digər vərəsələrdən vurulmuş ziyan qismində tələb etmək kimi hüquqlarının olması izah edilsin. İddia qalan hissələrdə təmin edilməsin.” Həmin qətnamə qanuni qüvvəsini almışdır. Hazırda, o, digər miras kütləsinə daxil olmuş əmlaklardan onun vərəsə kimi payına düşən hissə həddində dəyərini digər vərəsələrdən vurulmuş ziyan qismində tələb etməyə haqlıdır. Həmin əmlaklar və onların satış qiyməti aşağıdakı kimi göstərilmişdir: 1) ünvan 2 ünvaninda yerləşən ümumi sahəsi 160,7 kv.m, yaşayış sahəsi 98,2 kv.m, yardimci sahəsi 62,5 kv.m, 3 otaqlı olan mənzil- 240000 manat (iş 4Ə-1109); 2) Bakı şəhəri, ünvan 8 ünvan 13 ünvanında yerləşən ümumi sahəsi 125,6 kv.m olan mənzil- 162000 manat (is 40-1647); 3) ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 14,6 kv.m olan qeyri-yaşayış binası (qaraj)- 43000 manat (iş 4Ə-664 ); 4) Abseron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,0237 ha kənd təsərrüfati təyinatlı torpaq sahəsi-30000 manat (iş 4Ə-484) 5) Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,02 ha ehtiyat fondu torpaqları təyinatlı torpaq sahəsi- 120000 manat (iş 4Ə-485), cəmi: 240000 + 162000 + 43000 + 30000 + 120000 = 595000/10 = 59,500 manat. Beləliklə, cavabdehlər öz qanunsuz əməlləri ilə ona 59500 manat miqdarinda ziyan vurmuşlar. Həmin ziyan Cavabdeh3 tərəfindən 16200 manat məbləğində, Cavabdeh2 tərəfindən 39000 manat məbləğində, Cavabdeh1 tərəfindən 4300 manat məbləğində vurulmuşdur. 3.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1540/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh3 162000 manat, Cavabdeh2 37400 manat, Cavabdeh1 4300 manat məbləğində dəymiş zərər tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 29, 60, 71; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 739.2 1096.1, 1096.2, 1097, 1151.1306.1, 1306.2; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün "N.Məmmədovanrn şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarına; "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100- cü maddəsinin 3-cü hissəsinə; Azərbaybaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 82.3, 217.4, 218-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Beləliklə, məhkəmədə müəyyən edilmiş işin mübahisəsiz halları ondan ibarətdir ki, miras qoyan X34 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, İddiaçı məhkəmə qərarına əsasən X21 vərəsəsi kimi tanınmış və miras kütləsinə daxil olmuş əmlaklardan vərəsə kimi payına (1/10) düşən hissə həddində dəyərini digər vərəsələrdən vurulmuş ziyan qismində tələb etmək hüququnun olması izah edilmişdir. Miras kütləsinə daxil olan - Cavabdeh3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 17,19, mənzil 95 (yeni qaydalarla: AZ1007, ünvan 14 ünvanında yerləşən mənzil 162000 manata, Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 50, 21 saylı mənzil 240000 manata, Cavabdeh2 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,0237 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi 30000 manata, Cavabdeh2 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,02 ha ehtiyat fondu torpaqları təyinatlı torpaq sahəsi 120000 manata, Cavabdeh1 məxsus ünvan 6 ünvanında yerləşən qaraj 43000 manata satılmışdır.Hazırda iddiaçı yuxarıda qeyd olunan əmlakların satışı nəticəsində müvafiq olaraq Cavabdeh3 16200 manat, Cavabdeh2 39000 manat, Cavabdeh1 4300 manat məbləğində dəymiş zərərin tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Eyni zamanda iddiaçının nümayəndəsi (oğlu) X21 dəfn mərasimi üçün Cavabdeh2 tərəfindən 11500 manat, qəbir daşı üçün isə 4500 manat məbləğində pul xərcləndiyini qəbul edir. Cavabdeh2 və cavabdehlərin nümayəndəsi isə X4 ikən təxminən 400000 manat məbləğində borc götürdüyünü, miras əmlaklarının satışı nəticəsində əldə edilmiş pul vəsaitlərinin həmin borcların ödənilməsinə sərf edildiyini bildirir və iddia tələbinin təmin edilməməsini xahiş edir. İddiaçı mərhum X21 vərəsəsi olmaqla, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən miras əmlaklarının satılması nəticəsində öz miras payınının böyük hissəsini əldə etməkdən məhrum olmuşdur. Bu hal Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-2429/2023 saylı qətnaməsi ilə öz təsdiqini tapmışdır.İş üzrə Cavabdeh2 və cavabdehlərin nümayəndəsi şahidlərin ifadələrinə istinad edərək, mərhum X21 təqribən 300000 manat məbləğində borcunun olmasını, həmin borcların miras əmlaklarının satılması hesabına ödənildiyini bildirmişdir. Məhkəmə iclasında şahid X3 Telman Salman oğluna ev almaq məqsədilə 150000 manat borc verdiyini, X47 isə X24 130000 manatlıq metal verdiyini, X35 isə iş yoldaşı X16 100000 manat məbləğində borc verdiyini, Mehriban Bağırovanın həmin borcu kürəkəni üçün götürdüyünü bildirmişdir. Qanunvericiliyin tələblərinə əsasən hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Məhkəmə mirası qəbul etmiş və özgəninkiləşdirmiş vərəsə olan cavabdehlərin miras əmlakının miras qoyanın öhdəliklərinə sərf edilməsi ilə bağlı izahatlarında irəli sürdükləri dəlillərə qiymət verərək hesab edir ki, qanunvericiliyin tələbləri baxımından üç min manatdan çox olan məbləğlərdə borc müqaviləsi yazılı formada bağlanılmalı olduğundan və mərhum X21 borc öhdəliklərini əks etdirən müvafiq əqdlər (müqavilələr) məhkəməyə təqdim edilmədiyindən, şahidlərin ifadələri digər mötəbər sübutlarla təsdiq edilməmişdir. Buna görə də cavabdehlərin istinad etdiyi dəlillər əsaslı hesab edilə bilməz.Beləliklə, hazırkı iş üzrə cavabdehlərin, İddiaçı Azərbaycan Respublikası Konstitusiyası və Mülki Məcəlləsinin tələbləri ilə tanınan və qorunan vərəsəlik hüquqlarından məhrum edilməsinə yönəldilmiş hərəkətləri nəticəsində İddiaçı, Cavabdeh2 tərəfindən 39000 manat (240000 + 30000 + 120000=390000/10=39000), Cavabdeh3 tərəfindən 16200 manat (162000/10=16200), Cavabdeh1 tərəfindən 4300 manat (43000/10=4300) məbləğində zərər vurulmuşdur.Məhkəmə həmçinin yekun nəticəyə gələrkən, iddiaçının nümayəndəsi (oğlu) X26, qardaşı X21 dəfn mərasimi üçün Cavabdeh2 tərəfindən 11500 manat, qəbir daşı üçün isə 4500 manat məbləğində pul xərcləndiyini qəbul etməsini nəzərə alır (11500+4500=16000/10=1600; 39000-1600=37400). Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh3 162000 manat, Cavabdeh2 37400 manat, Cavabdeh1 4300 manat məbləğində dəymiş zərər tutularaq İddiaçı ödənilməlidir.
4. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - 7 saylı Bakı Asan Xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın və Nərimanov rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X34 xx.xx.2020-ci il tarixdə ürəyin kəskin işemik xəstəliyindən vəfat etmişdir;- Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-2429/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və qeyrilərinə qarşı "vərəsəlik hüququnun müəyyən edilməsi, vərəsəlik şəhadətnamələrin ləğv olunması, bağışlama, alqısatqı müqavilələrin eləcə də ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüquqlarına dair dövlət reyestrində aparılmış qeydiyyatın (evlərə, qaraja və torpaq sahələrinə dair çıxarışların) və vərəsələrin payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən "Cavabdeh3 adına ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 160,7 şəhəri, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 125,6 kv.m olan mənzil; Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,105923 ha olan torpaq sahəsi; ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 14,6 kv.m olan qeyri-yaşayış binası (qaraj); Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,02 ha olan torpaq sahəsinə dair verilmiş Bakı şəhəri 19 sayll DNK-nin 2V- 159 reyestr nömrəli xx.xx.2021-ci il tarixli, 2V-160 reyestr nömrəli xx.xx.2021-ci il tarixli, 2V-174 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli, 2V158 reyestr nömrəli xx.xx.2021-ci il tarixli, 2V-220 reyestr nömrəli xx.xx.2021-ci il tarixli və DNK-nin 2V-157 reyestr nömrəli xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin ləğv edilməsi, Cavabdeh3 adına Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,0237 ha olan torpaq sahəsi; ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 160,7 kv.m, yaşayış sahəsi 98,2 kv.m, yardımçı sahəsi 62,5 kv.m, 3 otaqlı olan mənzil; Bakı şəhəri, ünvan 8 ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 125,6 kv.m olan mənzil; Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,105923 ha olan torpaq sahəsi; Abşeron rayonu, Mehdiabad qəsəbəsi, ünvanında yerləşən ümumi sahəsi 0,02 ha olan torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı və 4 saylı Abşeron Ərazi idarələri tərəfindən dövlət reyestrində aparılmış qeydiyyatlar və ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 14,6 kv.m olan qeyri-yaşayış binasına (qaraj) dair texniki pasportun ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 50, 21 saylı mənzilə dair bağlanmış Cavabdeh3 ilə Cavabdeh2 arasında 4Ə-352 reyestr nömrəli xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi, ünvan 6 ünvanında yerləşən qaraja dair bağlanmış Cavabdeh3 ilə Cavabdeh1 arasında 4Ə-415 reyestr nömrəli xx.xx.2021-ci il tarixli ci il tarixli bağışlama müqaviləsi, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,0237 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair bağlanmış Cavabdeh3 ilə Cavabdeh2 arasında 4Ə-302 reyestr nömrəli xx.xx.2021- ci il tarixli bağışlanma müqaviləsi, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,1059 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair bağlanmış Cavabdeh3 ilə Cavabdeh1 arasında 4Ə-404 reyestr nömrəli xx.xx.2023- cü il tarixli bağışlama müqaviləsi, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,02 ha ehtiyat fondu torpaqları təyinatlı torpaq sahəsinə dair bağlanmış Cavabdeh3 ilə Cavabdeh2 arasında 4Ə-301 reyestr nömrəli xx.xx.2021-ci il tarixli bağışlanma müqaviləsinin etibarsız sayılması, Cavabdeh2 və Cavabdeh1 adlarına Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 50, 21 saylı mənzilə, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 19, 95 (yeni qaydalarla: AZ1007, Baki şəhəri, X43 küçəsi, 125 M6, m5) saylı mənzilə, ünvan 6 ünvanında yerləşən qaraja, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,0237 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,1059 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,02 ha ehtiyat fondu torpaqları təyinatlı torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı və 4 saylı Abşeron Ərazi idarələri tərəfindən dövlət reyestrində aparılmış qeydiyyatları, Cavabdeh1 adına rəsmləşdirilmiş xx.xx.2021-ci tarixli texniki pasport ləğv edilsinlər. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********17 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən X21 mülkiyyəti kimi qeydiyyata alınmış, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,1059 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 10/6 hissəsinə Cavabdeh3, 10/1 hissəsinə İddiaçı Niftali qızının, 10/1 hissəsinə Cavabdeh2 vərəsəlik paylarının tanınması, İddiaçı Niftali qızına Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,1059 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi istisna olmaqla, digər miras kütləsinə daxil olmuş əmlaklardan onun vərəsə kimi payına düşən hissə həddində dəyərini digər vərəsələrdən vurulmuş ziyan qismində tələb etmək kimi hüquqlarının olmasının izah edilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Məhkəmə Cavabdeh3 miras əmlakın qəbul edilməsinə dair notariat ofisinə ərizə ilə müraciət edərək İ növbə vərəsə olan və faktiki miras əmlaklardan birində yaşamağa davam edən İddiaçı bu siyahıda göstərməyərək, bütün mirası digər İ növbə vərəsələrin razılığı ilə qəbul edərək sonradan özgəninkiləşdirməsini iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası və Mülki Məcəlləsinin tələbləri ilə tanınan və qorunan vərəsəlik hüquqlarından məhrum edilməsinə yönəlmiş hərəkətləri kimi qiymətləndirmişdir. Eyni zamanda məhkəmə İddiaçı hüquqlarının pozulması ilə bağlı məsuliyyəti, habelə bununla əlaqədar onun məruz qaldığı zərərin əvəzinin ödəmək yükünü Cavabdeh3 və onun övladlarının daşıması, əmlakları əldə etmiş şəxslərin hüquqlarının xələl görməməsi qənaətinə gəlmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır;- Bakı şəhəri 19 saylı DNK-nın 4Ə-1109 reyestr nömrəli xx.xx.2021ci il tarixli alqı- satqı müqaviləsindən görünür ki, Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 50, 21 saylı mənzili "Faktor Lizing” MMC-yə 240000 manata satmışdır;- "Premium Bank” ASC, X19 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 021/AİF-ASİM-0021 saylı alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 17,19, mənzil 95 (yeni qaydalarla: AZ1007, ünvan 14 ünvanında yerləşən mənzil (Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş "10” iyun 2021-ci il tarixli qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********92-05301-093085 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) X5 mülkiyyətinə verilmiş və ipoteka ilə yüklü edilmişdir, daşınmaz əmlak 162000 manat məbləğində qiymətləndirilmişdir; - Bakı şəhəri 32 saylı DNK-nın 4Ə-664 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 adına texniki pasport əsasında ünvan 6 ünvanında yerləşən qarajı 43000 manata X1;- Bakı şəhəri 32 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4Ə-484 reyestr nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Əlizadə X30 rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,0237 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsini 30000 manata X2;- Bakı şəhəri 32 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4Ə-485 reyestr nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Əlizadə X30 rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,02 ha ehtiyyat fondu torpaqları təyinatlı torpaq sahəsini X36 120000 manata satmışdır;- İş materiallarında olan fotoşəkildən görünür ki, X24 məxsus məzar mərmər daşla əhatə olunmuş, üzərində "övladlarından xatirə” sözləri yazılmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 5.Cavabdehlər apellyasiya şikayəti verərək, Bakı şəhər Nərimanov rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)-1540/2024 saylı qətnaməsinin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməklə, iddianın bütünlüklə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 1306, 1151; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8.1, 9.1, 14.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəməyə tərəflərindən iddia tələbinin əsassız olmasını təsdiqləyən şahidlər dəvət olunmuş və həmin şahidlər öz ifadələrində həqiqətən də mərhum T.Əliyevin onlara borclu olduğunu və həmin borcların onun vəfatından sonra ailə üzvləri tərəfindən qaytarıldığını təsdiq etmişlər. Belə ki, nümayəndələrinin vəsatəti əsasında dindirilmiş şahid X23 ifadəsində bildirmişdir ki, Cavabdeh2 onun kürəkənidir. Muradın atası X34 ev almaq məqsədilə ondan (Mehribandan) 150000 manat məbləğində borc götürmüşdür. Həmin borcu kürəkəni Cavabdeh2 və qudası Cavabdeh3 Telman Əliyev öldükdən sonra əvvəl 50000, 2021-2022-ci illərdə isə qalan hissəsini qaytarmışlar. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkilinin vəsatəti əsasında şahid qismində dindirilmiş X35 ifadəsində bildirmişdir ki, o, qızıl alveri ilə məşğul olur və X23 ilə iş yoldaşıdır. O, Mehriban xanıma 2019- cu ilin oktyabr-noyabr aylarında 100000 manat borc vermişdir. Mehriban xanım həmin pulun yeznəsi üçün lazım olduğunu, bir neçə aya qaytaracağını bildirmişdir. Həmin pulu 2022-ci ilin aprel-may aylarında hissə-hissə (50000 + 50000 manat) qaytarmışdır. Şahid qismində dindirilmiş X47 ifadəsində bildirmişdir ki, 2018-2019-cu illərdə X34 ondan 130000 manatlıq metal götürmüşdür. 2 il əvvəl Telmanın oğlu Murad Əliyev hissə-hissə (40000 + 40000 + 50000 manat) pulu qaytarmışdır. İşə baxan hakim tərəflərindən təqdim edilmiş şahid ifadələrini nəzərə almayaraq iddia tələbini qismən təmin etmiş və cavabdehlər Cavabdeh3 162000 manat, Cavabdeh2 37400 manat, Cavabdeh1 4300 manat məbləğində dəymiş zərərin tutularaq İddiaçı Nifalı qızına ödənilməsini qət etmişdir. Məhkəmə qətnaməsində yalnışlığa yol verilərək 16200 manat Cavabdeh3 tələb olunduğu halda 162000 manat pulun tutulmasına qərar verilmiş,həmin yalnışlığın aradan qaldırılması barədə tərəflərindən ərizə elektron qaydada məhkəməyə təqdim olunmuşdur. Məhkəmə mirası qəbul etmiş və özgəninkiləşdirmiş vərəsə olan cavabdehlərin miras əmlakının miras qoyanın öhdəliklərinə sərf edilməsi ilə bağlı izahatlarında irəli sürdükləri dəlillərə qiymət verərək hesab etmişdir ki,qanunvericiliyin tələbləri baxımından üç min manatdan çox olan məbləğlərdə borc müqaviləsi yazılı formada bağlanılmalı olduğundan və mərhum X21 borc öhdəliklərini əks etdirən müvafiq əqdlər (müqavilələr) məhkəməyə təqdim edilmədiyindən, şahidlərin ifadələri digər mötəbər sübutlarla təsdiq edilməmişdir. Buna görə də cavabdehlərin istinad etdiyi dəlillər əsaslı hesab edilə bilməz.Məhkəmənin bu yanaşması tam əsassızdır,belə ki,tərəfər arasında etibarlılıq olmuş və şahidlər mərhuma yaxın insanlar olduqları üçün aralarında borc müqaviləsi şifahi balğlanmış və pulu verən,pulu alanın vərəsələri həmin borcun mövcudluğunu etiraf etmişlər. Bundan başqa şahid Ağayev Ramin ilə mərhum arasında şifahi alqı-satqı əqdi olmuş və o mərhumun sağlığında ona satdığı malların pulunu istəmiş və oğlu Murad da mərhuma məxsus əmlakların satışından əldə edilmiş puldan ona olan borcu ödəmişdir. Lakin məhkəmə birtərəfi mövqe nümayiş etdirməklə tətbiq edilməli olan maddi normanı düzgün təfsir etməmiş və nəticədə cavabdehlərin əlavə borc yükü ilə yüklənmələrinə xidmət edən qətnamə çıxarmışdır.Tələb olunan məbləğdən yalnız qarşı tərəfin etiraf etdiyi məbləği-mərhumun dəfn və hüzn mərasimlərinə çəkilən xərci çıxması da məhkəmənin birtərəfi və qeyri-obyektiv mövqeyindən xəbər verir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 6.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətini əsassız hesab etdiyini, cavabdehlərin apellyasiya şikayətinə qarşı öz etiraz və mülahizələrini elektron məhkəmə informasiya sistemi vasitəsi ilə təqdim etdiyini, həmin mülahizənin izahat kimi qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmiş, əlavə olaraq X21 iddiaçının oğlu olduğunu, 2020-ci ildə ürək çatışmazlığından vəfat etdiyini, onun ölümündən sonra arvadı, uşaqları və anası daxil olmaqla 5 qanun üzrə vərəsəsinin qaldığını, həyat yoldaşı Cavabdeh3 19 saylı Notariat Ofisinə vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı müraciət etdiyini, notariat ofisinə o və övladlarından başqa heç bir vərəsəsinin olmaması ilə bağlı yalan məlumat verdiyini, əmlakları da öz adına keçirdiyini, bu məsələ ilə bağlı iddiaçının Nərımanov Rayon Məhkəməsinə müraciət etdiyini, Nərimanov Rayon Məhkəməsi tərəfindən bir əmlaka ( iddiaçının faktiki olaraq yaşadığı ) münasibətdə 1/10 pay hüququnun tanındığını, digər əmlaklara münasibətdə isə onlar satıldığından və həmin əmlakları alan şəxslər vicdanlı alıcı kimi çıxış etdiyindən digər hissədə iddianın təmin edilmədiyini, həmçinin məhkəmənin qətnaməsində dəymiş zərər üçün iddiaçının məhkəməyə müraciət etmək hüququnun olduğunun qeyd edildiyini və həmin qətnamənin qanuni qüvvəsini aldığını, hazırda da həmin əmlakların satılmasından əldə olunan məbləğlərin 1/10 hissəsini tələb etdiklərini, iddianın qismən təmin edildiyini, qətnamə ilə razılaşdıqlarından apellyasiya şikayəti vermədiklərini, qarşı tərəfin isə apellyasiya şikayətində şahid ifadələrinə istinadən etdiyini ,halbuki şahidlər tərəfindən ifadə verilərkən məhkəmə iclas zalında onların ifadələrinin etibarsız olduğunun müəyyən edildiyini, şahidlər tərəfindən yalnış məlumat verildiyini qeyd etmiş, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
7. Məlumatlandırılması üçün qanunvericilikllə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
9. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: Hər kəsin mülkiyyət hüququ vardır. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. 10.Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. 11.Mülki prosessual qanunvericiliyin (Məcəllənin) tələblərinə əsasən: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. 12.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə araşdıran məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60; Mülki Prosessual Məcəllənin 76, 77, 80-82, 106.2, 217.4, 385-390-cı maddələrinə istinadən hesab edir ki, müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətləri üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti rədd edilməlidir. Qeyd edilməlidir ki, cavabdehlər tərəfindən birinci instansiya məhkəməsinə dəvət edilmiş şahid ifadələrinin mötəbərliyinə birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir.Qanunverciliyin tələbindən də göründüyü kimi 3000 manatdan yuxarı olan məbləğdə borc müqaviləsi yazılı qaydada bağlanmalı idi, lakin bu qaydaya əməl edilməmiş,cavabdehlər tərəfindən mərhumun borclarının olması ilə bağlı digər mötəbər sübutlar təqdim edilməmiş, habelə pulun tutulmasını istisna edən hallar aşkar edilməmişdir. Qeyd edilməlidir ki, cavabdehlər pulun hesablanmasını mübahisələndirməmiş, yalnız mərhumun borclarının və sair xərclərinin nəzərə alınmasını apellyasiya şikayətlərində əks etdirərək, dəlillərini mötəbər sübutlarla əsaslandırmamış dəlillər isə müzakirə predmeti ola bilməz. 13.Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir.
14. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası : q ə t e t d i: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1540/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.