Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6063/2025 01.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri 37 saylı Notariat Ofisinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi, X27 və X11 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş (Açar sözlər: «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakda açıq saxlanılan pay hüququnun tanınması və çıxarış qeydinin ləğv edilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1209/2025 saylı, 30 iyul 2025-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: X28 və X17 arasında xx.xx.1992-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 54 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə İbrahimov, arvada İbrahimova soyadı verilmişdir.
2. X28 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində “ürək-damar çatışmazlığı” səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2007-ci il tarixdə 1239 nömrə ilə qeyd edilmişdir.
3. Bakı şəhəri 37 saylı Notariat Ofisi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş 2V-1/33 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.2007-ci il tarixdə vəfat etmiş X18 vərəsəsi – ünvan 1 ünvanında yerləşən 87 nömrəli mənzildə yaşayan həyat yoldaşı İddiaçıdır və o, 1/6 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak – Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, 11/15207 nömrəli (Forma 1) arayışa və Bakı şəhəri, Tİ və MHQİ tərəfindən verilmiş 29 nömrəli reyestr kitabının, 4631-ci səhifəsində 30/7250 nömrəli qeydlə xx.xx.1993-cü il tarixli qeydiyyat vəsiqəsi əsasında mərhuma məxsus ünvan 1, mənzil 87 ünvanında yerləşən, yaşayış sahəsi 16.59 m2 , ümumi sahəsi 28.16 m2 olan, 1 otaqlı şəxsi mənzilin 1/6 hissəsindən ibarətdir.
4. Bakı şəhəri 37 saylı Notariat Ofisi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş 2V-1/36 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.2007-ci il tarixdə vəfat etmiş X18 vərəsəsi – ünvan 3 ünvanında yerləşən 10 nömrəli mənzildə yaşayan oğlu X9 və ünvan 4 ünvanında yerləşən 184 nömrəli mənzildə yaşayan qızı X21r və onlar miras əmlakdan 1/6 hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, 11/15207 nömrəli (Forma 1) arayışa və Bakı şəhəri, Tİ və MHQİ tərəfindən verilmiş 29 nömrəli reyestr kitabının, 4631- ci səhifəsində 30/7250 nömrəli qeydlə xx.xx.1993-cü il tarixli qeydiyyat vəsiqəsi əsasında mərhuma məxsus ünvan 1, mənzil 87 ünvanında yerləşən, yaşayış sahəsi 16.59 m2 , ümumi sahəsi 28.16 m2 olan, 1 otaqlı şəxsi mənzilin 2/6 hissəsindən ibarətdir.
5. Bakı şəhəri 37 saylı Notariat Ofisi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş 2V-1/40 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.2007-ci il tarixdə vəfat etmiş X18 vərəsəsi - ünvan 1 ünvanında yerləşən 87 nömrəli mənzildə yaşayan oğlu X6r və o, 1/6 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak – Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, 11/15207 nömrəli (Forma 1) arayışa və Bakı şəhəri, Tİ və MHQİ tərəfindən verilmiş 29 nömrəli reyestr kitabının, 4631-ci səhifəsində 30/7250 nömrəli qeydlə xx.xx.1993-cü il tarixli qeydiyyat vəsiqəsi əsasında mərhuma məxsus ünvan 1, mənzil 87 ünvanında yerləşən, yaşayış sahəsi 16.59 m2 , ümumi sahəsi 28.16 m2 olan, 1 otaqlı şəxsi mənzilin 1/6 hissəsindən ibarətdir.
6. ünvan 1 ünvanında yerləşən 87 nömrəli mənzil ümumi paylı mülkiyyətdədir və həmin mənzil üzərində İddiaçı 1/6 hissədə (xx.xx.2011-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə), X3 1/6 hissədə (xx.xx.2016-cı il tarixdə, ********** qeydiyyat nömrəsi ilə), X19 1/6 hissədə (xx.xx.2016-cı il tarixdə, ********** qeydiyyat nömrəsi ilə) və X4 1/6 hissədə (xx.xx.2016-cı il tarixdə, ********** qeydiyyat nömrəsi ilə) payları müəyyən edilmiş və X22 məxsus 2/6 hissə açıq saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı cavabdeh Bakı şəhəri 24 saylı Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakda açıq saxlanılan pay hüququnun tanınması və çıxarış qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il tarixdə vəfat etmiş X14 miras qalmış ünvan 1 ünvanında yerləşən 87 nömrəli mənzilə dair X10 və X12 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, X18 adına açıq saxlanılmış 2/6 hissədə pay hüququnun tanınması və ünvana dair çıxarış qeydinin X18 adına açıq saxlanılmış 2/6 hissədə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
8. İddiada göstərilib ki, X28 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Mərhumdan ünvan 1 ünvanında yerləşən 87 nömrəli mənzil miras olaraq qalmışdır. Hazırda o, həmin ünvanda qeydiyyatda olmaqla yaşayır və həmin mülkiyyətdə onun 1/6 hissədə payı vardır. Təqdim edilən çıxarışdan görünür ki, X22 dair 2/6 hissə açıq saxlanılmış, 1/6 hissə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X11, X29 və X4 adına qeydə alınmışdır. İbrahimova Gülnarə X32nin gəlini, Şərifova Pikə qızı, Hacıbala oğlu, Xəqani və Tofiq də oğlanlarıdır. X2 ölümündən sonra vərəsəliyə dair müraciət olunmuş və müvafiq ərizə cavabdehə təqdim edilmişdir. Cavabdehdə olan iş materiallarına ilkin baxışda Xəqani və Tofiqin miras əmlakdan imtina etmələrinə baxmayaraq, məlum olmuşdur ki, miras payların açıq qalan hissəsi onlara keçmişdir. xx.xx.2024-cü il tarixdə cavabdehdən vərəsəlik hüququ haqqında şəhadətnaməyə dair notariat işinin təsdiq edilmiş surətinin verilməsi xahiş edilmiş, notariat işinin Dövlət Notariat Arxivində olması səbəbi ilə xx.xx.2024-cü il tarixdə aidiyyəti üzrə göndərildiyi cavabı alındıqdan sonra məlumat verildiyi bildirilsə də, bu günə qədər məlumat təqdim edilməmişdir.
9. İddiaçının nümayəndəsi (vəkili) Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, iddiaya cavab verməli olan şəxsin (cavabdehin) iddia ərizəsində yanlış qeyd olunduğunu bildirmiş və əsl olmayan cavabdehin (Bakı şəhəri 24 saylı Notariat Ofisinin) əsl cavabdehlə (Bakı şəhəri 37 saylı Notariat Ofisi) əvəz olunmasını məhkəmədən xahiş etmişdir.
10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1209/2025 saylı, 30 iyul 2025ci il tarixli qətnaməsi ilə (hakim Fəridə Rzayeva) iddianın təmin edilməməsi və dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddiaçının tələbi 3 hissədən – 1) X23 və X10 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi; 2) miras qoyan X18 adına açıq saxlanılan 2/6 hissədə paya dair iddiaçının hüququnun tanınması və 3) miras qoyan X18 adına açıq saxlanılan 2/6 hissədə paya dair verilən çıxarışın ləğv edilməsindən ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə mərhum X28 arasında xx.xx.1992-ci il tarixdə rəsmi nikah münasibətləri qurulmuş, bu münasibətlər miras qoyanın ölümünədək, yəni xx.xx.2007-ci il tarixinədək davam etmişdir. Miras qoyanın ölümündən sonra ondan miras qalmış əmlaka dair Bakı şəhəri 37 saylı Notariat Ofisində vərəsəlik işi açılmış, qanun üzrə vərəsələr qismində - İddiaçı (arvadı), X9 (oğlu), X29 (qızı) və X13 (oğlu) müəyyən edilmişdir. Miras qoyanın qanun üzrə qeyd edilən vərəsələrindən İddiaçı, X29 və X7 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmiş, X9 vərəsə qismində müəyyən edilsə də, onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi notariat işində aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş sənədlərin “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlarla əlaqəli şəkildə tədqiqi nəticəsində miras qoyan X18 qanun üzrə vərəsəsi – X5 çatası payın arvadı (hazırkı iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) X1 və vərəsəlik payına mütənasib olaraq mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı aşkar edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 87 nömrəli mənzil ümumi paylı mülkiyyətdədir və həmin mənzil üzərində İddiaçı 1/6 hissədə (xx.xx.2011-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə), X3 1/6 hissədə (xx.xx.2016-cı il tarixdə, ********** qeydiyyat nömrəsi ilə), X19 1/6 hissədə (xx.xx.2016-cı il tarixdə, ********** qeydiyyat nömrəsi ilə) və X4 1/6 hissədə (xx.xx.2016-cı il tarixdə, ********** qeydiyyat nömrəsi ilə) payları müəyyən edilmiş və X22 məxsus 2/6 hissə açıq saxlanılmışdır. İddia tələbinin birinci hissəsinə münasibətdə məhkəmə qeyd edib ki, iddiaçı X20 və X12 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi ilə bağlı mövqeyini sonuncu şəxslərin miras əmlakdan imtina etmələrinə baxmayaraq, adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə əsaslandırmışdır. Məhkəmənin sorğusuna əsasən, Bakı şəhəri 37 saylı Notariat Ofisi tərəfindən miras qoyan X18 adına açılmış notariat işi məhkəməyə təqdim edilmiş, notariat işi və ona əlavə edilmiş sənədlərin araşdırılması zamanı qeyd edilən şəxslərin - X20 və X12 ümumiyyətlə miras qoyanın vərəsələri kimi müəyyən edilməmələri, həmçinin adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməməsi və onların miras əmlakdan pay almamaları müəyyən edilmişdir. Odur ki, qeyd edilən şəhadətnamələr mövcud olmadığından mövcud olmayan şəhadətnamələrin etibarsız hesab edilməsi mümkün deyil. İddia tələbinin ikinci hissəsinə münasibətdə məhkəmə qeyd edib ki, məhkəmə iclasında izahat vermiş iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin qanuni əsası qismində vərəsənin susması adlanan maddi hüquq normasının çıxış etdiyini bildirmiş və mübahisənin ədalətli və qanuni həlli baxımından müvafiq maddi hüquq normasının dispozisiya şərtlərinin rəhbər tutulmalı olduğunu qeyd etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Hazırkı iş üzrə miras qoyan olan fiziki şəxs – X28 xx.xx.2007-ci il tarixdə vəfat etdiyindən artıq miras həmin tarixdən açılmış və miras qoyanın qanun üzrə vərəsələrinin vərəsəlik hüquqları həmin tarixdən etibarən yaranmışdır. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Miras qoyanın vəfatı anında qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1273-1-ci maddəsinə əsasən, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin maddədə qeyd olunan normalar isə mirasdan imtinanın nəticələri ilə bağlıdır. Belə ki, həmin Məcəllənin 1262-ci maddəsinə əsasən, əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Göründüyü kimi, qanunvericiliklə vərəsənin mirası qəbul etməkdən imtinası ehtimal olunduğu halda (vərəsənin susması) onun payının qanun üzrə vərəsəliyə çağırılmış bütün vərəsələrin payına əlavə edilməsi imkanı nəzərdə tutulmuş və üçüncü qaydanın tətbiqi imkanı istisna edilmişdir. Yəni, miras qoyanın adına açıq saxlanılmış 2/6 hissədə payın bütünlüklə iddiaçının payına əlavə edilməsinin heç bir qanuni əsası olmamaqla, qanunvericiliyin imperativ göstərişlərinə ziddir. İddia tələbinin üçüncü hissəsi - miras qoyan X18 adına açıq saxlanılan 2/6 hissədə paya dair verilən çıxarışın ləğv edilməsi iddia tələbinin ikinci hissəsi ilə birbaşa əlaqəli olduğundan və iddia tələbi bütünlüklə təmin olunmadığından rədd edilməli və əlavə araşdırma aparılmamalıdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı (nümayəndəsi Vəkil) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməsini xahiş edib göstərir ki, məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X11 izahatında bildirmişdir ki o, miras qoyan X18 gəlinidir. Miras qoyan X18 qızı, yəni Şarifova Pikə və oğlu İbrahimov Hacıbala miras əmlakda özlərinə məxsus olan hissələrdən onun xeyrinə imtina etmişlər. Həmin imtina məktubları notariat ofisində rəsmiləşdirilmişdir və hazırda ondadır. Açıq qalan hissələrə münasibətdə qeyd edir ki, həmin hissələr Tofiq və Xəqani adlı şəxslərə məxsusdur. Tofiq ümumiyyətlə 25 ilə yaxındır ki, Rusiya Federasiyasında yaşayır və onun həyatda olub-olmaması ilə bağlı onlarda hər hansı məlumat mövcud deyil. Xəqani isə bu tip mübahisələr başlanandan bəri heç bir orqana müraciət etməmiş, məhkəmə proseslərində isə iştirak etməmişdir. Ona görə də məhkəmənin həmin hissələrlə bağlı iddia tələbinin təmin olunmasına hər hansı etirazı yoxdur. Hesab edir ki, iddiaçının həmin mənzildə yaşaması, bu halın üçüncü şəxs tərəfindən də təsdiq edilməsi və həmçinin X3 və digər mülkiyyətçilərin açıq qalan hissələrə iddialarının olmaması məhkəmədə mübahisəsiz hal kimi müəyyən olunduğundan iddia tələbi əsaslı olduğundan təmin edilməli idi. Məhkəmənin qanunvericiliklə vərəsənin mirası qəbul etməkdən imtinası ehtimal olunduğu halda (vərəsənin susması) onun payının qanun üzrə vərəsəliyə çağırılmış bütün vərəsələrin payına əlavə edilməsi imkanı nəzərdə tutulması və üçüncü qaydanın tətbiqi imkanı istisna edilməsi, yəni, miras qoyanın adına açıq saxlanılmış 2/6 hissədə payın bütünlüklə iddiaçının payına əlavə edilməsinin heç bir qanuni əsası olmamaqla, qanunvericiliyin imperativ göstərişlərinə zidd olması mövqeyi ilə razı deyil. Belə ki, Mülki Məcəllənin “Vərəsənin susması” adlanan 1273-1-ci maddəsi vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədiyi halda, susan vərəsənin payının digər vərəsələrə, əgər susan vərəsə həmin növbənin yeganə vərəsəsi olarsa, mirasın sonrakı növbənin vərəsələrinə keçməsini nəzərdə tutur. Göründüyü kimi, vərəsənin müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etməməsi vərəsnin susması kimi qəbul oluna bilər.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
13. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən İddiaçı nümayəndəsi Vəkil sağlamlığımda yaranan problemə görə (qızdırma) məhkəmə iclasında iştirak edə bilmədiyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, göstərdiyinə dair müraciətinə hansısa sübut əlavə etməyib.
14. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Bakı şəhəri 37 saylı Notariat Ofisinin və digər üçüncü şəxslərin nümayəndəsi, X27 və X11 məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Maddə 1257.1. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Maddə 1257.2. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Maddə 1260. Vərəsə mirasın qalan hissəsinə baxmayaraq, birləşdirilmə hüququ ilə ona mənsub olan miras hissəsindən imtina edə bilər. Maddə 1261. Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Maddə 1262. Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Maddə 1263. Əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Maddə 1273-1. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir.
16. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 55. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Maddə 57. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Maddə 58.Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır. Notarius yetkinlik yaşına çatmamış və fəaliyyət qabiliyyəti olmayan vərəsələrin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə onların əmlak mənafelərini mühafizə etmək məqsədi ilə vərəsənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Maddə 59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.
17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilir ki, ... miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd edir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
19. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.
20. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
22. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
23. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
24. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
25. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.
26. Əlbəttə, bu cür mübahisənin düzgün həlli üçün maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
27. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
28. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.
29. Əvvəla, mübahisə predmeti olan miras mənzilin 1/6 hissəsinin İddiaçı, 1/6 hissəsinin X3, 1/6 hissəsinin X19, 1/6 hissə X4 paylı mülkiyyətində olduğu, 2/6 hissəsinin isə miras qoyan X18 adında açıq saxlanıldığı işin mübahisəsiz halıdır. Açıq qalan həmin hissənin də miras qoyanın digər övladları X20 və X15 bərabər hissədə aid olduğu da hansısa mübahisə doğurmur. Başqa sözlə, 2/6 hissənin notarius tərəfindən açıq saxlanılmasının səbəbi X20 və X12 digər vərəsələrlə eyni statuslu vərəsə olduqları üçün nəzərə alınması olub.
30. Ancaq iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən X20 və X16 işdə iştirak etməyə cəlb etməyib, onlara qarşı hansısa tələb irəli sürməyib, üstəlik onların müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsini də arzulamamış, hətta məhkəmənin verdiyi suala cavab olaraq nümayəndəsi və vəkili 3-cü şəxs qismində cəlb etməməsinin səbəbi kimi, onların mirası qəbul etməmələri ilə izah edib(bax.cild 2;i.v.37).
31. Buna baxmayaraq, iddianın qanuni əsası kimi Mülki Məcəllənin 1262-ci maddəsi və Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı ilə qüvvədən düşmüş 1273-1-ci maddəsi nəzərdən keçirilə bilər. Lakin Mülki Məcəllənin 1262-ci maddəsinin tələbinə əsasən iddianın keçərli olması üçün X20 və X23 mirası qəbul etməkdən imtina etməli olmalıdır. Ancaq onların mirası qəbul etməkdən imtina etmələri hər hansı bir sübutla təsdiq olunmur. İddiaçı da israr etmir ki, onlar mirası qəbul etməkdən imtina ediblər. X34 Federasiyasında yaşadığını, Xəqaninin isə mirasda marağının olmadığını göstərir ki, bu hallara dair də məhkəməyə heç bir sübut təqdim etməyib. Demək ki, 1262-ci maddənin dispozisiya şərtlərinə əsasən iddianın təmin olunması üçün X20 və X23 mirası qəbul etməkdən imtina etməli idilər ki, bu hal da təsdiq edilmədiyi üçün bu norma iddianın təmin olunması üçün qanuni əsas ola bilməzdi.
32. O ki qaldı qüvvədən düşmüş 1273-1-ci maddəsinin iddianın qanuni əsası kimi nəzərə alınmasına, əvvəla bu norma artıq qüvvədən düşüb və məzmunu ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumu 26 dekabr 2023-cü il tarixli Qərarında öz mövqeyini, yəni vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyini açıqlayıb. Buna baxmayaraq, nə qədər ki, Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında həm də göstərildi ki,... Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin, demək ki, bu normanın tələbi nəzərə alınsa belə brahimov Xəqani Mirzə oğlu və X23 vərəsə kimi ya mülki Məcəllə ilə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etməməlidir və ya ondan imtina etməməlidir, yəni susmalıdır ki, iddia keçərli olsun. Ancaq iddiaçı açıq qalmış hissə üzrə onların mirası qəbul etməmələrinə və ya ondan imtina etməyib susmalarına dair də hər hansı bir ciddi arqument göstərmir, üstəlik həmin şəxslərin də işə cəlb edilməsini hansısas səbəbdən arzulamamış və bunu əngəlləmiş, nəticədə onların həqiqətən susmalarını və ya susmamalarını müəyyən etmək mümkün olmayıb. Demək ki, qüvvədən düşmüş olsa belə, bu normanın dispozisiya şərtləri də iddianın və apellyasiya şikayətinin dəlilləri ilə uzlaşmadığından təmin olunması üçün də qanuni əsas kimi çıxış edə bilməzdi.
33. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1209/2025 saylı, 30 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
qətetdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1209/2025 saylı, 30 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.