Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6066/2021 17.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh oğlunun iştirakları ilə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1497/2021 saylı, 09 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06.12.2019-cu il tarixli müqaviləyə əsasən HOFFMANN markalı kondisioner üçün 606 (altı yüz altı) manat ödənilməmiş hissə, 60 (altmış) manat cərimə, ümumilikdə 666 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 696 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” MMC ilə 06.12.2019-cu il tarixli müqaviləyə əsasən, HOFFMANN markalı kondisioner almış və nəticədə 666 (altı yüz altmış altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 06.12.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1296 (bir min iki yüz doxsan altı) manat (18 ay x 72 + 0 manat ilkin ödəniş) olan HOFFMANN markalı kondisioner üçün ümumilikdə 666 (altı yüz altmış altı) manat olmaqla, ondan 606 (altı yüz altı) manat ödənilməmiş hissə, 86 manat (0,72 manat x 120 gün) cərimə hesablanmalı olmasına baxmayaraq güzəşt olunmuş 60 (altmış) manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh 06.12.2019-cu il tarixli müqaviləyə əsasən, HOFFMANN markalı kondisioneri 22.06.2020-ci il tarixində geri qaytarmış və məhsul 690 manat qiymətləndirilib borcundan silinmişdir. Cavabdehin cəmi ödədiyi məbləğ 690 manat təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 23.02.2021-ci il tarixdə göndərilmiş, cavabdeh bildirişi 22.02.2021-ci il tarixində almışdır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1497/2021 saylı, 09 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, 06.12.2019-cu il tarixli müqaviləyə əsasən HOFFMANN markalı kondisioner üçün 606 (altı yüz altı) manat ödənilməmiş hissə, 60 (altmış) manat cərimə, ümumilikdə 666 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 696 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1497/2021 saylı, 09 aprel 2021-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə yalnız iddiaçının təqdim etdiyi faktlar əsasında qətnamə qəbul etmiş, iş üzrə sübutları qərəzsiz və obyektiv qiymətləndirməmişdir.Həmçinin, iddiaçı məhkəməyə düzgün məlumat vermədiyindən məhkəmə səhv nəticəyə gəlmişdir.İddiaçı 06.12.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən aldığı '‘HOFFMANN” markalı kondisioner barədə ona yanlış məlumat vermişdir. Belə ki, kondisioner yaşadığı mənzildə quraşdırdıqdan sonra ona məlum olmuşdur ki, otağın ölçüsü ilə kondisionerin gücü mütənasib deyil, yəni sadə dillə desək, otağı soyutmaq üçün həmin kondisionerin gücü çatmır.Bu barədə o, dərhal iddiaçı şirkətə məlumat verdikdə ona bildirilmişdir ki, vaxt tapan kimi malı geri götürəcəklər.Dəfələrlə iddiaçıya müraciət etdikdən sonra, nəhayət ki, 22 may 2020-ci il tarixdə iddiaçı şirkətin mümayəndələri o, evdə olmayanda kondisioneri gəlib götürmüşlər. Məhkəmə kolegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinin məzmunununa uyğun izahat verərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)- 1497/2021 saylı, 09 aprel 2021-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək, iddia tələbinin məzmununa uyğun izahat verərək Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1497/2021 saylı, 09 aprel 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etmişdir. Məhkəmə kolegiyası tərəfi dinləyərək, iş üzrə materialları və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1497/2021 saylı, 09 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 22.01.2021-ci il tarixli Maliyyə və Ödəniş Cədvəllərindən görünür ki, Cavabdeh 06.12.2019-cu il tarixli müqavilə ilə əldə etdiyi HOFFMANN markalı kondisioner üçün cəmi 666 manat ödənilməmiş borcu vardır. - “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 06.12.2019-cu il tarixli 01102679 nömrəli müqavilədən və ona əlavələrdən görünür ki, Cavabdeh “xxxx” MMC-dən kredit yolu ilə 0 manat ilkin ödənişlə 1296 manat məbləğində HOFFMANN markalı kondisioner əldə etmiş və həmin məbləği aylıq 72 manat olmaqla 18 ay ərzində “xxxx” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. - 06.12.2019-cu il tarixli bildirişlərdən görünür ki, 06.12.2019-cu il tarixində bağlanmış müqavilənin bütün şərtləri tam şəkildə yerinə yetirilənə qədər müqavilədə göstərilən əşyaları sata, bağışlaya və hər hansı digər formada üçüncü şəxsə verilə bilməz. Yalnız ödənişi tam həcmdə etdikdən sonra, göstərilən müqavilənin predmetinə dair mülki hüquq müştəriyə keçir. Müştəri müqavilənin şərtlərini pozduğu halda, “ABC” “Mal”-ın geri qaytarılmasını tələb edə bilər və ya əşyanın istifadəsini mümkünsüz edə bilər. - Əşyaların Təhvil-Təslim Aktlarından görünür ki, Cavabdeh 01102679 nömrəli müqaviləyə əsasən HOFFMANN markalı kondisioneri, tam qüsursuz halda təhvil almışdır. - “xxxx” MMC-nin 25.08.2020-ci il tarixli xəbərdarlığının surətindən görünür ki, Cavabdeh qısa bir zamanda borcunu ödəmədiyi təqdirdə barəsində məhkəmə qaydasında iddia qaldırılacağı barədə xəbərdar olunmuşdur. - 23.01.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün “xxxx” MMC tərəfindən 30,00 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 25.10.2019-cu il tarixli müqavilə bağlanmışdır. 06.12.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 1296 manat məbləğində HOFFMANN markalı kondisioneri 0 manat ilkin ödənişlə, aylıq ödənişi 72 manat olmaqla, 18 ay müddətinə ödəmək şərti ilə almışdır.Lakin iddiaçı 06.12.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən aldığı '‘HOFFMANN” markalı kondisioner barədə ona yanlış məlumat verildiyinə görə kondisioner yaşadığı mənzildə quraşdırdıqdan sonra ona məlum olmuşdur ki, otağın ölçüsü ilə kondisionerin gücü mütənasib deyil, yəni sadə dillə desək, otağı soyutmaq üçün həmin kondisionerin gücü çatmır.Bu barədə o, dərhal iddiaçı şirkətə məlumat verdikdə ona bildirilmişdir ki, vaxt tapan kimi malı geri götürəcəklər.Dəfələrlə iddiaçıya müraciət etdikdən sonra, nəhayət ki, 22 may 2020-ci il tarixdə iddiaçı şirkətin mümayəndələri o, evdə olmayanda kondisioneri gəlib götürmüşlər. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi cavabdehin dəlillərini təkzib edən hər hansı sübutu təqdim etməmişdir. Hazırkı tələblə bağlı Kollegiya qeyd edir ki, iddiaçı “xxxx” MMC Cavabdeh ilə bağladığı müqaviləyə əsasən cavabdehə satdığı '‘HOFFMANN” markalı kondisioneri 22 may 2020ci il tarixdə geri götürmüşdür.Beləliklə, tərəflər arasındakı alqı-satqı müqaviləsi qüvvəsini itirmiş və buna səbəb cavabdehin deyil, iddiaçının təqsirli olması müəyyən olunmuşdur.Odur ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə öhdəliyin icrasını deyil, kondisionerin cavabdeh tərəfindən işlədilməsi ilə bağlı zərəri tələb edə bilər.İddiaçı hazırkı tələbində cavabdehdən zərər tələb etməməklə yanaşı belə zərərin vurulması ilə bağlı hər hansı sübut təqdim etməmişdir.(İddiaçı gələcəkdə belə sübutu təqdim edərsə həmin əsasla iddia qaldırmaq hüququ qalır.) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmçinin, iddia məbləği 2000 manatdan az olduğundan, Mülki Prosessual Məcəllənin 404-.1-ci maddəsinə əsasən (Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.) qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1497/2021 saylı, 09 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə dərhal qanuni qüvvəsini alır. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-6066/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6066/2021
17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver