Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-609/2020 13.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı, onun vəkili Vəkil1, Cavabdeh, vəkili Vəkil2, Üçüncü şəxs “xxxxxxx” Kompani MMC-nin vəkili Vəkil3 və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs qismində “xxxxxxx” Kompani MMC cəlb edilməklə) “mənzildən çıxartma, mənzilin boşaldılması və əqdin etibarsızlığı” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6375/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən iş üzrə Cavabdeh və üçüncü şəxs qismində “xxxxxxx” Kompani MMC tərəfindən verilmiş apellyasiya şikayətinə; iddiaçı Cavabdehlər İddiaçı və “xxxxxxx Kompani” MMC-yə qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7242/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı Cavabdeh və cavabdeh “xxxxxxx Kompani” MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Birinci iddia üzrə İddiaçı Cavabdeh qarşı (“xxxxxxx Company” MMC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “mənzildən çıxartma, mənzilin boşaldılması və əqdin etibarsızlığı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə "xxxxxxxxxxxxxxxxx" MMC arasında xx xxx 2009-cu il tarixində bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab olunması, Cavabdeh və ailəsinin mənzildən çıxarılması, mənzilin boşaldılması və İddiaçı mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxx 2008-ci il tarixində İddiaçı ilə "xxxxxxx Company” Məhdud Məsuliyyətli Cəmiyyəti (həmin dövrdə adı "xxxxxxx Company" MMC olan) arasında 115 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Alğı-satqı müqaviləsinə əsasən “xxxxxxx Kompani” MMC ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 191.4 m2-dən ibarət olan 4 otaqlı mənzili İddiaçı mülkiyyətinə verməyi, İddiaçı isə həmin mənzilin dəyərini müqavilədə müəyyən edilmiş müddətdə və qaydada ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin iddiaçının öz öhdəliyini vaxtında və tam icra etməsinə baxmayaraq, “xxxxxxx Kompani” MMC 115 saylı müqavilənin 3.2-ci bəndini pozaraq 24 ay ərzində müqavilənin 2.1-ci bəndində göstərilən öhdəliklərini yerinə yetirməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. İddiaçı “xxxxxxx Kompani” MMC-ə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli qətnaməsi ilə iddiaçının “xxxxxxx Kompani” MMC-yə ödədiyi 191.400 ABŞ dolları məbləğində pulun sonuncudan alınaraq ona ödənilməsinə dair qətnamə qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2015-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2011 tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı “xxxxxxx Kompani” MMC -yə qarşı “pul tələbinə dair” iddiası üzrə işin icraatına tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməklə xitam vermişdir. Barışıq sazişinə görə İddiaçı “xxxxxxx Kompani” MMC-yə qarşı 191.400 ABŞ dollarının və 21 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsinə dair iddia tələbindən imtina edir; 2) cavabdeh “xxxxxxx Kompani” MMC Yasamal Rayon məhkəməsinin xx xxxxxx 2011 tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtina edir və ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 191.4 m2-dən ibarət olan 4 otaqlı mənzili 2014-cü ilin fevralında İddiaçı istifadəsinə verməyi və həmin mənzildə təmir aparılan vaxtı elektrik, santexnik işlərinin görülməsində iddiaçıya köməklik etməyi öhdəsinə götürür. İcra sənədi üzrə qərardadın icrası zamanı məlum olur ki, İddiaçı qətnamə üzrə köçürülməli olduğu mənzildə, yəni ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 191.4 m2-dən ibarət olan 4 otaqlı mənzildə faktiki olaraq Cavabdeh yaşayır və Cavabdeh həmin mənzilin onun qanuni sahibliyində olduğunu iddia edir. İşin materiallarından görünür ki, Cavabdeh ilə “xxxxxxx Kompani” MMC arasında ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 191.4 m2 -dən ibarət olan 4 otaqlı mənzilin verilməsi ilə bağlı alğısatqı müqaviləsi xx xxx 2009-cu il tarixində, həmin mənzilin İddiaçı mülkiyyətinə verilməsi ilə bağlı anoloji alğı-satqı müqaviləsi isə xx xxx 2008-ci il tarixində bağlanmışdır. “xxxxxxx Company” MMC tərəfindən mənzil ilk növbədə qanuni əsaslarla İddiaçı satılmasına baxmayaraq heç bir hüquqi əsas olmadan Cavabdeh satılmışdır. Cavabdeh ilə “xxxxxxx Kompani” MMC arasında bağlanılan alğı-satqı müqaviləsi etbarsızdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6375/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mənzildən çıxartma, mənzilin boşaldılması və əqdin etibarsızlığı” tələblərinə dair iddiasının təmin edilməsi, Cavabdeh ilə "xxxxxxx Company" MMC arasında xx xxx 2009-cu il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab olunması, Cavabdeh ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 14 saylı mənzildən çıxarılması qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti və ona əlavə verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan üçüncü şəxs qismində “xxxxxxx” Kompani MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İkinci iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı və “xxxxxxx Kompani” MMC-yə qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 3 ünvanda 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 191,4 kv.m olan 4 otaqlı mənzilə dair cavabdeh İddiaçı ilə digər cavabdeh “xxxxxxx Kompani” MMC arasında bağlanmış xx xxx 2008-ci il tarixli, 115 saylı müqavilənin və verilmiş maliyyə arayışının tərtib edildiyi andan etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 ilə cavabdeh “xxxxxxx Kompani” MMC arasında xx xxxx 2007-ci il tarixdə 109/3 saylı müqavilə və maliyyə arayışı imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh ünvan 4 ünvanda 2 saylı yaşavış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 191,4 kv.m olan 4 otaqlı 14 saylı mənzili dəyəri Əliyev Dilavər tərəfindən ödənildikdən sonra ona təhvil vermişdir. 2017-ci il tarixdə qeyd olunan mənzil Dilavər Əliyevin sahibliyində və istifadəsində olmuşdur. X3 cavabdehə ərizə verərək, cavabdehlə ünvan 4 ünvanda 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 191,4 kv.m olan 4 otaqlı 14 saylı mənzilin alğısatqısı ilə bağladığı xx xxxx 2007-ci il tarixli müqaviləni ləğv edilib adından çıxarılması və həmin mənzilin onun adına keçməsinə etiraz etmədiyini bildirmişdir. Həmin mənzillə bağlı xx xxx 2009cu il tarixdə onunla “xxxxxxx Compani” MMC arasında xx xxx 2009-ci il tarixdə 109/3 saylı müqavilə və maliyyə arayışı imzalanmışdır. 2009-cu il tarixdən etibarən həmin mənzil onun sahibliyində və istifadəsindədir. Mənzilin bütün təmir işləri onun tərəfindən aparılmış, hal-hazırda ailə üzvləri ilə birlikdə illərdir ki, həmin mənzildə yaşayır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7242/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh “xxxxxxx Kompani” MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-609/2020 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs qismində “xxxxxxx” Kompani MMC cəlb edilməklə) “mənzildən çıxartma, mənzilin boşaldılması və əqdin etibarsızlığı” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6375/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən iş üzrə Cavabdeh və üçüncü şəxs qismində “xxxxxxx” Kompani MMC tərəfindən verilmiş apellyasiya şikayəti və Cavabdeh İddiaçı və “xxxxxxx Kompani” MMC-yə qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə mülki işlər birləşdirilmişlər. Apellyasiya şikayətlərinin dəlilləri: Birinci iddia üzrə Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclası onun iştirakı olmadan, ona məhkəmə iclası barədə heç bir məlumat verilmədən baxılmış və qanunsuz qətnamə qəbul edilmişdir. Bundan başqa, işin faktiki halları odur ki, X3 ilə “xxxxxxx Kompani” MMC arasında xx xxxx 2007-ci il tarixdə 109/3 saylı müqavilə və maliyyə arayışı imzalanmışdır.Müqavilənin şərtlərinə əsasən “xxxxxxx Kompani” MMC ünvan 4 ünvanda 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 191,4 kv.m olan 4 otaqlı 14 saylı mənzilin dəyəri Əliyev Dilavər tərəfindən ödənildikdən sonra ona təhvil vermişdir. 2007-ci il tarixdən qeyd olunan mənzil Dilavər Əliyevin sahibliyində və istifadəsində olmuşdur. X3 “xxxxxxx Kompani” MMC ərizə verərək ünvan 4 ünvanda 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 191,4 kv.m olan 4 otaqlı 14 saylı mənzilin alğı-satqısı ilə bağladığı xx xxxx 2007-ci il tarixli müqaviləni ləğv edilib onun adından çıxarılması və həmin mənzilin onun adına keçməsinə etiraz etmədiyini bildirmişdir. Həmin mənzillə bağlı xx xxx 2009-cu il tarixdə onun ilə “xxxxxxx Kompani” MMC arasında xx xxx 2009-ci il tarixdə 109/3 saylı müqavilə və maliyyə arayışı imzalanmışdır. 2009-cu il tarixdən etibarən həmin mənzil onun sahibliyində və istifadəsindədir. Mənzilin bütün təmir işləri onun tərəfindən aparılmış, hal-hazırda o, ailə üzvləri ilə birlikdə illərdi ki, həmin mənzildə yaşayır. Mənzilin təmir işlərinin aparılmasına və ev əşyalarının alınıb quraşdırılması üçün tərəfindən 150.000 manata yaxın vəsait xərclənmişdir. İddiaçı “xxxxxxx Kompani” MMC ilə xx xxx 2008-ci il tarixdə 115 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Bununla qeyd edir ki, İddiaçı özü də bilir ki, “xxxxxxx Kompani” MMC bağladığı müqavilə onun mənzili ilə bağlı deyil əgər belə olsaydı, İddiaçı iddia ərizəsində konkret olaraq hansı mənzildən çıxarılmanı və boşaldılmanı qeyd etmis olardı. İddiaçı ilə “xxxxxxx Kompani” MMC arasında bağlanmış müqavilə, barışıq sazişi və onun mənzilə köçürülməsi ilə bağlı məhkəmə qətnaməsi məhz ünvan 4 ünvanda 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 191,4 kv.m olan 4 otaqlı mənzilinə bağlıdır. Lakin ona məxsus olan və onunla “xxxxxxx Kompani” MMC arasında bağlanmış xx xxx 2009-cu il tarixli müqavilə ünvan 4 ünvanda 2 saylı yasayıs binasının 5-ci mərtəbəsində ümumi sahəsi 191,4 kv.m olan 4 otaqlı 14 saylı mənzildir. İddiaçı müqaviləsində konkret olaraq hansı saylı mənzil olması bəlli deyil və buda onu göstərir ki, həmin müqaviləsi saxtadır. Birinci iddia üzrə üçüncü şəxs “xxxxxxx Kompani” MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclası onların iştirakı olmadan keçirilmişdir. Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsini istinad etməsi tərəflər arasındakı mübahisəyə hər hansı bir aidiyyatı yoxdur. Məhkəmənin istinad etdiyi maddi norma yalnız kooperativ təşkilatlarına və onun üzvləri arasındakı hüquq münasibətlərinə şamil edilir. İş üzrə “xxxxxxx Kompani” MMC isə hüquqi şəxs olmaqla məhdud məsuliyyətli cəmiyyətdir. “xxxxxxx Kompani” MMC-nin müqavilə bağladığı şəxslərlə münasibəti podrat müqaviləsidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, məhkəmə tərəflər arasındakı münasibətlərə hüquqi qiymət verərkən tətbiq edilməməli maddi hüquq normasını tətbiq etmişdir. Çünki, məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində gəldiyi nəticə və göstərdikləri yalnız İddiaçı aiddir. Məhkəmə qətnaməsində Cavabdeh, yəni nəyə görə, və hansı əsaslara görə Cavabdeh “xxxxxxx Kompani” MMC ilə bağladığı müqavilə etibarsız hesab edilir. Mübahisəli mənzilə dair ilk müqavilə X3 ilə xx xxxx 2007-ci il tarixli, 109/3 saylı müqavilə bağlanılıb, sonra həmin şəxsin ərizəsi əsasında bağladığı müqavilə ləğv olunub və yeni müqavilə Cavabdehla bağlanılıb. Yəni, mübahisəli mənzilə dair ilk müqavilə İddiaçı qabaq bağlanılıb. Bu isə onu sübut edir ki, İddiaçılə bağlanan müqavilə sonradan bağlanan müqavilə olmaqla saxtadır və etibarsızdır. İkinci iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı ilə cavabdeh “xxxxxxx Kompani” MMC arasında xx xxx 2008-ci il tarixdə 115 saylı bağlanmışdır. Lakin, cavabdehlə bağlanmış ünvan 3 ünvanda 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 191,4 kv.m olan 4 otaqlı mənzilinə dair müqavilədə mənzilin konkret olaraq hansı saylı mənzil olması bəlli deyil, cavabdeh İddiaçı tələb edir ki, guya ona satılmış mənzil məhz onun mənzilidir. Cavabdeh İddiaçı ilə digər cavabdeh “xxxxxxx Kompani” MMC arasında bağlanmış xx xxx 2008-ci il tarixli 115 saylı müqavilənin və verilmiş maliyyə arayışına baxılarkən açıq-aydın görmək mümkündür ki, həmin sənədlər başqa tikinti şirkətinə aiddir. Belə ki, müqavilənin 3.1 bəndinə “STS” şirkətinin adı qeyd olunubdur. Bundan başqa, maliyyə arayışında isə mətinlə imza edənlər arasında kifayət qədər məsafənin olması ona əsas verir ki, müqavilə ilə maliyyə arayış başqa şirkətə məxsus olmuşdur. İkinci iddia üzrə cavabdeh “xxxxxxx Kompani” MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh “xxxxxxx Kompani” MMC əvvəlki məhkəmə çəkişmələrində də dəfələrlə qeyd edib ki, İddiaçılə tərəflərin iradəsini ifadə edən hər hansı bir müqavilə bağlanılmayıb. Onunla bağlanılmış saxta müqavilə qohumluq əlaqəsində olduğu M.Cəfərov və T.Abdullayev tərəfindən tərtib edilib. Hətta, qətnamədə qeyd edilən “xxxxxxx Kompani” MMC ilə İddiaçı arasındakı sazişi də həmin vaxt səlahiyyəti olmayan T.Abdullayev tərəfindən imzalanmışdır. Belə olan halda məhkəmənin “xxxxxxx Kompani” MMC-nin iddianı iddia etməklə öz maraqlarının xidmət etməsi qənaətinə gəlməsi başa düşülən deyil. Yəni “xxxxxxx Kompani” MMC ilə İddiaçı arasında bağlanmış müqavilə həqiqəti əks etdirsəydi onda müqavilədə mənzilin nömrəsi göstrərilməli idi. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və vəkili Vəkil2 apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Üçüncü şəxs “xxxxxxx” Kompani MMC-nin vəkili Vəkil3 və nümayəndəsi Nümayəndə apellyasiya şikayətlərinin dəlillərini müdafiə edərək və təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cddiaçı İddiaçı, onun vəkili Vəkil1 apellyasiya şikayətlərinin dəlillərini qəbul etməyərək, təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəmələrinin qətnamələrinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətlərin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6375/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi üzrə cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməli, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 7242/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi üzrə isə apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6375/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi üzrə birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, ünvan 2 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 191,4 kv.m olan 4 otaqlı 14 saylı mənzillə bağlı bağlı sahiblik və istifadə hüquqları xx.xx.2007-ci il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilə bağlandığı və mənzilin dəyəri ödənildiyi andan İddiaçı məxsus olduğundan, həmin tarixdən sonra bağlanan müqavilə əhəmiyyətsiz olduğundan, qüvvədə olan məhkəmə qətnamələri ilə İddiaçı mübahisəli mənzilə sahiblik və istifadə hüquqları tanındığından iddia təmin edilməli, Cavabdeh ilə “xxxxxxx Kompani” MMC arasında xx xxx 2009-cu il tarixində bağlanmış alğı-satqı müqaviləsi etibarsız hesab olunmalı, Cavabdeh və ailə üzvləri həmin mənzildən çıxarılmalı, mənzil boşaldılmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7242/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi üzrə birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı Cavabdeh İddiaçı ilə “xxxxxxx Company” MMC arasında bağlanmış xx xxx 2008-ci il tarixli müqaviləni mübahisələndirmək üçün subyektiv hüquqa malik deyil. Kollegiya qeyd edir ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3396/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə, İddiaçı cavabdeh “xxxxxxx Company” MMC-yə qarşı mənzilə köçürülmə, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmişdir. İddiaçı Bakı şəhəri F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 191,4 kv.m olan 4 otaqlı mənzilə köçürülməsi, 1000 (bir min) manat məbləğində mənəvi ziyan “xxxxxxx Kompani” MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddia qalan hissədə rədd edilmişdir.Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli, 2( 103)- 11099/2017 saylı qətnaməsi ilə cavabdeh “xxxxxxx Kompani” MMC və hüquq və vəzifələrinə toxunulan şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməyərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3396/2017 saylı işi uzrə xx xxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 2318/18 nömrəli, xx xxxxx 2018-ci il tarixli qərarı ilə, Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli, 2(103)- 11099/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarın təsviri hissəsindən məlum olur ki, İddiaçı “xxxxxxx Kompani” MMC- ilə bağladığı xx.xx.2007-ci il tarixli müqavilə əsasında iddiaçıya verilmiş mənzilin tikintisi yubandığına və müqavilə öhdəliklərini yerinə yetirmədiyinə görə “xxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı "pul tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli qətnaməsi ilə iddiaçının "xxxxxxxxxxxxxxxxx" MMC-yə ödədiyi 191.400 ABŞ dolları məbləğində pulun sonuncudan alınaraq ona ödənilməsinə dair qətnamə qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2015-ci il tarixli qərardadı ilə İddiaçı "xxxxxxxxxxxxxxxxx" MMC-ə qarşı "pul tələbinə dair" iddiası üzrə işin icraatına tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməklə xitam vermişdir. Barışıq sazişinə görə İddiaçı “xxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı 191.400 ABŞ dollarının və 21 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsinə dair iddia tələbindən imtina edir; 2) cavabdeh “xxxxxxxxxxxxxxxxx” MMC Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2011 tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtina edir və ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 191.4 m2-dən ibarət olan 4 otaqlı mənzili 2014-cü ilin fevralında İddiaçı istifadəsinə verməyi və həmin mənzildə təmir aparılan vaxtı elektrik, santexnik işlərinin görülməsində iddiaçıya köməklik etməyi öhdəsinə götürür. Həmçinin, iş materialları ilə müəyyən olunur ki, xx xxx 2009-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, Baki şəhəri, F.Bayramov küçəsi 1156 ünvanda yerəşən 2 saylı yaşayış binası “xxxxxxx Kompani” MMC-yə məxsusdur. Bu yaşayış binasının 5-ci mərtəbəsində ümumi tikinti sahəsi 191,4 kv.m. olan 4 otaqlı 14 saylı mənzilin pay dəyəri payçı Cavabdeh tərəfindən tam ödənilmişdir. Onun “xxxxxxx Kompani” MMC-yə borcu yoxdur. xx xxx 2009-cu il tarixli 109/3 nömrəli müqavilənin surətindən görünür ki, satıcı “xxxxxxx Kompani” MMC, ünvan 2 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində tikinti sahəsi 191.4 kv.m.-dən ibarət olan 4 otaqlı 14 saylı mənzil «Alıcı»-ya- Cavabdeh təhvil verilmişdir. Mənzilin dəyəri: 191 400 (yüz doxsan br min dörd yüz ) manat payçı- Cavabdeh tərəfindən əvvəlki payçı X1 ödənilmişdir. İş materiallarında olan məhkəmə aktı ilə maraqlarına toxunan şəxs Cavabdeh müraciətinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 3m-2904/2017 saylı qərardadında qeyd olunmuşdur ki, tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən, cavabdeh MMC ünvan 2 ünvanında inşa edilən 2 saylı yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 191,4 kv.m ibarət olan 4 otaqlı mənzili 2014-cü ilin fevral ayında İddiaçı istifadəsinə verməyi və həmin mənzildə təmir aparılan vaxt elektrik, santexnik işlərinin görülməsinə iddiaçıya köməklik etməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilə isə “xxxxxxx Kompani” MMC arasında xx.xx.2009-cu il tarixdə bağlanmış alğı-satqı müqaviləsi isə ünvan 2 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində tikinti sahəsi 191,4 kv.m ibarət olan 4 otaqlı 14 saylı mənzili barəsində olmuşdur. Beləliklə müəyyən edilir ki, “xxxxxxx Kompani” MMC ilə İddiaçı arasında bağlanılan barışıq sazişi Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 2 saylı yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 191,40 kv.m ibarət olan 4 otaqlı nömrəsi göstərilməyən mənzil, maraqlı şəxs Cavabdehla “xxxxxxx Kompani” MMC arasında bağlanmış müqavilə isə Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 2 saylı yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 191,40 kv.m ibarət 4 otaqlı 14 saylı mənzil barəsində olmuşdur. Qərardadda həmin mənzillərin eyni olmaması qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Kollegiya qeyd edir ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, həm İddiaçı, həm də Cavabdeh “xxxxxxx Kompani” MMC-ilə müqavilə bağlayaraq MMC-nin inşa etdiyi Baki şəhəri, F.Bayramov küçəsi 1156 ünvanda yerəşən 2 saylı yaşayış binasında mənzil almışlar və həmin mənzillərin dəyəri tam olaraq ödənilmişdir. Göründüyü kimi mübahisəli yaşayış binasında 2 mənzil vardır ki, onlardan biri Cavabdeh, digəri isə İddiaçı məxsusdur. Mübahisənin yaranmasına səbəb isə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2015-ci il tarixli qərardadı ilə İddiaçı “xxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı “pul tələbinə dair” iddiası üzrə təsdiq edilmiş barışıq sazişinin icrası zamanı yaranmışdır. Belə ki, “xxxxxxx Kompani” tərəfindən barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəlikləri icra edərkən, İddiaçı ona verilməli olan mənzili deyil, Cavabdeh məxsus mənzili vermişdir. Belə olan halda kollegiya Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6375/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi üzrə qeyd edir ki, İddiaçı verilməli olan mənzil Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 2 saylı yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 191,40 kv.m ibarət 4 otaqlı 14 saylı mənzil olmadığından, Cavabdehla “xxxxxxx Kompani” MMC arasında bağlanmış müqavilə isə Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 2 saylı yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 191,40 kv.m ibarət 4 otaqlı 14 saylı mənzil barəsində bağlanmış xx xxx 2009-cu il tarixli müqavilə etibarsız hesab edilə bilməz, belə olan halda isə İddiaçı iddia tələbi təmin edilə bilməz. Kollegiya izah edir ki, İddiaçı Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2015-ci il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin icra edilməsini tələb etmək hüququ var. Kollegiya Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7242/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Cavabdeh xx xxx 2009-cu il tarixli müqavilədə göstərilən mənzilin dəyərini tam ödəməklə, həmin mənzili təhvil almış, onu təmir etdirərək, oraya köçmüş və xeyli müddətdir ki, o mənzildə yaşamaqla mənzildən istifadə edir və ona sahiblik edir. Bu baxımdan o, hazırda ona hər hansı aidiyyəti olmayan xx xxx 2008-ci il tarixli müqavilənin etibarsızlığını mübahisələndirir. Belə olan halda iddiaçı Cavabdeh İddiaçı ilə “xxxxxxx Kompani” MMC arasında bağlanmış xx xxx 2008-ci il tarixli müqaviləni mübahisələndirmək üçün subyektiv hüquqa malik deyil. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3cü maddələri). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6375/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi üzrə birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qismən ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6375/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən iş üzrə Cavabdeh və üçüncü şəxs qismində “xxxxxxx” Kompani MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6375/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir. Kollegiya Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7242/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, məhkəmə məsrəfləri tərəflərin özlərinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6375/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən iş üzrə Cavabdeh və üçüncü şəxs qismində “xxxxxxx” Kompani MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6375/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbləri rədd edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7242/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı Cavabdeh və cavabdeh “xxxxxxx Kompani” MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7242/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6375/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən iş üzrə Cavabdeh və üçüncü şəxs qismində “xxxxxxx” Kompani MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6375/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbləri rədd edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7242/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı Cavabdeh və cavabdeh “xxxxxxx Kompani” MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7242/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-609/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-609/2020
13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver