Məhkəmə qərarları › İş №2(103)-6095/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6095/2023

03.10.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6095/2023 03.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli 2(001)-5361/2023 nömrəli qərardadından iddiaçının şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli 2(001)- 5361/2023 nömrəli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfin əsas məlumatları - adı, soyadı və atasının adı, eləcə də cavabdehin olduğu və yaşadığı yer iddia ərizəsində tam dəqiqliklə göstərilmiş və cavabdeh tərəfin yaşadığı binanın eyvanında qanunsuz inşa etdiyi hörgü divarının olduğu yerin fotoşəkilləri iddia ərizəsinə əlavə edilmişdir. Məhkəmə, cavabdeh şəxsin əldə etməsi üçün onun olduğu və yaşadığı ünvana, eləcə də cavabdeh şəxsən çatdırılması üçün cavabdeh şəxsin qeydiyyatda olduğu inzibati ərazi üzrə dairə nümayəndəliyinə məhkəmə bildirişi göndərmədən iddia ərizəsində cavabdeh şəxsin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və s.) göstərilmədiyinə görə iddia ərizəsini iddiaçı tərəfə geri qaytarması qanunsuzdur. Məhkəmə kollegiyasi iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və işə mahiyyəti üzrə baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsində cavabdehin ad, soyadı və atasının adı göstərilsə də, onun şəxsiyyətini eyniləşdiyməyə imkan verən məlumatlar göstərilməmiş, bunu təsdiq edən hər hansı sübut ərizəyə qoşma edilməmişdir. “Elektron məhkəmə informasiya sistemi” vasitəsilə də cavabdehin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmamışdır. Kollegiya qeyd edir ki, məhkəmənin qənaəti düzgün olmamışdır, həmin qənaət formal əhəmiyyət kəsb edir. Hazırda təqdim edilmiş ərizədə cavabdehin şəxsiyyət vəsiqəsinin seriya nömrəsi (AA0109582) və FİN kodu (37J05AB) göstərilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemində göstərilmiş FİN kod vasitəsi ilə cavabdehin şəxsiyyət vəsiqəsi məlumatlarını əldə etmək mümkündür. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, mübahisələndirilən qərardad ləğv edilməli və mülki iş icraata qəbul edilərək mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli 2(001)-5361/2023 nömrəli qərardadı ləğv edilsin və mülki iş icraata qəbul edilərək mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar