Məhkəmə qərarları › İş №2(103)-6101/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6101/2022

12.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6101/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh*, Cavabdeh2 və 4 saylı Bakı "ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı (maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsi) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilərək ləğv edilməsi, həmin şəhadətnamə əsasında verilmiş çıxarışların ləğv edilməsi, miras əmlakın qəbuluna dair müddətin ötürülmüş hesab edilməsi, miras əmlakda paylarının müəyyən edilməsi və paya uyğun çıxarışın verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)- 2576/2022 saylı, 08 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4 saylı Bakı "ASAN xidmət" mərkəzinin notariat ofisi tərəfindən miras əmlak olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni- Günəşli qəsəbəsi, "V" yaşayış sahəsi, ev 5, mənzil 53- ə dair verilən 27.07.202*-ci il və *0.08.202*-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilərək ləğv edilməsi, həmin şəhadətnamələr əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi idarəsi tərəfindən Cavabdeh* adına verilmiş *6.08.202*-ci il tarixli **2**0*630 nömrəli və onun adına verilmiş 20.07.202*-ci il tarixli **2*093860 nömrəli çıxarışların ləğv edilməsi, Cavabdeh* tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsi, ev 5, mənzil 53-ə dair mirası qəbul etmə müddətinin ötürülmüş hesab edilməsi, miras əmlak olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsi, ev 5, mənzil 53-də onun 3/4 hissədə, Cavabdeh2 isə */4 hissədə pay hüquqlarının müəyyən edilməsi, həmin paylara uyğun olaraq olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V” yaşayış sahəsi, ev 5, mənzil 53-ə dair çıxarışın verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi idarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)- 2576/2022 saylı, 08 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarından göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının icraatında iddiaçı Cavabdeh* cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “əmlakın naturada bölünməsi” tələbinə dair 2(*03)-3937/2022 nömrəli iş vardır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, hazırki 2(*03)- 6*0*/2022 saylı mülki iş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının icraatında olan iddiaçı Cavabdeh* cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “əmlakın naturada bölünməsi” tələbinə dair 2(*03)-3937/2022 saylı mülki işlə (sədrlik edən hakim Azad İmanov) birlikdə baxılması üçün birləşdirilməlidir. Kollegiya qeyd edir ki, sözügedən mülki işlər eyni tərəflərin iştirak etdiyi bir-biri ilə əlaqəli işlər olduqları üçün onların bir icraata birləşdirilməsi məqsədəuyğundur. Həmçinin kollegiya qeyd edir ki, məhkəmə iclasında iştirak edən iddiaçı və cavabdeh də hazırki mülki işin sözügedən digər işlə bir icraatda birləşdirilməsinə razı olduqlarını bildirmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *69.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə kollegiyası, mülki-prosessual hüquq institutu olan “işlərin bir icraatda birləşdirilməsi” institutunun yuxarıda qeyd olunan iddia tələblərinə (mülki işlərə) münasibətdə tətbiqini həm ədalətli, həm də hüququn ümumi prinsiplərinə uyğun sayır. Bu həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olan və onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan “mübahisələrə mümkün olan qısa müddətlərdə baxılması” prinsipinə də uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *69-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: 2(*03)-6*0*/2022 saylı mülki iş birlikdə baxılması üçün 2(*03)-3937/2022 saylı mülki işə birləşdirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar