Məhkəmə qərarları › İş №2(103)-6108/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6108/2024

30.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6108/2024 30.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri 7 saylı notariat ofisinə (üçüncü şəxs X10 cəlb edilməklə) qarşı “Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi, 21 saylı ev (bağ sahəsi) üzərində mərhum X2 mövcud olmuş istifadə və sahiblik hüququnun ondan qalan miras kütləsinə daxil edilməsi, həmin hüququn (mirasın) tərəfindən faktiki olaraq qəbul edilməsinin müəyyən edilməsi və bağ sahəsi üzərində istifadə və sahiblik hüququna dair ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsinin Bakı şəhəri 7 saylı notariat ofisinə həvalə edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X5 ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri 7 saylı notariat ofisinə qarşı (üçüncü şəxs X10 cəlb edilməklə) Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi, 21 saylı ev (bağ sahəsi) üzərində mərhum X2 mövcud olmuş istifadə və sahiblik hüququnun ondan qalan miras kütləsinə daxil edilməsi, həmin hüququn (mirasın) tərəfindən faktiki olaraq qəbul edilməsinin müəyyən edilməsi və bağ sahəsi üzərində istifadə və sahiblik hüququna dair ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsinin Bakı şəhəri 7 saylı notariat ofisinə həvalə edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)-3908/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Bakı şəhəri 7 saylı notariat ofisinə qarşı (üçüncü şəxs X10 cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi, 21 saylı ev (bağ sahəsi) üzərində mərhum X2 mövcud olmuş istifadə və sahiblik hüququnun ondan qalan miras kütləsinə daxil edilməsi, həmin hüququn (mirasın) tərəfindən faktiki olaraq qəbul edilməsinin müəyyən edilməsi və bağ sahəsi üzərində istifadə və sahiblik hüququna dair ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsinin Bakı şəhəri 7 saylı notariat ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü tarixli, 2(003)- 3908/2024 nömrəli qərardadına əsasən, İddiaçı cavabdeh Bakı şəhəri 7 saylı notariat ofisinə qarşı (üçüncü şəxs X10 cəlb edilməklə) “əmlakın miras kütləsinə daxil edilməsi, mirasın qəbulu faktının müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə” dair ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılmışdır. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi, 21 saylı ev (bağ sahəsi) üzərində mərhum X2 mövcud olmuş istifadə və sahiblik hüququnun ondan qalan mirasın kütləsinə daxil edilməklə həmin hüququn (mirasın) tərəfindən faktiki olaraq qəbul edilməsinin müəyyən edilməsini xahiş etsə də, qeyd olunan evin Telman Quliyevin mülkiyyətində olmasına dair sübut təqdim etməmişdir. Bundan başqa iddiaçı özü ərizəsində qeyd edir ki, atası torpaq sahəsi və fərdi yaşayış evi üzərində hüquqlarını qeydə aldırmamışdır. Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilməsinin səbəblərindən biri də məhz miras əmlakın miras qoyana məxsus olması haqqında hüquqmüəyyənedici sənəd təqdim olunması olmuşdur. Bununla yanaşı iddiaçı ərizəsində mübahisəli ünvana dair mərhum babasına məxsus olan bir ilkin torpaq ayırma və ev sənədi olmasını və həmin sənədlərin Fərman Quliyev tərəfindən götürülməklə ona təqdim edilmədiyini bildirsə də, ümumiyyətlə nə iddiaçının ərizəsində qeyd etdiyi X2 və ya Quliyev X6 vərəsəsi olması, nə də mübahisəli əmlakın mövcudluğuna dair hər hansı sənəd iş materialları ilə müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi, 21 saylı evin (bağ sahəsi) miras kütləsinə aid edilməsi üçün həmin evin dövlət qeydiyyatına alınması barədə müvafiq sübutları təqdim etmədiyindən, eləcə də iddiaçının ərizədə göstərilən şəxslərə münasibətdə vərəsə olması müəyyən edilmədiyindən iddia ərizəsi məhz məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)-3908/2024 saylı qərardadından İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, valideynləri ilə birlikdə daimi əsaslarla Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi, 21 saylı evdə (bağ sahəsi) yaşamışdır. Həmçinin qeyd olunan ünvana dair hüquqlarının tanınmasına dair bir neçə məhkəmə qətnaməsi vardır. 20 fevral 2003-cü il tarixdə isə valideynlərinin nikahı pozulmuş, lakin anası ilə birlikdə həmin ünvanda bugünə qədər yaşamaqda davam etmişlər. Hazırda həyət faktiki olaraq 3 ailə təsərrüfatı arasında bölünmüşdür. Onun yaşadığı ünvan babasından qalmaqla yalnız ona məxsusdur. Digər tərəfdən evə dair sənədlər Fərman Quliyevdədir, məhkəmə araşdırması zamanı sənədlər ondan tələb edilə və ya sorğu ilə əldə edilə bilərdi. Birinci instansiya məhkəməsi isə iddia ərizəsinin qəbulundan imtina etməklə gəldiyi nəticəni əsaslandırmamışdır. Belə ki, birinci instansiya məhkəməsinin istinad etdiyi hallar iddianın yol verilməzliyi ilə bağlı hal deyil, iddianın təmin və ya rədd edilməsi ilə bağlı olan hallara aiddir ki, bunun üçün məhkəmə iddianın icraatını mümkün saymalı, araşdırma aparmalı, iddianın əsaslı olub-olmamasına qəbul etdiyi qətnamə ilə qiymət verməlidir. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3908/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü tarixli, e-2(003)-3908/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin e-2(003)-3908/2024 nömrəli işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 125. İ. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Maddə 127. İ.Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya Maddə 6.

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 4.2. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Maddə 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Maddə 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; 398.0.4. qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Maddə 399. Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2.kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 4 Qərarı Bənd 8. Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin. “Beles və digərləri Çexiya Respublikasına qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir: Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən ədalətli məhkəmə araşdırması hüququ qanunun aliliyi baxımından şərh olunmalıdır, bu tərəflərə öz hüquqlarını müdafiə etməyə imkan verən səmərəli hüquqi müdafiə vasitələrinə malik olmalarını tələb edir. Məhkəməyə çatım hüququ “praktiki və effektiv” olmalıdır (Bellet Fransaya qarşı iş). Çatım hüququnun effektiv olmaslı üçün fərd “hüquqlarına müdaxilə təşkil edən bir hərəkətə etiraz etmək üçün aydın və praktiki imkana“ malik olmalıdır (Bellet Fransaya qarşı, X8rşı işlər). “X3rşı”, “Zvolsky və Zvolska Çexiya Respublikasına qarşı” işlərdə Avropa Məhkəməsi vurğulamışdır ki, “apellyasiya şikayəti və ya məhkəmə qərarına yenidən baxılması üçün milli qanunvericiliklə müəyyən edilmiş qaydalar və bu qaydaların tətbiq olunması mübahisə tərəflərini mövcud hüquqi müdafiə vasitələrindən istifadəsinə mane olmamalıdır”. “X1rşı”, “Philis Yunanıstana qarşı” və digər işlərdə Avropa Məhkəməsi qeyd etmişdir ki: “müəyyən hüquq subyektlərinin məhkəmə icraatını başlamasına maneə təşkil edən prosessual qaydalar “məhkəmə hüququ və məhkəməyə çatım hüququ” nun pozulmasına gətirib çıxara bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və hazırkı qərardadın əsaslandırıcı hissəsində qeyd olunanlar nəzərə alınmaqla iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Mülki işdən görünür ki, miras qoyanın vərəsəsi olmasını hesab edən iddiaçı notariusun imtinasını aldıqdan sonra digər vərəsələr arasında mübahisə olması səbəbindən iddia icraatı qaydasında miras qoyana məxsus olmasını hesab etdiyi əmlak hüquqlarının miras kütləsinə daxil edilməsi, əmlak hüquqlarından ibarət mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və bu barədə şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Birinci instasiya məhkəməsi iddianın məhkəmədə baxılmalı olmaması əsası ilə yolverilməzliyinə görə iddia ərizəsini icraata qəbul etməkdən imtina edərkən öz qənətini iddianın yolverilməzliyinə əsas ola biləcək əsaslara deyil, iddiaçının sübutlarının olmaması ilə əsaslandırmışdır. Kollegiya qeyd edir ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilməli, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi prosessual hüquq bərabərliyi prinsipindən ayrılmazdır və onlar bir-birini şərtləndirən və tamamlayan prinsiplərdir. Hüquq bərabərliyi prinsipi tərəflərə məhkəmə araşdırmasında bərabər hüquqi şərait yaradılmasını nəzərdə tutur. Ərizəyə sübutların olmadığı üçün məhkəmə qaydasında baxılmalı olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə yanlış nəticədir. Belə ki, birinci instansiya məhkəməsi ərizəyə mahiyyəti üzrə baxaraq tərəflərin təqdim etdiyi sübutları çəkişmə prinsipinə əməl etməklə tədqiq edib sübutların olmaması əsası ilə iş üzrə yekun məhkəmə aktı qəbul edə bilər. Ərizənin məhkəmədə baxılmalı olmaması əsası isə sübutun olub-olmamasından asılı olmayaraq ümumiyyətlə ərizəyə məhkəmə tərəfindən deyil, başqa bir orqan tərəfindən baxılmalı olması anlamına gəlir. Sonuncu halda məhkəmə iddiaçıya hansı orqana müraciət etməli olmasını qərardadında göstərməlidir. İstinad olunanlara əsasən Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadında istinad etdiyi əsas, yəni müvafiq sübutların təqdim edilməməsi əsası iddianın məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə qəbul edilməsindən imtina edilməsi üçün prosessual əsas olmadığından şikayət təmin edilərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(003)-3908/2024 nömrəli qərardadı ləğv edilməli və hazırkı qərardadın əsaslandırıcı hissəsində qeyd olunanlar nəzərə alınmaqla iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı

Şikayət təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(003)-3908/2024 nömrəli qərardadı ləğv edilsin və hazırkı qərardadın əsaslandırıcı hissəsində qeyd olunanlar nəzərə alınmaqla iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar