Məhkəmə qərarları › İş №2(103)-6111/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6111/2022

02.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6111/2022 02.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 19 may 2022-ci il tarixli qərardadından müstəqil tələb irəli sürən X1 verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 və başqalarının Cavabdeh2 və başqalarına qarşı “mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin bərpası və s. tələbi barədə” iddiasına dair mülki işə Suraxanı Rayon Məhkəməsi tərəfindən baxılan zaman X3, X2 və X4 ilk iddia üzrə iddiaçılara və cavabdehlərə qarşı “vərəsəlik hüquqlarının məhkəmə qaydasında müdafiə edilməsi və sair tələblər barədə” müstəqil iddia ilə Rayon Məhkəməsinə müraciət etmişlər. Aytəkin Hacıyevanın və başqalarının iddia ərizəsinin icraata qəbulu məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardad ilə bu iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara almış və onlara hər bir tələb üzrə ayrı-ayrılıqda iddia irəli sürmək hüququna malik olduqlarını izah edilmişdir. A.Hacıyevanın həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün, şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Rayon Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Rayon Məhkəməsi Aytəkin Hacıyevanın və başqalarının iddia ərizəsinin qaytarılması barədə xx.xx.2022-ci il tarixli qərardadını onunla əsaslandırmışdır ki, iddia ərizəsində qeyd edilən tələblər bir-biri ilə əlaqədar olmayan tələblərdir. Aytəkin Hacıyevanın həmin qərardaddan verdiyi şikayət isə onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən tələblər bir-biri ilə əlaqəlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, vərəsəliklə bağlı olan mövcud iş üzrə o və uşaqları transmissiya qaydasında birinci növbəli qanuni vərəsələrdirlər, hazırki iş onların birbaşa maraqlarına toxunur və iş üzrə iddiaçı və cavabdeh olan şəxslər tərəfindən onların vərəsəlik hüquqları pozulmuşdur. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, İddiaçı1 və başqaları cavabdeh Elsəvər Hacızadəyə və başqalarına qarşı irəli sürdükləri iddia ərizəsində Rayon Məhkəməsindən xahiş etmişlər ki, X5 ölümündən sonra miras qalmış (ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində) miras əmlakın qəbulu ilə bağlı ötürülmüş müddətin bərpa edilməsi, iddiaçıların və cavabdehlərin sayına görə miras əmlakda payların müəyyən edilməsi barədə qətnamə qəbul edilsin. X3, X2 və X4 ilk iddia üzrə iddiaçılara və cavabdehlərə qarşı irəli sürdükləri iddia ərizəsində isə Rayon Məhkəməsindən xahiş etmişlər ki, onların pozulmuş vərəsəlik hüquqlarının məhkəmə qaydasında müdafiə edilməsi, onların vərəsə kimi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə sahiblik və istifadə etmələrinə mane olan hərəkətlərin edil məsinə qadağa edilməsi və cavabdehlərdən biri olan Bakı Şəhəri 24 saylı Notariat Ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 934 saylı məktubunda (X1 əri) X6 müraciəti əsasında sonuncunun atası X5 vərəsəsi olmasının qeyd edilməyərək gizlədilməsinin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilsin. Göründüyü kimi, Aytəkin Hacıyevanın və başqalarının birgə verdikləri iddia ərizəsində qeyd edilən tələblərin bir-biri ilə, həmçinin İddiaçı1 və başqalarının irəli sürdükləri ilk iddia ərizəsində qeyd edilən tələblə bağlılığı yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 36.2, 51.1, 149.2.3, 149.3-cü maddələrinin mənasına görə, iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. MPM-nin 55.1-ci maddəsinə görə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər məhkəmə qətnamə çıxarana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər. MPM-nin 152.1.7-ci maddəsinin tələbinə görə, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi Aytəkin Hacıyevanın və başqalarının birgə verdikləri iddia ərizəsini qaytarmaq barədə qərardad qəbul etməkdə və həmin qərardaddan verilmiş şikayəti təmin etməməkdə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Qərardaddan verilmiş şikayət əsassızdır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 397, 398, 400 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 19 may 2022-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar