Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6112/2025 22.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "vərəsəlik hüququ üzrə məcburi pay hüququnun tanınması" tələbinə dair mülki iş üzrə (Açar sözlər: miras pay, icraata xitam) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X34 (sədrlik edən və məruzəçi), X29 və X12 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3770/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1.Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 131056 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, 3-cü sovet döngəsi ünvanda yerləşən 4 nömrəli yaşayış evi 5/8 hissədə X3, 1/8 hissədə X25, 2/8 hissədə Heybət İbrahim oğlunun adlarına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 177 nömrəli reyestr kitabında 28428 nömrə ilə xx.xx.1997-ci il tarixdə qeydiyyat aparılmışdır.
2. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********91-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən sahəsi 122,80 kv.m olan fərdi yaşayış evi və üzərində yerləşdiyi 0,0177 ha torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə 1/8 hissədə X14 adına xx.xx.2011-ci il tarixdə (qeydiyyat nömrəsi: **********), 1/8 hissədə X16 adına xx.xx.2011-ci il tarixdə, 1/8 hissədə X10 adına xx.xx.2011-ci il tarixdə, 1/8 hissədə X13 adına xx.xx.2011-ci il tarixdə, 4/8 hissədən 1 yaşayış otağı “B” tikilisi X15 adına xx.xx.2011-ci il tarixdə, 4/8 hissədən qalan hissə Cavabdeh Ağaməmməd oğlunun xx.xx.2021-ci il tarixdə (qeydiyyat nömrəsi: **********) qeydiyyata alınmışdır.
İş üzrə qəbul olunmuş məhkəmə aktları
3. İddiaçı Cavabdeh qarşı "vərəsəlik hüququ üzrə məcburi pay hüququnun tanınması" tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu 3-cü Nərimanov döngəsi ünvanda yerləşən 4 nömrəli evə vərəsə olaraq məcburi pay hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 4 ünvanı babalarından qalmış evdir. Onun atası da orda doğulub böyümüş, 34 yaşında həmin evdə vəfat etmişdir. O, özü də həmin evdə doğulub böyümüş və yaşamışdır. Atasıgil 3 qardaş olmuş və həmin evdə hər birinin ailəsinin öz otaqları var idi və vardır. Babasından oğullarına qalmış ev öz aralarında razılıqla bölünmüşdür. Hər bir qardaşa məxsus 2 otaq var. Ən az kvadratlı 18 kv.metrə yaxın otaqda isə atası öz ailəsi ilə yaşamışdır. Onun vəfatından sonra isə anası ilə o, özü yaşamışdır. Anası da dünyasını erkən dəyişmişdir-50 yaşda dünyasını dəyişmişdir. Anasından sonra da həmin evdən özü yaşayaraq istifadə etmişdir, lakin 2 ildən artıqdır ki, əmisinin həyat yoldaşı olan hazırkı cavabdeh qapıları bağlayaraq onu evə buraxmır. Ev dolusu əşyaları evdə qalmış, onun zəruri və gündəlik istifadəsində olan əşyalarını belə götürə bilmir, tələbi isə dava-dalaşla qarşılanır. Əmisinin arvadı X11 onların xəbəri olmadan 1997-ci ildə babasından qalan bütün mülkü adına keçirmişdir. Atasının və əmisinin vərəsəliyini, onun vərəsəliyini gizlətmişdir. Əmisi məhkəməyə verərək öz payını tanıtmışdır. Bu barədə məlumatı olduqda qətnaməni alaraq apellyasiya şikayəti verdi (qətnamə və qərarları əlavə edir). Həmin qətnamə və qərarlarda onun vərəsə olduğu qeyd edilsə də məhkəmənin qənaəti ondan ibarət olmuşdur ki, o, vərəsəliyin qəbulu müddətini ötürmüşdür, halbuki 6-7 il öncə qapıların qıfılını dəyişdirmiş olan əmisi arvadı Güldəstə son 2-3 ildə isə onu ümumiyyətlə evə buraxmadı. Yalnız 2024-cü ilin noyabr ayında Bakı Apellyasiya Məhkəməsi evə baxış keçirərkən şahid oldu ki, onun valideynləri ilə birgə yaşadığı həmin evi anbara çeviriblər, yaşayışın mümkün olmadığı şəraitə gətiriblər. Necə olur ki, öz iki otaqları şəraitli, yaşayış üçün normal vəziyyətdədir, amma digər 1 otaq bərbad gündədir. Çünki bilərəkdən belə bir vəziyyətə salıblar. Şəxsi əşyaları və ev avadanlıqları isə yox idi. Keçirilmiş bütün məhkəmə proseslərindən, qətnamə və qərardan da görünür ki, o, vərəsədir, demək onun məcburi pay hüququ var. O, orda doğulub orada yaşamış, valideynlərindən qalan evdə qeydiyyatda olmaqla istifadə etmişdir. Ona məxsus 17,40 kv.m-lik yaşayış sahəsi olan, qarşısında dəhlizi olan və həyətdə yardımçı tikilisi olan bir hissəyə malikdir, lakin küçə qapısı bağlanıb və 2 ildən çoxdur ki, o, həyətə öz evinə girə bilmir. O evə ki, onun bütün əşyaları, avadanlıqları o evdə qalıb. Çünki başqa yerdə evi olmayıb və yoxdur.
5. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, o, 1958-ci ildə mübahisəli mənzildə anadan olmuşdur. Ondan əvvəl qardaşı da həmin evdə doğulmuş, lakin üzərinə çay tökülməsi nəticəsində vəfat etmişdir. Atası vəfat edəndən sonra anası ilə birlikdə həmin mənzildə yaşamağa davam etmiş, 1982-ci ildə isə anası vəfat etdikdən sonra ana nənəsinin yanına köçüb, onunla yaşamağa başlamışdır. Evdə baş verən mübahisələrə görə orada daimi yaşaması mümkün deyildi. Lakin, mütəmadi olaraq ora gəlirdi və orada əşyaları da var idi. Həmin evdə dəhliz ortaq istifadədədir. Həmçinin, həmin evi 2 dəfə təmir etdirmişdir. Evlər sökülən zaman onun da pay alacağı bildirilmişdi. Evin çıxarışı babasının və qardaşının adına olsa da, əmisi vəfat etdikdən sonra, 1997-ci ildə Güldəstə öz adına rəsmiləşdirmişdi. Digər əmisi isə məhkəməyə müraciət edərək mirasdan pay əldə etmişdi. Sonradan əmisi ona düşən payı satıb getmişdi. Hazırda Güldəstə və onun ailəsi orada yaşayırlar. Güldəstə və ailəsi bibisinin evini də söküb həyət düzəltmişdilər Güldəstə evin oğullarına məxsus olduğunu və onun payının olmadığını bildirmişdi. Evdəki ilk otaq ona məxsus idi,. O, evə adi qaydada daxil olurdu. Mübahisəli mənzillə bağlı əvvəlki proseslərdən sonradan xəbəri olmuşdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, o mənzildə 1982-ci ilə kimi yaşamış, anası vəfat edəndən sonra mənzilə gedib-gəlmişdir. Təmir işlərini 1999-2000-ci illərdə gördürmüşdür. Əmisi 2000-ci illərdə vəfat edib.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, 1997-ci ildə ilk dəfə hazırkı cavabdehin anasının iddiası üzrə mübahisəyə baxılıb. Daha sonra qardaşlar arasında mübahisə yaranıb. 1999-cu ildə işə Bakı Apellyasiya Məhkəməsində də baxılıb. Məhkəmə baxışında iddiaçı evdə əşyalarının olduğunu bildirib. İddiaçı açarı olmadığı üçün otağına keçə bilmədiyini qeyd edib. Onun əmisi 1999-cu ildə vərəsəliyi qəbul etmişdir. Münasibətlər 2000-ci ilədək olan dövrü əhatə edir. İddiaçının kassasiya şikayəti təmin edilməyib və apellyasiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Yasamal Rayon Məhkəməsinə verdiyi iddiası da hakim Fariz Əlizadə tərəfindən təmin edilməmişdir. Cavabdeh bağışlama müqaviləsi bağlayıb və Yasamal Rayon İcra Hakimiyyətinin sərəncamı ilə ev tikilib. Mübahisəli mənzilin yerləşdiyi ərazidəki evlər hal-hazırda sökülür.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3770/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, köhnə Mülki Məcəllənin tələbinə görə vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. İşin hallarından görünür ki, iddiaçının atası babasından miras qalmış əmlakdan payı nə faktiki olaraq, nə də notariusa müraciət edərək qəbul etməyib. Əmlak iddiaçının əmiləri tərəfindən faktiki olaraq qəbul edilib, daha sonra onun əmiləri də vəfat etmiş və əmisi arvadı ilə əmisi uşaqları qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdırlar. İddiaçı anası 1982-ci ildə vəfat edəndən sonra o, ana nənəsinin İ.Qutqaşınlı küçəsi 25 saylı evində yaşamışdır. O, mübahisəli evə gəlib-getmiş, onun orada əmlakları olmuşdur. Göründüyü kimi iddiaçı miras əmlakı faktiki olaraq qəbul etməmiş və orada yaşamamış, notariusa miras əmlakdan pay almaqla bağlı müraciət etməmişdir. İddiaçı isə iddia edir ki, anadan olandan həmin evdə yaşamışdır, lakin son iki ildir cavabdeh onu evə buraxmadığından həmin evdə yaşaya bilmir. Onun bütün əşyaları da orada qalıb. Lakin iddiaçı qeyd edilən halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. 9.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni qaydada əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı 1974-cü ildən bu günə qədər hal-hazırda mübahisəli mənzildə Bakı şəhəri, 3-cü Nərimanov (Sovet) döngəsi 4 saylı yaşayış evdə qeydiyyatdadır və ora mütəmadi olaraq gedib-gəlmiş və orada onun pianosu, stol-stulları, paltartikən maşını və məişətdə istifadə etmək üçün qab-qacaqları olmuşdur. Lakin, məhkəmə tərəfindən evə baxış keçirilərkən həmin əşyalar evdən çıxarılmışdır. İddiaçı həmin ünvanda təmir işləri aparmışdır. Evin damı damırdı, 1999- 2000-ci illərdə evin bütün dam örtüyünü tam təmir etmişdir. Lakin, məhkəmə tərəfindən bu faktla əlaqədar heç bir ekspertiza təyin olunmamış və araşdırma aparılmamışdır. Tərəfindən məhkəməyə onun mübahisəli mənzildə yaşamağı ilə əlaqədar mötəbər sübutlar təqdim etməyinə baxmayaraq, məhkəmə tərəfindən ona bildirildi ki, “necə olur ki, cavabdehin mənzilindən öz otağına keçirsən”, halbuki iddiaçı kalidordan keçərək otağına daxil olurdu. Həmin kalidor ümumi istifadədədir. Hakim iş üzrə tam araşdırma aparmamış, iş üzrə iddiaçının göstərdiyi halları aydınlaşdırmaq məqsədilə ekspertiza təyin etməmişdir.
Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
11. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, Cavabdeh onun əmisi oğludur. Əvvəlki mülki işdə o, cavabdeh olmayıb. Cavabdeh onun anası idi. Sonradan öz payını oğlanları arasında bölüb, onun (iddiaçının) otağı Cavabdeh düşüb. O da vərəsədir, hamı o evdən pay götürüb, ona da pay düşür. Vəsiyyətnamə yoxdur amma ona pay düşməlidir. O (iddiaçı) təqaüddədir. 18 il hərbidə xidmət göstərmişdir. O hara qeydiyyata düşəcək.
12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil ona verilən suala cavab olaraq qeyd etdi ki, onlarda çıxarış var, Cavabdeh əvvəlki işdə cavabdeh olmayıb, onun anası cavabdeh olub.
Tətbiq edilən hüquq normaları:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Maddə 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Maddə 387.2.8. iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər. Maddə 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə;
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə qəbul edildiyindən ləğv edilərək, mülki iş üzrə icraata xitam verilməlidir. 15.Belə ki, qanuni qüvvəsini almış məhkəmə qətnamələrinə əsasən müəyyən edilmişdir ki, mübahisə predmeti olan ünvan 5 ünvan-Bakı şəhəri 3-cü Sovet döngəsi 6-da yerləşən 4 saylı ev) mülkiyyətçiləri X30, Umgülsüm Hüseyn qızı (İddiaçı nənəsi), Məmmədkərim İbrahim oğlu (İddiaçı babası) və Heybət İbrahim oğlu olmuşlar. X25 beş övladı olub: Ağahüseyn, Ağaməmməd, Kərimağa, Gövhər və Elmira. Onların beşi də vəfat etmişlər. Məmmədkərim İbrahim oğlu 1942-ci ildə, Heybət İbrahim oğlu 1950-ci ildə vəfat etmişlər. X19 vərəsəlik payını X8 Güldəstənin xeyrinə imtina etmişdir. X27 isə ərizə yazaraq Heybət İbrahim oğlundan qalan miras payı X2 xeyrinə imtina etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-244/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin məzmunundan müəyyən edilmişdir ki, miras mülk X11 və X7 tərəfindən faktiki qəbul edilərək idarə olunur. Digər vərəsələr isə miras payı qəbul etməmişlər və həmin paya dair heç bir iddia qaldırmamışlar. Məhkəmə digər Umgülsüm Huseyn qızının və X20 miras qalan paya isə həm iddiaçı X3, həm də cavabdeh X1 paylarını bərabər hesab etmişdir.
16. Hazırda iddiaçı babasından atasına miras qalmış yaşayış evindən məcburi pay hüququnun tanınması tələbi ilə məhkəməyə müraicət etmiş, mövqeyini mübahisə predmeti olan evin onun babasından qalmış ev olması, özünün həmin evdə doğulub böyüməsi, əşyalarının orada olması, atasının ölümündən sonra anası ilə həmin evdə yaşaması, anası da dünyasını dəyişəndən sonra özünün həmin evdə yaşaması, sonrada əmisinin həyat yoldaşı olan hazırki iş üzrə cavabdehin anası – Güldəstə İbrahimovanın onu həmin evə buraxmaması, əmisinin məhkəməyə müraciət edərək bütün mülkü ələ keçirməsi ilə əsaslandırmışdır.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-244/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən müəyyən edilir ki, iddiaçı X3 cavabdeh X9, X22 qarşı ümumi mülkiyyətdən payın ayrılması tələbinə dair ilkin, X2 X5 və Bakı şəhəri Tİ və MHQİ-nə qarşı qeydiyyat vəsiqəsinin ləğv edilməsi, payın müəyyən edilməsi barədə qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 1999-cu il tarixli, 2-400/1999 saylı qətnaməsi ilə X3 X4 və X22 ümumi mülkiyyətdən payın ayrılması və həyətdən istifadə qaydasının müəyyən edilməsinə dair iddia ərizəsi rədd edilmiş, qarşılıqlı iddia təmin edilmiş, X5 Bakı şəhəri, 3-cü Sovet döngəsi 6, 4 saylı evə dair xx.xx.1997-ci il tarixdə verilmiş 177 kitabın, 8083-cü səhifələrində qeyd edilmiş 30/28428 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsi, Bakı şəhəri, 3-cü Sovet döngəsi, 6, 4 saylı evin 1/2 hissəsinə X2 adına qeydiyyat vəsiqəsinin, 1/2 hissəsinə isə X6 adına qeydiyyat vəsiqəsinin verilməsi vəzifəsinin Bakı şəhəri Tİ və MHQİ-nin üzərinə qoyulması qət edilmişdir.
18. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 1999-cu il tarixli, 2-400/1999 saylı qətnaməsi İddiaçı tərəfindən apellyasiya şikayəti qaydasında mübahisələndirilsə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-244/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 1999-cu il tarixli, 2-400/1999 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 2031/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən şəxs İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-244/2024 nömrəli iş üzrə 14 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Həmin iş üzrə məhkəmə kollegiyasının iclasında İddiaçı mövqeyini belə əsaslandırmışdır ki, o, həmin evdə anadan olmuş, orada böyümüşdür, atası Ağahüseyn 1962-ci ildə, anası isə 1982-ci ildə vəfat etmişdir. Anası vəfat edəndən sonra o, ana nənəsinin İ.Qutqaşınlı küçəsi 25 saylı evində yaşamışdır. O, mübahisəli evə gəlib-getmişdir. 1999-cu ildə bilmişdir ki, 1997-ci ildən Güldəstə öz başına heç kimə bildirmədən bütün həyətə çıxarış çıxartdırmışdır. Əmisi bildikdən sonra məhkəməyə müraciət etmiş, özü yenə kənarda qalmışdır. O vaxt məhkəmə işi gedəndə, o, insanlığa, onların mərhəmtinə görə şikayət etməmiş, heç arxasınca getməmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-244/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti əsassız hesab edilərkən xx.xx.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən İddiaçı mirasın açıldığı ona bəlli olduğu andan qanunla müəyyən olunmuş müddətlər ərzində mirası qəbul etməməsinə istinad edilmişdir.
22. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə iddiaçı iddia ərizəsində tələbini formal olaraq “vərəsə olaraq məcburi pay hüququnun tanınması” kimi adlandırsa da, dəlillərində və izahatlarında istinad etdiyi hallar, yuxarıda qeyd olunan əvvəlki mülki iş üzrə apellyasiya və kassasiya şikayətləri və izahatlarında bildirdiyi hallarla eynilik təşkil edir.
23. İddianın məzmunundan görünür ki, o, babasından miras qalmış əmlakda vərəsəlik hüquqlarının tanınmasını tələb edir.
24. Belə ki, o, dəlillərində “mirasın gizlədilməsi, mülkiyyətin qanunsuz əldə edilməsi, evdə doğulub yaşama faktı, əşyaların evdə qalması və s. ” istinad etmişdir ki, həmin dəlillər artıq məhkəmə tərəfindən araşdırılmış və hüquqi qiymət verilmişdir. Bu halların yeni iddia adı altında yenidən mübahisələndirilməsi prosessual hüquq normalarının tələblərinə əsasən yolverilməzdir.
25. Kollegiyanın mövqeyinə görə iddiaçı hazırki iddia tələbini mirasda məcburi pay adlandırmasına baxmayaraq babasından miras qalmış əmlakdan miras pay tələb etmişdir. Halbu ki, onun mirasda payı ilə bağlı dəlillərinə əvvəlki mülki iş üzrə verdiyi apellyasiya və kassasiya şikayətlərinə əsasən məhkəmələr tərəfindən hüquqi qiymət verilmişdir. Həmin mülki işdə tərəf iddiaçının əmisi arvadı X11 olmuşdur. Hazırki mülki iş üzrə isə iddiaçı tələbini X3 oğlu olan Cavabdeh Ağamməmməd oğluna qarşı yönəltmişdir. Əvvəlki mülki işdə Cavabdeh Ağamməmməd oğlu üçüncü şəxs olmuşdur. 26.Göründüyü kimi iddiaçının babasından miras qalmış əmlakda miras payı ilə bağlı dəlillərinə əvvəlki mülki işdə hüquqi qiymət verilmişdir. Həmin mülki işdə tərəf İbrahimova Güldəstə olmuşdur. X24 mübahisə predmeti olan əmlakı öz övladının mülkiyyətinə vermişdir. 27.Kollegiya hesab edir ki, iddiaçının hazırki iddia tələbinə baxıla bilməz. Çünki iddiaçının əmlakda miras payı ilə bağlı dəlillərinə artıq hüquqi qiymət verilmişdir. Sadəcə iddiaçı tələbini məcburi pay adlandırmaqla yenidən məhkəməyə müraciət etmişdir. Əvvəlki mülki işdə olan tərəfin övladına qarşı tələbini yönəltmişdir. Kollegiya hesab edir ki, hüquqi terminologiyanın seçilməsi iddianın mahiyyətini dəyişmir və məhkəmə iddianın formal adlandırılmasına deyil, faktiki əsaslara, irəli sürülən dəlillərə və məzmununa hüquqi qiymət verməlidir.
28. İş materiallarından müəyyən edilir ki, iddiaçı tərəfindən hazırki mülki iş üzrə irəli sürülmüş “vərəsə kimi məcburi pay hüququnun tanınması” tələbi mahiyyət etibarı ilə əvvəllər baxılmış və məhkəmə aktları ilə həll edilmiş vərəsəlik münasibətlərinin yenidən mübahisələndirilməsinə yönəlmişdir.
29. Hər iki iş üzrə iddianın predmeti və əsasları eynidir. Qeyd olunmalıdır ki, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən, bütövlükdə hüquq münasibətlərini aid etmək olar.
30. Həmçinin iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur.
31. Hazırki iş üzrə iddiaçı tərəfindən tələbinin əsası kimi istinad edilən hallara iddianın predmeti və əsasları eyni olan başqa bir mülki iş üzrə hüquqi qiymət verilmiş və məhkəmə aktları ilə həmin dəlillərin əsassızlığı öz təsdiqini taparaq şikayət əsassız hesab edilmişdir. Sadəcə iddiaçı hazırda tələbini əvvəlki mülki iş üzrə tərəf olmuş Güldəstə İbrahimovanın övladına qarşı yönəltmişdir. 32.Mülki Prosessual Məcəllənin 233.3.-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
33. Buna görə də kollegiya qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3770/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.
34. Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsində qeyd edilir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir.
35. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
36. O cümlədən kollegiya qeyd edir ki, iş üzrə icraata xitam verildiyindən iddiaçının iddia ərizəsi və apellyasiya şikayətini vermək üçün ödədiyi dövlət rüsumu ona geri qaytarılmalıdır.
37. Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə qaytarılır.
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3, 261.0.2, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏRARA ALDİ:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3770/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı "vərəsəlik hüququ üzrə məcburi pay hüququnun tanınması" tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, cəmi 150 manat dövlət nəfindən iddiaçıya qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Məhəmməd Rüstəmli