Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6114/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair 2(011)-937/2020 nömrəli mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz olaraq hesablanmış cari 564,5 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasının xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixdə ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacının yoxlanması üçün Dövlət Neft şirkəti Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus Smart tipli “Mexaniki G4” markalı 730021 saylı qaz sayğacı çıxarılaraq yerinə yeni “İtron G4” markalı 1402AZ**********77 saylı qaz sayğacı quraşdırılmışdır. Qeyd olunan tarixdə ona hər hansı pozuntunun və ya müdaxilənin aşkarlanması barədə xəbərdarlıq edilməmişdir. Daha sonra təbii qazdan istifadə etmək istədiyində smart qaz kartının bloka salındığını aşkar etmişdir. Məsələnin araşdırılması üçün cavabdehə müraciət etdiyində orada məlum olmuşdur ki, onun hazırda 564,5 manat məbləğində borcu vardır. Bu barədə ona cavabdeh tərəfindən hər hansı digər sənəd təqdim edilməmişdir. Rəy və aktların sistemdə mövcud olmadığını bildirmişlər, buna görə də bu qədər borcun haradan yarandığı ona məlum deyildir. İddiaçı tərəfindən heç bir vaxt qaz sayğacına hər hansı bir müdaxilə olmamışdır. Uzun illərdir ki, qaz sayğacı qurşdırılmış və tərəfindən vaxtlı-vaxtında sərf etmiş qazın dəyəri qismində pul ödənilmişdir. Bu səbəbdən göstərilən borcun hansı əsasla yarandığını bilmir. Bundan əlavə isə borc köhnə borcdur. Borcun hesablanmasından uzun illər keçsə və tələbetmə müddəti bitsə də, cavabdeh tərəfindən borcun ödənilməməsinə görə smart kartına blok qoyulmuşdur. Bu səbəbdən də artıq uzun illərdir ki, təbii qazdan istifadə edə bilmir. Qış aylarında bu ona xüsusilə çətin problemlər yaradır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qaz sayğacı quraşdırıldığı tarixdə ona hər hansı bir pozuntunun və ya müdaxilənin aşkarlanması barədə xəbərdarlıq edilməmişdir. Daha sonra təbii qazdan istifadə etmək istədikdə smart kartın bloklandığını aşkar etmişdir. Məsələni araşdırmaq üçün dəfələrlə cavabdeh orqana müraciət etsə də, ona bu barədə heç bir sənəd təqdim elməmişlər. Sadəcə olaraq rəy və aktların sistemdə mövcud olmadığını, buna görə də yaranan borcun haradan qaynaqlandığı haqqında məlumatlı olmadıqlarını bildirdilər. Həmçinin, borc köhnə borc olduğundan tələb etmə müddəti bitmişdir. Buna baxmayaraq cavabdeh kartdan istifadəyə blok qoşmuşdur. İddiaçı qismində dəfələrlə məhkəməyə təqdim etmək üçün sübutlar toplamağa çalışsa da, bütün cəhdlərinə baxmayaraq, heç bir nəticə əldə edə bilməmişdir. Cavabdeh tərəfindən qanunsuz olaraq hesablanmış cari borcu təsdiq edən hər hansı bır sənədi sübut qismində məhkəməyə təqdim etməmişlər. Borcu sübutetmə yükü cavabdehin üzərinə düşür. Bundan başqa, məhkəmə borcun əlavə qaz sərfiyyatına görə yarandığını hesab etsə də, bu əsassızdır. Belə ki, onun evində istixana yoxdur, qaz peçindən əlavə hər hansı qaz sərfiyyalı mövcud deyildir. Belə olan halda, əlavə qaz sərfiyyatının hansı əsasla yaranması ona aydın deyildir. Hakim borcla əlaqədar aktları ondan istəsə də, həmin aktların cavabdeh tərəfindən ona verilməsindən imtina edildiyini bildirmişdir. "Cavabdeh” İB əməkdaşları onun bu aktlarla məhkəməyə müraciət etdiyini bilərək bunun qarşısının alınması üçün həmin aktların ona verilməsindən imtina etmiş və özlərində olmadığını bildirmişlər. Məhkəmə isə bu hissədə heç bir araşdırma aparmamış və iddiasını bu hissədə təmin elməməklə işi yekunlaşdırmışdır. Apelyasiya baxışında iddiaçı şikayəti müdafiə etiraz edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, ünvan 1 ünvanında yaşayan, **********022610 saylı abonent olan İddiaçı təbii qazdan istifadəyə görə borcu 2010-cu ilin sonuna 98,5 manat, 2011-ci ilin sonuna 170,5 manat, 2012-ci ilin sonuna 289,5 manat, 2013-cü ilin sonuna 725,5 manat, 2014-cü il üzrə 890,5 manat, 2018-ci ilin yanvar ayına isə 564,5 manatdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndini bəndini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən,qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsasolmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, baxılan iş üzrə iddiaçıya yazılmış borc onun istehlak etdiyi təbii qazın dəyərinə görə hesablanmış borcdur. İddiaçı həmin borcun qanunsuz hesablandığını əsaslandıra və buna dair sübutlar təqdim edə bilməmişdir. Mülki Prosessual Məcəllənin 77-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd edilənlərə əsasən, apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-937/2020 nömrəli mülki iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6114/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6114/2020
08.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver