Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6117/2022 24.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-6117/2022 (Açar sözlər: əmlakın açıq hərracdan satılması və əldə olunan vəsaitin tərəflər arasında paylara uyğun bölünməsi) Bakı şəhəri 24 oktyabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Fuad Fikrət oğlu Babayev və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavadbeh Cavabdeh iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-319/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Azərbaycan Respublikası DƏDRX DƏDRX-nin xx.xx.2020-ci il tarixli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev məh 559/560, mənzil 18 xüsusi mülkiyyət hüququ üzrə ½ hissədə İddiaçı və digər ½ hissədə isə Cavabdeh mülkiyyətindədir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2750/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçının Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən 18 nömrəli mənzilin naturada ayrılması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.
3. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 18 nömrəli mənzildə olan payını satmaq qərarına gəlmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq birinci satış təklifini Cavabdeh etmişdir.
4. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 18 nömrəli mənzildə olan payını satmaq qərarına gəlmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq birgə əmlak olduğu üçün payını 90000 manata almağı Cavabdeh təklif etmişdir.
5. X1 Mərkəzinin YDQM 004-065/2022 saylı, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.cavid prospekti, məhəllə 559/560 ünvanda yerləşən 18 saylı mənzilin qiymətləndirmə tarixinə bazar dəyəri 145000 manat, likvid dəyəri isə 130000 manat müəyyən edilmişdir.
6. İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, iddiaçı, cavabdehlə aralarında olan mübahisəni barışıq yolu ilə həll etmək məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, H.cavid prospekti, məhəllə 559/560 ünvanda yerləşən 18 saylı mənzilin ona məxsus olan ½ hissəsini 70000 manata cavabdeh tərəfindən alınmasını ona təklif etmişdir.
7. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, sonuncu, iddiaçının özünə məxsus Bakı şəhəri, Yasamal rayonu, H.cavid prospekti, məhəllə 559/560 ünvanda yerləşən 18 saylı mənzilin ½ hissəsinə görə təklif etdiyi məbləğlə razı deyildir və iddiaçının payını almaq üçün maddi imkanının olmadığını bildirmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh qarşı əmlakın açıq hərracdan satılması və əldə olunan vəsaitin tərəflər arasında paylara uyğun bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu, H.Cavid prospekti 559/560 saylı evin 18 nömrəli mənzilin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçilərin olan İddiaçı və Cavabdeh arasında paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ev 559/560, 18 saylı mənzilin (**********45-05101-093041 saylı Dövlət reyestirin qeydiyyatında olan) 1/2 hissəsi payı ona və yerdə qalan 1/2 hissəsi cavabdehin Cavabdeh məxsusdur. Həmin evdə bir yerdə yaşamaq mümkün olmadığı üçün evin naturada bölgüsü üçün xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə iddia ilə müraciət edilmişdir. Yasamal rayon Məhkəməsinin qərardadı əsasında təyin edilmiş məhkəmə tikinti texniki ekspertizasının xx.xx.2021-ci il tarixli, 10/1994 nömrəli rəyində göstərilmişdir ki, mübahisəli mənzilin 2 hissəyə bölünməsi texniki cəhətdən mümkün deyildir. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin № 2(004)- 2750/2021 qətnaməsilə iddiası təmin edilməmişdir. Bu səbəbdən hesab edir ki, mənzil hərracdan satılaraq əldə olunmuş məbləğ bərabər şəkildə bölünməlidir.
10. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdehin iddia etdiyi ev ilə hazırki mübahisə predmeti olan mənzillər eyni mənzillər deyildir. Digər ev ona nənəsinin bacısından qalmışdır. Belə ki, həmin qadın yaşlı olduğundan ona ömrünün sonuna kimi qulluq etmiş və hətta qadının dəfnini də o, eləmişdir. Nənəsinin bacısı həmin dövrdə ona baxmağına görə mənzili ona verəcəyini vəd etmiş və mənzili ona vermişdir. Bildirir ki, atasının ona köməyi dəysə də, həmin mənzili atası ona alıb verməmişdir. Hazırki mənzildə isə onun ½ payı vardır. Sözü gedən payı bir neçə dəfə cavabdehə təklif etmiş, lakin cavabdeh tərəfindən onun təkliflərinə müsbət yanaşma olmamışdır. Bundan başqa cavabdeh tərəfindən sözü gedən ünvanda əlavə tikililər tikilsə də, həmin tikililərin heç bir hüquqi sənədi yoxdur və onlar qanunsuz tikilidir. Ekspertin rəyi ilə demək olar ki, razıdır və rəydə qeyd edilmiş məbləğə, yəni 70000 manata ona məxsus olan payını təkrarən cavabdehə təklif edir. Lakin cavabdehin həmin pulu ödəyə bilmirsə, ev hərracda satısın və ona aid hissənin pulunu ona versinlər. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir.
11. Məhkəmə iclasında iştirak etmiş cavadbeh Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, mübahisəli mənzil ona valideyni tərəfindən bağışlanmışdır. Belə ki, onların atası iddiaçıya başqa bir ev almış və hazırki mənzili də evin kiçiyi kimi ona vermişdir. Sözü gedən ünvanda olan mənzilə o əlavə olaraq, 40000 manata yaxın xərc çəkmişdir. Belə ki, həmin ünvanda əlavə tikililər tikmiş və tikinti zamanı anasından icazə almışdır. Ekspert tərəfindən rəy verilərkən, həmin tikililər nəzərə alınmamış, onların qiyməti hesablanmamışdır.İddiaçının təklif etdiyi hissəsini də almağa maddi imkanı çatmır. Qətnamə çıxarılarkən nəzərə alınmasını xahiş edir.
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-319/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev məh 559/560, mənzil 18 açıq hərracdan satılması və əldə olunan vəsait İddiaçı və Cavabdeh arasında paylarına mütənasib surətdə 1/2 hissədə bölüşdürülərək onlara ödənilməsi qət olunmuşdur.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası DƏDRX DƏDRX-nin xx.xx.2020ci il tarixli çıxarışına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev məh 559/560, mənzil 18 xüsusi mülkiyyət hüququ üzrə ½ hissədə İddiaçı və digər ½ hissədə isə Cavabdeh mülkiyyətindədir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2750/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən 18 nömrəli mənzilin naturada ayrılması tələbinə dair iddia ərizəsi mənzilin texniki cəhətdən bölünməməsi səbəbindən təmin edilməmişdir.X1 Mərkəzinin YDQM 004-065/2022 saylı, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, H.cavid prospekti, məhəllə 559/560 ünvanda yerləşən 18 saylı mənzilin qiymətləndirmə tarixinə bazar dəyəri 145000 manat, likvid dəyəri isə 130000 manat müəyyən edilmişdir. İddiaçı özünə məxsus hissəni ilk dəfə xx.xx.2021-ci il tarixdə cavabdehə təklif etmiş, daha sonra yenidən xx.xx.2021-ci il tarixdə 90000 manata satılması barədə təkrar təklif etmiş, işə məhkəmədə baxılan zaman da, öz payını cavabdehə 70000 manata təklif etmiş, cavabdeh isə maddi imkanı olmadığından mənzilin iddiaçıya aid hissəsini almaqdan imtina etmişdir.
14. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsinə, 220.3-cü maddəsinə və 220.6-cı maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
15. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-319/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi və bölgünün onun çəkdiyi xərclər nəzərə alınmaqla yenidən aparılması barədə ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, miras əmlakın bölgüsü hər birinə 1/2 hissəsi olmaqla aparılsa da əslində onun həmin evdə daha çox haqqı var. Mənzildə əlavə 2 otaq artırmışdır.Tam təmir etmişdir, ümumilikdə 40.000 manatdan artıq xərci çıxmışdır. Buna görə də mənzil satılıb pulunun bərabər bölünməsi ədalətli deyil.
b) Apellyasiya şikayətinə yazılı etiraz
17. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə iddiaçı tərəfindən etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.Əlavə olaraq verilən suallara cavabında bildirmişdir ki, mənzilin yaxşılaşdırılması işləri tərəflərin mənzillə bağlı mülkiyyət hüququna dair qeydiyyat aparılmasından əvvəl görülmüşdür.
19. Məhkəmə kollegiyasının iclasında iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək, mənzildə heç bir artırma və yaxşılaşdırma işləri görülmədiyini bildirərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
20. 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
21. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
22. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin:
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
29. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
33. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
35. Belə ki, işin araşdırılan hallarından görünür ki, Azərbaycan Respublikası DƏDRX DƏDRX-nin xx.xx.2020-ci il tarixli çıxarışına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev məh 559/560, mənzil 18 xüsusi mülkiyyət hüququ üzrə ½ hissədə İddiaçı və digər ½ hissədə isə Cavabdeh mülkiyyətindədir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2750/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən 18 nömrəli mənzilin naturada ayrılması tələbinə dair iddia ərizəsi mənzilin texniki cəhətdən bölünməməsi səbəbindən təmin edilməmişdir.X1 Mərkəzinin YDQM 004-065/2022 saylı, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, H.cavid prospekti, məhəllə 559/560 ünvanda yerləşən 18 saylı mənzilin qiymətləndirmə tarixinə bazar dəyəri 145000 manat, likvid dəyəri isə 130000 manat müəyyən edilmişdir. İddiaçı özünə məxsus hissəni ilk dəfə xx.xx.2021-ci il tarixdə cavabdehə təklif etmiş, daha sonra yenidən xx.xx.2021-ci il tarixdə 90000 manata satılması barədə təkrar təklif etmiş, işə məhkəmədə baxılan zaman da, öz payını cavabdehə 70000 manata təklif etmiş, cavabdeh isə maddi imkanı olmadığından mənzilin iddiaçıya aid hissəsini almaqdan imtina etmişdir.
36. Cavabdehin apellyasiya şikayətinin dəlili isə ondan ibarətdir ki, miras əmlakın bölgüsü hər birinə 1/2 hissəsi olmaqla aparılsa da əslində onun həmin evdə daha çox haqqı var. Mənzildə əlavə 2 otaq artırmışdır.Tam təmir etmişdir, ümumilikdə 40.000 manatdan artıq xərci çıxmışdır. Buna görə də mənzil satılıb pulunun bərabər bölünməsi ədalətli deyil.
37. Məhkəmə kollegiyasının iclasında cavabdeh verilən suallara cavabında bildirmişdir ki, mənzilin yaxşılaşdırılması işləri tərəflərin mənzillə bağlı mülkiyyət hüququna dair qeydiyyat aparılmasından əvvəl görülmüşdür.Məhkəmə kollegiyasının iclasında iddiaçı isə mənzildə heç bir artırma və yaxşılaşdırma işləri görülmədiyini bildirmişdir.
38. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası DƏDRX DƏDRX-nin xx.xx.2020-ci il tarixli çıxarışına əsasən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev məh 559/560, mənzil 18 xüsusi mülkiyyət hüququ üzrə ½ hissədə İddiaçı və digər ½ hissədə isə Cavabdeh mülkiyyətində olduğunu, cavabdeh mənzilin yaxşılaşdırma işləri aparıldığı təqdirdə hal-hazıra kimi mülkiyyət hüququ üzrə payları mübahisələndirmədiyini, cavabdehin yaxşılaşdırma xərci ilə bağlı gələcəkdə ayrıca mübahisə açmaq imkanını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
39. Məhkəmə Kollegiyası tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev məh 559/560, mənzil 18-də payın ayrılması ona tənasübsüz zərər vurmadan açıq-aşkar mümkün olmadığından, eləcə də cavabdeh payının dəyərinə görə iddiaçıya kompensasiya vermək imkanı olmadığından, qeyd edilən əmlak açıq hərracdan satılmalı və satış pulu tərəflər arasında paylarına mütənasib surətdə bölüşdürülməlidir.
40. Məhkəmə Kollegiyası nəzərə alır ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməzdən əvvəl Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllığına əməl olunmuşdur.
41. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 4 aprel 2014-cü il il tarixli Qərarında mövqeyi ondan ibarət olmuşdur ki, 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.2. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.
42. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-319/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.