Məhkəmə qərarları › İş №2(103)-6117/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6117/2023

07.11.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6117/2023 07.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X12 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı (Bakş şəhəri Binəqədi rayon İcra Hakimiyyəti və Binəqədi rayonu Biləcəri qəsəbəsi üçüncü şəxs qismində cəlb edilməklə) “inşa edilmiş fərdi yaşayış evinin, hasarın və digər tikililərin öz hesabına sökülərək ərazidən çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-361/2023 saylı, 20 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. 28 iyul 2022-ci il tarixli aktdan görünür ki, iddiaçının əməkdaşları əraziyə baxış keçirmişlər. Baxış zamanı müəyyən olunmuşdur ki, Binəqədi-Bakı Dş 200 mm-lik neft boru kəmərinin yeraltı keçən hissəsi, 4-cü km-də, 39T 0399050; ******* saylı koordinat üzrə, kəmərə perpendikulyar uzaqlaşmaqla, 1-ci sırada, kəmərdən 10 metr aralı məsafədə vətəndaş Cavabdeh aid olduğu iddia edilən köhnədən natamam hasarlanmış içərisində yaşayış olan evin yan hissəsində 3 metr enində, 5 metr uzunluğunda və 3 metr hündürlüyündə dəmir konstruksiyadan ibarət talvar quraşdırılması aşkar edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı SOCAR-ın İddiaçı istismarında olan Binəqədi-Bakı Dş 200mm-lik neft boru kəmərinin yeraltı keçən hissəsi, 4-cü km-də, 39T 0399050; ******* saylı koordinat üzrə, kəmərə perpendikulyar uzaqlaşmaqla, 1-ci sırada kəmərdən 10 metr aralı məsafədə, Binəqədi rayonu Biləcəri qəsəbəsi ünvanında, vətəndaş X6 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın və digər tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Binəqədi- Bakı Dş 200mm-lik neft boru kəmərinin yeraltı keçən hissəsi, 4-cü km-də, 39T 0399050; ******* saylı koordinat üzrə, kəmərə perpendikulyar uzaqlaşmaqla, 1-ci sırada kəmərdən 10 metr aralı məsafədə, Binəqədi rayonu Biləcəri qəsəbəsi ünvanında, vətəndaş X6 tərəfindən hasarlanmış içərisində yaşayış olan evin yan hissəsində 3 metr enində, 5 metr uzunluğunda və 3 metr hündürlüyündə dəmir konstruksiyadan ibarət talvar quraşdırılması faktı aşkar edildi.

4. Birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyun 2023-cü il tarixli, 10/1333 saylı ekspert rəyindən görünür ki, cavabdehin faktiki istifadəsində olan hasar tikilisinin Binəqədi-Bakı Dş 200 mm-lik neft kəmərindən 2 metr, fərdi yaşayış evinin və metal materiallardan quraşdırılmış talvarın isə Binəqədi-Bakı Dş 200 mm-lik neft kəmərindən 18 metr məsafədə yerləşdiyi müəyyən olundu. X4 faktiki istifadəsində olan hasar, fərdi yaşayış evi və talvar tikilisinin 39T 0399050; ******* saylı koordinat üzrə yerləşdiyi müəyyən edildi. Cavabdehin faktiki istifadəsində olan hasar tikilisinin Binəqədi- Bakı Dş 200 mm-lik neft kəmərindən 2 metr, fərdi yaşayış evinin və metal materiallardan quraşdırılmış talvarın isə Binəqədi-Bakı Dş 200 mm-lik neft kəmərindən 18 metr məsafədə yerləşdiyi nəzərə alaraq, həmin tikililərin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olundu.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-361/2023 nömrəli, 20 iyul 2023cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış evlərinin sökülməsi ilə bağlı iddialara xüsusi həssaslıqla yanaşılmalıdır. Çünki bir çox hallarda insanlar ömür boyu işləyib çalışmaqla yalnız bir yaşayış evinə malik olur, özünün istirahət, ailə, sağlamlıq, yaradıcılıq və sair hüquqlarını həyata keçirmək üçün özünə məxsus olan yaşayış evindən istifadə edirlər. Yaşayış evinin tikintisi, təmiri uzun vaxt və vəsait tələb etdiyinə, ailə üzvlərinin hər birinin əməyindən istifadə olunduğuna, həm də ailə üzvlərinin ömürlərinin əksər hissəsini - şad, firəvan, kədərli günlərini yaşayış evində keçirdiklərinə görə yaşayış evi ailə üzvləri üçün həm də mənəvi bağlılıqla səciyyələnir. İnsanın yaşayış evi ilə bağlı yaratdığı iqtisadi mühit də mülkiyyət kimi dəyərləndirilir.

7. Həmçinin məhkəmə xüsusi vurğulamışdır ki, söhbət neft boru kəmərinin yeraltı keçən hissəsindən gedir və belə olan halda cavabdehin aidiyyəti qurumların müdaxiləsi olmadan məhz neft kəmərinin mühafizə zonasında tikinti aparmasını müəyyən etmək imkanı sıfıra bərabər idi. Lakin aidiyyəti qurumlar ev kimi qlobal tikinti aparılarkən hər hansı müdaxilə etməmiş, cavabdeh ailə üzvləri ilə birlikdə illərdir həmin fərdi yaşayış evində yaşamış, indi isə dəmir konstruksiyadan talvar inşa edilən zaman hazırkı iddia irəli sürülmüş və həmin ünvanda inşa edilmiş bütün tikililərin sökülməsi məhkəmədən xahiş edilmişdir.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

8. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-361/2023 nömrəli, 20 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

9. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədən də göründüyü kimi, məhkəmə, idarəyə qarşı birmənalı olaraq formal mövqe nümayiş etdirməklə mülki işə birtərəfli baxmış, iddiaçının təqdim etdiyi dəlillərə və sübutlara əhəmiyyət vermədən, yalnız cavabdehin hüquqlarını müdafiə xarakterli mövqeyi ilə çıxış edərək, mübahisəli tikili özbaşına tikili olduğu halda və yalnız cavabdehə müvafiq məbləğdə kompensasiya verilməklə iddianın təmin edilməsinin mümkün olduğunu bildirmiş və bu əsasla da qanuni iddianı rədd etmişdir. Qeyd etmişdir ki, iddiaçı SOCAR İddiaçı SOCAR-ın tərkibində yaradılmış İdarədir və özünün Nizamnaməsi əsasında fəaliyyət göstərir. Bununla bağlı dövlət tərəfindən Şirkətə təminat və öhdəliklər verilmişdir. Bu halda İdarənin və ya Şirkətin cavabdehə hər hansı kompensasiya ödəmək öhdəliyi yoxdur. Bu kimi kompensasiyalar dövlət İcra Hakimiyyəti orqanları tərəfindən tənzimlənir. Şirkətin belə bir səlahiyyəti yoxdur. Bundan başqa Azərbaycan Respublikasının Mülki Məcəlləsində torpaq sahəsi dövlət ehtiyacları üçün alındıqda yalnız torpaq sahəsinin mülkiyyətçisinə kompensasiyanın ödənilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, iş üzrə cavabdehin torpağa dair heç bir mülkiyyət sənədi mövcud olmamışdır. Bu halda məhkəmə qətnaməsinə görə cavabdehə kompensasiya ödənilməsi absurdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi həmçinin nəzərə almamışdır ki, mübahisəli qanunsuz torpaq üzərində tikili cavabdehin mülkiyyətində deyil, özbaşına tikililər inşa etməsi ilə İdarəyə dövlət tərəfindən verilmiş hüquq və təminatlar pozulmuş və eyni zamanda Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqaladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətir və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. İnşa edilən tikili həm cavabdehin, həm də digər şəxslərin həyat və sağlamlığı üçün olduqca təhlükəlidir. Bu halda heç bir hüquqi tənzimləmə qaydasından söhbət gedə bilməz. Əlavə olaraq qeyd etmişdir ki, məhkəmə öz qətnaməsində qeyd edir: xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, həmin xəbərdarlıq Cavabdeh təqdim edilmiş və ona neft kəmərlərinin mühafizə zonasında tikinti işlərinin aparılması, satış məqsədilə tikinti materiallarının yığılması qadağandır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli, 10/1333 saylı ekspert rəyində aşağıdakılar göstərilmişdir: Qeyd olunan tarixdə keçirilən baxış zamanı aparılmış ölçü işləri nəticəsində cavabdehin faktiki istifadəsində olan hasar tikilisinin Binəqədi-Bakı Dş 200 mm-lik neft kəmərindən 2 metr, fərdi yaşayış evinin və metal materiallardan quraşdırılmış talvarın isə Binəqədi-Bakı Dş 200 mm-lik neft kəmərindən 18 metr məsafədə yerləşdiyi müəyyən olundu. X4 faktiki istifadəsində olan hasar, fərdi yaşayış evi və talvar tikilisinin 39T 0399050; ******* saylı koordinat üzrə yerləşdiyi müəyyən edildi. Cavabdehin faktiki istifadəsində olan hasar tikilisinin Binəqədi- Bakı Dş 200 mm-lik neft kəmərindən 2 metr, fərdi yaşayış evinin və metal materiallardan quraşdırılmış talvarın isə Binəqədi-Bakı Dş 200 mm-lik neft kəmərindən 18 metr məsafədə yerləşdiyi nəzərə alaraq, həmin tikililərin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olundu”. Eyni zamanda tikili faktları ilə əlaqədar cavabdeh dəfələrlə xəbərdar edilmişdir. Bu barədə yerində aktlar tərtib olunmuşdur mülki iş materiallarında mübahisə predmeti olan tikiliyə dair müvafiq icra orqanları tərəfindən təsdiq edilməli olan layihə sənədlərinin olmadığını nəzərə alaraq həmin fərdi yaşayış evinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikniti Məcəlləsinin 75-ci maddəsinin tələbləri də pozulmuşdur. Binəqədi Rayon Məhkəməsi qətnaməsində Avropa Məhkəməsinin qərarlarına istinad edərək qətnamə çıxarmışdır. Lakin, nəzərə alnmamışdır ki, inşa edilən tikili həm cavabdehin, həm də digər şəxslərin həyat və sağlamlığı üçün olduqca təhlükəlidir. Bu halda heç bir hüquqi tənzimləmə qaydasından söhbət gedə bilməz. Faktiki olaraq cavabdehin inşa etdiyi fərdi yaşayış evi, hasar tikilisi və digər tikililər neft boru kəmərinin mühafizə zonasında yerləşir və cavabdehin həmin qanunsuz tikililərə dair heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Ona görə də həmin tikililər özbaşına tikili statusundadır. Göründüyü kimi, məhkəmə tərəfindən işin faktiki halları araşdırılmamış, sonuncu məhkəmə iclasında İddiaçı nümayəndəsinin tələbinə baxmayaraq formal mülahizələrə əsaslanaraq qətnamə qəbul etmişdir. Məhkəmə, iddiaçının təqdim etdiyi dəlillərə və sübutlara əhəmiyyət vermədən, yalnız cavabdehin hüquqlarını müdafiə xarakterli mövqeyi ilə çıxış edərək, mübahisəli tikili özbaşına tikili olduğu halda və yalnız cavabdehə müvafiq məbləğdə kompensasiya verilməklə iddianın təmin edilməsinin mümkün olduğunu bildirmiş və bu əsasla da qanuni iddianı rədd etmişdir.

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, fərdi yaşayış evi kəmərdən 8 metr məsafədə yerləşir. Birinci instansiya məhkəməsi öz qərarında İnsan Hüquqları Avropa Məhkəməsinin qərarlarına istinad etmişdir, halbuki həmin qərarların hazırki mübahisə ilə aidiyyəti yoxdur. Birinci instansiya məhkəməsinin qətnaməsində “X9rşı” olan işi üzrə qərarına istinad olunmuşdur, lakin həmin işdə tamamilə fərqli bir situasiya təsvir edilmişdir. Orada özbaşına qanunsuz tikilidən söhbət gedir, belə ki, 30-40 il vətəndaş orada yaşayır və daha sonra dövlət həmin sahəni dövlət ehtiyacları üçün alır, yekunda isə Önər Yıldız bu işi Avropa Məhkəməsində udur. Lakin bu mübahisədə tikili neft mühafizə zonasında yerləşir və analoji hal deyildir. Ona görə qətnamədə həmin qərara istinad edilə bilməzdi. Birinci instansiya məhkəməsi həmçinin “Əhmədova Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin qərarına istinad etmişdir. Həmin işdə iddiaçı tərəf “Azneft” İB-dir. Tikili “Azneft” İB-nin daimi istifadəsinə verilmiş torpaq sahəsində tikilmişdir. Burada Avropa Məhkəməsi onun hüququnu tanıdı, o baxımdan ki, tərəf hal-hazırda həmin texnoloji proseslərin aparılmasını sübut etməli idi, yəni torpağın istifadəsinin texnoloji proseslərin aparılması üçün labüd olduğu sübuta yetirilməli idi. Bu sübut olunmadığına görə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Azərbaycanı haqsız çıxardı. Lakin hazırkı mübahisədə texnoloji proseslər davam etdirilir, orada hal-hazırda kəmər istismardadır, texnoloji proseslər davam etdirilir. Mübahisəli torpaq sahəsinin kimin mülkiyyətində olması barədə məlumatı yoxdur. Hal-hazırda həmin ərazidə istismar davam edir. Texnoloji proses davam edir, neft nəql olunur, strateji əhəmiyyətli dövlət obyektidir. Kəmər istismar olunduqca təmir-bərpa işləri aparılır.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

13.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 14.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 15.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 16.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

17.5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 18.152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

19. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 20.157.4-ci maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və yaondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

21. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 22.180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində vəya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 23.180.2-ci maddəsinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 24.180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 25.180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Azərbaycan Respublikası Torpaq Məcəlləsinin

26.22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat,rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin

27.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 28.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

29.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, mübahisəyə maddi hüquq norması düzgün tətbiq edilməmişdir. 30.Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci və 180-ci maddələri təşkil edir. 31.Həmin Məcəllənin 180-ci maddəsinin tələblərinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (Mülki Məcəllənin 180.1-ci maddəsi). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (Mülki Məcəllənin 180.4-cü maddəsi). 32.Qeyd olunan tələblərin əsaslı olub-olmadığının yoxlanılması üçün aşağıdakı hallar araşdırılmalıdır: 1) iddia tələbində göstərilən tikilinin özbaşına tikinti olub-olmadığı, 2) iddiaçının Mülki Məcəllənin 180.4-cü maddəsində göstərilən şəxslərə aid olub-olmadığı. Belə ki, özbaşına tikinti hesab edilən daşınmaz əmlaklar yalnız məhkəmənin qərarı əsasında sökülə bilər və bu iddiaları müvafiq icra hakimiyyəti orqanları və ya maraqlı tərəf irəli sürə bilər. Həmçinin maddədə göstərilən “maraqlı tərəf” dedikdə, özbaşına tikintinin aparılması nəticəsində qanunla qorunan maraqları və hüquqları pozulmuş şəxslər başa düşülür.

33. Hazırkı işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının əməkdaşları cavabdehin istifadəsində olan əraziyə baxış keçirərkən Binəqədi- Bakı Dş 200 mm-lik neft boru kəmərinin yeraltı keçən hissəsi, 4-cü km-də, 39T 0399050; ******* saylı koordinat üzrə, kəmərə perpendikulyar uzaqlaşmaqla, 1-ci sırada, kəmərdən 10 metr aralı məsafədə köhnədən natamam hasarlanmış içərisində yaşayış olan evin yan hissəsində 3 metr enində, 5 metr uzunluğunda və 3 metr hündürlüyündə dəmir konstruksiyadan ibarət talvar quraşdırılmasını aşkar etmiş, bu barədə 28 iyul 2022-ci il tarixdə müvafiq aktı tərtib etmişlər.

34. Mübahisəli məsələlərin araşdırılması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyun 2023-cü il tarixli, 10/1333 saylı ekspert rəyinə əsasən X4 faktiki istifadəsində olan hasar, fərdi yaşayış evi və talvar tikilisinin 39T 0399050; ******* saylı koordinat üzrə yerləşdiyi, hasar tikilisinin Binəqədi-Bakı Dş 200 mm-lik neft kəmərindən 2 metr, fərdi yaşayış evinin və metal materiallardan quraşdırılmış talvarın isə Binəqədi-Bakı Dş 200 mm-lik neft kəmərindən 18 metr məsafədə yerləşdiyi, həmin tikililərin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən edilmişdir.

35. Göründüyü kimi, mübahisə predmeti olan tikililər (hasar tikilisi, fərdi yaşayış evi və metal materiallardan quraşdırılmış talvar), dövlətə məxsus və iddiaçının qanuni istifadəsində olan, sənaye təyinatlı torpaq sahəsində inşa edilmiş özbaşına tikilidr. Həmin torpaq sahəsinin üzərindəki hasar tikilisi, fərdi yaşayış evi və metal materiallardan quraşdırılmış talvar SOCAR-ın İddiaçı istismarında olan Binəqədi-Bakı Dş 200 mm-lik neft kəmərindən müvafiq olaraq 2 və 18 metr məsafədə yerləşdiyinə görə neft kəmərinin 50,0 metrlik mühafizə zonasına düşdüyü müəyyən edilir. Beləliklə kollegiya işin hallarına müvafiq qanun normalarını tətbiq edərkən belə nəticəyə gəlir ki, hazırki halda özbaşına tikintinin aparılması nəticəsində iddiaçının qanunla qorunan maraqları və hüquqları pozulmuşdur, belə olan halda cavabdehin əmlak və mənzil hüquqlarına dövlət tərəfindən müdaxilə üçün qanuni əsasın mövcudluğu aşkardır, həmçinin bu müdaxilə “ictimai maraqlara” cavab verir. 36.Belə ki, Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqaladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirə və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. İnşa edilən tikili həm cavabdehin, həm də digər şəxslərin həyat və sağlamlığı üçün olduqca təhlükəlidir. Bu halda da fərdin maraqlarının cəmiyyətin maraqlarından üstün olduğunu iddia etmək olmaz. 37.Eyni zamanda qeyd edilməlidir ki, birinci instansiya məhkəməsində iş materiallarına əlavə edilmiş X1 adına tərtib edilmiş Vergi ödəyəcisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamə və "xxxx" MMC-nin Daşənmaz əmlakın qiymətləndirmə xidməti üzrə qeydiyyat nömrəsi 0607-B6-449 olan xx.xx.2007-ci il tarixli qiymətləndirmə aktı ilə əlaqədar qeyd ediləlidir ki, bu sənədlər hüquqmüəyyənedici və Dövlət tərəfindən cavabdehin tikinti işlərinin aparılmasına icazə verilməsini, hərəkətlərinin labüd hesab edilməsini təsdiq edən sənəd deyildir. 38.Buna baxmayaraq mübahisəyə baxan birinci instansiya məhkəməsi cavabdehin uzun illər ərzində həmin ərazidə yaşamasına, aidiyyəti qurumların hərəkətsizliyi ucbatından neft boru kəmərinin yeraltı keçən hissəsindən məlumatsız olduğuna istinad edərək iddianı rədd etmişdir. Məhkəmə kollegiyası iddianın həllinə dair birinci instansiya məhkəməsinin mövqeyini haqlı saymayaraq qeyd etməyi zəruri hesab edir ki, cavabdehin, tərəfindən tikinti işləri aparılarkən, yəni mübahisəli özbaşına tikili olan qurğular inşa edilərkən aidiyyəti inzibati orqanlardan lazımi icazələr almaması, inşaat aparılandan əvvəl və ya aparılan vaxt həmin ərazinin müvafiq plan üzrə neft-qaz yataqlarının işlənməsinə dair sazişin coğrafi kordinantları və ya neft xəttinin mühafizə zolağı daxilində olmasını aydınlaşdırmaması, hətta ətraf ərazidə neft (qaz) işlərinin görülməsinə dəlalət edən qurğulardan xəbərdar olmanın vizual müşahidə ilə mümkünlüyü, özünün hüquq qaydalarına uyğun davranmaması və mövcud şərtlər daxilində inşaata vəsait sərf etməsinin riskini əvvəlcədən görməsi və digər bu kimi hallar onun əmlak hüquqlarına müdaxilənin mütənasibliyi baxımından məhkəmə tərəfindən lazımi şəkildə qiymətləndirilməmişdir. 39.Oxşar yanaşma İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Jidov və başqalarıRusiya Federasiyasına” qarşı iş üzrə 16 oktyabr 2018-ci il tarixli qərarında da ifadə olunmuşdur. Həmin qərarda Jidovun şikayəti üzrə Məhkəmə qeyd etmişdir ki, “...ev həmin məqsədlər üçün ayrılmayan torpaq sahəsində inşa olunmuş, bunun üçün müvafiq icazə əldə edilməmiş və tikinti işləri tikinti və şəhərsalma qaydaları və normalarının kobud pozuntusu ilə aparılmışdır. Məhkəmə razılaşmışdır ki, hakimiyyət orqanları bu hallardan xəbərdar olmuşlar, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmışlar. Lakin hakimiyyət orqanlarının belə vəziyyətə dözümlülüyü ərizəçi Jidov tərəfindən ona qarşı hər hansı iddia qaldırılmayacağı kimi qiymətləndirilə bilməzdi. Birincisi, onun inşa etdiyi ev Mülki Məcəllənin 222-ci maddəsinin tələbləri baxımından məqsədəuyğun hesab oluna bilməzdi. İkincisi, bu cür iddia qaldırılması üçün müddət məhdudlaşdırılmamışdır. Odur ki, ərizəçi Jidov onun əmlak hüquqlarına müdaxilədən əziyyət çəkməmişdir. Beləliklə, onun hər hansı hüquqları pozulmamışdır”. 40.Avropa Məhkəməsi həmin qərarda Kosenkonun şikayəti üzrə göstərmişdir ki,“...ərizəçi anlamalı idi ki, torpaq sahəsi neft kəmərlərinin yaxınlığında yerləşir. Bundan başqa, ərizəçi, heç bir vaxt Baş plandan çıxarışla tanış ola bilmədiyini qeyd etməmişdir. Həmçinin, o, boru kəmərlərini qoruyan torpaq təpəsinin mövcudluğundan xəbərdar olmaya bilməzdi. Belə ki, torpaq təpəsi onun əldə etdiyi torpaq sahəsinin yaxınlığında idi və ərizəçi heç olmazsa bunun nə olduğu barədə maraqlanmalı idi və kooperativin sədri və ya yerli hakimiyyət orqanlarından bu haqda məlumat almalı idi. Ona görə də, sarayın və yardımçı sahələrin özbaşına tikinti olmaları əsası ilə sökülməsi barədə qərar ərizəçinin üzərinə tənasübsüz öhdəlik qoymurdu. Bundan belə nəticə çıxır ki, onun hüquqları pozulmamışdır”. 41.Avropa Məhkəməsinin “Əhmədova Azərbaycana qarşı” qərarının da məzmunundan göründüyü kimi, Avropa Məhkəməsi ərizəçinin yaşadığı tikilinin milli qanunvericiliyə əsasən özbaşına tikili olması baxımından onun sökülməsinə dair qərarın qəbulunda İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmişdir. 42.Avropa Məhkəməsi qərarında Konvensiyanın 8-cimaddəsi baxımından qiymətləndirmə apararkən işə baxan məhkəmələrin iddianın təmin edilməsinin qarşıya qoyulan məqsədə münasibətdə mütənasibliyinin qiymətləndirilməsi istiqamətində zəruri araşdırmanın aparılmadığını göstərmişdir. Qərarda qeyd edilmişdir ki, mütənasiblik aidiyyəti orqanların geri almaq istədiyi torpağın hansı məqsədlə istifadə ediləcəyi ilə ayrılmaz şəkildə bağlıdır. Nə iddiaçı milli məhkəmələrdə qaldırdığı iddiasında, nə də hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişdirlər. Digər tərəfdən, alternativ mənzilin ərizəçi üçün əlçatan olduğunu hesab etmək üçün prosedurun olması da müəyyən edilməmişdir. Hökumət sosial sığınacaqda müvəqqəti qalmağın alternativ yaşayış imkanlarının araşdırılıması üçün hər hansı prosedur olmadığı halda hazırkı şəraitdə mütənasiblik tələbini ödəyən həll yolu kimi qəbul edilə biləcəyini bildirməmişdir. Belə şəraitdə ərizəçiyə müdaxilənin mütənasibliyinə, yəni şəxsi şəraiti nəzərə alınmaqla onun sözügedqn evdən çıxarılmasına adekvat baxış əldə etməyə imkan verən prosedur təmin edilməmişdir. Buna görə də Məhkəmə, köçürülmə qərarı belə bir yoxlama olmadan icra olunduğu halda Konvensiyanın 8-ci maddəsinin pozulacağını hesab etmişdir. 43.Göründüyü kimi, Avropa Məhkəməsi istinad edilən qərarında özbaşına tikiliyəmülkiyyət kimi yanaşmayaraq, iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmiş və mövcud şəraitdə neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahələrində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin kompensasiya ödənilmədən sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir. 44.Bununla yanaşı, Konvensiyanın 8-ci maddəsi ilə qorunan mənzil hüququna müdaxilənin mütənasibliyinin yoxlanılması ilə bağlı qərarda qeyd olunanlar, məhkəmələrin yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsi tələbinə dair analoji işlərə baxarkən aşağıdakı məsələləri nəzərə almalarını tələb edir. 45.Bundan başqa iddianın “torpaq sahəsindən çıxarılma” hissəsi ilə əlaqədar kollegiya Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən qeyd edir ki, mülkiyyət hüququnun (titul sahibliyinin) vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün bu kimi şərtlər eyni zamanda mövcud olmalıdır: iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır.

46. İddiaçının əmlakın qanuni sahibi olması, onun həmin əmlak üzərində faktiki sahiblikdən məhrum olması və cavabdehin əşyaya sahiblik hüquqlarının olmaması işin müəyyən edilmiş hallarıdır. Əksinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyun 2023-cü il tarixli, 10/1333 saylı ekspert rəyinə əsasən, cavabdehin faktiki istifadəsində olan hasar tikilisi Binəqədi-Bakı Dş 200 mm-lik neft kəmərindən 2 metr, fərdi yaşayış evi və metal materiallardan quraşdırılmış talvar isə Binəqədi-Bakı Dş 200 mm-lik neft kəmərindən 18 metr məsafədə yerləşdiyinə görə həmin tikililərin 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən edilmişdir.

47. İddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olmasa da, mülki qanunvericilikdə nəzərdə tutulan əsasla əmlaka qanuni şəkildə sahiblik edən şəxsdir və belə olan halda cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin kəmərindən 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü hissəsindən çıxarılmalıdır. 48.Beləlikə yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməli, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarına verilən lakin cavabdehin faktiki istifadəsində olan Binəqədi-Bakı Dş 200 mm-lik neft kəmərindən 2 metr məsafədə yerləşən hasar tikilisi və Binəqədi-Bakı Dş 200 mm-lik neft kəmərindən 18 metr məsafədə yerləşən yaşayış evi və metal materiallardan quraşdırılmış talvar cavabdeh tərəfindən onun öz hesabına sökülməli və o, mübahisəli tikililərin yerləşdiyi torpaq sahəsinin faktiki istifadəsində olan həmin hissəsindən çıxarılmalıdır. 49.Məkhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, işin araşdırması zamanı “Azemis” elektron informasiya məhkəmə sistemində cavabdehə aid olan məlumatlara əsasən sonuncunun əmək müqaviləsi üzrə işləməsi, pensiya alması, mülkiyyət hüququ ilə hər-hansı əmlaka sahiblik etməsi, adında hər-hansı aktiv bank hesabının olması müəyyən edilməmişdir. Qeyd edilənləri və beləliklə də cavabdehin yaşayış sahəsinə ehtiyacı olan aztəminatlı əhali kateqoriyasına aid olduğunu nəzərə alan kollegiya ona qətnamə icra edildiyi zaman, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin Vİİ fəsli ilə nəzərdə tutulmuş qaydada sosial kirayə müqaviləsi üzrə mənzil əldə etmək hüququndan istifadə etmək imkanına malik olmasını izah edir.

50. MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 51.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-361/2023 nömrəli, 20 iyul 2023cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı (Bakş şəhəri Binəqədi rayon İcra Hakimiyyəti və Binəqədi rayonu Biləcəri qəsəbəsi üçüncü şəxs qismində cəlb edilməklə) “inşa edilmiş fərdi yaşayış evinin, hasarın və digər tikililərin öz hesabına sökülərək ərazidən çıxarılması” tələbinə dair iddiası təmin edilsin. İddiaçı istismarında olan Binəqədi-Bakı Dş 200 mm-lik neft boru kəmərinin yeraltı keçən hissəsi, 4-cü km-də, 39T 0399050; ******* saylı koordinat üzrə, kəmərə perpendikulyar uzaqlaşmaqla, 1-ci sırada kəmərdən 2 metr məsafədə yerləşən hasar tikilisi və 18 metr məsafədə yerləşən yaşayış evi və metal materiallardan quraşdırılmış talvar Cavabdeh hesabına sökülsün. Cavabdeh sökülməli tikililərin yerləşdiyi və iddiaçı SOCAR-ın İddiaçı qanuni istifadəsində olan torpaq sahəsindən çıxarılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizanın tədqiqat dəyəri olan 50 manat cavabdeh X2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar