Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6117/2025 07.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı1 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və 28 saylı notariat ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1748/2025 saylı, 18 avqust 2025-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 - cavabdehlər Cavabdeh2, Cavabdeh3 və 28 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1748/2025 saylı, 18 avqust 2025-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 - cavabehlər Cavabdeh2, Cavabdeh3 və 28 saylı notariat ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə İddiaçı2 münasibətdə icraata xitam verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1748/2025 saylı, 18 avqust 2025-ci il tarixli qətnaməsi ilə İddiaçı1 cavabehlər Cavabdeh2, Cavabdeh3 və 28 saylı Notariat Ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə iddia tələbi əsassız olduğundan təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı2 apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(007)-2699/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən isə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Mülki Prosessual Məcəllənin 361-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Bu Məcəllənin 384.0.1-384.0.3-cü maddələrinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər. Hazırda İddiaçı2 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1748/2025 saylı, 18 avqust 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, bu qətnaməni ləğv edib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müəyyən edilir ki, həmin qətnamə ilə İddiaçı1 cavabehlər Cavabdeh2, Cavabdeh3 və 28 saylı Notariat Ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə iddiası təmin edilməmişdir. Belə olan halda da, hazırkı mülki iş üzrə aparılan icraatda iştirakına xitam verildiyi, mübahisələndirdiyi qətnamə ilə hüquq və vəzifələrinə toxunmadığı üçün apellyator İddiaçı2 apellyasiyası qeyri-mümkün hesab edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi zamanı Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilmədiyindən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1748/2025 saylı, 18 avqust 2025-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli və İddiaçı2 qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Mülki-Prosessual Məcəlləsinin 402.2.1-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1748/2025 saylı, 18 avqust 2025-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti ona geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(103)-6117/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6117/2025
07.11.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver