Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6120/2022 17.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Mehdiyeva Mənsurə Ənvər qızının katibliyi ilə, Ərizəçi maraqlı şəxs AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə çıxarılmış Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(010)-8559/2017 saylı qətnaməsindən Maraqlı şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə Ərizəçi (maraqlı şəxs: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın dövlət reyestri xidmətinin Bakı şəhər ərazi idarəsi) Bakı şəhəri, Bül-bülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən 19 saylı evə dair 1963-cü ildə tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”un xx.xx.1970-ci il tarixdə vəfat etmiş X1 məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 mart 2019-cu il tarixli qərardadı ilə maraqlarına toxunulan şəxs Qanuni nümayəndə apellyasiya şikayətindən imtinası qəbul edilmiş, iş üzrə maraqlarına toxunulan şəxs Qanuni nümayəndə apellyasiya şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilmişdir. Maraqlarına toxunulan şəxs şikayət verərək, qərardadın ləğv edilməsini və apellyasiya icraatının təzələnməsi və şikayətə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 noyabr 2019-cu il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Maraqlarına toxunulan şəxs Qanuni nümayəndə vəkili 12 mart 2019-cu il tarixli qərardaddan təkrar şikayət vermişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 dekabr 2019-cu il tarixli qərardadı ilə maraqlarına toxunulan şəxs Qanuni nümayəndə vəkilinin həmin şikayəti təkrarən geri qaytarılmışdır. Buna baxmayaraq maraqlarına toxunulan şəxsin vəkili yenidən eyni məzmunlu ərizə verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 mart 2019-cu il tarixli qərardadının bir daha ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, maraqlarına toxunulan şəxsin şikayətdən imtina etməsi barədə ərizə iş materiallarında aşkar edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2637/2019 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Ərizəçi hüquqi faktın müəyyən edilməsi tələbinə dair 2(103)-2637/2019 saylı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 mart 2019-cu il tarixli qərardadından maraqlarına toxunulan şəxs Qanuni nümayəndə vəkili tərəfindən verilmiş ərizə geri qaytarılmışdır. Qanuni nümayəndə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 avqust 2020-ci il tarixli qərardadından kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və apelyasiya şikayətinə mahiyyəti üzrə baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-5371/2020 saylı qərarı ilə Qanuni nümayəndə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 avqust 2020-ci il tarixli qərardadından vermiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilmiş, Qanuni nümayəndə tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 avqust 2020-ci il tarixli qərardadından verilmiş kasasiya şikayətinə baxılması istisna olunduğundan iş kassasiya baxışından çıxarılaraq apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Hazırda Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(010)- 8559/2017 saylı qətnaməsindən Maraqlı şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və Ərizəçi ərizəsinin baxılmamış saxlanılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Ərizəçi bibisi, qeyd edilən yaşayış evində 1936-cı ildə anadan olmuş və 1963-cü ilə qədər həmin evdə yaşamış və həmin evi inşa edən Ərizəçi Nağı oğlunun qızıdır, qətnamə ilə razı olmamasının əsas səbəbi odur ki, qeyd edilən yaşayış evi onun atası, 1984-cü ildə Bakı şəhərində anadan olmuş Ərizəçi Nağı oğlu tərəfindən inşa edilmiş, onlar hamısı, yəni o, qardaşları və bacıları həmin evdə anadan olmuşlar, qardaşı X2 özü də həmin yaşayış evində anadan olmuş, sonuncu həmin evi inşa etdirməmiş, həmin texniki pasportda onun adı göstərilməmiş, ümumiyyətlə1942-ci ildən 1964-cü ilədək qardaşı X2 həmin evdə yaşamamış, qardaşı 18 may 1964-cü ildə ev kitabında X3 kimi qeydiyyata alınmışdır. Atası öldüyü zaman o da həmin evdə yaşamış, mirası faktiki olaraq qəbul etmişdir. Yəni Bakı şəhəri, Bülbülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən 19 saylı yaşayış evinə dair 1963-cü ildə tərtib edilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport” Ərizəçi atası, yəni onun qardaşı X1 məxsus olmamış, onun atası Ərizəçi Nağı oğluna məxsus olmuşdur. Suraxanı Rayon Məhkəməsinin qətnaməsi onun hüquq və vəzifələrinə toxunmuş, onu mirasdan məhrum etmiş, yaşadığı evə birinci dərəcə vərəsə olduğu halda, həmin evə dair texniki pasportun onun atasına deyil, qardaşına məxsus olmasının müəyyən edilməsi ilə o, həmin hüquqdan məhrum edilmişdir. Mülki işin materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, qətnamədən verilən apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilməli və mülki iş Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(010)-8559/2017 saylı qətnaməsinin Maraqlı şəxs2 maraqlarına toxunub-toxunmaması məsələsinin araşdırılaraq müvafiq qərar qəbul edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İş materiallarından müəyyən olunur ki, Maraqlı şəxs2 Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(010)-8559/2017 saylı qətnaməsindən apellyasiya şikayəti verməsi üçün hüquq və maraqlarına toxunan şəxs kimi tanınmamış, apellyasiya şikayəti iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsə də, onun hansı hüquq və maraqlarına toxunduğu əsaslandırılmamış, ümumiyyətlə birinci instansiya məhkəməsi tərəfindən mübahisə olunan qətnamənin Maraqlı şəxs2 maraqlarına toxunub-toxunmaması məsələsi araşdırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 384.0.6-ci maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 384.0.6, 400, 402, 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDİ : Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(010)- 8559/2017 saylı qətnaməsindən Maraqlı şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(010)-8559/2017 saylı qətnaməsinin Maraqlı şəxs2 maraqlarına toxunub-toxunmaması məsələsinin araşdırılaraq müvafiq qərar qəbul edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6120/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6120/2022
17.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver