Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6124/2022 19.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3909/2021 saylı, 01 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında xx.xx.2018-ci il tarixdə bağlanmış və Bakı şəhəri 50 saylı Notariat kontorunda 3M-451 reyestr nömrəsi ilə qeydiyyata alınmış müəssisədəki payın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3909/2021 saylı, 01 iyul 2021-ci il tarixli qətnaməsi (hakim Ayaz Məmmədov) ilə iddia tələbi təmin edilməmiş və iddiaçının ödədiyi dövlət rüsumu özünə aid edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinə 06 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin sorğusu daxil olmuşdur. Həmin sorğuda hazırki mülki iş üzrə prosessual müddətin bərpa edilməsinə dair Cavabdeh tərəfindən verilmiş vəsatətlə əlaqədar mülki işin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, qətnamədən apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsinə dair Cavabdeh tərəfindən verilmiş vəsatətlə əlaqədar mülki işin apellyasiya icraatına qəbul qərardadı ləğv edilərək mülki iş apellyasiya baxışından çıxarılmalı və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.6-cı, 402.2.5-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Mülki iş üzrə apellyasiyanın mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının 2(103)-6124/2022 saylı, 16 avqust 2022-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3909/2021 saylı, 01 iyul 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsinə dair Cavabdeh tərəfindən verilmiş vəsatətlə əlaqədar mülki iş apellyasiya baxışından çıxarılsın və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6124/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6124/2022
19.09.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver